|
ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи
|
səhifə | 9/42 | tarix | 15.03.2018 | ölçüsü | 5,57 Mb. | | #32240 |
| İbn TeymiyyəNİN ƏSƏRLƏRİ
İbn Teymiyyənin hənbəli məzhəbindən son dərəcə ciddiyyətlə tərəfdarlıq etdiyini nəzərə alaraq qeyd etmək lazımdır ki, o, əksər hallarda sair İslam məzhəblərini və onların fəlsəfi əqidələrini rədd etmək yolunda çalışmış, nəhayət onların hamısını batil kimi qələmə vermişdir. Belə ki, o özünün “Minnahüs-sünnə fir-rəddiş-şiə” adlı kitabını məhz şiə məzhəbinin batil olduğunu isbat etmək üçün yazmışdır.
İbn Teymiyyənin İslam maarifində çoxlu risalə (traktat) və kitabları vardır (Quran təfsiri, fiqh, hədis, kəlam və sair). Onların sayı üç yüz cildə çatır və əksəriyyəti də təxribatçılıq yönünə və mənfi məqsədlərə malikdir.1 Bu kitablarda bütün İslam alimlərinin, xüsusilə şiələrin qarşısında çox səthi və təəssübkeşlik əsasında olan nəzəriyyələrini bəyan edib. Onun yazdığı kitablardan bəziləri aşğıda qeyd olunur:
“Əs-siyasətuş-şəriyyə”, “Əl-fətava”, “Əl-iman”, “Əl-cəmu beynən-nəqli vəl-əql”, “Minnacüs-sünnə”, “Əl-fürqanu beynə övliyaillah və övliyayiş-şeytan”, “Əl-vasitətu beynəl-həqqi vəl-xəlq”, “Əs-sarimul-məslulu əla şatimir-Rəsul”, “Məcmu rəsail”, “Nəzəriyyətul-əqd”, “Ər-rəddu ələl-Bəkri”, “Ər-rəddu ələl-əfnayi”, “Rəful-məlal ənil-əimmətil-əlam”, “Şərhül-əqidətil-isfəhaniyyə”, “Əl-qəvaidun-nuraniyyə”, “Əl-fəqih”, “Məcmumətur-rəsaili vəl- məsail”, “Ət-təvəssəlu vəl-vəsilə”, “Nəqzul-məntiq” və bu barədə yazdığı çoxlu başqa risalələr və kitabların adını qeyd etmək olar.2
“Vəhhabigəri” kitabının müəllifi İbn Teymiyyənin yazdığı əsərlərin adını qeyd etməklə yazır: “...Bu Şeyxul-islam yalnız çox yazmağı, uzunçuluq etməyi və çox danışmağı bacarırdı. O, özünün bu qədər əsərləri ilə heç bir çətinliyi həll etməmiş, heç bir müşkülü aradan qaldırmamışdır.”3 Həqiqətdə Məhəmməd ibn Əbdül-Vəhhabın icad etdiyi “vəhhabi məzhəbi” məhz İbn Teymiyyə və onun şagirdi İbn Qəyyimin fikirlərinin törəməsi idi.
İbn Teymiyyənin şəxsi əqidə və rəylərini araşdırmaqla onun zindanlarda bu qədər qalmasının və İslam alimləri tərəfindən kafir elan edilməsinin, eləcə də onun rəy və düşüncələrinin öz ardınca nə üçün bu qədər müxalifət dalğaları yaratması, həmçinin həm öz əsrinin alimləri, həm də sonrakı əsrlərdəki alimlər tərəfindən qəbul olunmadığının səbəbi aydın olur.
Dostları ilə paylaş: |
|
|