Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə31/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

 
 95  
köməyi  və  Əlcəzair  xalqının  igidliyi  sayəsində  zəlzələdən  bir 
həftə  sonra  yaponların  köməyilə  tikilmiĢ  sement  zavodu  öz 
iĢinə baĢlamıĢ, yığılma evlər göbələk kimi Ģəhərdə  çoxalmağa 
baĢlamıĢ və Ģəhər öz köhnə  yerində  yenidən ucalmıĢdır. Yerli 
alimlərdən  bu  Ģəhərdə  dəhĢətli  zəlzələlərin  baĢ  verməsinin 
səbəbini  soruĢdum.  Alimlərin  fikrincə  Əl-Əsnam  Ģəhərinin 
bəlası  orasındadır  ki,  bu  Ģəhər  MərakeĢdən  Alpa  gedən 
Əlcəzair,  Tunis,  Siciliya  və  Ġtaliyadan  keçən  böyük  tektonik 
sınıq xətti üzərində yerləĢir. Litosferin Böyük Səhra ilə nəhəng 
bloku  ġimala  doğru  yerini  dəyiĢir,  bu  zaman  Əlcəzair 
sahillərində yerləĢən digər blok deformasiyaya məruz qalır. On 
illərlə  bu  və  ya  digər  yerdə  toplanan  gərginliklər  Messin, 
Ağadir  və  Əl-Əsnamda  zəlzələ  ilə  nəticələnir.  Bu  sınıq 
Bumerdesdən  100  km-lərlə  uzaqdan  təxminən  Əl-Əsnam, 
Medea,  Buira  xətti  üzrə  Telə  doğru  uzanır.  Zəlzələnin  gücü 
Oranda 6,5, Əlcəzairdə 6,0, Bumerdesdə 5,5 bala çatmıĢdır. 
259 km-likdə Bu-Qadir Ģəhəri yerləĢir. Bu Ģəhər də 1980-ci 
il  zəlzələsi  nəticəsində  dağılmıĢdır.  Burada  da  Roma 
xarabalıqlarına rast gəlinir. ġelif çayı üzərində irriqasiya bəndi 
tikilmiĢdir. 
282  km-likdə  Ued-Riu  Ģəhərciyi  yerləĢir.  Bu  Ģəhərciyin 
ətrafında 28000 hektar sahəni sulamaq üçün iki irriqasiya bəndi 
yaradılıb. 
291  km-likdə  Ciduya  kəndi  yerləĢir.  Bu  balaca  kəndin 
adamları  o  qədər    mehriban,  qonaqpərvərdirlər  ki,  turistlər 
özləri  ilə  apardıqları  hədiyyələrin  hamısını  onlara  vermək 
istəyirdilər.  Bu  kənd  Roma  Ģəhərciyi  Kadaum  Kastronun 
yerində salınmıĢdır. Çay üzərində böyük su bəndi vardır. Məhz 
burada ġelif çayı dənizə doğru yönəlir. 
379  km-likdə  Məhəmmədiyyə  Ģəhərciyi  yerləĢir.  Bu 
Ģəhərcik kənd təsərrüfatı rayonunun mərkəzidir. Yerli əhalinin 
dediyinə görə bu rayonda pambıq əkməyə bir neçə dəfə cəhdlər 
göstərilmiĢdir.  Nəticə  müsbət  olmasa  da  yerli  mütəxəssislər 
ruhdan 
düĢməyiblər. 
Onlar 
bu 
torpaqda 
pambıq 


 
 96  
yetiĢdirəcəklərinə inanır və bu sahədə iĢlərini davam etdirirlər. 
ġəhərciyin cənubunda böyük su bəndi gördük. 
405  km-likdə  Siq  Ģəhəri  (Tassakora-romaca)  yerləĢir. 
Əlcəzairin ən böyük bitki yağları zavodu buradadır. Siq vadisi 
özünün  sahələri  və  bağları  ilə  ġimala-Moastahanemə  və 
Arzevə  qədər  uzanır.  Arzevdə  ABġ  tərəfindən  yaradılan, 
sıxılmıĢ  qaz  almaq  üçün  dünyada  ən  böyük  qurğu  vardır.  Bu 
Ģəhərdə  kimya  zavodu,  böyük  liman,  neftayırma  zavodu 
fəaliyyət göstərir. 
478  km-likdə  470  m  hündürlükdə  Sidi-Bel  Abbas  Ģəhəri 
yerləĢir. Onun 300000 əhalisi vardır. Universiteti 1973-cu ildən 
fəaliyyət  göstərir.  Yüngül  sənaye,  məiĢət  elektronikası 
müəssisələri  Ģəhər  əhalisinin  əsas  iĢ  yerləridir.  Fransız  iĢğalı 
zamanı  bu  Ģəhərdə  məĢhur  Xarici  Legionun  bazası 
yerləĢmiĢdir. 
Bumerdesin  568  km-liyində,  dəniz  səviyyəsindən  800  m 
yüksəklikdə  əhalisi  700000  olan  Tlemsen  Ģəhəri  yerləĢir.  Bu 
Ģəhər ölkənin ən gözəl turist Ģəhərlərindən biri olub, çoxlu orta 
əsr abidələrinə malikdir. 
Bu  Ģəhərdə  çoxlu  su  mənbələri,  yumĢaq  iqlim,  cürbəcür 
bitkilər  vardır.  Zəngin  tarixi  olan  bu  Ģəhər  müsəlman 
Əlcəzairinin  intellektual  mərkəzidir.  Tlemsenlilərə  çox  vaxt 
“intellektuallar” da deyirlər. Onlar öz Ģəhərlərinin tarixi ilə fəxr 
edirlər.  Bu  Ģəhərdə  doğulub  boya-baĢa  çatanların  çoxusu 
ƏXDR-in  ruhani  və  dövlət  idarələrində  mühüm  mövqelər 
tutmuĢlar.  ġəhər  yavaĢ-yavaĢ  sənayeləĢdirilir.  Telefon  aparatı 
zavodu, inək fabriki, əczaçılıq fabriki, efir yağı kombinatı, süni 
liflər fabriki və s. son illərdə bu Ģəhərdə tikilmiĢdir. 
Tlemsenin  mənası  “Su  bulaqları”  deməkdir.  Bu  yerdə 
vaxtilə  insanlar  qayaların  ətəyində  mağaralarda  yaĢamıĢlar. 
Onların əmək alətləri Ģəhər muzeyində saxlanılır. 
Roma  hökmdarları  vaxtı  indiki  Ağadir  Ģəhərinin  (Ağadir-
qaya  deməkdir)  yerləĢdiyi  təpədə  Pomariya  qalası  tikilmiĢdir. 
Ağadir Ģəhərinin müsəlman əhalisi burada VIII əsrdə dağılmıĢ 


 
 97  
Roma  qalası  yerində  məskunlaĢmıĢdır.  Sonradan  bura  bərbər 
tayfalarının,  Kordov  xilafəti  vassallarının  paytaxtına  çevril-
miĢdir. 
Ġndiki  Tlesmen  XI  əsrin  sonralarında  Ağadir  divarları 
yanında  salınmıĢdır  (Burada  köçəri  bərbər  tayfaları 
yaĢayıralrmıĢ).  Yeni  Ģəhər  surətlə  böyümüĢ  və  Ağadirlə 
birləĢmiĢdir.  Bu  Ģəhərdə  ilk  məscid  1082-ci  ildə  tikilmiĢ, 
sonradan  böyüdülüb  zənginləĢdirilmiĢdir.  Bu  gün  həmin 
məscidin  iri  zalı  1250  kv.m  ölçüdə,  minarəsi  isə  35  m 
hündürlükdədir. Deyilənlərə görə məscidin yanında bərbərlərin 
əmiri,  zianidlər  nəslinin  yaradıcısı,  Tlemsenin  hökmdarı 
Yaqmorasen  dəfn  olunmuĢdur.  Məhz  bu  əmirin  dövründə 
Tlemsen ağlasığmaz dərəcədə çiçəklənmiĢdir. 
Yüz  ildən  artıq  Tlemsen  ġimalla  Qara  Afrika  arsında 
əlaqəçi  rolunu  oynayıb  varlanmıĢdır.  ġəhərdə  xalçaçılıq, 
dəmirdöymə,  tikmə,  taxta  emalı  alətləri  geniĢ  yayılmıĢdır. 
Burada toxunan xalçaların 95%-i Avropaya göndərilir. Qurani-
Kərimi  saxlamaq  üçün  mücrülər  məhz  bu  Ģəhərdə  düzəldilir. 
Əhalinin əksəriyyəti savadlı olub, məscidlərdə və mədrəsələrdə 
təhsil almıĢdır. 
Telemsenin  var-dövləti  qonĢularını  qıcıqlandırmıĢdır. 
MərakeĢli  Fesa  sultanı  Yaqub  bir  neçə  müvəffəqiyyətsiz 
həmlədən  sonra  XIII  əsrin  sonunda  çox  böyük  qoĢunla  bu 
Ģəhərə  hücuma    keçmiĢ,  onun  divarlarını  canlı  mühasirəyə 
almıĢdır.  Mühasirə  doqquz  il  davam  etmiĢdir.  Sultan  elə 
buradaca  yeni  Ģəhəri  –  Mənsurahi  (tərcüməsi  “Qələbə” 
deməkdir)  tikdirmiĢdir.  ġəhərdə  böyük  saray  və  məscid  inĢa 
etdirmiĢdir.  Səhranın  karvanları  artıq  Mənsurahiyə  gələrmiĢ. 
Tlemsenin sağ qalan azsaylı döyüĢçüləri son və ümidsiz döyüĢə 
hazırlaĢdığı  vaxt  Fes  sultanı  Vannada  öz  qulu  tərəfindən 
öldürülür.  Tacdan  ötrü  narahat  olan  sultanın  varisləri 
mühasirəni  dağıdıb  Fesə  qaçırlar.  Tlemsen  rahat  nəfəs  alır. 
Lakin bu uzun çəkmir. 30 il sonra amansız qonĢular tərəfindən 
bu  Ģəhər  zəbt  olunur.  Mənsurahi  Ģəhərini  onlar  yenidən 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə