Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə38/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
119
vaxt  idi  ki,  atı  açıb  başlı-başına  buraxmışdı.  Ancaq  heyvan  bu 
cür sərbəstliyə, azadlığa alışmadığından heç yana çıxıb getmir, 
evin, məhlənin həndəvərindəki otlaqlarda dolaşırdı. Hərdən ge-
cələr atın kişnərti səsini eşidirdi. At sahibinin başında nə isə bir 
qəza  olduğunu  hiss  eləmişdimi,  nəydi,  gecələr  üzünü  evə  sarı 
tutub uzun-uzun kişnəyirdi. Belə çağlarında o bu səsdəki çağırış 
anlayırdı, ancaq qocalığın amansız əllərindən qopub bağın aya-
ğ
ındakı  çəmənliyə  enməyə  güc-taqət  tapammırdı,  içərisindən 
oyula-oyula qalırdı. 
Səhərin  səssizliyini  pozan  suyun  səsiydi  və  bu  səs  suya 
qarışmırdı, suyun üstüylə ləpir sala-sala çıxıb gedirdi. 
Bütün bu bağ-bağat təzə pöhrəliklərə kimi öz əlindən çıx-
mışdı.  İndi  səhərin  soyuğunda  göy  dumanda  yuyunan  ağaclara 
baxdıqca  onlara  yazığı  gəlirdi.  Ağaclar  niyə  belə  ağlaşırdılar? 
Bir  azdan  doğan  günəş  ağacları  göz  yaşlarını  qurudacaq,  onlar 
yenə  heç  nə  olmayıbmış  kimi  xoşbəxt-xoşbəxt  gülümsəyəcək-
lər. 
Səhər dumanı bağa-bağçaya, ağacların yarpaqlarına, göy-
lüyə çökmüşdü, çayın üstündən asılmışdı. Ona elə gəlirdi ki, in-
san  ömrü  də  bu  duman  kimidi,  hiss  olunmadan  çəkilib  gedir, 
yerində  boşluq  qalır,  kimsəsizlik  qalır.  Bunu  bütün  varlığıyla 
dərk eləyə-eləyə ömrün sovuşduğunu anlayammırdı, insanı heç-
liyə aparan amansız, qaçılmaz həqiqətlə heç cür barışammırdı. 
Qoca  ağlına  da  gətirmirdi  ki,  bir  vaxt  gələcək,  nəfəsi 
bağın-bağçanın, göylüyün, boz yovşan topalarının üstüylə ağır-
ağır  çıxıb  gedən  bu  dumana  qarışmayacaq.  «İnsanın  sonu  tor-
paqdısa, həyatın tükənib torpağa qarışması qaçılmazdısa, ölüm-
lə hər şey qurtarırsa, bəs onda sonsuzluq nədi, əbədiyyət nədi?! 
Niy insan özünə belə şeylərlə təsəlli verir, niyə insan təsəllilərə 
allanır...». 
Dumanın  içərisindən  atın  kişnərti  səsini  eşitdi.  Ürəyi  elə 
atlandı  ki,  az  qaldı  huşunu  itirə.  Çəpərin  payalarından  tutub 
güclə ayaq üstə dayandı. «Görən at niyə kişnəyir bu vədə? Sa-
hibinin  yaxınlıqda,  çəpərin  döşündə  olduğunu  bilirmi?  Səhərin 
gözü açılmamış bu nə çağırışdı belə? Səs yaxından gəlir, heyf, 
dumandan heç nə görmür...». 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
120
Çağırmaq  istədi,  ancaq  səsi  çıxmadı.  Elə  bil  səsi  içəri-
sində düyün düşmüşdü. 
Quşlar  çığırışa-çığırışa  başının  üstündən  uçub  getdilər. 
Səsdən  sümükləri  səksəndi.  Başını  qovzayıb  səmaya  baxdı, 
səhər  dumanından  heç  nə  seçəmmədi.  İçərisinin  hansı  bir  əza-
sısa  elə  bil  dumana  qarışdı,  quşların  səsinə  qoşulub  uça-uça 
uzaqlaşdı.  «Bir  az  yüngülləşsin,  gərək  çal-çəpərə  əl  gəzdirə, 
dağılıb  gedib,  təzədən  kollanmalıdı–böyürtkənin  əsl  çalınan 
vaxtıdı.  Yoldan  ötən  elə  düşünər  ki,  həyət-baca  yiyəsizdi.  Nar 
kolları,  üzüm  tənəkləri  budanmalıdı,  bu  gün-sabah  qış  kəsdi-
rəcək  qapının  ağzını.  Bağın  ayağındakı  qızılavarı  da  çalıb  ya-
ğ
ışlar  düşməmiş  tayanın  başını  bitirməlidi.  Bircə  xəstəlik  so-
vuşa,  bircə  yüngülləşə...».  Bütün  bunları  düşünə-düşünə  özün-
dən  sonra  bir  dünya  aydınlıq  qoyub  gedən  səhər  dumanından 
gözlərini çəkəmmirdi. 
Qocanın ağlına da gəlmirdi ki, bağın-bağçanın, göylüyün, 
sututar  yerlərin  üstüylə  ağır-ağır  çıxıb  gedən  bu  duman  onun 
ömrünə çökən sonuncu dumandı. 
 
1984, Bakı 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
121
YARPAQSIZ BUDAQLARIN  
YAŞIL NƏĞMƏSİ 
 
 
Qara  zurnanın  səsi  adamları  evdən  bayıra  çıxarır,  sehr 
kimi, tilsim kimi çəkə-çəkə toy evinə gətirirdi. Ayaqlar qarışqa 
kimi bu səsin qaynadığı yurda tələsirdilər. 
Sona  qarı  mağarın  bir  güncündə  əlləri  qoynunda  bitib 
durmuşdu.  Üzünə,  gözlərinə  dünyanın  əzabı  çökmüşdü.  Qara 
zurnanın  səsi  qara  yel  kimi  içərisini  dalğalandırırdı.  Bir  az 
qabaq  bu  səs  onu  da  yatağından  qaldırıb  xəstə-xəstə  mağara 
çəkib gətirmişdi. Ancaq indi qarı onu xəstə yatağından qoparıb 
gətirən zurna səsini eşitmirdi, tamam özgə, indiyəcən eşitmədiyi 
uzaq bir səs eşidirdi. 
Onu  heç  kəs  toylarda  gördüyünü  xatırlayammazdı;  ma-
ğ
arda görünməz bir yerdə dayanar, gizlin-gizlin qulaq asar, son-
ra da xəbərsi-ətərsiz çəkilib gedərdi. 
Sona o səsin sehrinə düşüb hər şeyi unutmuşdu. O səsdən 
savayı heç nə eşitmirdi, eşidəmmirdi. ...O səs hayandan gəlirdi 
belə?  Birdən-birə  xəyalı  körpəliyinə  uçdu,  yaddaşının  ən  uzaq 
torpanlıqlarında ay doğdu. 
...  Günəşli  bir  yaz  günü,  ağacların  ağ-çəhrayı  çiçəklər 
gətirən vaxtı balaca Sona uşaqlarla gizlənparç oynayırdı; qaçıb 
tut ağacının iri yaşıl yarpaqlı budaqları arasında gizlənmişdi, nə 
qədər axtarırdılarsa, tapammırdılar onu. 
Bu, indiki kimi yadındaydı. 
Sonra  uşaqlar  onu  axtara-axtara  düzü-dünyanı  yorub  əl-
dən-ayaqdan  salmışdılar. Kor-peşman  evlərinə  dağılışmaq  istə-
yəndə  Sona  qışqıraraq  özünü  budaqların  arasından  yerə  burax-
mış,  güllü  çit  donu  quru  budağa  ilişib  cırılmış,  müvazinətini 
itirərək boynu üstə yerə gəlmişdi. 
Bunlar da yadındaydı. 
Sağalandan  sonra  Sona  yenə  gizlənparç  oynayırdı.  İllər 
ötdükcə  uşaqlar  biri-birinin  bəhsinə  böyüyürdülər,  təkcə  Sona 
böyümürdü, boy əvəzinə belinin qozu dikəlib qalxırdı. 
İ
ndi o  günləri xatırlaya-xatırlaya ürkək-ürkək  mağarı sü-
zürdü.  Gəlini  üzü  duvaqlı  yuxarı  başda  sağdışla  soldışın  ara-


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə