Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə28/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
84
Uşaqlar  bilirdilər  ki,  arvadı  bir  yolla  inandırıb  daşları 
ə
lindən  ala  bilməsələr,  arvad  evə  qayıtmayacaq,  gecəli-gün-
düzlü bu qəbiristanlıqda qalacaq. Arvad isə uşaqlarının bircə sö-
zünə belə inanmır, onları heç cür yaxına buraxmaq istəmirdi. 
Həlimə  qarının  böyük  qızı  Sona  anasına  sarı  yeridi.  Ar-
vad özünü daşların üstünə yıxdı: 
– Qoymaram, - dedi, - yaxın gələsiniz. 
Arvadın  üzünün-gözünün  yaşı  toz-torpağa  bulanıb  ona 
eybəcər  bir  görkəm  vermişdi.  Kəlağayısı  sürüşüb  boynundan 
düşmüşdü, çal saçları çılpaq çiyinlərinə səpələnmişdi. Oğlunun 
qəbrindən  çıxan  bu  qara  daşlardan  savayı  heç  nəyi  görmürdü, 
görmək istəmirdi... 
Həlimə qarı qara daşların üstündə uzanıb qalmışdı. Qara-
günlü Sona anasının bu halına dözməyib yaxınlaşdı, əyilib onu 
qara  daşlardan  ayırmaq  istədi,  ancaq  nə  illah  elədisə  arvadı 
yerindən tərpədə bilmədi. 
Həlimə qarı eləcə üzü üstə torpağa uzanıb qalmışdı, din-
mirdi, danışmırdı, qarğımırdı. Sona bir də anasını daşlardan qo-
parmaq istədi, ancaq gücü çatmadı. O biri uşaqlar köməyə gəl-
dilər. Anasını yerdən aralayıb arxası üstə çevirdilər. Cəmi bircə 
dəqiqə  əvvəl  özünü  daşların  üstünə  yıxan  arvad  indi  quruyub 
ağaca dönmüşdü. Daşların ikisi arvadın bükülü qolları arasında 
qalmışdı. Nə illah elədilərsə, arvadın qollarını aralayıb o daşları 
çıxara bilmədilər. 
Həlimə  qarı  elə  bil  ölmüşdü,  bütün  bədəni  günün  cırha-
cırında  buz  kimi  soyuq  idi.  Ancaq  təkcə  arvadın  gözləri  danı-
ş
ırdı.  Gözlərinə  baxanda  hiss  eləyirdin  ki,  arvad  ölməyib  ya-
ş
ayır.  Gözlər  qəribə  tərzdə  sağa-sola  hərəkət  eləyir,  elə  bil  hə-
dəqəsindən çıxmaq istəyirdi. 
Arvadın kürəyini torpağa söykəyib oturtmaq istədilər, an-
caq bədəni quruyub ağaca döndüyündən nə illah elədilərsə, əyil-
mədi ki, əyilmədi. 
Gözlər yerində işlədiyindən arvadın sifəti rəng verib rəng 
alırdı, baxan kimi bilinirdi ki, danışmaq istəyir, ancaq dili tutul-
duğundan gözləri ilə nə isə demək, anlatmaq istəyir. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
85
Uşaqlar anasının  bu  halına  dözməyib  ağlayırdılar.  Təkcə 
Sona  ağlamırdı.  Gözlərini  anasının  gözlərinə  dikib  durmuşdu. 
Anasının nə istədiyini gözlərindən oxumaq istəyirdi. 
– Kiriyin, - dedi, - bəsdirin uşaq kimi göz  yaşı tökdüyü-
nüz, qoyun görüm arvad nə istəyir. 
Uşaqlar xırp səslərini kəsdilər. 
Sona təzədən anasına tərəf əyilib gözlərini onun gözlərinə 
dikdi.  Arvadın  gözlərinə  qan  gəlirdi  və  qan  gəldikcə  bəbəkləri 
daha ehtirasla yerində oynayırdı. 
Anasının  qollarını  ovxalamağa  başladı,  ancaq  arvadın 
bədəni  yumşalmaq  bilmirdi,  daş  kimiydi,  əl  vurduqca  gərilirdi. 
Damarları şişib qaralmışdı. 
–  Ana,  ana,  nə  istəyirsən,  bircə  dillənsənə...  -  Sona  göz 
yaşı içərisində soruşurdu. 
Həlimə qarı dillənmək üçün gücünü toplayır, ancaq danı-
ş
ammırdı, əvəzində gözlərinə bir az da qan sağılırdı. 
Sonanı hıçqırıq boğdu. 
–  Ana,  ay  ana...  -  dedi  və  içərisinə  axan  göz  yaşından 
sözünün dalını gətirəmmədi. 
Arvadın gözlərinə yenə qan sağıldı. 
Sona qızların kiçiyinə dönüb: 
«– Qaç çaydan su gətir», - dedi. 
Qız çaya tərəf götürüldü. 
Arvadın  gözləri  qandan  sulanmışdı,  baxmaq  olmurdu. 
Sona hiss elədi ki, anası daha onu görmür. 
Qızlara tərəf dönüb: 
– Götürün evə aparaq, - dedi. 
Sona anasının qollarından, o biri qızlar ayaqlarından tut-
dular. Ancaq qaldıra bilmədilər, arvadın quruyub ağaca dönmüş 
bədəni elə bil ikiqat ağırlaşmışdı. 
–  Dayanın,  daşları  qollarının  arasından  çıxaraq.  -  Bunu 
Sona dedi. 
Hərəsi  bir  tərəfdən  arvadın  qollarını  aralayıb  daşları  çı-
xarmaq  istədilər.  Ancaq  ha  əlləşdilərsə,  arvadın  qollarını  ara-
laya bilmədilər. 
Sona birdən anasının gözlərinə baxdı. Anasının qandan bu-
lanmış gözləri böyümüş, eybəcər bir hala düşmüşdü. Uşaqlarının 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
86
ikisi arvadın qollarını tutdular. Sona birtəhər daşları anasının qu-
cağından çıxardı. 
Bundan  sonra  arvadı  yerdən  aralamaq  istədilər.  Ancaq 
Sona gözlərini anasının gözlərindən çəkə bilmirdi. 
– Dayanın, - dedi, bir az gözləyin. 
Kiçik  qız  bir  şüşə  su  ilə  qaça-qaça  özünü  yetirdi.  Sona 
suyu  alıb  anasının  üzünü  islatdı,  boyun-boğazını  islatdı.  Sonra 
arvadın  gözlərinə  baxdı.  Arvadın  gözləri  tanınmaz  dərəcədə 
böyümüşdü.  Sona  anasının  gözlərinə  baxa-baxa  birdəncə  başa 
düşdü  ki,  bu  gözlər  heç  vaxt  öz  əvvəlki  təravətinə  qayıtmaya-
caq, bu gözlər heç vaxt durulmayacaq. 
Gözlər böyüyürdü. 
Uşaqlar lal-dinməz dayanıb anasının gözlərinə baxırdılar. 
Heç  biri  danışmaq,  dillənmək  istəmirdi,  eləcə  gözləyirdilər  ki, 
bu işin axırı nə ilə qurtaracaq. 
Birdən arvadın gözlərinin ikisi də pırtlayıb yerindən çıx-
dı, ayaqlarından bir qədər aralı düşərək torpağa bulaşdı. 
Hamısı birdən qiyyə çəkdi. Gözlərin pırtlayıb çıxmağıyla 
arvadın bədəni boşaldı. 
Sona  qara  yaylığını  başından  çıxarıb  anasının  gözlərini 
bağladı. Arvadın meyitini götürüb ağlaşa-ağlaşa evə tərəf yönəl-
dilər. 
 
* * * 
 
İş
ləyə-işləyə qarğış eləyirdilər. Köhnə, quzulamış başda-
ş
ılarını çıxarıb necə gəldi tökürdülər. 
Qulaqları  dumanlı  şəkildə  bu  qarğış  səslərini  eşidirdi, 
ancaq nə deyildiyini, kimin ünvanına söylənildiyini ayırd eləyə 
bilmirdi.  Səslər  hayandansa,  çox  uzaqdan  gəlirdi,  adamlar  da 
uzaqlığın  toranında  seçilmirdi.  Əlləri,  qolları,  sir-sifətləri  boz 
rəngdəydi, heç adama da bənzəmirdilər, boz-boz kölgələr idilər. 
Və  bu  kölgələr  hərəkət  eləyirdilər,  yerlərini  dəyişirdilər.  Köl-
gələrin biri ona sarı gəlirdi. Hərəkət elədikcə böyüyür, əli-qolu, 
üzü-gözü aydınlaşırdı. Ancaq addım-addım ona yaxınlaşan köl-
gənin çox qəribə, qorxunc yerişi vardı, elə bil insan deyildi, nə 
isə başqa bir canlı idi.  


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə