Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə43/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
136
Ata ələyi küncdən alıb taxta tabaqda un ələməyə başladı. 
Bu çağa kimi uşaqlar elə bilirdilər ki, un ələməyi təkcə anaları 
bacarır  və  bütün  bu  sayaq  işləri  yalnız  o  bacardığı  üçün  o  da 
eləyir. 
Unu ələdikcə kişinin bədəni yırğalanırdı, çırağın işığında 
onun  kölgəsi  divarda  eybəcər  bir  mənzərə  yaradırdı  və  bu 
mənzərə  böyüyüb  kiçildikcə  sanki  otağa  qəribə  bir  vahimə 
dolurdu. 
Sonra  qazança  gətirib  quymaq  çalmağa  başladı.Uşaqlar 
atanın xörək bişirməyinə heyrətlə tamaşa eləyirdilər. 
Ata  xörəyi  bişirib  bir  nimçə  arvadına  içirəndən  sonra 
sobaya iri bir yarma atıb yatağına girdi. 
...Səhər  uşaqlar  yuxudan  qalxanda  günorta  üstüydü.  Qar 
düzü-dünyanı  tutmuşdu.  Ana  yerinin  içində  mütəkkəyə  dirsək-
lənib  gözünü  pəncərəyə  zilləmişdi.  Üz-gözündən  narahatlıq tö-
külürdü.  Uşaqlar  yerindən  qalxan  kimi  əlilə  sobanın  altını  bö-
yük qıza göstərib: 
–  Götür  o  murdarı  ordan  rədd  elə!  -  dedi.  -  Sonra  da 
acıqla əlavə etdi. -Vaxt tapdı o da... 
Qız sobaya yaxınlaşdı. Xallı pişik doğmuşdu. Dörd dənə 
balası  bir-birnə  elə  sarmaşıb  durmuşdu  ki,  elə  bil  bir  can  idi. 
Hələ gözlərini aça bilmirdilər. 
Ananın pişikdən zənd-zəhləsi gedirdi: Xallını da əlacsız-
lıqdan evə buraxmışdılar, çünki siçan göz verib işıq vermirdi. 
Nənəsi  danışırdı  bunu:  bir  kişinin  züryəti  olmadığından 
gecə-gündüz  oturub  allaha  dua  eləyirmiş  ki,  ona  övlad  versin. 
Kişinin  həyətində  iti  və  pişiyi  də  varmış;  bunlar  da  öz  heyvan 
dillərində sahiblərinə övlad diləyirmiş. Guya it deyirmiş ki, kaş 
sahibimin  yeddi  igid  oğlu  olsun,  hərəsi  mənə  bir  parça  əppək 
versə, şad-xürrəm ömür sürərəm. Pişik isə yalvarırmış ki, allah 
sahibimə yeddi kor qız qismət eləsin, hərəsinin əlindən bir tikə 
çörək  qapıb  yesəm,  bəsimdi...  Doğruydumu,  yalanıydımı,  bu-
nun fərqinə varmaan ta zamandan pişiyi görən gözü yox idi. 
Qız bir söz demədən pişiyin balalarını torbaya yığıb töv-
ləyə getdi. Çölə atsaydı, o saat donub ölərdilər. Hər tərəf bəm-
bəyaz  qar  idi.  Tövlənin  samanlığında  bir  yer  düzəldib  balaları 
ora  qoydu.  Xallı  pişik  miyoldaya-miyoldaya  qarabaqara  qızın 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
137
dalınca  gəlirdi.  Qız  bütün  günü  pişiyin  yanından  əl  çəkmədi. 
Hərdən anasının gözünü oğurlayıb pişiyə çörək, ət parçası apar-
dı, balaların altına əski döşədi. 
O gün ata işdən ertə qayıtdı. Qucağında meyvə, konfet və 
başqa  bahalı  hədiyyəlrlə  dolu  kağız  torba  vardı.  Gözləri  gülür, 
körpə uşaq kimi sevinirdi. Bu neçə ildə ilk dəfəydi onu sevinən 
görürdülər. Alnının qırışları itmiş, gözləri yollardan yığılmışdı – 
oğlu olmuşdu – dörd qızdan sonra birinci oğlu. Ana da gülüm-
səyirdi. Gözləri ərinə dikilib qalmışdı, heyran-heyran baxırdı. 
Ata  iştahla  papirosunu  sümürürdü,  Üz-gözündən  elə  bir 
öyüngənlik  tökülürdü  ki,  sanki  körpəni  arvadı  yox,  özü  doğ-
muşdu.  Yerindən  qalxıb  uşağı  qucağına  aldı,  əlilə  üzünü  açdı, 
xeylaq gözlərinə baxıb: 
– Yaxşı oğul dayısına çəkər deyiblər, - dedi, - elə bil bir 
almadı yarı bölüblər. 
Gecə ər-arvad xeyli pıçıldaşdılar. Ata əzəlki kimi zəhmli, 
ə
səbi səslə danışmırdı, körpə doğulandan yumşalıb piləyə dön-
müşdü.  
Ana:  
–  Pişik  də  vaxt  tapdı  doğmağa.  Qorxuram  uşağın  başına 
bir iş gələ: 
– Eh,- dedi əri, - sən də fanatik olub getmisən. 
Səhər  böyük  qız  anasının  səsinə  oyandı,  yuxulu-yuxulu 
sobaya  tərəf  baxdı.  Xallı  pişiyin  balaları  sobanın  altında  idi. 
Qəribəydi, pişik balalarını bu qarda-çovğunda tövlədən evə ne-
cə gətirmişdi? Hardan yol tapıb evə girə bilmişdi? Pişiyə yazığı 
gəldi, istədi anasına yalvarsın ki... 
– O murdar olmuş götür çırp qarın içinə, - arvadın acıqlı 
səsi eşidildi. 
Ağzını açıb bir söz deyə bilmədi. Sakitcə balaları torbaya 
yığıb yenə tövləyə apardı, samanlıqda düzəltdiyi yuvacığa qoy-
du.  Xeylaq  onlarda  əyləndikdn  sonra  evə  qayıtdı  ki,  anasından 
gizli  bir  qədər  çörək  də  gətirib  pişiyə  versin.  Anası  onu  odun 
dalınca göndərdi, sonra sobanı yandırmağı tapşırdı. Yalnız bun-
dan sonra bir qırıq çörək götürüb tövləyə qaça bildi. 
İ
çəri girəndə heyrətindən yerində dondu: Xallı pişik bala-
larını yeyirdi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
138
Ağacı götürüb pişiyin üstünə cumdu. Xallı quyruğunu ox 
kimi dikəltdi, tüklərini qabardıb vəhşi səslə miyoldadı. Gözləri 
pişiyin  qan  çanağına  dönmüş  gözlrinə  sataşınca  əti  ürpəşdi. 
Ağacı atıb evə qaçdı: 
– Məmə, ay məmə, gəl qoyma, pişik balalarını yeyir! 
Ana diksindi. Qəfildən körpə də qışqıra-qışqıra ağlamağa 
başladı.  Ana  körpəni  ovutmaq  üçün  qucağına  aldı.  Qız  anasını 
gözləməyib tövləyə qaçdı. 
Xallı  pişik  balasının  üçünü  yemişdi.  Əlinə  keçən  kərpic 
parasını  götürüb  pişiyə  sarı  tolazladı.  Kərpic  pişiyin  yanından 
ötdü. Pişik axırıncı balasını dişinə alıb göz qırpımında tövlənin 
damına sıçradı. 
...  O  gündən  pişiyin  ayağı  evdən  kəsildi.  Ana  tutduğu 
işdən peşman olmuşdu, ancaq peşmançılığını üzə vrumurdu. 
Bacılar  axşama  kimi  körpə  qardaşlarının  yanından  əl 
çəkmirdilər,  pərvanə  olub  başına  dolanırdılar.  Ana  körpənin 
biləyinə gözümüncuğu taxdı. Evə yad adam gələndə başına duz 
dolayırdı  ki,  gözə  gəlmsin,  yatıranda  yastığı  altına  çörəkotu 
qoyurdu ki, qorxmasın. 
Xallı pişik yavaş-yavaş unudulurdu. 
Bir səhər ana  malları  sulayıb tövləyə  salandan sonra bö-
yük qızı səslədi. Qız baldırlarına kimi uzanan rezin kişi çəkmə-
lərini geyib həyətə düşdü. Ana sakit səslə: 
–Xallı tövlədədir, samanlıqda yatıb, - dedi. 
Qız  sevindi,  iri  çəkmələri  sürüyə-sürüyə  tövləyə  getdi. 
İ
çəri qaranlıq idi. Divardan tuta-tuta irəlilədi. Yavaş-yavaş göz-
ləri  qaranlığa  alışdı.  Samanlığa  çatanda  birdən  yerində  dondu. 
Xallı pişik samanlıqda, balaları üçün düzəldilmiş yuvada ölmüş-
dü. Hıçqırıq qızı boğdu. 
Handan-hana özünə gələrək bayıra çıxdı. 
Qar  havasıydı.  Soyuqdan  adamın  bəbəkləri  donurdu. 
Külək evin novçalarınan sallanan sırsıraları qırıb tökürdü. 
 
1986, Bakı 
 
 
 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə