Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə41/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
129
Yavaşca  qapını  döydü.  Cavab  gəlmədi.  Yenə  döydü  və 
çox  keçmədən  addım  səsləri,  sonra  qıfıla  salınan  açar  səsi  eşi-
dildi. Qapını açdılar. 
Həminki qadın.. həminki tanış sifət... Nə desin? Necə an-
latsın? Bilirdi ki, içəri girmək olmaz. Lap yəqin bilirdi ki, ağzını 
açan kimi qapını üzünə bağlayacaqlar və kim bilir üstəlik yağlı 
bir söyüş də eşidəcək. Ancaq bəs niyə dayanıb durur, niyə göz-
ləyir? 
Qapıçı qadın da dillənmirdi, eləcə mat-mat baxırdı. Qadı-
nın soyuq baxışlarından hiss elədi ki, onu unudub unutmayıbsa 
da, kim olduğunu xatırına sala bilmir. Ancaq bu soyuq baxışlara 
birdəncə uzaq, duyulmaz bir mərhəmət qondu. Ürəkləndi: 
–  İçəri  keçmək  istəyirəm,  -  dedi.  -  On  üçüncü  palataya, 
mümkünsə... 
Qapıçı kənara çəkilib yol verdi. 
Onunçün  sirli,  keçilməz  olan  bu  qapının  beləcə  asanca 
açılacağına  inanmırdı.  Elə  bil  yadlaşıb  tamam  bambaşqa  adam 
olmuşdu...  O  –  özü  isə  bir  kənara  çəkilib  bütün  bu  əhvalatlara 
tamaşa eləyirdi. 
Pillələri qalxanda elə halsız idi ki, sanki uzun xəstəlikdən 
sonra  yataqdan  durmuşdu.  Pilləkənin  tutacağından  yapışmasa, 
yıxılacaqdı. Yıxılacaqdı və bir daha ayağa qalxammayacaqdı. 
Divarlar  sirli  olduğu  qədər  də  ona  tanış  gəlirdi.  Uzaqda, 
yarıqaranlıq  dəhlizdə  növbətçi  tibb  bacısı  oturmuşdu.  Palatanı 
soruşmağa  ehtiyac  yoxdu.  Qapıların  üstündə  nömrələri  aydın 
yazılıb:  7,  8,  9,  10...  Üçüncü  mərtəbəyə  qalxmalıdı.  «Nəydi 
görən  o  tibb  bacısının  adı?  Bilsəydi  soruşardı.  İki  il  nə  olan 
ş
eydi  ki...  Çox  güman  ki,  hələ  burda işləyər.  Ancaq  təəssüf  ki, 
onun adını bilmir...». 
...Qayıdıb təzdən pillələri qalxır: 11, 12 və nəhayət 13. 
Bir  anlığa  hər  şeyi  unutdu.  Ona  elə  gəldi  ki,  arvadı  kör-
pəsiylə birgə içəridə uzanıb, indicə qapını açan kimi onları gö-
rəcək.  Əvvəlcə  körpəsini  qucağına  alıb  doyunca  tamaşa  elə-
yəcək, üzündə-gözündə özünə oxşar nişanələr axtaracaq. Sonra 
arvadıyla hal-əhval tutacaq. Arvadı onsuz korluq çəkib-çəkmə-
diyini soruşacaq, ev üçün burnunun ucu göynədiyini, lap yaxın 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
130
günlərdə  xəstəxanadan  çıxacağını  bildirəcək...  Çəkdiyi  əzablar 
yuxu kimi, yorğunluq kimi unudulub gedəcək. 
...Hiss elədi ki, bütün bədəni titrəyir. 
...Qapını yavaşca döydü. 
...İçəridən səs gəldimi, ya gəlmədimi? 
...Heç nə eşitmədi. 
...Yavaşca qapını itələyib açdı. 
...Çarpayıda cavan bir qadın uzanmışdı. 
...Keçib bir tərəfdə oturdu. 
...Nə isə deməliydi, ancaq demədi. 
...Qadın da nə isə soruşmalıydı, ancaq soruşmadı. 
Balaca,  səliqəli,  bir  adamlıq  palataydı.  «Deməli,  arvadı 
bu  çarpayıda  yatıb,  ağrılarını  sakitləşdirmək  üçün  əllərini  bu 
çarpayının soyuq dəmirinə söykəyib, yuxusuz gecələrində tava-
nın  cizgiləri,  nişanələri  yaddaşına  həkk  olub,  onun  öz  əlilə  ha-
zırlayıb gətirdiklərini bu otaqda yeyib, məktublarına cavabı bur-
daca yazıb…». 
Ə
lilə çarpayıya elə toxundu ki, elə bil canlı kəpənəyə to-
xunurdu və bir andaca töküləcəyindən qorxurdu. 
İ
ndisə bu otaqda başqası yatır. Elə sakit, elə rahat uzanıb 
ki,  iki  il,  lap  elə  iki  həftə  bundan  qabaq  burda  kimlərinsə  yat-
dığından  xəbərsizdi.  Bu  anda,  bu  məqamda  yalnız  özünü,  öz 
körpəsini  düşünür.  Bilmir  ki,  yer  üzü  təkcə  özündən  və  kör-
pəsindən ibarət deyil. Bilmir ki, uzandığı bu çarpayı da yaşadığı 
dünya  kimi,  ömür  kimi  müvəqqətidi,  sabah  burda  bir  başqası 
yatacaq, daha sonra başqa birisi... Bilmir ki, dünya min ildi kir-
kirə kimi fırlanır, fırlanır... 
Təklif  gözləmədən  pəncərənin  qarşısındakı  kətildə  otur-
muşdu.  Dəniz  elə  yaxın  idi  ki,  ləpələrin  titrəyişi  də  hiss  olu-
nurdu.  Batmaqda  olan  günəşin  qan  rəngli  şəfəqlərinin  sındığı 
dənizin qoynunda bir gəmi dayanmışdı. Ləpələrin sığalladığı bu 
ağ  gəmi  dünyanın  sonsuzluğunu,  əlçatmazlığını  xatırladırdı, 
ayrılıq  gətirirdi,  qüssə  gətirirdi.  Ona  elə  gəldi  ki,  o  axşam  o 
məsum  körpənin  hələ  dünyanın  havası  toxunmamış  bədəninə 
bıçaq  yeriyəndə,  günəş  işığının  bulandırmadığı  duru  gözləri 
açılmamış qapananda da dənizə belə sirli, möcüzəli bir qaranlıq 
çökməkdəymiş. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
131
Dözə  bilmədi,  dayana  bilmədi.  Sanki  hər  şeyi  gözlərinə, 
yaddaşına  yığmaq  üçün  son  dəfə...  son  dəfə  otağı  gözdən  ke-
çirib ağır-ağır qapıya yönəldi. 
–  Sizə  kim  lazım  idi  ki?  -  Qalxıb  yatağının  içində  otur-
muş qadın halsız-halsız soruşdu. 
Səsdən diksindi. İçəridə adam olduğunu sanki indicə duy-
du. 
Arxaya çevrilmədən: 
– Heç kəs, - dedi, - daha heç kəs... 
Qapını açıb dəhlizə çıxdı. 
 
1987, Moskva 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
132
 XURMAYI SAÇLAR 
 
 
Bizim qızlar yataqxanasına oğlan xeylağı buraxmırlar. İş-
di şayətdi, qızları çağırmaq lazım olsa, burada yaşayanların bi-
rinə  otağın  nömrəsini,  bir  də  çağıracaqları  adamın  adını  deyir-
lər.  Yuxarı  qalxan  tələbə  də  gedib  çağıracağı  adamın  qapısını-
filanı döyüb eləməz, elə dəhlizdəncə səsləyər. Nə isə bizim ya-
taqxanada  əzəldən  qayda  beləydi  və  tək-tək  hallarda  bu  qayda 
pozulardı.  Elə  buna  görə  də  yataqxanada  bir  nəfəri  aşağı  ça-
ğ
ırsaydılar, beş mərtəbənin beşi də bu çağırışı eşidərdi. 
Yataqxana  həyatı  bizə  qəribə  gəlirdi.  Hər  axşam  kimisə, 
nə  üçünsə  aşağı  səsləyəndə  nədənsə  ürəyimiz  titrəyərdi.  Aşağı 
çağırılanlara,  həyətdə  qoşa  dayanıb  pıçıldaşanlara  həsədlə  ba-
xardıq. Onların adlarını bilməsək də, üzdən yaxşı tanıyırdıq. Bi-
lirdik  ki,  filanksi  filan  otaqdan  filan  saatda  çağırırlar.  Filankəs 
heç vaxt yataqxananın qabağından əskik olmur, gələndə də, ge-
dənlə  də  mırt  vurur.  Filankəsi  isə  heç  vaxt  çağıran  olmur.  Ça-
ğ
ırılmayan  qızlara  ürəyimizdə  acıyırdıq.  Çünki  onların  nə  sev-
gilisi  var  idi,  nə  dost-tanışı,  nə  də  şəhərdə  yaşayan  qohum-əq-
rəbası. 
Hər  axşam  yataqxananın  bağlanmasına  bir  saat  qalmış 
gediş-gəliş  seyrələrdi.  Bu  vədə  az-az  hallarda  qızları  çağıran 
olardı. Tək bircə nəfərdən başqa. 
Yataqxananın  bağlanmasına  bir  saat  qalmış  həmişə  bir 
oğlan gələrdi. Və bütün yataqxana bilirdi ki, o hər gecə bu vaxt 
qırx səkkiz nömrəli otaqda yaşayan bir qızı çağırır. Qızlar da bu 
cür çağırışa adət eləmişdilər. O desəydi də, deməsəydi də yataq-
xanının  həyətində  görünən  kimi  dəhlizdən  həmin  qızı  səslə-
yərdilər. Ancaq qəribəydi, oğlan o qızı adıyla çağırmazdı, eləcə 
xahiş edərdi ki, qırx səkkiz nömrəli otaqdan bir nəfər çağırsınlar 
və bu çağırışı hamımız əzbər bilirdik. Çünki hər gün eyni vaxt-
da dəhliz boyu yayılan bu çağırışı eşidirdik: 
– Qırx səkkizinci otaqdan bir nəfər! 
Hər  otaqda  dörd  qız  yaşayırdı.  Ancaq  bu  işarəydi,  nədi, 
hər  dəfə  bu  çağırışa  xurmayı  saçlı  bir  qız  düşərdi.  Bəlkə  də 
oğlan onu adıyla çağırmağa utanırdı, ürək eləmirdi. 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə