80
- Bəli, bəli çimizdirir- dedi. Bəs siz bilmirsiniz ki, burada
su məsələsi problemdir. Biz özümüz də qumla çimirik.
“Çimizdirilən” uĢağa yaxınlaĢıb, onun bədəninə diqqətlə
baxdım. Doğrudan da, qumda “çimən” bu balacanın bədəni tər-
təmiz idi. Sonradan məlum oldu ki, burada qab-qacağı da
qumda “yuyurlar”.
BaĢımıza toplaĢan yerli adamlarla xudahafizləĢdik.
Avtobusa doluĢurduq ki, yoldaĢlarımızdan biri qiymətli bir Ģey
tapan adam kimi sevincək çığırdı:
- YoldaĢlar, karvan. Gəlin dəvələrlə Ģəklimizi çəkdirək.
Dəvə karvanı bizə yaxınlaĢdı. Sarvana karvanla birlikdə
Ģəkil çəkdirmək istədiyimizi bildirdik. Sarvan bizdən
suvenirlər tələb etdi. Yenə hərə özünün çantasına “hücum”
çəkdi. DöĢ niĢanları, kiçik oyuncaqlar, açıqcalar sarvanın
ətəyinə yağıĢ kimi yağmağa baĢladı. Səyyahlar öz arzularına
çatdıqdan sonra avtobusumuz yoluna davam etməyə baĢladı.
Tuqurt yolunda avtobusu ikinci dəfə xurma bağlarının
(yarğanların içində) yanında saxlatdırdıq. Təsəvvür edin ki,
ucu-bucağı görünməyən səhra ilə gedirsiniz. Hər tərəf
qumluqdur. Birdən böyük bir yarğanın içərisində xurma
ağaclarını görürsünüz. Gözlərinizə inanmırsınız. Axı bir neçə
dəqiqə bundan əvvəl sizə elə gəlirdi ki, artıq bu səhrada həyat
yoxdur. Birdən-birə gözlərinizə yaĢıl xurma ağacları görünür.
YaĢıllıq və həyat. Bu mənzərə hər 40-50 km-dən bir
təkrarlanır.
Avtobusdan düĢən kimi bir oğlanı xurma ağacında gördük.
SalamlaĢdıq. Ona turist olduğumuzu söylədim. O gülümsədi və
bizim turistlərin bu yerlərə tez-tez gəldiyini qeyd etdi.
Xurma bağını gəzməyə baĢladıq. Məhsul artıq yığılmıĢdı.
Bir-iki ağacda xurma görünürdü. Təsəvvür edin ki, bir
saplaqdan yüzdən artıq qol asılmıĢ və hər qolda da 20-25 ədəd
xurma var idi. Xurma dərənlər əvvəlcə bütün qolları tora salır,
saplağı qayçı və ya bıçaqla kəsib, ip vasitəsilə toru aĢağı
buraxırlar.
81
Bağdakı cavan oğlan bizim üçün xurma dərdi. Mən
Əlcəzairdə yaĢadığım müddətdə bu cür xurma görməmiĢdim.
Çəllək formalı, tünd qara rəngli, asanlıqla qabığı soyula bilən
bu xurma həddindən artıq Ģirindir. Onun ikisini yeyəndən sonra
adam bir gün yeməkdən qalır (Görünür ġeyx Nəsrullah bu
xurmadan yeyirmiĢ).
Öyrəndik ki, bu xurma yalnız Səhrada bitir, ona “iĢıq
barmaqları” deyirlər və ancaq ixrac üçündür. (Mən bizim
tərəflərdə də beləsini görməmiĢəm.)
Nəhayət avtobusumuz Tuqurta çatdı.
Tuqurt vaxtilə nəhəng çay olmuĢ Riq vadisində Oazislər
(vahə) zəncirinin mərkəzində yerləĢib, otuz minə qədər əhalisi
vardır. ġəhəri bir milyon yarımdan artıq xurma ağacı əhatə
etmiĢdir. “ĠĢıq barmaqları” adlı bu xurmaların dörddə biri
ixrac olunur.
Burada fəllahlar kooperativlər yaratmıĢ, suyu dərinliyi 100-
200 m olan artezian quyularından çıxarırlar. 1954-cü ildən
baĢlayaraq dərinliyi 2000 m olan quyular qazmağa baĢlamıĢlar
ki, oradan da demək olar ki, isti su çıxır. Bu sudan suvarma
iĢində istifadə etmək üçün təbiidir ki, onu soyutmaq lazımdır.
Ġrəlidə qeyd etdiyim kimi, Tuqurt vaxtilə Səhranın paytaxtı
olmuĢdur. Buranın əhalisi müxtəlif məhəllələrdə yaĢayan qara
zəncilərin, bərbərlərin və ərəblərin qarıĢığından ibarətdir.
Səyyahlar üçün ən maraqlı yer-Tuqurt “Ģahlığı” hökmdarlarının
(XV-XX əsrlər) dörd məqbərəsidir. Bu Ģəhərin qərb hissəsində
yerləĢir və qeyri-adi arxitekturaya malikdir. Burada çoxlu
sayda qəbirlər vardır. Qadın və kiĢi qəbirlərini asanlıqla
ayırmaq olur. Belə ki, kiĢi qəbrindən iki, qadın qəbrindən isə
üç daĢ çıxır. Bu məqbərələrdən biri “Oazis” mehmanxanasının
arxa tərəfində yerləĢir. Bizim gecələməli olduğumuz
mehmanxana məhz “Oazis” idi. Bu XIX əsr Tuqurt sultanı Si
Ben Yəhyanın məqbərəsi yaxınlığında tikilmiĢ, müasir
avadanlıqlarla
təchiz
olunmuĢ
bir
mehmanxanadır.
Mehmanxananın həyətində yekə bir hovuz da vardır. Arzu
82
edənlər
çimə
bilərlər.
(Ümumiyyətlə
Əlcəzairdəki
mehmanxanaların hamısında belə hovuzlar vardır. Hovuzun
ətrafına stol və stullar düzülür. Kimi hovuzda çimir, kimi kofe
və ya çay içir və s.) Burda müĢtəriyə xüsusi diqqət və qayğını
ora düĢdüyün ilk andan hiss edirsən. Bizim bir qədər
yorulduğumuzu
hiss
edən
inzibatçı
hamımıza
elə
mehmanxananın geniĢ foyesində əyləĢməyi təklif etdi. (Adətən
burada otaqları almaq üçün qrupun iki məsul nümayəndəsi
inzibatçı ilə haqq-hesab aparır və açarları bölüĢdürür.)
O bizə:
- Bizim tərəflər Sovet ölkəsindən gələn qonaqların xoĢuna
gəlirmi? –deyə müraciət etdi.
Mən:
- Bəli –dedim. Çox gözəldir.
Sonra o, soruĢdu:
- Siz kofe içirsiniz, yoxsa çay?
Hər kəs öz istəyini söylədi və 60 nəfərlik turist qrupu
pulsuz çay və kofe ilə təmin olundu.
Öz-özümə düĢündüm ki, bəlkə bu xidmət yalnız bizə
görədir. Bizdən sonra alman turistlər mehmanxanaya daxil
oldular. Ġnzibatçı tez onlara yaxınlaĢdı və eyni suallarla onlara
da müraciət etdi. Bir neçə dəqiqədən sonra alman turistləri
üçün də çay və kofe gətirdilər.
Hamımız bərk yorulmuĢduq. Hərə öz otağına yollandı.
Lakin heç kəs dincəlmək istəmədi. Məgər bu boyda gözəlliyi
qoyub, yatmaqmı olardı? Yenidən Tuqurtu gəzməyə çıxdıq.
Mən irəlidə qeyd etmiĢdim ki, Əlcəzairin müxtəlif
Ģəhərlərində bazar –səyyari olub, yalnız həftənin müəyyən
günləri fəaliyyət göstərirlər. Bazar günləri arası müddətdə,
əlbəttə xüsusi mağazalar fəaliyyət göstərir. Bazarda Ģeylər
xüsusi mağazadakına nisbətən çox ucuzdur. Ona görə də az
maaĢlılar və yaxud pula çox qənaət etmək istəyənlər alıĢ-veriĢi
bazarda edirlər.
Dostları ilə paylaş: |