Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə46/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
145
Ancaq  çəpik  səsli  yuxular  kənddə  də  rahat  buraxmırdı 
onu.  Başını  yastığa  qoyan  kimi  kəndin  kimsəsizliyindən,  tən-
halığından,  səssizliyindən  qoparaq  paytaxt  şəhərində  dincliyini 
ə
lindən alan o dəhşətli yuxuların ağuşuna düşürdü.  
Yuxuların  xofu  yadını-yaddaşını  pərən-pərən  salmış, 
düşüncələri sahmanını itirmişdi.  
...  Gecənin  qaranlığında  zibilliyi  eşələyib  nə  isə  tapmaq 
istəyən qocanın kölgəsi gözləri önündən çəkilib getmirdi. Bir dəfə, 
cəmisi bir dəfə görmüşdü o qocanı.  
...Qoca bir əliylə zibilliyi eşələyir, o biri əliylə çəpik çalırdı. 
Ancaq  zibilliyi  eşələsə  də,  qocanın  fikri-zikri  çəpik  vuran  əlinin 
yanındaydı,  elə  bil,  ritmin,  ahəngin  pozulacağından  qorxurdu. 
Adamlar sağ əli zibil qutusunu eşələyən, sol əli isə havada açılıb-
yumulan  bu  qocanın  yanından  saymazyana  ötüb  keçirdilər.  O  isə 
dayanmış,  qoca  zibillikdən  tapdığı  bir  parça  kiflənmiş  çörəyi 
pencəyinin  cibinə  dürtüb  çəpik  çala-çala  uzaqlaşana  qədər  bu 
qəribə mənzərəni seyr etmişdi.  
...Xəstəlik onu  yatağa salandan hər şeyə qarşı hövsələsiz 
olmuşdu. Çəpik səslərini eşitməkdən qorxduğu üçün televizoru 
açmırdı. Ancaq televizorun sönmüş ekranından belə çəpik vuran 
ə
llərin tutqun kölgəsinin boylandığını duyur, əsəbləri gərilirdi.  
Ə
vvəllər  də  hərdən  işdən  sonra  şəhərin  ucqarında,  dəniz 
sahilindəki  villasına  gedir,  orada  gecələyirdi.  Dənizin  və 
tənhalığın onu ovunduracağını düşünürdü. Ancaq əbəsmiş...  
...Küləkli  havalarda  dəniz  uğuldayırdı.  Dənizin  uğultusu 
onu  vahimələndirir,  qorxudurdu.  Küləksiz  günlərdəsə  gecə 
yarıdan  sonra  sahilə  can  atan  dalğaların  xəfif  şırıltısı  qüssə 
gətirirdi.  
...Gecələri həyəcan içərisində keçirdi. Ona elə gəlirdi ki, 
gözlərini  qapayan  kimi  üstündə  uzandığı  torpağı  su  yuyub 
aparacaq,  çarpayı  qarışıq  dənizə  qərq  olacaq.  Gözlərini  yuman 
kimi  dənizin  şor  suyunun  təmini  dodaqlarında    hiss  edir, 
boğulacağından, qorxaraq ayılırdı.  
Ağzının  dadını  itirmişdi.  Yediyi-içdiyi  şeylərdə  qabaqkı 
ləzzət  qalmamışdı.  Bu,  hardasa  dadına  çatırdı;  addımbaşı  xəyal-
larla çarpışmaqdan yaxasını qurtarırdı.  
...Bir  vaxtlar  sevinirdi  ki,  nə  yaxşı  o  dünyanı  insan  yalnız 
yuxu  içərisində  keçirir.  Çünki  yuxu  əvəzinə,  o  dünyada  cürbəcür 
işlərə  –  zülmə,  məşəqqətlərə  də  cəlb  edilə  bilərdi.  Yenidən  pula 
möhtac olar, ehtiyac çəkərdi.  


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
146
...Ancaq  son  günlər  dəniz  və  tənhalıqla  baş-başa  qaldığı 
villada da yuxuları onu yorur, heydən salırdı. Gözlərini yuman 
kimi  çəpik  səsləri  yuxularına  dolurdu.  Hardansa  yaxınlıqdan 
gələn  bu  səslər  əlləri  sürəkli  çəpik  çalmaqdan  yağır  olmuş  bir 
dəstə  başsız  kütləni  xəyalən  gözləri  önündə  canlandırsa  da,  o, 
səsdən  savayı  heç  nə  duymur,  eşitmirdi.  Çəpik  səsləri  addım-
addım içinə yeriyirdi.  
...Çəpik  səsləri  yuxularına  dolanda  özgə  bütün  səsləri 
batırır,  eşidilməyə    qoymurdu.  Bu  səs  dənizin  uğultusunu  da, 
sahilə can atan xəfif dalğaların pıçıltısını da örtürdü.  
Çəpik  səsləri  sürəkli  və  sonsuz  idi.  Onu  dəhşətə  gətirən 
bu səslərin bitmək, tükənmək bilməməsiydi. Çəpik səsləri uzan-
dıqca  uzanırdı.  Bu  səslər  uzandıqca  örtülən,  basdırılan,  eşidil-
məyən, görünməyən özgə səslər haldan düşür, taqətini itirirdi... 
Ə
trafında,  yaddaşında,  onu  dünyaya  bağlayan  xatirələrində  nə 
varsa, o səsə təslim olur və onu tərk edirdi.  
...Qorxurdu, bu yuxuların uzanacağından, çəpik səslərinin 
onu dəli edəcəyindən qorxurdu.  
...Pəncərəyə  yaxınlaşıb  dənizə  baxdı.  Ləpələnən  ay  işığı 
gözlərini  qamaşdırdı.  Ona  elə  gəldi  ki,  dəniz  sərxoşdu,  çalxa-
lanmaqdan  yorulduğu  üçün  durmaq,  dayanmaq,  özünə,  düşün-
cələrinə dalmaq istəyir.  
...Ancaq su köpüklü, ləpələrsə ağappaq idi.  
...Çəpik  səslərinin  ritminə  düşdüyündən  dəniz  öz  ahən-
gini itirmişdi.  
Düşündü ki, görəsən, suda şütüyən balıqlar bu ahəngi tuta 
biləcəklərmi?  
14-18 noyabr 2000 
Kipr, Qazimağusa  


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
147
VƏTƏN 
 
 
İ
t bir vaxt qoruduğu həyətin yanında dayanıb durdu. Öm-
rünün  ən  xoş  illərinin  bağlandığı  bu  ev,  bu  yurd  indi  onunçün 
dünyanın uzaq, əlçatmaz bir məskəninə çevrilmişdi. 
Üç günüydü ki, ac idi; hansı qapıya ayaq basırdısa, qovub 
çıxarırdılar;  özünə  yurd,  sığınacaq  tapa  bilmirdi.  Küçənin  so-
nundakı üfunət iyi verən qat-qarışıq zibilliyi burnu ilə neçə dəfə 
eşələmiş, ancaq bir şey tapa bilməmişdi. 
Tənbəl-tənbəl  küçə  boyu  göz  gəzdirdi.  Birdən  yolun 
sağındakı  daş  hasarın  dibində  düşüb  qalmış  iri  bir  sümük  göz-
lərinə  sataşdı.  Böyür-başına  baxdı,  sanki  kimdənsə  ehtiyat  elə-
yirdi,  kimsə  sümüyü  əlindən  ala  bilərdi.  Ancaq  yol  boyu  ins-
cins  gözə  dəymirdi.  Qorxa-qorxa  sümüyü  dişləri  arasına  alıb 
yolun sonundakı kimsəsiz bir dalana çəkildi. Sümük bıçaqla elə 
təmizlənmişdi  ki,  üstündə  bircə  tikə  belə  ət  qalmamışdı.  Çü-
rümüş iri dişləri ilə cəhənglərinin suyu axa-axa nə illah elədisə 
sümüyü  sındıra  bilmədi.  Sümük  dişlərinin  arasında  o  yan  bu 
yana  çevrildikcə  ağzının  suyu  şoralanıb  gedirdi.  Sümüyü  atıb 
tənbəl-tənbəl geri döndü. 
Göyün yüksəkliyində ağ pənbə buludlar qızarıb qan rəngi 
almışdı. Elə bil buluddan yağış əvəzinə isti qan yağacaqdı. 
Qarşıdakı  dağların  zirvəsi  axşam  günəşinin  solmaqda 
olan şəfəqləri altında saralırdı. Evsiz, yurdsuz bu kənddə özünü 
qərib, uzaq hiss eləyirdi. 
Bir vaxt sahibi onu balaca rahat damda saxlayar, hər gün 
ləzzətli  yal  verərdi.  Ancaq  bu  xoşbəxt  günün  ömrü  uzun 
sürmədi;  günlərin  birində  sahibinin  uzaq  şəhərdə  yaşayan  oğlu 
gəlib  atasını  yığışdırıb  özüylə  apardı.  Qoca  getmək  istəmirdi, 
ancaq  oğlu  əl  çəkmədi,  hər  dəqiqə  müharibənin  başlayacağı, 
kəndə  hücum  olacağı  təhlükəsini  bəhanə  gətirərək  kişini  razı 
saldı.  Sahibi  yığışıb  getməmişdən  qabaq  evin,  həyətin  qapısını 
qıfılladı. O, sahibinin kənddən çıxıb getməsini istəmirdi, ancaq 
ona fikir verən kim idi...  
Qocanı  kənddən  çıxana  kimi  ötürdü.  Kəndin  ətəyində 
yovşanlı  düzənliyin  arası  ilə  uzanan  çınqıllı  yolda  sahibi  onun 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə