Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə37/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   33   34   35   36   37   38   39   40   ...   101

 

 

189 



 

Tələbələr  öz  müəllimlərinə  böyük  hörmət  və 

məhəbbətlə 

yanaĢırlar.  Müəllimlərə  qarĢı  çox 

diqqətlidirlər. 

Bir  dəfə  Azərbaycan  Politexnik  Ġnstitutunun 

dosenti Rafiq Hüseynov (o, mənimlə birlikdə MYSĠ-

də  iĢləyirdi,  hal–hazırda  professor,  AzTU-da  kafedra 

müdiri vəzifəsində çalıĢır) çimərlikdə qol saatını itirdi. 

Bizim  nəsə  axtardığımızı  görən  bir  qrup  tələbə  bizə 

yaxınlaĢdı  və  nə  axtardığımızı  soruĢdular.  Məsələ 

aydın  olduqdan  sonra  onlar  da  bizimlə  axtarmağa 

baĢladılar. Saatı tapa bilmədik. Düz 15 gündən sonra 

həmin  tələbələr  adamlarla  dolu  bu  çimərlikdən  saatı 

taparaq gətirib Rafiq müəllimə verdilər. 

Əlcəzairli gənclər öz inqilablarından həmiĢə fəxrlə 

danıĢır,  öz  torpaqlarının  əsil  sahibləri  olduqlarını 

müsahiblərinin nəzərinə tez-tez çatdırmağı xoĢlayırlar. 

Onlarda  bir  az  (gizli  formada)  xudpəsəndlik  də  hiss 

olunur.  Belə  ki,  çalıĢırlar  ki,  özlərinin  ən  çox  inkiĢaf 

etmiĢ,  ən  mədəni  olduqlarını  sübuta  yetirsinlər. 

ĠnkiĢaf etmiĢ ölkələrin nümayəndələri ilə münasibətdə 

bu xüsusiyyət özünü daha qabarıq Ģəkildə göstərir. 

...Günlərin  bir  günü  sovet  mütəxəssislərinin  yeni 

rəhbəri  (o,  Martirosyan  soyadlı  erməni  idi.  Moskva 

Yeyinti  Sənaye  Ġnstitutundan  gəlmiĢdi)  rektorluq 

qarĢısında  məsələ  qaldırdı  ki,  institutda  dərslərin 

baĢlanma  və  qurtarma  vaxtları  bizdəki  kimi  zənglə 

olsun. Yerli rəhbərlik razılaĢdı, elektrik zəngləri alındı 

və  insititutun  korpuslarında  quraĢdırıldı.  Səhər  iĢə 

gəldik,  zəng  vuruldu.  Tələbələr  soruĢdular  ki,  bu  nə 



 

 

190 



 

zəngdir.  BaĢa  saldıq  ki,  bu  zəng  dərsin  baĢlandığını 

bildirir,  əlli  dəqiqədən  sonra  isə  dərsin  qurtardığını 

xəbər verəcək. Tələbələr təəccüblə dedilər: 

 

Məgər bizim Ģüurumuz və saatımız yoxdurmu? 



Biz Ģüurlu insanlarıq. Zəng Ģüursuzlar üçündür. 

Tələbələr  dərsə  girmədilər  və  tələbə  komitəsi  bir 

həftəlik  tətil  elan  etdi  ki,  bütün  zəngləri  söküb 

çıxardılar. 

...Bir  dəfə  bizimkilər  belə  qərara  gəldilər  ki, 

iməcilik  keçirsinlər.  Bu  məqsədlə  istirahət  günü 

hamımız  instituta  yığıĢdıq.  Vətəndə  olduğu  kimi 

otaqları,  iĢ  yerlərini  təmizlədik.  Ertəsi  gün  etiraz 

əlaməti olaraq tələbələr dərsə girmədilər. Tələbləri də 

bu  oldu:  “Bizə  xidmətçi  müəllimlər  yox,  centlimen 

müəllimlər lazımdır”. 

Həmin  il  Ģəhər  rəhbərliyi  bizim  kontrakt 

rəhbərliyinin  təĢəbbüsü  ilə  ümumĢəhər  iməcliyi 

keçirməyi  qərarlaĢdırdı.  ÜmumĢəhər  iməcliyində 

yalnız  Ģəhər  vətəndaĢları  iĢtirak  edirdilər.  Dəstə  ilə 

Ģəhər  ətrafına  çıxdıq.  Üç  mindən  artıq  ağac  əkdik. 

Sonradan  öyrəndik  ki,  ağaclara  su  verməyib, 

yandırıblar. 

Əlcəzairlilər  öz  Ģəxsiyyətlərinə  çox  hörmət 

edəndirlər. Əgər bir tələbənin hissiyyatına azacıq belə 

toxunsan, o səninlə hətta düĢmən kəsilə bilər. Bir dəfə 

bizim  riyaziyyatçılardan  birisi  bir  tələbəni  lövhəyə 

çağırıb, ondan hansı teoreminsə isbatını yazmağı tələb 

edir.  Tələbə  necə  lazımdırsa, həmin  teoremin  isbatını 

lövhəyə yazır. Müəllim izahatını soruĢduqda isə cavab 



 

 

191 



 

verə  bilmir.  Müəllim  elə  zənn  edir  ki,  tələbə  lövhəyə 

yazdıqlarını  hardansa  köçürmüĢdür.  Ona  görə  də 

lövhəni  sildirir  və  həmin  tələbədən  tələb  edir  ki, 

teoremin  isbatını  yenidən  lövhəyə  yazsın.  Tələbə 

teoremin  isbatını  yenidən  lövhəyə  yazır  və  müəllimi 

təhqir 

edib 


(tabaĢiri 

onun 


üstünə 

ataraq), 

auditoriyadan  çıxır.  Sonradan  həmin  müəllim  o 

tələbənin  oxuduğu  qrupda  dərs  deyə  bilmədi.  Sadəcə 

olaraq bütün tələbə kollektivi onu boykot etdi. 

Auditoriyada  tələbələr  sərbəst  oturmağı  sevirlər. 

Əgər  ilk  gündən  müəllim  tələbkar  olsa,  onda  o, 

tələbələrin  oturuĢuna  müəyyən  “düzəliĢ”  edə  bilər. 

Vay  o  haldan  ki,  əvvəldən  auditoriyanı  boĢ  buraxsın. 

Məncə bu sərbəst oturuĢla əlcəzairli tələbələr özlərini 

fransız  həmyaĢıdlarına  bənzədirlər.  Bir  dəfə  bizim 

müəllimlərdən  biri  tələbəsinin  sərbəst  oturuĢuna 

“düzəliĢ”  vermək  üçün  ona  deyir  ki,  bura  bax,  elə 

oturmusan  ki,  sanki  öz  evindəsən.  Tələbə  nə  cavab 

versə  yaxĢıdır?:  “Cənab,  mən  öz  evimdəyəm,  siz  öz 

evinizdə deyilsiniz”. 

Bumerdes  gənclik  Ģəhəri  olsa  da,  orada  nisbətən 

yaĢlılar  da  yaĢayırlar.  Bunlar  əsasən  ali  məktəblərin 

iĢçiləri, ticarətçilər, habelə məiĢət xidmətçiləridirlər. 

ġəhərdə bir dövlət mağazası (buna Unipri deyirlər 

– sabit qiymətli mağaza), bir kooperativ mağaza (buna 

Suk-əl-Fəllah deyirlər, burada Ģeylərin qiyməti dövlət 

mağazasına  nisbətən  baha  olur),  20-dən  artıq  isə 

xüsusi  mağaza  vardır.  Xüsusi  mağazalarda  malların 

qiyməti kooperativ mağazalardakından da bahadır. Bu 



 

 

192 



 

o demək deyildir ki, xüsusi mağaza sahibləri satdıqları 

mallara  istədikləri  qiymətləri  qoya  bilərlər.  Bu 

mağazalardakı  qiymətlərə  Dövlət  tərəfindən  nəzarət 

olunur. Xüsusi mağazalardakı malların qiyməti dövlət 

mağazalarındakı qiymətin 5%-indən baha ola bilməz. 

ġəhərdə  bazar  da  vardır.  Bazarla  bağlı  bir  hadisə 

məncə oxucular üçün maraqlı olar. 

Ġstirahət  günü  ailəmizlə  birlikdə  bazara  getdik. 

Əlcəzairin  bir sıra Ģəhərlərində bazarlar səyyaridirlər. 

Xüsusi maĢınlarla tacirlər Ģəhər kənarındakı meydana 

öz  mallarını  çıxarırlar.  Bu  meydan  bazar  üçün 

ayrılmıĢdır.  Bazarda  alver  səhər  saat  6-dan  günorta 

12-yə  kimi  davam  edir.  Burada  həm  ərzaq,  həm 

sənaye,  həm  də  təsərrüfat  malları  satılır.  Sonra  onlar 

malları yığıĢdırıb evlərinə dağılıĢırlar. Bumerdesdə bu 

bazar  həftədə  üç  dəfə  yığıĢır.  Yerdə  qalan  günləri 

həmin  tacirlər  öz  mallarını  baĢqa  Ģəhərlərə  aparırlar. 

Bu  üç  gündən  biri  istirahət,  yəni  cümə  gününə 

düĢürdü.  Biz  mütəxəssislər  yalnız  istirahət  günü 

bazara    gedə  bilərdik  (bu  bizim  sovet  rəhbərliyinin 

sərəncamı  idi).  Ona  görə  də  biz  bir  həftəlik  bazarlıq 

edirdik.  Ġki  zənbil  Ģey  aldıq,  üçüncü  qabımızı 

doldurmağa baĢladıq. Bazarda çox tünlük olduğundan 

uĢaqların  da  əllərindən  tutmuĢduq  ki,  itməsinlər. 

Beləliklə,  evə  qayıtdıqdan  sonra  məlum  oldu  ki, 

zənbilin  birini  yaddan  çıxarıb  bazarda  qoymuĢuq. 

Həyat  yoldaĢım  təklif  etdi  ki,  bazara  qayıdım.  O, 

hansı  satıcının  yanında  zənbilimizi  qoyduğumuzu 

təxminən  bilirdi.  Mən  isə  bazara  qayıtmağın  mənasız 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə