Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə36/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
112
ranlıqda  əlilə  cibini  eşələyib  açarı  çıxardı,  tələsə-tələsə  qapını 
açdı. 
Dəhlizdə  elektrik  lampasının  düyməsini  basdı.  İşıq  yan-
mırdı.  Ancaq  qəribəydi,  soyuducunun  səsi  otağı  başına  götür-
müşdü.  Otağa  girən  kimi  dərhal  paltarlı-paltarlı  yatağa  uzandı. 
Soyunmağa həvəsi yoxdu. Yorğun olsa da, uzun müddət yuxu-
ya gedəmmədi, eləcə gözlərini otağın qaranlıq pəncərələrinə di-
kib durdu. 
Bəlkə  ona  görə  yuxuya  getmək  çətin  idi  ki,  qalxmağa, 
oyanmağa ümidi qalmamışdı. Çoxdannan bəriydi ki, dünya göz-
lərində  sehrini,  gözəlliyini  itirmişdi.  İndi  yuxu  da  əzabdan  sa-
vayı heç nə gətirmirdi. Qayğıları tükənmişdisə, ömrün yükünü, 
möhnətini  çəkəmmirdisə,  sabaha,  gələcəyə  aparan  yol  qaran-
lıqdısa, bəs onda nəyin xatirinə yaşayırdı?.. 
...Yuxuda görürdü ki, tanımadığı adamlar onu tabuta qo-
yub aparırlar. Tabutda, üstünə salınmış ağ mələfənin altına sağ 
olduğunu  heç  kəs  bilmir.  Elə  heysizdi  ki,  gözlərini  açammır, 
eləcə bir-birinə sıxılmış kipriklərinin arasından dəfninə yığılmış 
adamlara tamaşa eləyir. Bu qədər adamın içərisində bircə tanış 
sifət  belə  gözlərinə  dəymir.  Ha  əlləşirsə,  çevrilib  tabutdan 
qalxammır. Nə isə demək, danışmaq, özünün sağ olduğunu onu 
dəfn eləməyə aparan bu adamlara başa salmaq istəyir, ancaq nə 
illah eləyirsə, səsi çıxmır. 
Artıq  adamlar  qəbiristanlığı  haqlamışılar.  Düşünəndə  ki, 
bu  dəqiqələrdə  nə  isə  bir  şey  eləməsə,  sağ  olduğunu  bir  yolla 
bildirəmməsə,  sonra  gec  olacaq,  onu  diri-diri  torpağın  təkinə 
quylayacaqlar,  birdən-birə  ona  qeyri-adi  bir  qüvvə  gəldi.  Əv-
vəlcə gözlərini açdı, sonra qalxıb tabutun içərisində oturdu... 
– Aaauuuuu... 
Adamlar  vəhşi  səslə  ulaya-ulaya  tabuta  açıb  bircə  anda 
qaçıb dağılışdılar. 
Yuxudan  oyananda  pəncərədən  yenə  zülmət  tökülürdü. 
Yatmaqdan  başı,  boynunun  damarları  ağrıyırdı.  Yatağına  uza-
nanda  ona  elə  gəlirdi  ki,  yuxudan  qalxanda  səhəri  açılmış  gö-
rəcək. Ancaq qalxmışdı, dünya isə əzəlki kimi qat-qaranlıq idi. 
Başının  ağrısından  gözləri  dumanlanırdı.  Bilirdi  ki,  iç-
məsə  dünyasında  baş  ağrısı  keçib  getməyəcək.  Uzandığı  çar-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
113
payının  altında  boş  şüşələr  vardı,  həmişə  içdiklərini  oraya  yı-
ğ
ırdı.  Nə  qədər  ümidsiz  olsa  da,  inanırdı  ki,  bəlkə  sərxoş  çağ-
larında  yadından  çıxıb  şüşələrin  hansınınsa  dibində  bir  şey  qa-
lıb.  Şüşələri  bir-bir  çalxalayıb  küncə  itələyirdi.  Əlinə  keçən 
çirkli bir şüşəni çalxalayanda çoxdannan qalıb qıcqırmış çaxırın 
turş  təmi  onu  vurdu.  Əlləri  titrəyə-titrəyə  dodağına  tutub  son 
qətrəsinə kimi içdi. Bir qədər özünə gəldi. 
Yuyunmaq üçün vanna otağına keçdi. Soyunub buz kimi 
soyuq duşun altına girdi. Dəsmalla qurulanıb yataq otağına qa-
yıtdı. 
Ciblərini  eşələdi,  bircə  qəpik  də  olsun  pulu  yox  idi.  Əs-
lində  bilirdi  ki,  pulu  yoxdu,  cibləri  tamam  bomboşdu,  ancaq  o 
hər cür möcüzəyə inanırdı. 
Uşaqlarından  xəbəri  yoxdu.  Harda  yaşadıqlarını  bilmir. 
Ailəsini  itirəndən  sonra  onunla  maraqlanmağı  belə  ağlına  gə-
tirməyib. Ancaq bir dəfə uzaqdan, lap uzaqdan arvadı və uşaq-
larını  yad  bir  kişi  ilə  küçədə  görmüşdü.  Tanımadığı  o  yad  kişi 
uşaqlarının əlindən tutub arvadı ilə söhbət eləyə-eləyə hayanasa 
gedirdi.  Özgə  bir  adamın  doğma  balalarının  əlindən  tutması, 
özü sağ ola-ola uşaqlarının özgə  mehrinə qısılmağa qəfil xəbər 
kimi  onu  büsbütün  sarsıtmışdı.  Arvadının  mənzildən  imtina 
eləməsi, alimentlə uşaqlarını dolandırmağı özünə təhqir bilməsi 
onu  sonralar,  çox  sonralar  düşündürməyə  başlamışdı.  Sanki 
aradan keçən illər dumanlı düşüncələrini sahmana salmışdı. İndi 
özünə  uzaqdan  baxır,  işlədiyi  cinayətin  (buna  günah  deməyə 
dili gəlmir) ağırlığını bütün əzasıyla dərk eləyirdi. 
Avtobuslar əvvəlki kimi belədən-belə şütüyürdülər. O da 
dayanacaqda  gözləməyə  başladı.  Ancaq  hansı  avtobusu  gözlə-
diyini  bilmirdi.  Avtobuslarsa  bir-birinin  ardınca  keçib  gedir-
dilər. 
Hayana getsin? Əslində onunçün hayana getməyin elə bir 
fərqi yox idi, hər dəfə olduğu kimi bu dəfə də evdən məqsədsiz-
məramsız çıxmışdı. Bütün tanışlarını bir-bir gözlərinin qabağına 
gətirirdi. On il idi ki, özündən savayı heç kəsin qapısını açmırdı. 
Ə
n  yaxın  dostlarının  belə  evinin  yolunu-səmtini  unutmuşdu. 
İ
nsanlarla əlaqəsini itirmişdi, təmtəkcə yaşayırdı. Ancaq özünün 
təkliyinə, bu boyda şəhərdə kimi-kimsənəsi olmadığa inanmırdı. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
114
Səkilər,  divarlar,  avtobus  dayanacaqları,  su  köşkləri,  bulvarda, 
qəhvəxanada  rastlaşdığı  adamlar  uzaq  uşaqlıq  illərindən  xatirə 
qalmış  oyuncaqlar  kimi  onun  yaddaşında  doğma,  lap  doğmay-
dılar. 
On  il  idi  ki,  dünyada  nələr  baş  verdiyindən  xəbərsizdi. 
Səhər, günorta, axşam içirdi, azacıq ayılmaq təhlükəsi hiss elə-
yən kimi günün hansı vaxtı olur-olsun fərq eləməzdi, dəli kimi 
ora-bura  vurnuxur,  bir  şey  tapıb  içirdi.  Bir  az  içdimi,  hər  şey 
yoluna  düşürdü,  özünü  indicə  anadan  olubmuş  kimi  rahat  və 
qayğısız hiss eləyirdi. 
Onunçün  zaman  ölçüsünün  heç  bir  əhəmiyyəti  yoxdu. 
Yuxusu  çəkilən  kimi  şəhərə  çıxır,  içib  özünə  gələndən  sonra 
dənizin  sahilinə  enirdi.  Yorulub  əldən  düşənə  qədər  gözlərini 
qaranlıq  sulardan  çəkmirdi.  Evə  qayıdıb  dincini  alandan  sonra 
hər  şey  təzədən  başlayırdı.  Beləcə  bir-birinə  bənzəyən  günlər 
təkrarlandıqca həyat, yaşayış onu məngənə kimi sıxırdı. 
Ona elə gəlirdi ki, içərisində gizli, əlacsız bir xəstəlik var 
və hər saat, hər dəqiqə bu xəstəlik ağrısız-əzabsız ölümə doğru 
sürükləyir.  Ancaq  hər  an  ölümə  doğru  sürükləyən  bu  gizli, 
ə
lacsız xəstəlik onu zərrəcə qorxutmur. 
Ulduz  kimi  soyuq-soyuq  işaran  günəş  səmanın  bir  səm-
tindən hərəkətsiz asılmışdı. Minbərdən azan səsi gəlirdi. Ancaq 
azançının  səhərmi,  günortamı,  ya  axşammı  azanını  çağırığı  bi-
linmirdi. Bu səs dalğalana-dalğalana qaranlığa elə qarışırdı, elə 
qovuşurdu  ki,  sanki  zülmət  dünyaya  azançının  səsindən  yayı-
lırdı. 
Dəniz  vağzalına  tərəf  baş  aldı.  Sahil  həmişəki  kimi  qə-
ləbəlik idi. Skamyalar tutulmuşdu. Gəlib dənizin sahilindki mə-
həccərə  söykəndi,  gözlərini  qaranlıqda  səssiz-səssiz  ləpələnən 
sulara dikdi. Həmişə dənizin sahil suları boyu uçuşan qağayılar 
gözə  dəymirdilər.  Dünyanın  belə  zülmətə  boyanması  onları  bu 
yerlərdən  uçurmuşdu.  Ona  elə  gəlirdi  ki,  bir  vaxt  gələcək, 
qaranlıqların  içərisindən  xəfif  dalğaları  yara-yara  sahilə  bir 
gəmi  yan  alacaq  və  onu  alıb  biryolluq  bu  zülmətin  qoynundan 
xilas  eləyəcək,  itirdiyi  işıq  və  aydınlığa  doğru  aparacaq. 
Qaranlıqda  bağrı  yarıla-yarıla  bu  gəmini  çoxdannan  bəriydi  ki, 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə