Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə29/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
87
Onda gördü ki, dəmir kimi möhkəm iri barmaqlar xirtdə-
yindən  yapışdı.  Xırıldadı.  Gözləri  böyüyüb  yumurta  boyda  ol-
du.  Böyümüş  gözlərilə  dönüb  barmaqların  sahibinə  baxdı. 
«...Dəyirmançı  Xıdır  döyüldümü?  Ancaq  gərək  ki,  dəyirmançı 
ölmüş olsun. Özüydü ki, durmuşdu». İstədi desin, ə, Xıdır, məni 
niyə boğursan? Sənə neyləmişəm? Sənnən qabaq-qənşər oturub 
bir pud çörək kəsmişik. Kişinin çörəyi dizinin üstündəmi olar... 
Ancaq  gördü  ki,  hulqumu  Xıdırın  barmaqları  arasındadı, istəsə 
də  dillənə  bilməyəcək.  Bununla  belə  mütləq  bir  şey  deməlidi, 
çünki  dəyirmançının  dağ  boyda  skeletinin  mismar  barmaqla-
rından  yaxa  qurtarmaq  üçün  bir  söz  demək  lazımdı.  Gördü 
dillənə  bilməyəcək,  var  qüvvəsini  toplayıb  aşağıdan-yuxarı 
Xıdırın  çənəsinin  altından  bir  yumruq  ilişdirdi.  Bayaq  Xıdırın 
kəlləsi  bədənindən  üzülüb  daşlığa  düşdü,  üzü  aşağı  dığırlandı. 
Xıdırın cər-cəsədi də yıxılıb dağım-dağım oldu. Ancaq baxdı ki, 
Xıdırın  əlləri  qopub  qalıb  hulqumunda,  boğur  onu.  İlahi,  əl-
lərdə,  barmaqlarda  bu  qədər  qüvvəmi  olardı?  Xıdırın  çənəsinə 
ilişdirdiyi yumruğu yaman ağrıyırdı. Ağrıya tab gətirməyib inil-
dədi. 
– Əmi, ay əmi! 
Qulağı bu səsi çaldı. Yuxuyla oyaqlığın arasındaydı. De-
yəsən,  onu  səsləyirdilər.  Handan-hana  gözlərini  açdı;  bayaqkı 
uşaq  idi,  qəbir  daşlarının  arasında  bitib  durmuşdu.  Uşaq  onun 
ə
linə  işarə  elədi.  Barmaqlarının  arasını  qan  örtmüşdü.  Bayaq 
yuxusunda  Xıdırın  çənəsinə  çaldığı  yumruğu  daşa  dəyib  ya-
ralanmışdı... Və birdən hiss elədi ki, indicə yuxu görürdü və onu 
boğurdular.  Əlləri  ilə  boğazını  ovxalayıb  yoxladı.  Bunun  yuxu 
olduğuna inanmağı da gəlirdi, inanmamağı da. Və doğrudan da 
Xıdırın skelet barmaqlarının qüvvəsini xirtdəyinin üstündə hiss 
eləyirdi.  Hiss  elədikcə  də  elə  bil  nəfəsi  tıxçanırdı,  boğulmağı 
gəlirdi. 
...Sümsük it təzə qəbiristanlıq yerində sahibini basdırdığı 
qəbirin yaş torpağı üstündə oturub ac-ac ulayırdı. Elə bil ulayan 
it  deyildi,  qışın  zəlov-zəlovunda  dünyayla  tək  qalmış  ac,  həris 
yalquzaq idi. İtin ulartısı bir səs mənzilini aşıb dörd yan  kənd-
kəsəyəcən  gedib  çıxırdı.  Bu  ulaş  səsində  insanın  içərisini 
doğram-doğram eləyən, ölüm kimi ruhunu, varlığını sarsıdan nə 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
88
isə  əbədi,  gizli  bir  qüvvə  vardı.  Bu  səsi  eşidən  özünə  acıyırdı, 
ağlı-idrakı  olduğuna,  daş-torpaq  deyil,  insan  doğulduğuna  acı-
yırdı. 
Ayağa  qalxıb  qəbiristanlığın  içilə  üzü  aşağı  addımladı. 
Uzaqdan  baxanda  rəngi-ruhuyla,  boyu-qamətiylə  bomboz  baş-
daşılarından seçilmirdi, hərəkət eləməsəydi, uzaqdan baxan onu 
da  başdaşı  hesab  eləyərdi.  Təzə  qəbirlərin  əksəriyyəti  köçürül-
müşdü,  başdaşılarının  yerində  əcayib  çuxurlar  qalmışdı.  Çürük 
kəfən qırıqlarıyla dolu bu çuxurlara baxdıqca vahimə bürüyürdü 
onu. 
Qaş  qaralırdı.  Axşam  toranı  özüylə  vahimə  gətirirdi. 
Qəbiristanlığın  yuxarısındakı  Babalı  bağında  ağaclar  bir  az  da 
hündürdən pıçıldaşmağa başlamışdılar. Kəndə yuxu kimi, ölüm 
kimi  qaçılmaz  bir  qaranlıq  çökürdü.  Sanki  qaranlıq  Babalı 
bağının  keçilməz  pöhrəliklərindən  başlayır,  qəbiristanlığın 
üstündən  adlayaraq  kəndə  yayılır,  sonra  bütün  dünyanı  bürü-
yürdü.  Unudulmuş  qəbirlərin  arasında  dayanıb  həvəssiz-həvəs-
siz  ətrafa  çökən  qaranlığa  tamaşa  eləyirdi.  Axşamın  gətirdiyi 
sirli qəriblik dünyanın üstüylə keçib gedirdi. 
Qaranlığın düşməsiylə itlər hürüşməyə başlamışdı. 
«Qəbiristanlıq  uçurulanda gör  bir nə  qədər  insanın  ömür 
tarixçəsinə  son  qoyulacaq.  Gör  bir  nə  qədər  insanı  bu  ulu 
dünyaya bağlayan son ilmə qırılacaq. Qəribəydi, bu adamlar ən 
çox  ölümləriylə  yadda  qalmışdılar.  Bu  adamların  həyatında 
başqaları üçün ən maraqlı ölümləri idi». 
 
* * * 
 
Axşamın belə erkən düşməyi onu qorxutdu. Böyür-başına 
nəzər  saldı.  Qu  desən  qulaq  tutulardı.  Qəbiristanlıqdan  əl-ayaq 
yığışmışdı.  Adamların  çıxıb  getməyindən,  qəbiristanlığın  büs-
bütün  boşalmağından  xəbəri  olmamışdı.  Birdən  qulağına  zəif 
xışıltı  səsi  dəydi.  Üşəndi,  tükləri  biz-biz  oldu,  amma  özünü 
toplayıb  yavaş-yavaş  səs  gələn  tərəfə  addımladı.  Səs  deyəsən 
qəbir çuxurundan gəlirdi. Yaxınlaşdı. Uzun tükləri yer süpürən 
ə
cayib bir heyvan idi. Tüklü pəncələrində tutduğu insan sümü-


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
89
yünü  gəmirirdi.  Qəbir  təzəydi,  xeyli  qazmışdılar,  ancaq  iş  ya-
rımçıq qalmışdı. 
Goreşənin  həssas  qulaqları  insan  həniri  duyduğundan 
ağzındakı tikəni yerə saldı və başını qaldırıb həris gözlərlə qar-
ş
ısındakını  pis-pis  süzdü.  Ancaq  qarşısındakının  duruşunda  nə 
isə hiss  elədiyindənmi,  yoxsa  ağzında insan əti  çeynədiyindən-
mi,  nədənsə  ona  məhəl  qoymadı.  Və  təzədən  ağzından  saldığı 
sümük  parçasını  tüklü  pəncələrilə  sıxıb  gəmirməyə  başladı. 
Goreşən  çeynədikcə  əti  ürpəşirdi.  Qəbirdən  qalxan  boğucu 
üfunətdənmi,  insan  barmaqlarının  gözünün  qarşısında  çeynən-
məyindənmi,  ürəyi  qalxdı.  Öyüdü.  Bu  gün  dilinə  sudan  savayı 
bir  şey  vurmamışdı.  Gömgöy  sarfa  qusdu.  Ancaq  qusmaqla 
öyüməyi  kəsmədi.  Öyüdükcə  öyüyürdü.  Sanki  yarandığı  gün-
dən  bəri  nə  yemişdisə,  hamısını  qaytaracaqdı.  Və  yedikləri  ilə 
birlikdə içi-içalatı da ağzından çıxıb tökülmək istəyirdi. 
Handan-hana  özünə  gəlib  bir  daşın  üstündə  oturdu.  Ta-
qətsizlikdən oturduğu yerdə güclə duruş gətirirdi. Ağzının, bur-
nunun, gözlərinin suyu bir-birinə qarışmışdı. Goreşən öz işində 
idi. Bu əcayib heyvana sarı baxmaq istəmirdi, baxsaydı yenidən 
öyümə tutacaqdı onu. 
– Əmi, ay əmi! - uşaq hönkürə-hönkürə yalvarırdı, - qoy-
ma, ay əmi, anamı goreşən yeyir, - gəl qoyma, ay əmi. 
Bu  uşaq  kim  idi,  ilahi!  Gah  peyda  olurdu,  gah  da  qeybə 
çəkilirdi. Ancaq uşaq nə isə ona doğma gəlirdi. Doğma?! Onun 
dünyada  doğma  adamı  vardımı?  Bəlkə...  Hardasa  varıydı...  an-
caq  tanımırdı.  Bəlkə  də  atasıyla,  anasıyla,  qeyri  doğmalarıyla 
min dəfə, milyon dəfə üz-üzə gəlmişdi. 
Hərdən anası yuxularına gəlirdi. Hər dəfə də eyni simada, 
eyni boy-buxunda. Anasının mixəyi saçları, mavi gözləri vardı. 
Oyananda az qala dəli olurdu. Üzünü görmədiyi bir adam necə 
yuxularına  gəlirdi?  Əvvəllər  hər  dəfə  belə  yuxulardan  sonra 
şə
hərin gur yerində dayanıb gəlib-gedənlərə baxardı. Bu saysız-
hesabsız  adamların  içərisində  bir  vaxt  anasını  tapacağına  ina-
nırdı. 
Anası  yuxularında  yad  bir  kişinin  qoluna  girib  harasa 
gedirdi.  Və  qolunu  o  yad  kişinin  qolundan  çəkmədən  baxıb  əl 
eləyirdi,  gülümsəyirdi.  Ona  elə  gəlirdi  ki,  üzünü  görmədiyi 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə