76
Peyğəmbərin (s) və səhabələrin səhih hədislərinin zahiri məfhumlarının
əsasında qurulmalıdır. Onlar deyirlər ki, bu ayə və rəvayətlərə, heç bir
dəyişiklik edilmədən istinad edilməli və onların zahiri məfhumlarına
əməl olunmalıdır. Buna görə də müsəlmanların Quran ayələri və əsl
hədislərlə müvafiq olmayan əməl və rəftarlarının Quran və İslam
qanunlarından azğınlıq hesab edirlər.”
1
Onlar qəbirləri ziyarət etməyi və
peyğəmbərlərin, imamların və övliyaların pak ruhlarına təvəssül etməyi,
2
qəbirləri üzərində məqbərə düzəltməyi, onlara təbərrük etməyi, eləcə də
şəfaətə etiqad bəsləməyi şirk hesab etmişlər.
3
“Ərəbistanla tanışlıq” kitabında qeyd olunur ki, “ümumiyyətlə onun
(İbn Əbdül-Vəhhabın) öz nəzəri ilə ayırd etdiyi və Rəsuli-Əkrəmin (s) və
saleh sələflərin dövründə olmayan qayda-qanunları bidət və ona əməl
edənlərin qətlini vacib hesab etmiş və “bu adət və qaydaların məhv
edilməsi üçün ələ qılınc alıb cihad etmək lazımdır!” - deyə fətva
vermişdir.”
4
Aydındır ki, vəhhabilik ixtilaf yaradan və təfriqə salan bir
ayindir və həqiqətdə (xəvaric kimi) özlərini müsəlmana oxşadan insanlar
olub yersiz təəssübkeşliyə düçar olmuş və özlərinin cəhalət və
təəssübünün dindarlıq və hidayət olduğunu təsəvvür etmişlər. Onlar bu
1
Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.237
2
Məhəmməd ibn Əbdül-Vəhhab «qəbrə ibadət etməklə» «qəbri ziyarət etməyi» bir-
birinə qarışdırmış və belə təsəvvür etmişdir ki, qəbri ziyarət etmək dedikdə qəbrə
ibadət başa düşülür, halbuki qəbrin ziyarət olunması Allah evinin təvaf edilməsinə,
Səfa və Mərva arasında sə`y əməlinə oxşayır. Belə ki, heç kəs “Allahın evini təvaf
etmək elə evə ibadət etməkdir”, yaxud “Səfa və Mərva arasında sə`y etmək elə onlara
ibadət etməkdir” - deyə iddia edə bilməz. Hətta bir şəxsin zehninə belə gəlməz ki,
qəbrin ziyarət olunması dedikdə pərəstiş nəzərdə tutulsun. (Şəxsiyət və əndişeyi
Kaşiful-ğita, səh.91-dən nəqlən)
3
Tamamilə aydın məsələdir ki, qəbirlərə təvəssül, ziyarət, təbərrük və onları təmir
etmək qətiyyən şirk və bütpərəstliklə müqayisə oluna bilməz. Qəbri ziyarət edən şəxs
nə ona pərəstiş edir, nə də onun sahibinə. Qalan işlər də eynilə bu cürdür. Allahdan
başqasına pərəstiş etməklə, Allah dərgahına yaxın olan bəndələrdən birini, çətinliklərin
həll edilməsi üçün yaxınlaşmaq arasında böyük bir fərq vardır. Şəfaətə e`tiqad
bəsləmək də şəfaətçi şəxsə pərəstiş, yaxud onun ilahiləşdirilməsi deyil, əksinə
günahkarın günahlarının bağışlanması üçün Allah dərgahına yaxın olan bir bəndənin
vasitəçi qərar verilməsidir ki, bu da Allahın razılığı olmadan qeyri-mümkündür.
(“Şəxsiyyət və əndişehayi Kaşiful-ğita”, səh.88) Bundan əlavə, Məhəmməd ibn Əbdül-
Vəhhab, eləcə də onun ardıcılları olan vəhhabilər inanırlar ki, əgər Allahdan başqasına
seyyid və mövla deyilsə bu iş şirkdir. Halbuki, Peyğəmbəri-Əkrəm (s) Həmzəni
“Seyyidüş-şühəda” (şəhidlərin ağası), özünü isə “Seyyidu bəni Adəm” (bütün Adəm
övladlarının ağası), Həsən və Hüseyni (ə) behişt cavanlarının seyyidi, ağası kimi
təqdim etmişdir. Labüd olaraq deməliyik ki, vəhhabilərin rəhbəri özlərini hətta
Peyğəmbəri-əkrəmdən (s) sair ilahi övliyalaran belə artıq tövhidçi hesab edirlər!
(Həmin mənbə, səh.94)
4
Hövzeyi-nəmayəndegiye vəliyyi fəqih dər ümumi həcc və ziyarət, səh.119
77
təfəkkür tərzi ilə onların öz dinlərində olan sair müsəlmanları kafir və
müşrik hesab edirlər.
1
Onların əsl hədəfləri müsəlmanlarla düşmənçilik
etməkdir. Çünki, özlərindən başqa müsəlmanlara nisbət verdikləri şeylər,
onlara rəva gördükləri zülmlər nə Qurani-Məciddə, nə də şərif
Peyğəmbər (s) sünnəsində vardır. Həqiqətdə onlar Allahın kitabı və
Peyğəmbərin (s) sünnəsinin əleyhinədir. Ayətullah Qəzvini bu barədə
yazır: “... Onların (yəni vəhhabilərin) təəssübü buradadır ki, özlərini əhli-
sünnə – yəni Peyğəmbərin (s) sünnəsinə və rəftarına əməl edənlər hesab
edirlər. Halbuki, Peyğəmbərin (s) sünnəsi və şəriəti bütün müsəlmanlar
üçündür, müsəlmanların, İslam alimlərinin və din rəhbərlərinin
üslubundan əlavə, onların təsəvvürlərinin əleyhinədir və onların
əməllərini rədd olunmuş sayırlar.”
2
Həqiqətdə isə vəhhabilərin tədbirləri
Allahın kitabı və Peyğəmbər (s) sünnəsinin əksinədir. Çünki,
müsəlmanları bir-biri ilə sıx vəhdətə, səfa-səmimiyyətə dəvət edən
Allahın kitabı və Peyğəmbərin (s) sünnəsinin əksinə olaraq, onlar
müsəlmanları nifaqa, təfriqəyə, düşmənçiliyə sövq edir, onların arasında
kin-küdurətə rəvac verirlər.
Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyədə qərarlaşdıqdan, öz
mövqeyini möhkəmlətdikdən sonra Nəcdin rəislərinə və qazilərinə
məktub yazaraq onların özünə itaət etmələrini istədi. Bir qrup qəbul etdi,
digər bir dəstə isə onu istehzaya tutaraq rədd etdilər. O, yaranan bu
fürsətdən özünün və Ali-Səud sülaləsinin şan-şöhrət və rəyasət arzularını
həyata keçirmək üçün istifadə etdi və Diriyyə əhalisinə (onlar da düçar
1
Məhəmməd Əbu Zöhrə deyir: Vəhhabilər İbn Teymiyyənin dediyinə heç bir şey
əlavə etməmiş, sadəcə ondan daha artıq kəskin rəftar etmişlər. Onların işləri
aşağıdakılarda xülasələnir:
a) Siqaret çəkmək kimi işləri şirk hesab etmişlər. Onlar xəvaric kimi, hər bir günahı
küfr, böyük günah iş görəni isə kafir hesab edirlər.
b) Onlar təkcə təbliğlə kifayətlənməyərək deyirlər ki, həm bid`ətlə, həm də onların
öz nəzərində bid`ət sayılan şeylərlə müharibə etməliyik.
v) Qəhvə və s. bu kimi şeyləri həm özlərinə, həm də camaata haram edirlər. Amma
bu barədə sonralar, nisbətən mülayimlik göstərdilər.
q) Hər şəhər və kəndi ələ keçirdilərsə qəbirlərin üzərində olan zərihləri dağıtdılar.
d) Qəbirlərin üzərində olan əlamətləri də aradan götürdülər. Hicazda böyük din
şəxsiyyətlərinin və Peyğəmbər (s) səhabələrinin qəbirlərini uçurtmaqdan belə əl
çəkmədilər.
e) Bütpərəstliklə heç bir rabitəsi olmayan foto şəkil çəkməyi də qadağan etdilər.
Amma saraydakılar ona e`tina etmədilər.
ə) Peyğəmbərin (s) mütəhhər qəbrinə pərdə çəkməyi bid`ət hesab etmiş və onun
üzərindəki pərdəni dəyişməkdən imtina etmişlər ki, nəhayət örtülü qalıb aradan getsin
(“Şəxsiyyət və əndişehayi Kaşifutul-ğita”, səh.92 93)
2
Qəzvini Məhəmməd Hüseyn. “Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”,
səh.107
Dostları ilə paylaş: |