Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə36/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

 
 114  
yaxĢı  bir  mütəxəssis  olmaq  istəmir.  Budur  bəlamız!  (Ayağa 
qalxıb kupedən çıxır). 
        Bu zaman qatar bələdçisi dörd stəkan çay gətirir
BƏLƏDÇĠ  -  Ay  kiĢilər,  sizin  kupe  yoldaĢınız  nə  isə 
gözümə hirsli dəydi. Kimdir o? 
ƏSƏD  (  astadan)  -  Hər  kimdisə  böyük  adama  oxĢayır. 
Zalım  oğlu  elə  bil  elm  dəryasıdır.  EynĢteyndən  tutmuĢ 
Lısenkoya qədər xırdaladı bizimçün bu cənab Əhmədov. 
BƏLƏDÇĠ - Familiyası Əhmədovdur? 
ƏSƏD - Bəli, Əhmədov. Bu sənə bir Ģey demir? 
BƏLƏDÇĠ  (baĢını  bulayaraq)  -  Xeyir!  (Kupedən  çıxarkən 
Əhmədovla  üz-üzə  gəlir  və  ehtiramla).Cənab  Əhmədov  sizin 
çayınızı gətirmiĢəm. BaĢqa bir Ģey lazım deyil ki? 
ƏHMƏDOV  (kupeyə  daxil  olaraq)  -  Yox,  çox  sağ  ol! 
(Üzünü  Əsədə  tutaraq)  sizin  bir  icra  baĢçınız  vardı, 
Məmmədov. O necə adam idi? 
ƏSƏD  -  Çox  yaxĢı  adam  idi.  Bizim  rayon  üçün  çox  iĢlər 
gördü.  Xüsusilə  rayon  mərkəzinin  yenidən  qurulması  onun 
adıyla bağlıdır. 
ƏHMƏDOV - Bəs Əkbərov? 
ġĠROĞLAN  (tələsik)  -  O  da  yaxĢı  adam  idi.  Həddindən 
ziyadə  xeyirxah  bir  kiĢi  idi.  Maldarlığı  rayonda  o  inkiĢaf 
etdirdi. 
ƏHMƏDOV  (kupedə  var-gəl  edərək)  -  YaxĢı  indiki  icra 
baĢçınız Osmanov necə, o da yaxĢı adamdı? 
ƏSƏD - Əlbəttə, biz ondan çox razıyıq. 
ƏHMƏDOV  (səsini  bir  qədər  ucaldaraq)  -  Əlbəttə  razı 
qalacaqsınız da. Qızıl kimi təsərrüfatı ələ keçirib, yavaĢ-yavaĢ 
əridirsiniz özünüzçün. 
BABALI  (təmkinlə)  -  Cənab  Əhmədov,  biz  namuslu 
adamlarıq. 
ƏHMƏDOV (bir qədər yumĢaqcasına) - Mən demədim ki, 
uzaq  olsun,  siz  namussuzsunuz.  Məgər  namuslu  adamın  ağzı 
yoxdur? 


 
 115  
ġĠROĞLAN  (kənara)  -  Əcəb  iĢə  düĢmədik.  Allah 
mərdimazarın evini yıxsın. Bu hardan calandı bizə? 
ƏHMƏDOV  -  Kstati,  yatmaq  istəsəniz  mənə  baxmayın, 
yata bilərsiniz. Mənim yerim yuxarıdadır. Amma xoruldamayın 
ha...(Gülür) 
ġĠROĞLAN  -  Cənab  Əhmədov,  siz  nə  danıĢırsınız?  Sizin 
kimi bir alicənab insan yuxarıda  yatsın, bu ola bilməz. Babalı 
cavan  oğlandı,  o  yatar  yuxarıda.  (Sonra  astadan  Əsəd  və 
Babalıya) Görürsünüz tülkülüyünü? Özü yuxarı yerə bilet  alıb 
ki, kupedəkilər onun kimliyini bilməsinlər. 
ƏHMƏDOV  (sanki  onun fikrini duyurmuĢ  kimi) - Bakıya 
gediĢim  qəfil  olduğundan  bileti  elə  bu  gün  almıĢam.  AĢağı 
yerlərə bilet yox idi. (Yenə kupedən çıxır). 
ƏSƏD - Ə, sizin canınız üçün mən bu Əhmədovu hardasa 
görmüĢəm. Lap mənə tanıĢ gəlir. 
ġĠROĞLAN  -  Əsəd,  bir  iki  yüz  də  vur,  sən  öl,  o  sənin 
gözündə qohumlarından birinə çevriləcək, ha, ha...(Gülür). 
ƏSƏD (hirslə) - Ə, boĢ-boĢ hırıldama! Ola bilsin mən onu 
Nazirlər  Kabinetində  görmüĢəm.  Axı  mən  bir  dəfə  orada 
yığıncaqda olmuĢam. Vallah yaman Ģirin gəlir mənə. 
BABALI  -  Əsəd,  biz  rayonun  butun  icra  baĢçılarını 
təriflədik. Bəlkə onlardan biri elə onun düĢmənidir? 
ƏSƏD (hirslə) - Bizə nə?! Bəlkə elə dostudur. Pisləyərsən, 
iĢləri korlayarsan. Nəyimizə gərək! 
ġĠROĞLAN  (onun  sözünü  kəsərək)  -  Biz  Gəncədə 
oxuyanda... 
ƏSƏD  (onu  danıĢmağa  qoymur)  -  Ə,  ġiroğlan,  mən  ölüm 
saxla! Bunu yüz dəfə demisən. Siz Gəncədə oxuyanda sizin bir 
tələbə yoldaĢınız restoranda tanımadığı, təsadüfi bir adamla bir 
stolun  arxasında  oturur.  Yeyib,  içirlər  və  həmin  adam  sənin 
tələbə  yoldaĢından  nə  iĢlə  məĢğul  olduğunu  soruĢur.  Sənin 
dostun  da  deyir  ki,  tələbədir.  Onda  həmin  adam  bir  müəllim 
barədə ondan soruĢur. Sənin tələbə yoldaĢın da həmin müəllimi 
o  ki,  var  pisləyir.  Bu  müəllim  də  kim  olsa  yaxĢıdır?  Həmin 


 
 116  
adamın  doğmaca  qardaĢı!  Nəticədə  sənin  tələbə  yoldaĢın 
imtahandan kəsilir. (ġiroğlana tərəf çevrilərək) Bunu danıĢmaq 
istəyirdin? Allah evini  yıxmasın, sən ki, bunu bizə ən azı  yüz 
dəfə danıĢmısan. 
ġĠROĞLAN - Sən öl, Əsəd, sən məndən yaxĢı danıĢdın ki! 
Elə  bil  Gəncədə  mən  yox,  sən  oxuyubsan,  hi,  hi...(astaca 
gülür). 
       Kupeyə  sakitlik  şökür.  Qatarın  təkərlərinin  səsi 
eşidilir.  Kupenin  qarĢısından  onların  həmkəndliləri  Kamal 
keçir. Kamalın gözü onlara sataĢır və o, kupeyə daxil olur. 
BABALI  (  özünü  itirmiĢ  kimi)  -  Kamal,  sən  burda 
neyləyirsən? 
KAMAL  (bir  qədər  Ģən)  -  AxĢamınız  xeyir!  (Üzünü 
Babalıya tutaraq) Səninki lap MəĢədi Ġbadın iĢinə döndü. Mən 
adaxlıbazlığa gəlmiĢəm. Bəs siz neyləyirsiz burda? (Gülür). Ə, 
nə  quzu  kimi  oturmusunuz?  Heç  özünüzə  oxĢamırsınız.  Ə, 
Babalı olmaya yanacağınız qurtarıb, ə?! Bu saat təĢkil edərəm. 
(Əl  atıb  qoltuq  cibindən  bir  araq  çıxarır).  Bu  saat  vaqon-
bufetdən almıĢam. 
BABALI  (barmağını  dodaqlarına  toxundurub)  -  Ə,  sus! 
Ġndi bizi zibilə salacaqsan. (Lap astadan) Kamal, iĢə düĢmüĢük. 
Bu zalım oğlu Əhmədov hardan iliĢdi bizə, bilmirik?! 
KAMAL - Əhmədov kimdi, ə?! 
ġĠROĞLAN  (onun  ağzını  əlləri  ilə  tutaraq)  -  Ə,  yavaĢ 
demədim  sənə?  (Sonra  tamburda  duran  Əhmədovu  ona 
göstərir). Odur ey, dayanıb kupenin ağzında. 
KAMAL  (sakit-sakit)  -  YaxĢı  nə  olsun  dayanıb?!  Qoy 
dayansın  da.  Əhmədov kimdi,  filənkəsov  kimdi, ay kiĢi iĢində 
ol. (Butulkanı açır). 
ƏSƏD - Kamal, sən öl, bütün icra baĢçılarını tanıyır. Belə 
zənn edirəm yuxarıdan-aparatdan gəlib, rayonları yoxlayandı. 
KAMAL  -  Stəkanları  bəri  qoyun,  (stola  baxaraq)  deyəsən 
heç stəkanlarınız çatmır. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə