ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə97/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   93   94   95   96   97   98   99   100   ...   106

 
208 
ibn  Hənbəlin  təlimlərindən  qaynaqlanan  təəssübkeş  nəzərləri  nəzərə 
almamaq olmaz. 
Məhəmməd ibn Əbdül-Vəhhabın Ərəbistanın siyasi səhnəsinə gəlişi ilə 
bütün  islami  firqələrə,  xüsusilə  şiələrə  qarşı  olan  kəskin  mövqeləri 
artmağa  başladı  və  Məhəmməd  ibn  Əbdül-Vəhhab  vəhhabiliyin  banisi 
sayıldı. 
Həmçinin  deyildi  ki,  vəhhabilər  İngilis  kimi  istismarçı  dövlətlərin 
əlində bir vasitə olmaqdan əlavə, onlar geniş Osmanlı imperiyasını məhz 
bunun  vasitəsi  ilə  parçalamağa  başlamışdılar.  Bu  da  müsəlmanlar 
arasındakı vəhdəti zəiflətmək və onların arasına təfriqə salmaqdan başqa 
bir məqsəd güdmürdü və istismarçıların mənafeyi istiqamətində idi. 
Azğın  vəhhabi  firqəsinin  ilkin  yaranış  yeri  olan  Ərəbistanın  Nəcd 
nahiyəsi siyasi və sitarateji cəhətdən, eləcə də bədəvi ərəblərin ictimai və 
siyasi  görüşlərinin  inkişaf  etmədiyinə  görə  o  firqənin  Nəcd  diyarında 
yaranıb  inkişaf  etməsinə  şərait  yaratdı  və  tədricən  Ərəbistanın  bütün 
məntəqələrinə doğru genişləndi. 
Vəhhabilər  öz  bünövrələrini  Nəcddə  möhkəmlətdikdən  sonra  İraqa, 
Kərbəlaya, Nəcəfə hücum etdilər ki, onların törətdikləri cinayət və qətl-
qarət hadisələri tarix mənbələrində gözəl şəkildə nəzərə çarpır. Bu fəsildə 
vəhhabilərin  Nəcddən  xaricdə  hərəkat  və  faliyyətlərini  açıqlamaqdan 
əlavə,  XIII  hicri  əsrinin  əvvəllərində  Məkkə  əmirinin  apardığı 
mübarizələrə,  onun  müqəddəs  Məkkə-Mədinə  kimi  yerlərə  necə  hakim 
kəsilməsi  və  orada  törətdiyi  cinayətlərə  də  işarə  edəcəyik.  Həmçinin 
onların  İraqda,  xüsusilə  İmam  Hüseynin  (ə)  mübarək  hərəmində  – 
Kərbəlayi-Müəllada  törətdikləri  cinayətləri  və  bu  işlərin  şiələrə 
göstərdiyi təsirləri açıqlayacağıq. 
Buna əsasən, bu fəsildə əsl bəhsdən heç bir şey azaltmadan mövzuları 
iki  hissədə  araşdıracağıq.  Birinci  hissədə  Şərif  Qalibin  vəhhabilərlə 
apardığı  mübarizələr,  onların  Hacaza  neçə  hakim  olmaları  və  Məkkəni, 
Mədinəni, 
Taifi 
işğal 
etdikdən 
sonra 
törətdikləri 
cinayətləri 
araşdıracağıq. Həmin tədbirlər və fəaliyyətlər sayəsində Məkkənin əmiri 
Şərif Qalibin vəhhabilərlə qarşılaşmaqda nə kimi işlər gördüyünü bəyan 
edəcəyik. 
İkinci  hissədə  isə  vəhhabilərin  İraqda  hərbi-siyasi  nüfuzunun 
genişlənməsi, onların şiələrin müqəddəs şəhərlərinə – Kərbəla və Nəcəfə 
necə  hakim  olmaları,  onların  həmin  yerlərdə  törətdikləri  cinayətləri,  o 
yerlərə hücumlarının nəticələri və xarici aləmdə inikasını araşdıracağıq. 
VƏHHABİLƏRİN HÜCUMLARI VƏ SƏUDİLƏRİN BUNA QARŞI 
GÖSTƏRDİKLƏRİ REAKSİYALAR 
Osmanlı  xilafəti  malik  olduğu  geniş  ərazilərə  görə  onun  davam 


 
209 
gətirməsi şübhəli, süquta uğaraması isə çox da uzaq nəzərə gəlmirdi. X 
h.q əsrinin axırlarında və bütövlükdə XI əsrdə daxildə baş verən müxtəlif 
qiyam və hərəkatlar Osmanlı imperatorluğunu təhdid edirdi.  Belə ki, bu 
təhdid  XII  h.q  əsrinin  əvvəllərində  (XVII  miladi  əsri)  Ərəbistan 
yarımadasını  da  əhatə  etmişdir.  Çünki  bu  nahiyə  böyük  imperatorluğun 
sərhədlərində  dini-siyasi  birliyin  və  müstəqil  dövlətin  olmamasına  görə 
daha  çox  ixtilafa  düçar  olmuşdu.  Məkkənin  şərifləri  Osmanlı  Sultanı 
tərəfindən  təyin  olunurdu  və  onların  qüdrət  dairələri  yalnız  Hicaz  idi. 
Sair  nahiyələrdəki  müxtəlif  qəbilələr  özlərini  müstəqil  şəkildə  idarə 
edirdilər.  Belə  ki,  Nəcran  dərəsində  və  Yəmənin  şimal  sərhədlərində 
hökumət  İsmaili  məzhəblilərin  və  Mükrəmi  xanədanın  əlində  idi,  Zeydi 
məzhəblilər  Yəmənin  yüksəkliklərində,  xəvaric  Əmmanda,  Bəni  Xalid 
qəbiləsi  Qətərin  qərb  nahiyələrində  və  Fars  körfəzinin  haşiyələrində  hər 
biri  müstəqil  şəkildə  hökmranlıq  edirdi.  Nəcddə  Məsalex  qəbiləsindən 
Səud  xənədanı  və  Diriyyədə  Ənzə  ərəbləri  mərkəzi  hökumətin 
haşiyələrində özləri üçün bir hökumət yaratmışdılar. 
Bir  tərəfdən  vahid  hakimiyyət  və  müstəqil  məzhəbin,  başqa  sözlə, 
siyasi-dini  ittihadın  olmaması,  digər  tərəfdən  isə  bağlılıq  və  eyni 
zamanda kəskin təəssüb əsasında qurulmuş qəbilə həyatı, mövcud şəraiti 
elə vəziyyətə salmışdı ki, sui-istifadəçilər ictimai və siyasi boşluqdan öz 
xeyirlərinə  istifadə  edərək  özlərinin  xüsusi  hədəflərinə  çatmaq  üçün  hər 
növ tədbir görməkdən çəkinmirdilər. 
Əsas və diqqət yetirilməli məsələ İngilis istismarçılarının Fars körfəzi 
məntəqəsində  yerləşməsi  idi.  Bu  zaman  ərzində  onlar  mühüm  xarici  bir 
amil kimi yalançı məzhəb ididaçılarını təşviq etməkdə daha təsirli idi. 
Həqiqətdə  elmi,  ədəbi  və  iqtisadi  dəyişikliklər  renesans  adı  altında 
Avropada  baş  verdi.  Sonralar  texniki  inqilab  qalibində  Avropada, 
xüsusilə  İngiltərədə  baş  verən  hadisələr  istismarçı  Britaniya  dövlətini 
məcbur etdi ki, bir tərəfdən özünün istehsal etdiyi əmtəələrin satışı üçün 
münasib  bazar  yaratmaq,  digər  tərəfdən  də  yeni  qurulmuş  texniki 
zavodların  xammalını  əldə  etmək  üçün  şərqə  diqqət  yetirsin.  Buna  görə 
də  istismarçı  hədəflər  çərçivəsində  Misir  və  Hindistanı  diqqət 
mərkəzində saxlayaraq bu iki ölkəni sair şərq ölkələri ilə yanaşı istismar 
edirdilər. 
Qoca  istismarçı  dövlət  olan  Britaniya  Hindistan  yarımadasında  özü 
üçün  böyük  bir  mənafe  yaratmışdı  və  onun  qorunması  üçün  özünün 
siyasi  və  ticarət  rəqiblərinə,  o  cümlədən,  Fransa,  Rusiya  və  Osmanlı 
dövlətlərinə  zərbə  vurmaq,  Fars  körfəzində  nüfuzunu  genişləndirmək, 
qacarlar  dövründə  İranı  zəiflətmək,  digər  tərəfdən  də  böyük  Osmanlı 
imperatorluğunun  daxilində  iğtişaşlar  törətməklə  Osmanlı  Sultanın 
əleyhinə  müəyyən  hərəkatlar  yaratmaq  kimi  işlər  onun  daxildəki 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə