221
həyətdə bir-iki dövrə vurdurub kəsirlər. Bu qoyunun
əti ən azı yeddi evə paylanmalıdır.
Ramazan ayı (orucluq) da bu ölkədə ən müqəddəs
aylardan biridir. Əvvəla orucluq ayının baĢlanması ilə
əlaqədar olaraq bütün müəssisələrdə iĢ rejimi dəyiĢir.
Məsələn, deyək ki, səhər saat 8-də iĢə baĢlayan tədris
müəssisələri ramazan ayında 10-da və ya 10
30
–da
dərsə baĢlayırlar. Digər müəssisə və idarələr bu
qaydada iĢ rejimini dəyiĢirlər. Ölkədə fəaliyyət
göstərən müxtəlif ölkələrin diplomatik korpusları da
müvafiq surətdə həmin ayda öz iĢ qrafiklərini
dəyiĢməli olurlar.
Tələbələr həvəssiz, yorğun görünür və demək olar
ki, iĢləmək istəmirlər. Aclıq və yorğunluq yəqin ki,
adamın diqqətinə də pis təsir göstərir. Belə ki, ölkədə
baĢ verən avtomobil qəzalarının çox hissəsi bu ayın
payına düĢür.
Tələbələr
bizdən
(əlbəttə
müsəlman
müəllimlərdən) tez-tez soruĢurdular ki, biz də oruc
tuturuq ya yox. Onların qəlbini qırmamaq üçün
müsbət cavab verirdik.
Orucluq vaxtı biz gündüzlər yerli əhalinin gözü
qarĢısında nə su içir, nə çörək yeyir nə də siqaret
çəkirdik. ġübhəsiz ki, yerli adət və ənənələrə hörmət
etmək lazımdır. Bunu bizdən həm də sovet səfirliyinin
rəhbərliyi tələb edirdi.
Ramazan ayında Bumerdesin düz mərkəzində
xüsusi estrada meydançaları qurulur. Ġftardan qabaq
Ģəhərdə bir nəfər də desən belə görmək olmur. Din
222
xadimləri televiziya vasitəsilə moizə (dini söhbət)
edir, sonra azan verilir və nəhayət camaat iftara
baĢlayır. Ġftardan sonra küçələrə çıxır, konsertə
tamaĢa edirlər. Gəzintilər baĢlanır. Ġl ərzində heç
üzünü görə bilmədiyin adamları bu zaman görmək
olur. Meydandakı konsertin ifaçıları Bumerdes
vilayətinin bədii özfəaliyyət kollektivləridirlər. Hər
axĢam vilayətin bir rayonunun və ya qəsəbəsinin
musiqi kollektivi çıxıĢ etmək üçün Bumerdesə gəlir.
Konsert “obaĢdan” (ərəbcə imsək) deyilən vaxta kimi
davam edir (bu təxminən 3-4 arasındadır), sonra
camaat yeyib, yatır. Bax, beləcə bir ay davam edir.
Oruc tutanlar arasında lap balaca uĢaqlardan (6-7
yaĢlı) tutmuĢ qocalara kimi müxtəlif təbəqələrə
mənsub adamlar vardır. Adamların üz-gözündən hiss
olunur ki, oruc tutmayanlar da az deyildir.
Bir dəfə ramazan ayında tələbələrdən bir qrupu
dərsə gəlməmiĢdi. Mən qrup nümayəndəsini çağırıb,
danladım. Qrup nümayəndəsinə bildirdim ki, oruc
tutanda nə olar. Oruc da tutmaq lazımdır, dərsə
gəlmək də.
O, məni dinlədikdən sona:
Cənab, siz elə bilirsiniz ki, onlar oruc tuturlar –
dedi. Onlar yalan deyirlər. Nə oruc tutur, nə də ki,
namaz qılırlar. Orucluğu bəhanə edib dərsə gəlmirlər.
Bizim fakültənin dekanı Mövlud ġıxhi Fransada
təhsil almıĢdı. Bir dəfə o məni kabinetinə dəvət edib
qapını bağladı və dedi:
Gəl adama bir fincan kofe içək.
223
Mən təəccüblə:
Cənab ġıxhi, siz oruc tutmursunuz? –
soruĢdum.
O, məndən xəcalət çəkirmiĢ kimi:
Cənab Nəsirov, bağıĢlayın məni – dedi. Mən
oruc tuta bilmirəm, baĢım ağrıyır.
Əlcəzairdə məhərrəm ayının birinci və onuncu
günlərini də bayram edirlər. Bunlar məhərrəm və
aĢura (aĢra ərəbcə on deməkdir) bayramları adlanır.
Məhərrəm ayının birinci günü Məhəmməd peyğəmbər
Məkkədən Mədinəyə yola düĢmüĢ (hicr etmiĢ) və on
gündən sonra oraya çatmıĢdır (yəni aĢura günü). Bu
günləri əlcəzairlilər bayram edir və hicri qəməri tarixi
məhərrəm ayının 1-dən baĢlayır.
Əlcəzairdə bir müqəddəs gün də var: 8 May. Bu
bayram günü deyildir. Lakin əlcəzairlilər üçün
müqəddəs bir gündür.
Bu günü bütün Əlcəzair ümumxalq matəmi günü
kimi qeyd edir. 1945-ci ilin 8 mayında Setif Ģəhərində
minlərlə (təxminən 40 minə yaxın) dinc əhali fransız
müstəmləkəçilərindən vəd etdikləri istiqlaliyyəti tələb
edərkən güllələnmiĢlər. Məsələ burasındadır ki,
fransızlar əlcəzairliləri Ġkinci Dünya müharibəsində
köməyə çağırmıĢ və qələbə təqdirində onlara azadlıq
verəcəyini vəd etmiĢlər. Lakin müstəmləkəçilər öz
sözlərinin ağası olmamıĢdılar.
Hər il mayın 8-də əlcəzairlilər matəm libasını
geyir, vətənlərinin azadlığı uğrunda Ģəhid olanları yad
edir, özlərinin təbirincə desək, qara bayram keçirirlər.
224
Məncə burada bir haĢiyə çıxmaq yerinə düĢərdi.
Ümumiyyətlə mən Əlcəzairdə yaĢadıqdan sonra
baĢa düĢdüm ki, fransız müstəmləkəçiləri nə qədər
zülmkar imiĢlər. Mən elə bilirdim ki, (nədənsə heç
özüm də bilmirəm) qəddarlıq, amansızlıq yalnız
faĢizmə xasdır.
Lakin çəkilən sənədli və bədii filmlərə baxdıqdan,
müxtəlif mənbələrlə tanıĢ olduqdan sonra əmin oldum
ki, fransız müstəmləkəçiləri qəddarlıqda faĢizmdən
heç də geri qalmırlarmıĢ. Əlcəzair inqilabçıları
yerində güllələnməkdən tutmuĢ, vertolyotlardan
paraĢütsüz atılmağa kimi cəza tədbirlərinə məruz
qalmıĢlar. Onlara qarĢı elə cəzalar tətbiq edirlərmiĢ ki,
bəĢəriyyətin bu günə kimi o cür alçaqlıqlardan xəbəri
yoxdur.
Bir qoca mənə nəql etdi ki, fransızlar Əlcəzairdə
nə qədər qəĢəng qızlar varmıĢsa, hamısını götürüb
zorla aparırlarmıĢ. Ona görə də ərəb ailəsində qız
uĢağı doğulan kimi valideynlər özləri onu Ģikəst
edirlərmiĢ ki, müstəmləkəçilər böyüyəndə ona tamah
salmasınlar.
Ata məhəbbəti, qeyrət və namus
Üz-üzə dayanıb, bax bu həyata!...
Tamahın salmasın deyə fransız,
Özü Ģikəst edir, qızını ata.
BÖYÜK SƏHRA VADİSİ BOYU SƏYAHƏT
Dostları ilə paylaş: |