ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə18/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   14   15   16   17   18   19   20   21   ...   106

 
43 
adını qeyd etmək olar.
1
  
 “Vəhhabigəri”  kitabının  müəllifi  İbn  Teymiyyənin  yazdığı  əsərlərin 
adını  qeyd  etməklə  yazır:  “...Bu  Şeyxul-islam  yalnız  çox  yazmağı, 
uzunçuluq  etməyi  və  çox  danışmağı  bacarırdı.  O,  özünün  bu  qədər 
əsərləri  ilə  heç  bir  çətinliyi  həll  etməmiş,  heç  bir  müşkülü  aradan 
qaldırmamışdır.”
2
    Həqiqətdə  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  icad 
etdiyi  “vəhhabi  məzhəbi”  məhz  İbn  Teymiyyə  və  onun  şagirdi  İbn 
Qəyyimin fikirlərinin törəməsi idi. 
İbn  Teymiyyənin  şəxsi  əqidə  və  rəylərini  araşdırmaqla  onun 
zindanlarda  bu  qədər  qalmasının  və  İslam  alimləri  tərəfindən  kafir  elan 
edilməsinin, eləcə də onun rəy və düşüncələrinin öz ardınca nə üçün bu 
qədər  müxalifət  dalğaları  yaratması,  həmçinin  həm  öz  əsrinin  alimləri, 
həm də sonrakı əsrlərdəki alimlər tərəfindən qəbul olunmadığının səbəbi 
aydın olur. 
İBN TEYMİYYƏNİN ƏQİDƏ VƏ RƏYLƏRİ 
a) İbn Teymiyyənin nəzərində tövhid. 
İbn  Teymiyyə  Allahdan  başqasına  təvəssül  etmək  və  ona  sığınmağı, 
övliya  və  peyğəmbərlərdən  hər  hansı  birini  Allah  dərgahında  şəfaətçi 
qərar verməyi, böyük din şəxsiyyətlərinin – peyğəmbərlərin və salehlərin 
qəbrini  ziyarət  etməyi,  onların  qəbrinin  kənarında  namaz  qılmağı, 
həmçinin  nəzir  və  qurbanlığı  tövhidlə  müxalif  olduğunu  və  bu  işlərin 
şirkə  səbəb  olduğunu  hesab  edirdi.
3
  *  Hətta  böyük  sünnü  alimləri  də 
cürbəcür  xurafat  və  şirklə  qarışan,  tövhidə  zidd  olan  bu  kimi  vəhhabi 
bidətləri  ilə  müxalifdilər.  Onlar  qəbirləri  ziyarət  etməyi,  peyğəmbərlərə 
və  salehlərə  təvəssül  etməyi,  onlardan  şəfaət  diləməyi  dini-şəri  vəzifə 
hesab edirlər. Vəhhabilər isə nə sünnüdürlər, nə də şiə. Həqiqətdə heç bir 
İslam firqəsinin  tərkibinə daxil deyillər. Onlar özlərini  yalandan  İslama 
mənsub  etmişlər.  Əslində  isə  qan  axıdan,  cinayətkar  və  İslamı  təhrif 
edənlərdirlər  ki,  ilk  əvvəldən  indiyə  qədər  İslamın  və  müsəlmanların 
köksünə  ağır  zərbələr  vurmaqdan  başqa  bir  iş  görməmişlər 
(“Vəhhabigəri” kitabının 214-cü səhifəsinin vərəqaltı haşiyəsi). 
Buna  əsasən,  İbn  Teymiyyənin  nəzərində  müvəhhid  (tövhidçi)  adı  o 
şəxsə deyilə bilər ki, istədiyi şeyləri birbaşa Allahdan istəsin və heç bir 
şəxsi  vasitə  və  şəfaətçi  qərar  verməsin,  Allahdan  başqasına  əsla  diqqət 
yetirməsin.
4
  
                                                 
1
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.53 
2
 Həmin mənbə, səh.56 
3
 Himməti Həmayun, “Vəhhabigəri”, Həmin mənbə, səh.57  
4
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati-Səba”, Tehran, 1352, 1-ci çap, səh.30 


 
44 
b) Küfür və şirkin mənasının daha genişləndirilməsi. 
“Ümum  müsəlmanların  nəinki  caiz,  hətta  müstəhəb  hesab  etdikləri 
əməllərin bir qismi İbn Teymiyyənin nəzərində şirkə və dindən çıxmağa 
səbəb  olur.  O  cümlədən,  o  deyir:  “Hər  kəs  təkcə  Peyğəmbərin  (s) 
qəbrini  ziyarət  etmək  üçün  səfər  etsə...  Əgər  Peyğəmbəri  (s),  yaxud 
başqasını  ziyarət  etsə,  məqsədi  də  onu  Allaha  şərik  qərar  verməklə 
ondan  bir  şey  istəmək  olsa  bu  iş  haram  və  şirkdir.  Həmçinin, 
qəbirlərdən  fayda  almağı,  qəbir  sahbinin  bəlanı  onlardan  dəf 
etməsini  gözləyənlər  bütpərəstlər  kimidirlər  ki,  onlar  kimi  bütlərin 
fayda  və  ziyana  malik  olduğuna  inanırdılar.  Ziyarətə  gedənlərin 
məqsədləri  elə  müşriklərin  məqsədləridir  ki,  onlar  da  müvəhhid 
şəxsin  Allahdan  istədiyi  şeyləri  bütlərdən  istəyirdilər...”  O,  hətta 
məscidin  qonşuluğunda  olan,  lakin  öz  iş  və  peşəsinə  uyğun  olaraq 
camaat  namazına  gedə  bilməyən  şəxslərin  barəsində  fətva  verərək 
demişdir ki, “onlar tövbə etdirilməlidirlər. Əgər tövbə etməsələr qətlə 
yetirilmələri  vacibdir.”
1
    İbn  Teymiyyə  “zöhr  namazını  gün  batana 
qədər,  məğrib  namazını  gecə  yarısına  qədər  təxirə  salanların  hökmünü 
nəql edərək demişdir ki, “əgər belə bir şəxs bu işi küfür bilməsə onun 
boynu  vurulmalıdır”.  Beşlik  təşkil  edən  namazların  hər  hansı  birini 
qılmaqdan boyun qaçıran,  yaxud namazın danılmaz vacibatını tərk edən 
həddi-büluğa  çatmış  şəxs  barəsində  hökm  vermişdir  ki,  “belə  bir  şəxsi 
tövbə  etdirmək  lazımdır.  Tövbə  etməsə  öldürülməlidir”.  İbn 
Teymiyyə məxluqata and içməyi və Allahdan başqasına nəzir etməyi də 
şirk hesab edirdi.”
2
  
v)  Allahın  zahiri  hiss  üzvləri  ilə  görünəcəyini  və  Allahın  cəhətə 
malik olduğunu isbat etmək. 
İbn  Teymiyyə  özünün  “Risalətül-həməviyyə”  kitabını  da  məhz  bu 
məsələni  isbat  etmək  üçün  yazmışdır.  “O,  Allahın  məkanda  və  cəhətdə 
olmadığını  nəql  etdikdən  sonra  demişdir  ki,  sünnülüyə  mənsub  edilən 
bütün  insanlar  Allahın  görünməsinin  isbat  olunmasında  fikir 
birliyindədirlər. Sələf alimlərin də nəzəri budur ki, Allah-təalanı axirətdə 
                                                 
1
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.58 
*Ali-Səud  əmirlərindən  Türki  adlı  birisi  hər  məscid  üçün  iki  imam  tə`yin  etmişdi. 
Birini  camaatın  ümumi  imam  camaatı,  digərini  isə  ticarətlə  məşğul  olduqlarına  və 
peşələrinə  görə  namazın  əvvəl  vaxtında  məscidə  gələ  bilməyənlər  üçün  nəzərdə 
tutmuşdu.  Bununla  istəyirdi  ki,  heç  kəs  öz  namazını  fürada  şəkildə  qılmasın,  hamı 
camaat  namazında  iştirak  etsin.  (“Vəhhabilər”  kitabının  31-ci  səhifəsinin  vərəqaltı 
haşiyəsi)  
2
 Həmin mənbə, səh.59 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə