Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə39/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
122
sında  oturtmuşdular.  Tanıdığı,  bildiyi  yaxın,  doğma  adamların 
içərisində birdən-birə qərib bir tənhalıq duydu. Qayıtmaq istədi, 
qaçmaq  istədi,  qoyub  gəldiyi  ölüm  yatağının  soyumasından 
qorxdu,  ancaq  bu  qorxu,  bu  təlaş  bircə  an  çəkdi,  yenidən  o 
səsin, o havanın sehrinə düşdü. 
O  səsi  nə  vaxt  idi  eşitmirdi  Sona.  O  səs  ruhuna,  qəlbinə 
yayıldıqca dünyanın üzünə, gözlərinə çökmüş əzabı kölgə kimi, 
duman kimi çəkilib gedirdi. Sona qarı cavanlaşırdı, gözəlləşirdi. 
Elə  bil  toyu  Qara  Səmidin  oğlu  Lətiflə  naxırçı  qızı  Gülsümə 
çalmırdılar, Yetim İsmiylə ona çalırdılar. 
Ağappaq  ay  işığına  bürünmüş  bürkülü  bir  avqust  gecəsi 
bir zaman yıxıldığı həmin iri yaşıl yarpaqlı tut ağacının altında 
Yetim  İsmi  onunla  halallaşmışdı.  Yetim  İsmi  davaya  gedəndə 
bərk-bərk  tapşırmışdı  ki,  gözləsin  onu,  qayıdacaq,  qayıdannan 
sonra  işləyib  pul  yığacaq,  ev  tikəcək,  əməlli-başlı  toy  çaldı-
racaq.  İndi  Sona  qarı  birdən-birə  Yetim  İsminin  davadan  qa-
yıtmadığını  unutmuşdu.  Yetim  İsmini  gözləyə-gözləyə  qoz  be-
linin bir az da büküldüyünü unutmuşdu. 
Sonanın  yaşıdlarından  kimsə  sağ  qalmamışdı;  təkcə  o, 
Yetim  İsmini  gözləyə-gözləyə  ömürdən  bir  az  da  möhlət 
istəmişdi. İndi o möhlət nə vaxtdan bəriydi qurtarmışdı, altı ay 
idi ki, Sona gözlərini yollardan yığmışdı, dünyaynan halallaşıb 
ölüm yatağına bürünmüşdü. 
Qara  zurna  göynədə-göynədə  çalırdı.  Qızlar,  gəlinlər  əl-
ə
lə,  qol-qola  yallı  gedirdilər.  Sona  qarı  heç  kəsi  görmürdü  və 
heç  kəs  Sonanı  görmürdü.  O  hava  iliyinə  qarışıb  sümüklərinə 
yayılırdı, sümükləri öz-özünə oynayırdı. 
Qara zurna oynayanları bir-bir yorub ortadan çıxarır, süst 
halda oturacaqlara salırdı. 
Meydan tamam boşalmışdı. Zurnaçı Qara dərdli bir hava 
çalırdı. Elə dərdli çalırdı ki, elə bil qara zurna puçur-puçur yar-
paqlayacaqdı. Elə dərdli çalırdı ki, oynamaq istəyənlər havanın 
sehrinə  düşüb  özlərini  unutmuşdular,  oynamaq  yadlarına  düş-
mürdü. 
Handan-hana zurnaçı yorulub dayandı. 
Sona  qarı  yerində  dayana bilmirdi,  əli-qolu,  ayaqları oy-
nayırdı, ürəyi oynayırdı, gözləri, bəbəkləri oynayırdı. Sona qarı 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
123
nə illah eləyirdisə, özünü saxlaya bilmirdi. Və bir də gördü ki, 
meydanın  ortasındadı.  Qozbel  Sona  çalğısız  oynayırdı.  Zurna-
çını da heyrət götürmüşdü; zurna dizinin üstündə ağzı açıla qal-
mışdı, bilmirdi gülsünmü, ağlasınmı, yoxsa çalsınmı? 
Zurnaçı  birdən-birə  özünə  gəldi,  qarının  oyununa  uyğun 
çalmağa başladı, ancaq qarının havasını tapammırdı, qarı öz ha-
vasına oynayırdı, o havanın səsinə oynayırdı. O havanı heç bir 
alətdə çalmaq olmazdı. 
Sona gəlinlə üzbəüz dayanıb oynayırdı. Elə bil gəlini qo-
vub  mağardan  çıxarmaq  istəyirdi,  ancaq  çıxarmırdı.  Elə  bil 
keçib gəlinin yanında oturmaq istəyirdi, oturmurdu. 
Naxırçı  qızının  gözlərindən  gildir-gildir  yaş  tökülürdü. 
Ancaq bu göz yaşları duvağın altından görünmürdü. Kimsə gə-
lib Sonanın qolundan tutmalıydı, tutmurdu. Kimsə gəlib Sonanı 
çəkib mağardan çıxarmalıydı, çıxarmırdı, hamı heyrət içində bu 
oyunun sonunu gözləyirdi. 
Qarı  oynadıqca  mağarın  qırışığı  açılırdı.  Və  birdən  qarı 
oynaya-oynaya  gülməyə  başladı.  Yavaş-yavaş  camaat  da  ona 
qoşuldu. Səs-küy  mağarı bürüdü. Qarını görənlər uğunub özlə-
rindən gedirdilər. Sona qarı qəhqəhə çəkə-çəkə oynayırdı, dün-
ya  dağıla  vecinə  deyildi.  Zurnaçı  hələ  də  qarının  havasını  ta-
pammamışdı,  qəribə,  əcaib  bir  şey  çalırdı.  Sonra  qarı  oynaya 
oynaya mağardan çıxdı. Oynaya-oynaya həyət qapısından çıxdı. 
Oynaya-oynaya kəndi kəsib keçən ağ yola çıxdı. 
Toy camaatı Sona qarının dalınca düşdü. Sona ayaqyalın 
oynayırdı, cırıq qaloşları çıxıb hardasa qalmışdı, köhnə, qara ör-
tüyü  boynundan  düşmüşdü,  bir  çəngə  ağ  yumaq  saçları  pırpız-
lanıb durmuşdu. 
Zurnaçı  Qara  əcaib  havasını  çala-çala  qarıya  çatmaq  is-
təyirdi,  ancaq  çatammırdı.  Camaat  Sonanı  qaytarmıq  istəyirdi, 
ancaq qaytarammırdı. Sona qarı oynaya-oynaya gedirdi. 
Sona  qarı  oynaya-oynaya  birdən  dikəlib  durdu;  kürəyin-
dəki donqar tamam itdi. İndi dimdik oynayırdı, bayaqdan ikiqat 
bükülmüş qarı boylu-buxunlu bir arvad olmuşdu. 
Sona  qarının  dikəlib  durmağıyla  zurnaçı  Qaranın  çaldığı 
o qəribə, əcaib hava dodaqlarında, barmaqlarının ucunda donub 
qaldı.  İndi  Sonanın  qulaqlarında  o  hava  daha  aydın  oxunurdu. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
124
Və  Sona  bayaqkı  dəli  ehtirasla  oynaya-oynaya  elə  bil  ki, 
düzdən-dünyadan  çıxmaq  istəyirdi,  sehr  kimi,  ruh  kimi  qeyb 
olmaq istəyirdi. 
 
* * * 
 
Sabah  yer  üzünə  dünyanın  ən  qərib  gecəsi  doğacaqdı; 
axşamdan başlayan payız yağışları bir həftə ara vermədən tökə-
cək, evləri, ağacları, yolları başdan-başa yuyub çimizdirəcəkdi. 
Sona qarı bunu bilmirdi. 
Sabah gecə Yetim İsmi onu tut ağacının altına çağıracaq, 
qolları arasına alıb gildir-gildir tökən payız yağışlarının altında 
bütün gecəni ovunduracaqdı. 
Sona qarı bunu da bilmirdi. 
Sabah gecə soyuq payız yağışlarının altında tut ağacı son 
xəzəllərini töküb bir daha yarpaq gətirməyəcəkdi. 
Sona qarı bunu bilməyəcəkdi. 
 
1985, Bakı 
 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
125
AXŞAM GÜNƏŞİ 
 
 
Arvadının  ölümü  onun  sakit,  məcrasına  düşmüş  həyat 
tərzini  birdəncə  pozmuşdu.  Bu  ana  qədər  ömür,  tale,  dünyanın 
ə
vvəli-sonu  barədə  düşünməmişdi.  Ancaq  bu  ölüm  qaranlığa 
çıxılan  şimşək  kimi  bir  anlığa  alışıb  sönməklə  dünyanın  hansı 
səmtində olduğunu xatırlatdı. 
Arvadının  ölümündən  sonra  onu  ən  çox  narahat  eləyən 
anasız qalan uşağının taleyiydi. Nə yaxşı ki, hələ ağlı kəsmirdi, 
körpəydi,  yoxsa  onu  ovundurmaq  da  bir  iş  olardı.  Uşağı  bağ-
çadan  çıxarıb  kəndə,  anasının  yanına  aparıb  qoymuşdu.  İndi 
ayda,  iki  ayda  bir  vaxt  eləyəndə  gedib  baş  çəkirdi.  Bilirdi  ki, 
anası  körpəni  ovcunun  içində  saxlayır.  Uşaq  da  nənəsini  çox 
istəyirdi, ancaq nədənsə dünyanın bərkinə-boşuna düşməmiş bu 
körpənin anasız olduğunu düşündükcə ona yazığı gəlirdi, özünə 
yazığı gəlirdi. 
Metronun  qabağı  yenə  qələbəlikdi.  Qabaqda  yanaşı  ad-
dımlayan oğlanla qızın (metrodan indicə çıxmışdılar) söhbətini 
aydın eşidir: 
– ...xəcalətimdən az qalırdı yer yarıla, girəm yerə. 
Oğlan susurdu. 
– ... sən qəsdən mənim valideynlərimi təhqir eləmək üçün 
seçib o adamları göndərmişdin. 
Oğlan dillənmirdi. 
–  ...  səndən  keçəmmədim.  Yoxsa  gətirdikləri  üzüyü  çır-
pardım başlarına. 
Belə  söhbətləri  heç  vaxt  unuda  bilmirdi.  Əksinə  eşitdik-
ləri  beynində  dolana-dolana,  fırlana-fırlana  doğmalaşırdı,  gecə 
yuxularına  gəlirdi.  Sonra  o  adamlar  yaddaşında  nağıllaşırdılar, 
eşitdikləri ilə uydurduqlarını biri-birindən ayırammırdı. 
Tanımadığı  bu  qızla  oğlanın  söhbəti  bir  anlığa  onu  keç-
mişə  qaytardı.  Onunçün  dözülməz,  qayıdılmaz  olan  bu  ömür 
birdəncə ürəyini qüssəylə doldurdu. 
Şə
hərə  gəldiyi  ilk  günlər  Mehparə  adında  bir  qızla  tanış 
olmuşdu.  Qız  nişanlı  ola-ola  onunla  görüşürdü.  Bir  həftənin 
içində  ona  elə  isinmişdi  ki,  elə  bil  min  ildi  bir  yerdə  yaşa-


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə