Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə33/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
101
Hava ayınlıq idi. Ayın süd aydınlığında kəndin ətəyindən 
başlayaraq  yovşanlı  düzənlərin  içərilərinə  doğru  uzanan  yollar 
ağappaq ağarırdı. Ancaq indi qoca ağaran yollara baxmadı. 
Qocanın gözləri ayın süd aydınlığında tələsə-tələsə kəhəri 
gəzdi,  tapdı.  Kəhər  xımır-xımır  ot  yeyirdi.  Ürəyi  üstünə  gəldi, 
birdən-birə uşaq kimi sevindi. Bəlkə uzun ömrü boyu bu sayaq 
sevinməmişdi.  Yuxusunun  həqiqət  olmadığına  sevinirdi.  Sevi-
nirdi ki, nə yaxşı kəhəri aparmayıblar, kəhər həyətdədir. 
Yalın  tuman-köynəkdə  həyətə  düşüb  axura  sarı  getdi. 
Kəhərin  isti  boynunu  qucaqlayıb  uşaq  kimi  ağladı,  sonra  atın 
üzündən-gözündən öpdü, belini tumarladı, yalını sığalladı. 
Qoca düşündü ki, kəhər xoşbəxtdir, qayğısızdır, dünyanın 
işlərinə qarışmır, başını aşağı salıb fikirsiz, xəyalsız ömür sürür. 
Aləm  dağıla  vecinə deyil. Və  atın  yalını sığıllaya-sığallaya  ay-
dınlıq  gecədən  ağaran  yollara  sarı  baxdı.  Elə  bil  ağ  yolun  tü-
kənəcəyindən  qorxurdu.  Bu  qorxu  birdər-birə  necə  peyda  ol-
muşdu, iliyinə-qanına işləmişdi, baş aça bilmirdi. Yollar uzanıb-
uzanıb qaranlıqlarda əriyirdi. Qoca hər dəfə bu yollara baxanda 
uşaqlığını  xatırlayırdı,  cavanlığını  xatırlayırdı.  Ona  elə  gəlirdi 
ki, yol insan ömrünə bənzəyir. Dünyada çox şeylər var ki, sonu 
yoxdur.  Sonu  olmayan  yollar  da  var.  Qoca  belə  yol  görmə-
mişdisə də, ağlına sığışdırırdı. Ancaq dünyada sonlu yolları çox 
tanıyırdı.  Bax  elə  bu  saat  qaranlıqda  ağaran  bu  yolun  sonuna 
yaxşı bələdiydi. Bilirdi ki, bu yol gedib-gedib kəndin ətəyindəki 
qəbiristanlıqda tükənir. Və gecələr yuxularında ağ yolun beləcə 
tükənəcəyindən qorxurdu. 
O gecənin səhəri Nəzir kişi yatağından qalxa bilmədi və o 
yatan düz üç gün bir üzü üstə yatdı. Düz üç gün qocanın bədəni 
qızdırmadan  od  tutub  yandı.  Elə  bil  köksünü  yarıb  içərisində 
tonqal çatmışdılar. Qarışıq yuxular üzürdü onu. Ayılanda Zərişi 
başının üstə görürdü. Və hər dəfə qocanın baxışları Zərişin çöh-
rəsindən başlayırdı, saçlarında gəzirdi, gözlərində ilişib qalırdı. 
Zərişin  gözləri  qəmginiydi,  dərd  çəkməkdən  daralmışdı,  yol 
çəkməkdən  yorulmuşdu.  Hər  dəfə  Zərişin  gözlərinə  baxanda, 
onun qüssəli baxşlarıyla üz-üzə gələndə günahkar özünü bilirdi, 
nədənsə. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
102
O  axşam  qonum-qonşu  da  tökülüb  gəlmişdi.  Qonaqlar 
yerdə  palazın  üstündəcə  dövrələmə  oturmuşdular.  Çay  içilirdi, 
armudu  stəkanlar  tez-tez  dolub  boşalırdı.  Çay  içə-içə  söhbət 
eləyirdilər.  Kamal  usta  dil boğaza  qoymurdu;  təzəlikcə  kənddə 
baş verən əhvalatlardan, uydurma söz-söhbətlərdən, daha nə bi-
lim nələrdən, nələrdən danışırdı. Danışa-danışa hərdənbir üzünü 
Nəzir  kişiyə  çevirib  qocanın  qulaq  asıb-asmadığını  yoxlayırdı. 
Ə
slində Kamal usta üçün söhbətinə kimin qulaq asmağının fərqi 
yox idi. Təki, qulaq asan olsun. Bura yığılanların hamısı bilirdi 
ki, beləcə danışmaq Kamalın xislətidi, üz versən, lap sübhə kimi 
oturub danışar, yoruldum deməz. 
Qonaqlar dağılışından sonra Zəriş asta-asta süfrəni yığış-
dırdı,  stəkan-nəlbəkiləri  yuyub  rəfə  düzdü,  yaş  əskiylə  stolun 
üstünü  sildi.  Bütün  bunları  eləyəndən  sonra  işığı  keçirib  ərinin 
yanına  uzandı.  Zərişin  adətiydi,  evləndikləri  uzaq  gənclik  illə-
rindən bəri hər gecə əri yatağına uzanandan sonra yır-yığış edər, 
işığı  keçirib  yerinə  girəndə  yavaşca  onu  səsləyər,  Nəzirin  səsi 
gəlincə qucağına qısılardı. İndi də bu sayaq ərini səslədi: 
– Nəzir yatmısan? 
Ancaq Nəzirdən səs çıxmadı. 
Ə
lini  Nəzirin  tüklü,  sümükləri  çıxmış  sinəsi  üstə  qoydu. 
Və  Zərişə  elə  gəldi  ki,  uzaq,  şirin  gənclik  illərinin  istisi  axdı 
bədəninə.  Nəzirin  sinəsindən  axıb  gələn  bu  isti  barmaqlarına, 
biləklərinə, qollarına yayıldı. Ancaq bu isti Zərişin köksünə çat-
madı,  ürəyinə  çatmadı,  köksünə,  ürəyinə  çatanacan  tükəndi, 
ə
zasının hansı nöqtəsindəsə qırıldı. 
Axtarıb  ərinin  əllərini  tapdı.  Qocanın  əlləri  buz  kimiydi. 
Zəriş birdən-birə diksindi, başına gələn fikirdən saçları qabardı. 
Çırağın  tutqun  işığında  qalxıb  titrəyə-titrəyə  ərinin  gözlərinə 
baxdı.  Qocanın  göz  qapaqları  aralıydı,  gözlərinin  qarası  axıb 
gizlənmişdi.  Sonra  qulağını  ərinin  köksünə  dayadı.  Və  Zəriş 
birdən dəli kimi qiyyə çəkdi. 
Bayırda  kəhər  kişnəyir,  ayaqları  ilə  torpağı  eşim-eşim 
eləyirdi.  Sonra  başının  sərt  hərəkəti  ilə  axurun  dirəyinə  bağ-
lanmış  kəndiri  qırıb  boynunu  azad  elədi.  Başıyla  hörmə  çər-
bəndi itələyib yola çıxdı, çapa-çapa uzaqlaşdı. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
103
Sonra  ay  doğdu.  Kəndin  ətəyindən  başlayaraq  yovşanlı 
düzənlərin  içərilərinə  doğru  uzanıb  gedən  ağ  yol  ayın  süd 
aydınlığına qərq oldu. 
1980, Arxangelsk-Bakı 
 
 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
104
BAĞLI QAPI 
 
 
Ancaq  elə  bil  hər  gün  gəlib-getdiyi  yol  deyildi.  Soyuq 
səkilər,  daş  binalar,  elektrik  dirəkləri  sanki  yaddaşının  uzaq 
dumanlıqlarında  çoxdan,  lap  çoxdan  unudulmuş  bir  nağılın 
pərakəndə  lövhələriydi.  Bu  ona  bənzəyirdi  ki,  ömrün  boyu 
gəlib-getdiyin  yolu  zülmət  içərisində  ötüb  keçəsən  və  bu 
zülmətin görünməzliyində gözlərinə qara toranlıqdan savayı heç 
nə toxunmaya. Ancaq bir gün qolundan tutub günün işıqlığında 
səni bu yoldan keçirələr... 
Hər şey ilk dəfə görürmüş kimi gözlərinə dəyirdi. 
Qəfil  boğanaq  küçənin  toz-torpağını  sovurub  evlərin 
divarlarına,  məhəccərlərinə  çırpdı.  Elə  bil  bircə  anda  asfalt 
səkilər boyu görünməz əllə süpürgə çəkdilər. Küçələr büsbütün 
süpürülüb təmizləndi. 
Dilxor  oldu,  şose  yolunun  o  biri  tərəfindəki  səkiyə  keç-
mək  istədi.  Ağır  addımlarla  sola  buruldu.  Və  birdən...  kəskin, 
zil siqnal səsinə diksinib başını qaldırdı. Hava rəngli bir «Mosk-
viç»  sürünə-sürünə  düz  böyründə  dayandı.  Maşının  arxa  out-
racağından qadınların qışqırıq səsi eşidildi və o saatca da sürücü 
başını pəncərədən çıxarıb ağzının zəhərini tökdü: 
– Ə, zalım oğlu, zalım, yoldan keçirsən, bir sağına-soluna 
bax da... Axşam-axşam qanını gərək bizim üstümüzə tökəsən? 
Hirs beyninə vurdu, dişlərini xırçıldayana kimi biri-birinə 
sıxdı, ancaq dillənmədi, dinə bilmədi, içəridən kəsilə-kəsilə qal-
dı.  İrəli  yeritmək  istədi, ayaqları  yerdən  aralanmadı. Özünü  ta-
mam itirdi. 
– Ə, səninlə döyüləm... niyə cavab vermirsən? 
Heç  nə  görmürdü,  heç  nə  eşitmirdi,  elə  bil  fırlanıb-fır-
lanıb  dünyanın  çəkisizlik  nöqtəsinə  düşmüşdü  və  bu  nöqtənin 
cazibəsindən çıxa bilmirdi. 
– Ə, bu kardı ki... 
Maşın  sağa  burulub  sürətlə  uzaqlaşı.  Vücudunu  bir 
andaca  soyuq  tər  basdı.  Qeyri-iradi  barmaqları  düyümləndi, 
açıldı. Əllərini cibinə qoydu, çıxardı, yenə cibinə qoydu. Və ona 
elə gəldi ki, əlləri bədəninə artıqlıq eləyir, əllərini qoymağa yer 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə