125
MAHMUD müəllim (gülə-gülə) - Qoy siz deyən kimi
olsun!
Bu zaman müdirin otağının qapısı açılır və oradan bir
nəfər çıxır.
MAHMUD müəllim (ayağa qalxaraq) - Mən bircə
dəqiqəliyə. Ola bisin ki, sizin söhbətiniz uzun çəksin.
RAFĠQ - Buyurun, buyurun Mahmud müəllim. Siz narahat
olmayın. Mən gözləyəcəyəm.
Mahmud müəllim müdirin otağına daxil olur.
RAFĠQ (Laləyə) - Siz bilmirsiniz, Məmməd müəllim məni
nə üçün görmək istəyirmiĢ?
LALƏ (çiyinlərini çəkərək) - Vallah bilmirəm. Ancaq onu
bilirəm ki, sizin məqaləni və onun sənədlərini özündə saxladı.
Sonra da mənə tapĢırdı ki, sizi çağırım.
RAFĠQ - Bəs ekspertiza aktına qol çəkmədi?
LALƏ (bir qədər tərəddüdlə) - Məncə yox.
RAFIQ - Axı niyə ?
LALƏ (çiyinlərini çəkərık) - Mən hardan bilim? Bunu onun
özündən soruĢun. Məgər o mənə hesabat verir?
RAFĠQ ( bir qədər əsəbi ) - Qəribə iĢdir. Ekspertlərin
hamısı akta qol çəkir, bir bundan (müdirin kabinetinə doğru
əlini uzadır) baĢqa.
Bu zaman Mahmud müəllim müdirin kabinetindən çıxır.
MAHMUD müəllim (Rafiqə) - Hə oğul, o sizi gözləyir.
RAFĠQ (içəri daxil olaraq) - Sabahınız xeyir, Məmməd
Cəliloviç!
ATAZADƏ (baĢını ctolu üzərindəki vərəqlərə baxmaqdan
qaldırmadan) - Salam. Oturun. (Bir qədər sükutdan sonra baĢını
qaldıraraq sualedici nəzərlərlə Rafiqə baxır) YaxĢı, Rafiq
müəllim, bu nə iĢdir? Siz xaricdə təhsil almıĢ və iĢləmiĢ
adamsınız. Çox yaxĢı bilirsiniz ki, orda əmək intizamı necədir.
Sizin əməkdaĢlarınız iĢə yaxĢı davam etmirlər. Siz özünüz isə
ayrı aləmsiniz. Günlərlə Sizi iĢdə tapmaq olmur.
RAFĠQ - Məmməd müəllim, mənim...
126
ATAZADƏ (onun sözünü kəsərək) - Məmməd müəllim
yox, Mamed Cəliloviç.
RAFĠQ (bir qədər əsəbi) - Olsun. Mamed Cəliloviç, mənim
laboratoriyamda mənim özüm də daxil olmaqla beĢ iĢçi çalıĢır.
Aliyə və Səməd sizin zavodda qoyduğunuz təcrübənin gediĢinə
nəzarət edir, Arif məzuniyyətdədir. Natiqdən də nə vaxt
soruĢursan hardasan, deyir ki, Mamed Cəliloviç məni filan yerə
göndərmiĢdi, filan iĢi görürəm. Mən özümsə, bütün günü ya
laboratoriyada oluram, ya da ki, kitabxanada.
ATAZADƏ – Xeyir, sizin əsas vaxtınız laboratoriyada
keçməlidir.
RAFĠQ - Mamed Cəliloviç, məĢhur bir fizik olub,
KavendiĢ. Yəqin Siz də onu yaxĢı tanıyırsınız. O, səhər,
günorta və axĢam laboratoriyaya gələndə öz aspirantını iĢləyən
görür və hirslənirək bütün günü iĢləyirsə, bəs nə vaxt
düĢündüyünü soruĢur. Öyrətmək olmasın Mamed Cəliloviç,
nəzəri biliklərsiz təcrübi nəticələrin effekti çox az olur. Bəlkə
də heç olmur.
ATAZADƏ (bir qədər istehza ilə) - Öyrətməyinə öyrətdin.
Ancaq Siz heç kitabxanada da olmursuz axı. ƏĢi, kitabxanaya
neçə dəfə Sizin ardınızca adam göndərmiĢəm, vicdan haqqı,
Sizi tapa bilməyiblər. Belə iĢ olar?!
RAFĠQ (təmkinlə) - Mən bizim sektorun kitabxanasında
yox, mərkəzi elmi-texniki kitabxanada iĢləyirəm.
ATAZADƏ (bir qədər kinayə ilə) - Deməli, bizim
kitabxana Sizin üçün yaramır, hə?
RAFĠQ (sakit tərzdə) - Niyə? Sadəcə olaraq elə ədəbiyyat
vardır ki, mən onu bizim kitabxanada tapa bilmirəm, Mərkəzi
elmi-texniki kitabxanada tapıram.
ATAZADƏ - Yox, belə olmaz! Kitabxanaya getmək üçün
ayrı vaxt seçin. Bu nə deməkdir? Müdiriyyət istədiyi vaxt öz
iĢçisini tapa bilmir. Əmək intizamına hamımız riayət etməliyik.
Hecə olur, mən bütün günü bu kabinetdən bayıra çıxmıram,
iĢçilərim isə iĢ vaxtında Ģəhəri gəzir.
127
RAFĠQ - Əvvəla, mən əmək intizamını heç vaxt
pozmamıĢam. Ġkncisi, kitabxanaya getməyə ayrı vaxt seçin
deyəndə Siz nəyi nəzərdə tutursunuz? Üçüncüsü, Sizə
kabinetiniz xoĢ gəlir və ordan çıxmırsınızsa, o Sizin öz
iĢinizdir. Sadəcə bir həqiqət var ki, elmi kəĢflər kabinetlərdə
deyil, laboratoriya ilə kitabxananın vəhdətində baĢ verir.
ATAZADƏ (bir qədər yumĢalır) - YaxĢı gəl mübahisə
açmayaq. Qaldı, Natiqə, o, mənim aspirantımdır və mənim
sərəncamımdadır. Onunla iĢin olmasın. (daha aĢağı tonla) Hə,
Sizin məqaləyə baxdım. Onun üzərində bir az iĢləmək lazımdır.
Bir də ki, məqaləni yazanda iĢlədiyiniz müəssisənin adını
gözləmək lazımdır. ÇalıĢmaq lazımdır ki, bəzi etik qaydalara
əməl olunsun.
RAFĠQ (həyəcanlı) - Siz nə danıĢırsınız? Mən Sizi baĢa
düĢə bilmirəm. Mən bu sektorun adını həmiĢə uca tutmuĢam və
etik qaydalardan heç vaxt kənara çıxmamıĢam. Siz nə əsasla
belə danıĢırsınız?
ATAZADƏ (gülümsəyərək) - YaxĢı, yaxĢı, əsəbiləĢməkdən
danıĢmamıĢıq. Götür bu məqaləni bir qədər iĢlə. Mən qeydlər
etmiĢəm. Onları nəzərə almaq lazımdır (məqaləni stolun üstü
ilə ona doğru itələyir).
RAFĠQ (əsəbi halda məqaləni götürür) - YaxĢı, mən baĢa
düĢmürəm...
ATAZADƏ (onun sözünü kəsərək) - Bu olmadı, bu olmadı
Rafiq müəllim. Gedin öz otağınıza, səliqə ilə məqaləni
nəzərdən keçirin.
RAFĠQ ( hirslə otaqdan çıxaraq) - YaxĢı, sağ olun.
ATAZADƏ (arxasınca) - Bura bax, o Natiqi yanıma
göndər.
RAFĠQ (geriyə dönərək) - Tapsam, hökmən.(Qapıda
Laləyə) Lalə xanım, sağ olun.
LALƏ (gülümsəyərək) - XoĢ gəldiniz.
128
Rafiqin laboratoriyası. Cihazlar arasında beş stol
qoyulmuşdur. Stollardan birinin arxasında Natiq oturmuşdur.
Rafiq otağa daxil olur.
RAFĠQ (Natiqə) - Rəhbərin səni çağırır.
NATĠQ (iriĢə-iriĢə) - Xeyir ola, görəsən nə üçün məni
çağırır. (Rafiqə tərəf) Sizə bir söz demədi?
RAFĠQ (sərt Ģəkildə) - Xeyir.
Natiq çıxır. Rafiq öz masasının arxasına keçir və əlində
tutduğu məqaləni nəzərdən keçirir. Bu zaman Aliyə və Səməd
otağa daxil olurlar.
HƏR ĠKĠSĠ BĠRLĠKDƏ - Salam, Rafiq müəllim!
RAFĠQ - Salam, salam. Nə xəbərlə gəlmisiniz? ĠĢlər necə
gedir?
ALĠYƏ - Hələ ki, bir Ģey yoxdur.
SƏMƏD -Hər Ģey əvvəlki kimidir. ġəxsən mən, bu iĢdən
müsbət nəticə gözləmirəm. (sonra Rafiqin üzünə diqqətlə
baxaraq) Mənə bax, qanın qaradır deyəsən. Sənə nə olub? Əgər
zavodda qoyulan təcrübələrin dərdini çəkirsənsə, sizi bilmirəm,
Ģəxsən mən, bu iĢdən müsbət nəticə gözləmirəm.
RAFĠQ (məqaləni ona göstərərək) - Buyur bax, feyziyyab
ol. Müdirimiz ekspertiza aktına qol çəkmir. Özü də mənə deyir
ki, sektorumuzun adını gözləmək lazımdır. Nə bilim etik
qaydalara riayət etmək lazımdır.
SƏMƏD (bərkdən gülərək) - Ha, ha, ha. ƏĢi sən bunu
birinci dəfədir eĢidirsən? Deməli, o, indiyə kimi sənə böyük
güzəĢt edirmiĢ. ġans veribmiĢ ki, özünü göstərəsən.
RAFĠQ (təəccüblə) - Necə yəni birinci dəfə? Necə yəni
Ģans? Mən heç nə baĢa düĢə bilmirəm. Siz nə deyirsiniz? Bir
məni baĢa salın.
SƏMƏD (halını pozmadan) - Burda baĢa düĢməli bir Ģey
yoxdur. O indiyə kimi sənə imkan verib ki, məqaləni ya tək
özün və yaxud da birgə iĢlədiyin yoldaĢlarla çap etdirəsən.
Çünki aldığınız nəticələrə elm aləminin necə reaksiya
verəcəyini bilmirdi. Ġndi sənin elmi iĢlərinə dünyadan müsbət
Dostları ilə paylaş: |