178
“...Səudun qardaşları, xüsusilə həmişə öz nüfuzunun genişlənməsi
fikrində olan qardaşı Feysəl, Məlik Səuddan istədi ki, ya şah qardaşlarını
oğlanları ilə bərabər hüquqdan bəhrələndirsin, ya da icra işlərində
Feysəlin xeyrinə iş görməkdən əl çəksin. Məlik Səud axırıncı təklifi
qəbul etmədi. Lakin 1958-ci ilin martın 10-da bəzi qanunlar çıxartdı ki,
onun əsasında icra işləri baş nazirlik məqamına çatan Feysələ həvalə
edildi. Lakin siyasi qüvvələr Səudun öz əlində qaldı. Baş nazirə ixtiyar
verilmişdi ki, ölkə işlərini sahmana salmaq üçün müəyyən tədbirlər
görsün. Bu iki qanun padşahın qüdrətini məhdudlaşdırdı, vəzirlərin
qüdrətini isə artırdı. Öz yanında Feysəl kimi bir rəqibi görməyə tab
gətirməyən Məlik Səud 1960-cı il dekabırın 21-də onu işdən çıxartdı və
özü Səudi sülaləsindən olmayan altı nəfərin iştirakı ilə bir dövlət
kabinəsi təşkil etdi, daxili islahatlar aparmaq, «Əsas Qanun»u tənzim
etmək üçün yeni proqramlar irəli sürdü. Azad şahzadələrin yazdığı təzə
«Əsas Qanun» qəbul olundu və bu da göstərdi ki, Səudiyyə Ərəbistanı
mütləq padşahlıqdan məşrut padşahlığa keçmişdir. Bu zaman iki ümumi
idarə - biri iş, biri isə ictimai məsələlər üçün yaradıldı, iqtisadiyyat naziri
olan əmir Təllalın başçılığı ilə bir komitə də yaradıldı və proqram
hazırlamaq
onun
öhdəsinə
qoyuldu.
Dövlət
təşkilatlarında
qanunsuzluqlarla mübarizə aparmaq üçün məhkəmə yaradıldı və nazirlər
kabineti qərara aldı ki, Zəhrandakı hərbi hava qüvvələri üçün icarəyə
verilən hərbi təlim düşərgələrinin icarə müddəti uzadılmasın. Səudi
sarayındakı müftidən də istənildi ki, dövlətin qanun və qərarları onun
rəyi və nəzəri olmadan icra olunmasın. Əmir Təllal müxalifətə başladı.
Lakin şah müftinin rəyinə tərəf çıxdı. Təllalın ölkənin iqtisadi
vəziyyətinin sahmana salınması bərəsində göstərdiyi səylər də Səudun
müxalifəti ilə qarşılaşdı. Onun enerji şirkətlərinin milliləşdirilməsi ilə
əlaqədar verdiyi təklif rədd olundu. «Əsas Qanun»un icra olunması
gündən-günə təxirə salındı, nəhayət bəzi iğtişaşların yaranmasına səbəb
oldu. Şah bu iğtişaşların cavabında 1961-ci ilin sentyabr ayında azad
şahzadələri və Təllalı dövlət kabinetindən çıxartdı və öz oğlanlarını onun
yerinə qoydu.”
1
1336-cı hicri şəmsi ilində Feysəl cərrahiyyə əməliyyatı üçün
Amerikaya getdi və qayıdan zaman Riyaz ilə Qahirənin arasında yaranan
gərginliyi aradan qaldırmaq üçün özünün Bağdad müqaviləsi ilə
müxalifətini təkidlə yenidən bəyan etdi və müsbət bitərəflik siyasətinin
tərəfdarı olduğunu bildirdi. (Qeyd olunmalıdır ki, bundan əvvəl Səud ilə
Nasirin arasında müəyyən ixtilaflar yaranmışdı.)
Feysəl Amerikadan qayıtdıqdan sonra yenidən baş nazirlik vəzifəsinə
1
“Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.35
179
çatıb tam səlahiyyət sahibi oldu və Ali-Səudun Amerikaya hərtərəfli
xidmət əsasında qurulan yeni siyasətlərini icra etməyə başladı. O, daxili
vəziyyətdə müəyyən dəyişikliklər yaratmaq üçün bəzi islahat işləri
apardı ki, onlardan biri də saray xərclərinin azaldılmasıdır. O, bu yolla
Aramkodan kredit almaq istəyirdi. Onun bu məsələ barəsindəki
fəaliyyətləri vəhhabilərin Misir və Nasirin müxalifləri olan şəxsiyyətlər
və qruplara olan köməklərinin kəsilməsinə səbəb oldu. Nasirin Zəhran
məntəqəsini Amerikaya icarəyə verilməsi əsasında olan istəyində qeyd
olunmuşdu ki, Amerikanın orada heç bir silah anbarı yoxdur. Beləliklə
də Nasirin özünə qarşı münasib rəyini cəlb edə bildi.
Feysəlin əsas etibarı ilə dövlət qulluqçuları, tacirlər və hərbçilərə aid
olan islahat işləri onu ümumxalq nəzərində xəsis bir adam kimi
canlandırdı və camaatın, hətta Nasirin fikirlərinin təsiri altında olan
hərbiçilərin belə narazıçılığına səbəb oldu. Feysəlin apardığı islahatlar
nəticəsində bəzi nəzər sahibləri onun yenilikçi, yeni növ Ərəbistan
dövləti yaratmaq istəyən bir şəxs kimi təqdim etdilər. “Amma məşrutə
səltənətindən söhbət açılanda qəzəbləndi, millət kəlməsini eşitmək
istəmədi... O, nümayəndələr seçilməsi barəsində danışmaq belə istəmədi.
Çünki qorxurdu ki, onlar təbii rəhbərlərin yerini tutsunlar və Səudiyyə
ölkəsini məhvə sürükləsinlər. Həqiqətdə, onun nəzərində hökumətdəki
məqam silsilələri rəy verənlərin rəyi əsasında ola bilməzdi.”
1
Deməli,
Feysəlin baş nazir vəzifəsində çalışarkən məqamında apardığı islahatlara
baxmayaraq Səudi padşahlarının qüdrətini azaltmaq fikrində deyildi.
Feysəlin apardığı islahatlardan bəziləri onunla Səud arasındakı
ixtilafları artırdı və bununla da bir daha istefa vermək məcburiyyətində
qaldı. Seyyid Davud Ağayi yazır ki, “1960-cı ilin başlanğıcındakı on
illiklərdə Səud və Feysəlin ardıcıl dəyişməsi ilə neft kontraktları əleyhinə
olan əks-imperialist mövqelər, Təllal ilə öz qardaşları arasında yaranan
ixtilaflar, Sənada dövlət çevrilişi və respublikaçıların qələbəsi, Misir
qoşunlarının Ərəbistanın cənubuna və Yəmənə göndərilib bu
məntəqələrdə qərarlaşdırılması və s. kimi işlərin hamısı rəy sahiblərinin
və mütəxəssislərin nəzərində Ərəbistanı təhlükəsizliyin pozulduğu bir
məntəqə kimi qələmə verirdi.”
2
Yəmən barəsinə gəldikdə isə, o, ölkədə respublikaçıların hakimiyyətə
gəlməsinə səbəb olan hadisələr nəticəsində Feysəl bir daha ölkə işlərini
idarə etmək üçün Məlik Səud tərəfindən seçildi və bu dövrdə o daha fəal
rol oynaya bildi. Nəhayət, iqtidara gəldi.
Yəməndə imam Əhmədin vəfatından sonra İmam Məhəmməd Bədr
1
Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.129 130
2
“Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.121
Dostları ilə paylaş: |