Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə31/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
94
dalınca  yaşıl  bir  dünya  başlayır.  Qışqıra-qışqıra,  tövşüyə-töv-
ş
üyə qar selinin dalınca yüyürür. 
– Ver mənim əlimi, - deyir, - mən əlsiz neyniyə billəm.. 
Gözlərini  açıb  qaranlıqda  o  yan  bu  yana  göz  gəzdirir; 
üstündən  sürüşüb  yerə  düşən  yorğanı  götürmək  istəyir,  bacar-
mır. Ağac kimi yanına düşən sol qolunu sağ əlilə yoxlayır. 
«– İflic?!..». 
Bir andaca gözlərinə qaranlıq çökür. 
Yuxarıda yata bilmirdi, xəstələnib yatağa düşəndən yerini 
aşağı  evə  köçürtmüşdü.  Burda  nə  uşaqların  səs-küyü  vardı,  nə 
də  gəlib-gedənlərin  sual-sorğusu.  Bir  də  buranı  ona  görə  is-
təyirdi  ki,  döşəməsi  torpaq  idı,  ömrünün  çoxu  bu  sayaq  evdə 
keçmişdi; indi oğlunun taxta döşəməli evinə uyuşammırdı. 
Günün hansı vaxtı olduğunu bilmirdi, yerindən qalxa bil-
səydi,  qapını  açıb  bayıra  nəzər  salardı.  Ancaq...  yadına  düşdü 
qapının  bayaq  açılıb  örtülməyi,  içəri  hucum  çəkən  soyuq  işıq 
seli. Deməli, gündüzdü, hava işıqdı. İşıqdısa yatmamalıdı, yox-
sa uzun gecəni səhər eləyəmməzdi. Qaranlıq otaqda gecəni gün-
düzdən seçəmməsə də, gündüzləri birtəhər başa vururdu, ancaq 
gecəni yuxusuz keçirmək əzab idi, işgəncəydi, elə buna görə də 
bacardığı qədər yuxusunu qoruyub gecəyə saxlamağa çalışırdı. 
Milçəklər  bayaqkı  yorucu  səsləriylə  vızıldaşa-vızıldaşa 
uçuşurdular. Ona elə gəlirdi ki, qaranlıq otaqda, yaylı çarpayıda 
uzanmayıb,  sanki  dünyanın  qurtaracağında  sonu-səmti  bilin-
məyən  bir  boşluqla  üz-üzə  dayanıb,  yatağında  azacıq  çevrilsə, 
dibsiz  dərinliyə  yuvarlanacaq.  Elə  bil  bu  boşluq  dünyanın,  hə-
yatın  sərhədiydi,  sonuydu,  ömür-gün  başa  vurulanda,  insan 
mütləq bu sərhədə gəlib çatmalıydı, bu boşluqla üz-üzə dayan-
malıydı. 
İ
çərisini xəstəlik qovursa da məhəl qoymur, bilir ki, öm-
rün,  yaşın  bu  çağında  ağrı-acılar  yüngül  gəlib  keçir.  Ağrıları 
öləziyəndə  yuxu  aparırdı,  sonra  yenə  oyanır  və  təzədən  yuxu; 
yuxuyla düşüncələri elə qarışır ki, bir-birindən ayıra bilmir. Ona 
elə  gəlirdi  ki,  hər  şey  dünən  olub,  srağagün  olub,  lap  bu  ya-
xınlaracan  uşaq  idi,  cavan  idi,  sevirdi,  sevilirdi.  Aradan  keçən 
illəri  görmürdü,  duymurdu,  ömrün,  həyatın  belə  erkən  sovuş-
duğunu dərk eləyəmmirdi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
95
Bağın  ətəyindən  sakit-səssiz  aran  çayı  axırdı.  Gündüzün 
cürbəcür  səs-küyündən  çayın  səsini  eşidəmmirdi,  gecələr  isə 
sirli-sirli  şırıldayan  suyun  səsi  apaydın  eşidilir.  Onda  yata-
ğ
ından  qalxıb  bağın  ətəyinə,  çayın  sahilinə  enmək  istəyirdi. 
Ancaq  taqətsizlikdən  yatağından  qopammır,  beləcə  çayın  sirli 
nəğməsi  səssiz-səssiz  oxuna-oxuna  gecənin,  qaranlığın  yadda-
ş
ından keçib gedir. 
İş
tahası çəkilib; belə çağlarında insan istəməsə də, yemə-
lidi, ömrün, yaşamağın xatirinə. Ancaq yemək istəmirdi, qətiy-
yən  istəmirdi.  Xeyli  vaxtdı  ki,  dərmanları  da  qurtarmışdı,  bu 
barədə  oğluna  demək  istəmir.  Bilir  ki,  iş  adamıdı,  şəhərə  dər-
man dalınca getmək üçün gərək işini-gücünü buraxa. Dərmansız 
keçinmək də çətindi, gözləyirdi ki, oğlu özü soruşa, maraqlana, 
ondan da səs çıxmırdı. 
Qapı  aralanır;  yuxuyla  oyaqlığın  arasındadı.  Gözlərini 
açmasa  da,  bilir  oğludu,  çünki  həmişə  bu  vaxtlar  gəlir  yanına. 
Gəlib  oturur,  kötüyə  dönmüş  əllərini ovcuna  alır,  dilucu  nə  isə 
deyir, soruşur, o da nə isə cavab verir. Bilir ki, burda, mənzilin 
aşağı  qatında  yatmağından  oğlu  narazıdı,  hətta  bir  dəfə  ağır 
xəstə  olanda  oğlunun  çarpayıyla  birgə  onu  yuxarı  daşıtdırmağı 
da  yadındadı.  Oğlunu  başa  düşürdü;  başa  düşürdü  ki,  hardasa 
haqlıdı, ancaq özüylə bacarmırdı. 
Oğluyla  gəlini  arabir  sözləşirdi,  aşağıda  hər  şeyi  eşidir. 
Aralarında əsən soyuq küləkdən də xəbərdardı, oğlunun alınan, 
alçalan  səsindən  də.  Ancaq  üzə  vurmur,  ailənin  taleyinə  kə-
nardan əl qatılmamalıdı – bunu təcrübəsindən bilir. 
Yuxu  tutduğu  üçün  oğlunun  nə  vaxt  çıxıb  getdiyindən 
xəbəri olmur. 
Gözlərini  yuman  kimi  qaranlıqda  Əzrayılın  nəfəsini  du-
yurdu,  küncdə  yaş  torpağın  üstündə  bardaşqurma  oturub  uzun 
kirpiklərini  daraya-araya  ona  baxır,  ruhunu  oğurlamaq  üçün 
girəvə  axtarırdı.  Gözlərini  açan  kimi  Əzrayıl  qeybə  çəkilirdi. 
Uzun  gecəni  səhər  eləyənəcən  onunku  ona  dəyirdi.  Dəqiqələr, 
saniyələr  yüklü  karvan  kimi  beləcə  ağır-ağır  çəkilib  gedirdi. 
Səhərin açılmasını toyuq-cücənin, mal-heyvanın səsindən bilir-
di.  Bilir  və  rahatlanırdı;  bütün  gecəni  Əzrayılla  çarpışmaqdan 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
96
yorulub tabdan düşmüş bədənini yuxu aparırdı; qaranlıq otaqda 
oyana-oyana, səksənə-səksənə günortaya kimi yatırdı. 
Ötən həftə körpəcə nəvəsi, ayparçası kimi qız gözə gəldi 
–  ikicə  günün  içərisində  çığıra-çığıra  canını  tapşırdı.  «Yatan 
ölməz...» deyərlər. Bu ölümdən sonra əhvalını da soruşan yoxdu 
oğlundan savayı; onun da gəlişindən-gedişindən çox zaman xə-
bər tutmurdu. 
Bayırda  külək  belədən-belə  vıyıldayırdı.  Küləyin  qarşı-
sında  ikiqat  bükülən  üryan  budaqların  yalvarışlarını  eşidirdi. 
Buxarının nə vaxt yandırılmağından xəbəri yoxdu, ancaq soyuq-
du,  yaman  soyuqdu,  sümükləri sızıldayır,  az  qala  sürünüb  oca-
ğ
ın  gözünə  girmək  istəyirdi.  Bayırda  əsən  külək  burda  –  qa-
ranlıq otaqda içini-içalatını doğrayıb keçirdi. Ona elə gəlirdi ki, 
içərisinə çökmüş soyuqluğu heç bir şeylə çıxarmaq olmaz. 
Axşama  doğru  yüngülləşməyə  başladı,  qalxıb  yatağının 
içərisində  oturdu.  Yuxunun  əks-sədası  qulaqlarından  çəkilib 
getmək bilmirdi. Səs onu sehr kimi, tilsim  kimi işığa çağırırdı. 
Səs qulaqlarında əks-səda verə-verə uzaqlaşdıqca ürəyi bu səsə 
qoşulub  getmək  istəyirdi.  Səs  gedirdi,  gedirdi,  onu  arxasınca 
çəkib  aparmaq  üçün  qayıdır,  yenidən  gedirdi.  Nə  illah  elə-
yirdisə,  səsin  sehrindən,  tilsimindən  açılammırdı...  Birdən-birə 
elə  yüngüllük  duydu  ki,  elə  bil  təzəcə  anadan  olmuşdu.  Çar-
payının  millərindən  tutub  qalxdı;  bu  bir  ildə  ilk  dəfəydi  ki, 
ayağa dururdu. 
Qapını  aralayıb  bayıra  çıxdı.  Üfüqdə  əriyən  günəşin  so-
yuq şəfəqləri gözlərini qamaşdırırdı. Həyətdə heç kəs gözə dəy-
mirdi,  təkcə  yuxarı  otaqdan  oğlu  ilə  gəlininin  səsi  gəlirdi;  nə 
barədəsə mübahisə edirdilər. 
Bayırda  dayanıb  dünyanın genişliyinə  tamaşa  eləmək  is-
təyirdi,  ancaq  ayaqları  onu  evin  qənşərindəki  qarağacın  altına 
çəkirdi.  Qarağacın  dibindəki  sal  daşın  üstündə  oturub  kürəyini 
ağacın  çopur-çopur  gövdəsinə  söykədi.  Onu  xəstə  yatağından 
qoparıb  işığa,  günəşə  çağıran  səs  qarağacın  içindən  gəlirdi. 
Qışın  soyuğunda  yarpaqlayan  ağacın  yaşıl  budaqlarına  baxdı. 
Qarağacı  ilk  dəfəydi  ki,  ilin  bu  vədəsi  beləcə  yarpaqlayan 
görürdü. Qarağacın içindəki apaydın səs ruhuna, varlığına yuxu 


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə