|
ВәҺҺабијЈӘтин сијаси тарихи тарихиİBN QƏYYİM Covziyyə TərCümeyi-halI
|
səhifə | 11/42 | tarix | 15.03.2018 | ölçüsü | 5,57 Mb. | | #32240 |
| İBN QƏYYİM Covziyyə TərCümeyi-halI
“Məfatihül-cinan” kitabının məllifi mühəddis Qumi özünün “Əl-kuna vəl-əlqab” adlı dəyərli kitabında İbn Qəyyim barəsində yazır: “Onun adı Məhəmməd ibn Əbu Bəkr Hənbəli olmuşdur...”2 Dehxuda isə onu belə qeyd edir: “Şəmsəddin Əbu Əbdillah Məhəmməd ibn Əbu Bəkr ibn Əyyub Zəri 691-ci hicri ilinin səfər ayının 7-də (1292-ci il yanvarın 29-da) dünyaya gəlmişdir. Onun nə üçün “İbn Qəyyim Covziyyə” adlanmasına gəldikdə isə, bunun səbəbi onun atası, yaxud babasının Dəməşqdə “Covziyyə” mədrəsəsinin idarə olunmasını öhdəsinə alması idi.”3
Şübhəsiz, İbn Qəyyimin atası “Covziyyə” mədrəsəsində işlədiynə görə hənbəlilərin rəy və əsərləri ilə tanış olmuşdur. Ehtimal verilir ki, bu məlumatlar uşaqlıq çağlarında onun övladına keçmişdir. Çünki, onu İbn Qəyyimin ustadlarından biri hesab etmişlər. İbn Qəyyimin həyatı, eləcə də ideoloji cəhətdən nə cür yetkinliyə çatması barədə heç bir məlumat yoxdur.
Onun şagirdlərinin, o cümlədən, İbn Kəsir və İbn Rəcəbin onun həyatı barəsində müəyyən mətləbləri qeyd etmələrinə baxmayaraq, İbn Qəyyimin uşaqlıq və yetkinlik dövrləri barəsində dəqiq məlumatları yoxmuş və əksər hallarda onun fikri cəhətdən yetkinliyə çatıb püxtələşdiyi dövrdəki elmi və dini şəxsiyyətinə işarə etmişlər. Onun öz yazıları da, hətta həyatının külliyyatı da uşaqlıq və cavanlıq dövrlərindəki vəziyyətini aydınlaşdırmır. Sanki, onun mədəni həyatı Təqiyuddin İbn Teymiyyənin elmindən bəhrələndiyi dövrlərdən başlayır. Əlbəttə, bu o demək deyil ki, İbn Qəyyim İbn Teymiyyənin hüzuruna çatdığı vaxtlardan qabaq fikri və mədəni həyata qədəm qoymamışdır. Şübhəsiz, o VII əsrin axırlarında və VIII əsrin əvvəllərində dövrün bəzi elmlərinə yiyələnmiş və o zamanın ustadlarından çoxunun yanında elm öyrənmişdir. Belə ki, o, İbn Əbil Fəth Bəli (709 h.q ildə vəfat edib) və Məcduddin Tunisinin (818 h.q ildə vəfat edib) huzurunda ərəb ədəbiyatını, o cümlədən Əbul Bədanın “Əl-müləxxəs”ini, İbn Malikin “Əlfiyyə”sini, İbn Usfurun “Kafiyətuş-şafiyə” və “Əl-müqərrib” kitabının bəzi hissələrini Məcduddin Sərrafinin yanında (729 h.q ildə vəfat edib) oxumuş, fiqhi kitablardan Əbül Qasim Hərəqinin “Müxtəsər”, İbn Qüdamənin “Əl-muğni” kitablarını öyrənmiş, üsul və kəlamı Səfiyuddin Hindidən dərs almışdır. Eləcə də Fəxri Razinin “Əl-ərbəinu vəl-mühəssəl” kitabını onun yanında oxumuşdur... İbn Şirazidən, İbn Məktumdan, ibn Əbdid Daimdən, Təqiyuddin Süleyman Mütimdən, Şahabuddin Nablusidən və İbrahim ibn Məhəmməd ibn Cövhərin qızı Fatimədən hədis eşitmişdir. Əgər Mərağinin dedikləri düzgün olsa, İbn Qəyyim İbn Teymiyyənin hüzuruna çatmazdan əvvəl, yəni 712-ci hicri ilindən əvvəl sufiliklə də tanış idi və sufiliyə meyl göstərirdi. Bütün bunlarla belə, İbn Qəyyimin öz yazılarından və başqalarının onun barəsindəki uzun və ya qısa söhbətlərinin məcmusundan aydın olur ki, onun təhsili cavanlığının sonlarına yaxın dövrdə çiçəklənib təkmilləşmişdir. Yəni İbn Qəyyim 21 yaşında ikən İbn Teymiyyənin Qahirədən Dəməşqə qayıtdığı 712-ci ildə ona qoşulmuş və onunla 16 il bir yerdə olmuş və ondan çox faydalanmışdır...1
Həqiqətdə İbn Qəyyim, İbn Teymiyyənin ən fəal və işgüzar şagirdlərindən sayılırdı. Hətta bəziləri onu İbn Teymiyyənin səhabələrinin başçısı hesab etmişlər1. O, öz ustadının bütün fikir və əqidələrini qeydsiz-şərtsiz qəbul etmiş və onun xüsusi şəxsiyyətini qorumaqla yanaşı, həm də onun sözlərini nəql edərək yaymışdı. O da ustadı kimi dövrünün bütün elmlərində (təfsir, hədis, üsul və firui-fiqh) məharətli idi və “onun kimi, İbn Ərəbinin təlimlərindən qaynaqlanan ittihadiyyə yolu ilə qəti şəkildə müxalif idi. Lakin onun əksinə olaraq sufilikdən çox təsirlənmişdi və o dövrdə İslam ölkələrində çox şöhrətə malik olan Xacə Əbdüllah Ənsarinin “Mənazilüz-zairin” kitabına xüsusi maraq göstərirdi. İbn Qəyyim öz ustadına nisbətən çox az mübahisə edirdi. Lakin o əksər hallarda mövizə edərdi.”2
Şagirdin ustadından (İbn Qəyyimin İbn Teymiyyədən) təsirlənməsi barəsində “Əd-dürərul-Kaminətu” kitabında belə nəql olunur: İbn Teymiyyənin məhəbbəti İbn Qəyyimə o qədər təsir etmişdi ki, onun sözlərindən heç bir vəchlə kənara çıxmır, bütün işlərdə onun sözü ilə kifayətlənirdi. Məhz o, ustadının kitablarını təhzib edərək (müəyyən qədər xülasələndirərək) elmini yayırdı.” Bu barədə doktor Nəzar Rza, İbn Qəyyimin yazdığı “Əxbarun-nisa” kitabının müqəddiməsində belə yazır: “O İbn Teymiyyədən ən çox bəhrələnmiş, onun sözlərini və təfəkürünü qəbul etmiş və fikirlərini yaymağa başlamışdı. O, ustadı ilə əməl və rəydə şərik idi.”3
İbn Qəyyim İbn Teymiyyənin düşüncələri, rəyləri və təlimatı ilə tanış olduqdan sonra onun sözlərindən təsirləndiyinə görə Xəlilullahın (ə) məqbərəsinin ziyarətinə getmək səfərini inkar etdi və buna görə də həbs edildi. Bu hadisə 726-cı ildən qabaq baş verməliydi. Çünki, bu dövrdə bir daha olaraq ustadı İbn Teymiyyənin təəssübkeş fikir və rəyləri xatirinə Dəməşq qalasında həbs edilmişdi “və məhz həmin zindanda İbn Qəyyim Quran ayələrində dərindən fikirləşməyə başlamışdır.”4
728-ci hicri ilində İbn Teymiyyə öldükdən sonra İbn Qəyyim də zindandan azad edildi. Onun zindandan azad olduğu dövrdən Şam karvanı ilə həcc səfərinə getdiyi 731-ci ilə qədər mövcud şərait barəsində dəqiq məlumat yoxdur.1 Amma aydındır ki, “ona maneçilik törədilirdi. Çünki, ölkənin dövlət adamları İbn Teymiyyənin yeni hənbəli məzhəbi müqabilində maneçilik törədirdilər.”2 Bu maneçiliklərə baxmayaraq hənbəlilər onu İbn Teymiyyənin ən vəfalı və doğruçu nümayəndəsi hesab edərək “Covziyyə” mədrəsəsində onun imaməti ilə namaz qılırdılar. Bundan əlavə, İbn Qəyyim bu illərdə özünün bəzi əsərlərini yazmağa səy göstərirdi. İbn Teymiyyənin ardıcılları olan bəzi hənbəlilər də onun fətvalarını aşkar etmək üçün ona müraciət edirdilər. Ehtimal verilir ki, həmin illərdə onun dərs məclisləri də bərqərar olurdu.”3 Belə ki, 736-cı il rəcəbin 2-də ilk dəfə olaraq Nəcmuddin ibn Xalixanın Dəməşqin Ğutə bağlarında “Tuma” və “Şərqi” qapısının darvazasının kənarında tikdiyi məsciddə xitabə söylədi.4
Şübhəsiz, İbn Teymiyyənin dərsləri 743-cü qəməri ilində daha ümumi və rəsmi xarakter aldı. “Çünki, həmin ilin səfər ayından etibarən, onu hənbəlilərin Dəməşqdəki mədrəsələrindən digər bir mühümü sayılan “Sədriyyə” mədrəsəsində tədrislə məşğul olduğunu görürük.”5 O, bu mədrəsədə tədris etdiyi vaxt İbn Teymiyyənin fətvalarının bəzilərini xatırladırdı. Bu da onun Təqiyuddin Səbki kimi ən böyük müxaliflərindən olan bəzi şəxslərin müxalifətinə səbəb olmuşdur6. İbn Qəyyim təqribən səkkiz il “Sədriyyə” mədrəsəsində tədris edərək hənbəli fiqhində şagird yetişdirdi və nəhayət 751-ci il rəcəb aynın 23-də Dəməşqdə dünyadan getdi. O, “Babus-səğir” qəbristanlığında öz anasının yanında dəfn edildi. Oğlu (Şərəfuddin Əbdüllah) “Sədriyyə” mədrəsəsində atsının yerində oturdu.1
Dostları ilə paylaş: |
|
|