ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə25/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   21   22   23   24   25   26   27   28   ...   106

 
57 
səlibçilər  tərəfindən  Cammailə  hakim  olan  Əhumən  ibn  Barizan 
əkinçilərin  Şeyx  Əhmədin  ətrafına  toplaşmalarını  bəhanə  edərək  onları 
işdən  çıxarıb  onu  öldürmək  qərarına  gəldi.  Buna görə  də  Əhməd  551-ci 
h.q  ilində  (1156-cı  miladi)  Nuriddin  Məhəmməd  ibn  Zəncinin  fərmanı 
altında olan Dəməşqə köçdü. Bu da elmi fəaliyyətlərin hicri tarxi ilə VI 
əsrin  ortalarından  XI  hicri  əsrinə  qədər  davam  etməsinə  şərait  yaratdı. 
Ali-Qüdamə  əvvəlcə  Dəməşqin  “Əbu  Saleh”  məscidində  olur  və  Şeyx 
Əhməd  orada  hənbəlilərə  imamət  edirdi.  Amma  Cəmmail  və  başqa 
kəndlərin  əhalisinin  çoxunun  köçməsi  orada  köçkünlərin  işini 
çətinləşdirdi  və  onların  arasında  çoxlu  xəstəliklər  yayılmağa  başladı. 
Digər  tərəfdən,  hənbəli  məzhəbinə  malik  olmaq  da  onlar  üçün  çoxlu 
çətinliklər  törətdi.  Təqribən  üç  ildən  sonra  “Əbu  Saleh”  məscidini  tərk 
edib  bundan  əvvəl  öz  ölülərini  dəfn  etdikləri  Qasiyun  dağının  ətəyinə 
köçdülər. Bundan sonra həmin məntəqə onların adına olaraq “Salehiyyə” 
adlandırıldı. Şeyx Əhməd orada “Deyrul-hənabilə”ni tikdi ki, hal-hazırda 
“Cameul-hənabilə” (hənbəlilərin mərkəzi) adlanır. Onun əsərləri hələ də 
qalmaqdadır. Sonra orada çoxlu evlər, bazarlar, mədrəsələr və məscidlər 
tikdilər.  Beləliklə  Salehiyyə  dini  və  elmi  fəaliyyət  mərkəzindən  birinə 
çevrildi  və  hənbəli  məzhəbinin  Dəməşqdə,  Misirdə,  Bəəlbəkdə  və 
Bağdadda  yayılmasını  öhdələrinə  aldılar.  Ali-Qüdamə  alimlərdən  əlavə, 
çoxlu  qazilər  də  yetişdirmişdir  ki,  Dəməşqin  qazil-qüzatlıq  vəzifəsi 
dəfələrlə onların öhdəsində olmuşdur.
1
  
Qeyd olunanlara diqqət yetirməklə məlum olur ki, Ali-Qüdamə əvvəlcə 
İbn  Hənbəlin,  sonralar  isə  İbn  Teymiyyənin  əqidə  və  rəylərinin  təsiri 
altında  oldu  (İbn  Teymiyyənin  özü  də  bu  sülalənin  şəxslərinin  bəzi 
şagirdlərindən  idi)  və  hənbəlilərin  quru  və  təəssübkeş  təlimlərini 
Dəməşqdə,  Misirdə,  Fələstində və  Bağdadda  yaydılar.  Belə  ki,  sonralar, 
XII  əsrdə  Məhəmməd  ibn  Əbdül-Vəhhab  (vəhhabiliyin  banisi)  o 
nahiyələrə etdiyi səfərdə Ali-Qüdamənin, xüsusilə bu sülalənin digər bir 
şaxəsi  olan  ibn  Əbdül-Hadinin  əqidə  və  rəylərinin  təsiri  altına  düşdü. 
Özünün  bəzi  məlumatlarını  da  bu  sülalədən  əxz  etdi.  Ali  Əbdül-Hadi  – 
Ali-Qüdamənin  şaxələrindən  biri  və  Qüdamət  ibn  Miqdamın  nəvəsi 
Yusifə  mənsub  edilir  ki,  İbn  Hənbəlin  səthi  görüş  və  əqidələrinin 
(sonralar da xüsusilə İbn Teymiyyənin əqidələrinin) Fələstində, Misirdə, 
Dəməşqdə və  Bağdadda  inkşaf etdirilib rövnəqlənməsində böyük rol ifa 
etmişdir.  Bu  sülalənin  hənbəli  məzhəbində  olan  və  hədisə  meyl  edən 
şəxsləri  hədisləri  əxz  etməkdə  (onların  səhih,  zəif  və  s.  olmasına  əsla 
diqqət yetirmədən) çalışdılar və onları sonrakı nəsillərə ötürməklə əməli 
olaraq  çoxlu  çətinliklərə  və  giriftarçılıqlara  səbəb  oldular.  Məhəmməd 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.87-88 


 
58 
ibn  Əbdül-Vəhhab  hicri  tarixi  ilə  XII  əsrdə  müxtəlif  şəhərlərə  (o 
cümlədən,  ibn  Əbdül-Hadinin  hədis  eşitdiyi  və  dediyi  şəhərlərə)  səfər 
etməklə  əməli  olaraq  hənbəlilərin  zahirə  meyl  edən  və  təəssübçü 
əqidələrinin,  xüsusilə  İbn  Teymiyyə  və  onun  şagirdlərinin  əqidələrinin 
təsiri  altına  düşdü.  Onun  özündə  də  mövcud  olan  zəminələrə  diqqət 
yetirməklə  (bunlar  sonradan  qeyd  olunacaqdır)  İslam  dünyasında 
sonralar  atası  Əbdül-Vəhhaba  mənsub  edilən  və  vəhhabi  firqəsi  kimi 
tanınan  azğın  bir  firqənin  bünövrəsini  qoydu  və  Səudiyyə  sülaləsinin 
qılınc  və  qüdrəti  ilə  Nəcdə  və  Hicaza  hakim  kəsilərək  müsəlmanların 
arasında  çoxlu  nifaq,  təfriqə  və  nifrətin  yaranmasına  səbəb  oldu. 
Vəhhabilər kitab və sünnənin “müsəlmanları dostluq və məhəbbətlə bir-
birinə  qovuşdurmaq  lazımdır,  nəinki  onların  arasında  nifrət  və 
düşmənçilik  yaradıb  onların  bəzilərini  kafir  saymaq,  onları  vurmaq, 
hörmətsizlik  göstərmək  və  təcavüz  etmək”  buyuruğuna  əməl  etmədilər.
1
 
Çoxlu  düşmənçiliklər  müsəlmanların  arasında  kütləvi  qarət  və  qətllərin 
mənşəyi oldu. İndi isə müxtəlif şəhərlərdə hədis deyən və hədis ya eşidən 
ibn Əbdül-Hadi kimi məşhur şəxs barəsində söhbət açırıq: 
1.  Əbdül-Məlik  ibn  Yusif  ibn  Məhəmməd  ibn  Qüdamə  (622-ci  h.q. 
1225-ci  miladi)  bir  fəqih  və  mühəddis  kimi  Əbul-Fərəc  Yəhya  ibn 
Mahmud Səqəfidən hədis rəvayət etmişdir 
2.  Şəmsuddin  Əbu  Əbdillah  Məhəmməd  ibn  Əbdül-Hadi  (550-658-ci 
h.q. 1155-1260-cı miladi). O, Məhəmməd ibn Həmzə Əbi Səqər, Əbdür-
Rəzzaq  Nəccar,  Yəhya  Səqəfi  və  sairlərdən  hədis  dinləmişdir.  O, 
Şəhdətil-Katibədən icazə ilə hədis rəvayət edən axırıncı şəxsdir. Demyati 
və başqaları da ondan hədis rəvayət etmişlər.  Nəhayət  yaşı  yüzdən artıq 
olduğu  halda  Nablosun  tabeçiliyində  olan  Saviyə  kəndində  tatarların  əli 
ilə öldürülmüş və orada dəfn edilmişdir. 
3.  İmadüddin  Əbdül-Həmid  ibn  Əbdül-Hadi  (658-ci  h.q.  1260-cı 
miladi).  O,  Yəhya  Səqəfidən,  Əhməd  Məvazinidən  və  başqalarından 
hədis eşitmişdir. 
4.  Məhəmməd  ibn  Əhməd  ibn  Əbdül-Həmid  (699-cu  h.q.  1300-cü 
miladi).  O,  Mötəmən  ibn  Qümeylə  Vəylədanidən  və  atasının  əmisi 
Məhəmməd ibn Əbdül-Hadidən hədis eşitmişdir. Qübeyti, İbn Rəvvah və 
başqaları ona hədis nəql etmək barəsində icazə vermişlər. 
5.  Əhməd  ibn  Əbdül-Həmid  ibn  Əbdül-Hadi  (610-700-cü  h.q.  1213-
1300-cü  miladi).  O,  Şeyx  Müvəffəquddin,  İbn  Əbi  Löqmə,  İbn  Racih, 
Musa  ibn  Əbdül-Qadir,  Bəha,  Əbul-Qasim  ibn  Sərsəri,  İbn  Zübeyr  və 
                                                 
1
  Qəzvini  Məhəmməd  Hüseyn.  “Firqeyi-vəhhabi  və  pasoxe  şübhəhaye  anha”, 
tərcüməçi  Əli  Dəvani,  Sazimani  çap  və  İntişarat  vizarəti  fərhəng  və  irşadi  İslami, 
Tehran, 3-cü çap, qış 1368, səh.115 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə