Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə35/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
108
hənir  dəymədi.  Daha  gözləmədi,  yumruğu  ilə  qapını  bərk-bərk 
dəyməyə başladı. Zərbələrini necə gəldi endirirdi. Yumruğunun 
səsi  bütün  binanı  başına  götürmüşdü.  Qışqıra-qışqıra  Süsəni 
çağırırdı: 
– Aç qapını, Süsən, aç, aç... Qurban olum, aç qapını, aç, 
aç... 
Ona  elə  gəlirdi  ki,  Süsən  yuxudadı,  yatıb,  bu  saat  oya-
nacaq, yuxulu-yuxulu qapını açacaq. Ancaq heç nə deməyəcək, 
təkcə məzəmmətli baxışlarıyla astanadan asılqanadək izləyəcək 
onu.  Sonra  baxışlar  yumşalacaq,  həlimləşəcək.  Və  bu  baxışlar 
deyəcək ki, axı niyə gec gəlirsən evə, ay insafsız, bəs mən adam 
deyiləmmi... Nə vaxta kimi yalın divarlara keşik çəkəcəyəm. Nə 
vaxta qədər... Bəs sonra nə deyəcək Süsənin baxışları... 
Get-gedə  qolları  boşalırdı,  sərxoş  bədəni  tabını-təpərini 
itirirdi. Elə hey Süsəni səsləyirdi, yalvarırdı, yaxarırdı: 
–  Aç  qapını,  Süsən,  aç  qapını...  Qurban  olum,  Süsən,  aç 
qapını, aç, aç... 
Yorulmuş,  keyimiş  qolları  sustaldı.  Əlləri  qapının  dəstə-
yindən  üzüldü,  dizləri  yavaş-yavaş  büküldü,  daş  kimi  qapının 
kandarına düşdü. 
...Əslində  bu  yuxuya  bənzəmirdi,  sanki  nə  isə  qəribə, 
heyrətamiz  bir  sehrə  düşmüşdü.  Hayana  dönürdüsə,  bağlı  qa-
pıyla  üzləşirdi.  Qəribə  burasıydı  ki,  bu  qapılar  çox  möhkəm 
bağlanmışdı,  nə  illah  eləyirdisə,  aça  bilmirdi.  Bu  qapılar  ona 
tanış idi, doğmaydı, haçansa, hardasa bu qapıları açmışdı, ancaq 
haçan,  harda  açdığını  xatırlaya  bilmirdi.  Və  görürdü  ki,  dün-
yanın tanıdığı, bildiyi bütün qapıları büsbütün bağlanıb üzünə... 
Özünə gələndə səhərə az qalırdı. Daş döşəmənin buz kimi 
soyuğu  sərxoş  bədənini  ayıltmışdı.  Əlləri,  ayaqları  donub  əl 
ağacına  dönmüşdü.  Titrəyən  əllərilə  qapının  açarını  çıxardı, 
ancaq  aça  bilmədi,  açmağa  əli  gəlmədi.  Qaytarıb  açarı  cibinə 
qoydu.  Bu  sayaq  gecədən  sonra  evdə  rahatlıq  tapa  bilməyə-
cəkdi. 
Yavaş-yavaş  pillələri  düşməyə  başladı.  Aclıq  hiss  elə-
mirdi,  ancaq  susuzluqdan  ciyəri  yanırdı.  Həyətə  enib  dodaq-
larını  kranın  dəmir  lüləsinə  dayayaraq  buz  kimi  soyuq  sudan 
bəs deyincə içdi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
109
Həyətdəki  səkinin  üstündə  oturdu.  Pencəyini  əynindən 
çıxardı;  əzik-üzük,  toza-torpağa  bulanıq  idi.  İşə  bu  sayaq  get-
mək  olmazdı,  mütləq  təmizləmək  lazımdı.  Pencəyinin  toza, 
ə
həngə  bulanmış  yerlərini  su  ilə  təmizlədi,  ancaq  əyninə  gey-
mədi, əyinə geyinməli halı yox idi, tamam su içərisindəydi. 
Göyün  üzünə  baxdı.  Bir  vaxt  Süsənlə  burda,  həyətdə 
dayanıb  ulduzlu  gecələrə  saatlarla  tamaşa  eləyərdi.  İndi  də  ul-
duzluydu səma. Ancaq uzaqda soyuq-soyuq işaran ulduzlar ya-
vaş-yavaş işığını itirirdi. 
Səhər açılırdı. 
 
1981, Bakı 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
110
MÜQƏVVA 
 
 
Yaddaşında  nə  vardısa  pərən-pərən  düşmüşdü,  ən  adi 
ş
eyləri  belə  heç  cür  xatırına  salammırdı.  Elə  bil  bütün  bunlar 
yuxuda  baş  verirdi;  həyatla,  insanlarla  əlaqəsini  büsbütün  itir-
mişdi. 
Hər  tərəf  zülmət  kimi  qaranlıq  idi.  Elə  bil  qaranlıq  dün-
yaya  düşmüşdü,  çünki  belə  zülmət,  belə  qaranlıq  ancaq  nağıl-
larda ola bilərdi. Səmada ulduzlar görünmürdü, təkcə günəş var 
idi,  ancaq  günəş  dünyanı  işıqlandırmırdı,  işığı,  istiliyi  tükən-
diyindən ulduz kimi soyuq-soyuq közərirdi. 
Adamlar  qaranlığa  məhəl  qoymadan  tələsə-tələsə  keçib 
gedirdilər, ancaq hara getdikləri bilinmirdi. O, insanların qarış-
qa  kimi  qaynaşdığı  qaranlıqda  çaş-baş  qalmışdı,  hayana  gedə-
cəyini  bilmirdi.  Dörd  bir  tərəf  qaranlıq  idi,  hansı  səmtə  çev-
rilirdisə, zülmət keçilməz sədd kimi, divar kimi qabağını kəsir-
di.  Sanki  dünya  elə  belə  yaranmışdı;  yer  üzü  başdan-binadan 
işıq,  aydınlıq  tanımırdı.  Yadını-yaddaşının  ən  dərin  qatlarında 
bu  dünya,  bu  insanlar,  bu  rəng  ona  tanış,  doğma  gəlirdi,  təkcə 
harda gördüyünü xatırlayammırdı. 
Böyük  şəhərin  küçələri  ilə  addımlayırdı.  Hayana  gedə-
cəyini  bilmirdi,  hər  yan  qaranlıq  idi.  Və  hayana  gedəcəyindən 
asılı  olmayaraq  onu  zülmət  və  qaranlıq  gözləyirdi.  Getdikcə 
daha artıq əmin olurdu ki, ömrünün hansı ilindəsə özünə doğma 
bildiyi bu böyük şəhərdə işıq və aydınlıq axtarmaq əbəsdi. 
Onun  təsəvvüründə  qara  rəng  dünyanın  sonuydu  və 
fəhmlə  bilirdi  ki,  haçansa  dünyanın  əvvəli  də  beləcə  zülmət 
olub; dünyada əbədi bir rəng var – zülmət. Qalan bütün rənglər 
təsəllidi, yalandı, aldanışdı. 
Dəniz vağzalındakı qəhvəxanaya girdi. Keçib küncdə boş 
stullardan  birində  oturdu.  Qəhvəxanaya  girməklə  dünyanın 
qaranlıq olduğunu birdəncə unutdu. 
«–Yenə gəldin?.. ». 
Qəhvəxanaya  ayaq  basan  kimi  hər  dəfə  bu  sualı 
eşidəcəyindən  qorxurdu.  Ona  elə  gəlirdi  ki,  günlərin  birində 
hamının  gözü  qabağındaca  qovub  qəhvəxanadan  çıxaracaqlar, 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
111
bir  də  buralara  ayaq  basammayacaq.  Bu  qorxunun  içərisinə  nə 
vaxtdan  dolduğunu  bilmirdi.  Bu  qorxu  qəlbinə,  varlığına  elə 
hopmuşdu ki, hər dəfə içəri ayaq basandan keçib adamlara qarı-
ş
anacan, yarım litr şirin çaxırı qurtum-qurtum içib qurtaranacan 
gözünü təkərli podnosunu sürə-sürə stolların arasında vurnuxan 
xidmətçidən ayırmırdı. 
Zəif, tutqun divar lampalarının işığında çalınan caz hava-
sına sanki divarlar, boş stullar, stolların üstündəki büllur qədəh-
lər  rəqs  edirdi.  Caz  havası  elə  oynaq  idi  ki,  ondan  başqa  bircə 
nəfər də olsun oturmamışdı. 
Bu  qəhvəxanada  o  heç  vaxt  başqaları  kimi  arın-arxayın 
oturub  yeyib-içməmişdi.  Hərdən  ömrünün  ağır  dəqiqələrində 
içib  unutmaq  üçün,  hərdən  də  sərxoş  çağlarında  caz  havasına 
qulaq asmaq üçün gəlib burada oturardı. Qışın soyuğunda şaxta 
nəfəsini  kəsəndə  canını  isitmək  üçün  bura  gəldiyi  günlər  də 
olurdu. 
«–Dur, cəhənnəm ol burdan!». 
Ürəyinə  dammışdı  ki,  gec-tez  bu  hökmü  eşidəcək.  Ona 
görə  də  elə  bil  qor  üstündə  otururdu.  Xidmətçinin  üstünə  atı-
lacağını,  yağlı  əllərilə  qolundan  tutub  sürüyə-sürüyə  bayıra  çı-
xaracağını hər dəqiqə gözləyirdi; adam seyrək olanda içəri gir-
məyə cəsarət eləmirdi. 
Qəhvəxanadan  çıxıb  evə  getmək  üçün  avtobus  dayana-
cağına  gəldi.  Dayanacaqda  bir  qız  bir  oğlanla  qolboyun  olub 
öpüşürdülər.  Qız  barmaqlarını  daraq  kimi  oğlanın  saçlarına 
keçirmişdi, oğlanın əlləri kor-kor qızın kürəyində gəzirdi. Qızın 
ə
l  sumkası,  oğlanın  dəftər-kitabı  yerdə  ayaqlarının  altındaydı. 
Hər şeyi unudub bir-birinə sarmaşmışdılar. Elə bil dünya bunlar 
üçün qaralmışdı. 
Avtobusa  minib  arxa  pilləkəndəcə  dayanıb  durdu.  Tün-
lükdən  içəri  ayaq  basmaq  olmurdu.  Qaranlıqda  göz-gözü  gör-
mür, adamların sir-sifəti seçilmirdi. Dayanacaqları elan edirdilər 
ki,  sərnişinlər  nə  vaxt  düşmək  lazım  olduğunu  unutmasınlar. 
Sonuncu  dayanacaqda  avtobusdan  düşüb  evə  yollandı.  Qaldığı 
evlə  dayanacağın  arası  dörd-beş  dəqiqəlik  yoldu.  Avtobusdan 
düşəndən  sonra  az  qala  qaça-qaça  özünü  evə  çatdırdı.  Qa-


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə