182
xərclərində qənaətlə davrandı. Milli qvardiyanın böyük bir hissəsini
Yəmən sərhədlərinə göndərdi (bunların daxildə qalması Feysəlin öz
hədəflərini icra etməsinə təhlükə törədirdi). O, çalışırdı ki, Səudi ilə
qədimdən düşmənçilik aparan Şəmmər qəbiləsini, eləcə də ifratçı və azad
şahzadələri öz ətrafına toplasın. Xarici siyasətdə də Yəmən ilə
sərəhdlərin təyin olunması bərəsində müqavilə bağlamışdı. Məlik Səud
Amerikadan qayıtdıqdan sonra Feysəlin gördüyü tədbirlərdən nigaran
oldu. Lakin şahzadələrin, o cümlədən, liberalların onunla həmrəy
olmasına, ölkənin əsas idarə işlərinin Feysəlin etimad etdiyi şəxslərin
ixtiyarında olduğuna görə heç bir iş görə bilmədi. Buna əsasən, Feysəl
1964-cü ildə təşkil olunan ərəb ölkələri başçılarının yığıncağında Səudu
Ərəbistanın nümayəndəsi adı altında Qahirəyə göndərdi. Qahirədə Nasir
tərəfindən alqışla qarşılanan Səud həm onunla, həm də Yəmənin
prezidenti Əbdüllah Səllal ilə görüşdü, Yəmən respublikasının rəsmi
olaraq tanınmasında öz himayəsini bildirdi. Bu məsələ Feysəli bir
təhlükə ilə qarşılaşdırdı və öz məqsədlərini həyata keçirmək qərarına
gəldi.
“Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur: “... Məlik
Səud Riyaza qayıtdıqdan sonra bir daha özünün tam səlahiyyət və
ixtiyarlarını tələb etdi. Lakin Feysəl və ondan da artıq saray xanədanları
onun istəyinə əhəmiyyət vermədilər. Yüksək rütbəli məsulların və
şeyxlərin yığıncağında qərara alındı ki, Məlik Səud dövlətin sadəcə
olaraq prezidenti adı ilə qalsın və icra işləri Feysələ həvalə edilsin. Lakin
Məlik Səud bunu qəbul etmədi. Şeyxlərin və ruhani alimlərin 1964-cü
ilin mart ayında təşkil etdikləri yığıncaqda əvvəlki yığıncağın qərarları
qəbul olundu və 1964-cü ilin noyabr ayında Məlik Səud rəsmi bir
bəyannamə ilə öz vəzifəsindən azad edildi və Feysəl kral taxtına əyləşdi.
Səud 1965-ci ilin yanvar ayında Feysələ bir məktub yazaraq onu ölkənin
qanuni padşahı hesab edərək ona vəfadar qalacağı barədə and içdi.
Amma çox keçmədən Feysəllə mübarizə aparmaq üçün Əbdün-Nasirə üz
gətirdi və xüsusi bir ordu yaratmağa çalışdı. 1967-ci ilə qədər öz vaxtının
çoxunu Afinada keçirən Məlik Səud Əbdün-Nasirin köməyi ilə Yəmənə
getdi. O, ölkə inqilabçıları ilə görüşdü və Nasiri özünün ən yaxın dostu
hesab etdi. Sonra Afinaya qayıtdı və 1969-cu ildə orada dünyadan
getdi.”
1
Beləliklə, Feysəl ilə Səudun arasında ixtilaflar Feysəlin xeyrinə tamam
oldu və o, öz qardaşını hakimiyyətdən uzaqlaşdıraraq onu öz əlinə ala
bildi.
1
“Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.36
183
VƏHHABİLƏRİN FEYSƏL İBN ƏDBÜL-ƏZİZİN RƏHBƏRLİYİ
DÖVRÜNDƏKİ TƏDBİRLƏRİ (1964-1975)
Feysəl Ali-Səudun ən məşhur rəhbərlərindən idi. O, atası Əbdül-Əzizin
Ali-Rəşid və Məkkənin şərifləri ilə apardığı müharibələrdə də iştirak
etmişdi; atasının ölümündən və qardaşı Səudun hakimiyyətə gəlməsindən
sonra onunla ixtilafa başladı və onu hakimiyyətdən uzaqlaşdırmağa
çalışdı.
O
dövrdə
Məlik
Səudun
ölkənin
bütün
işlərində
bacarıqsızlığından istifadə etməklə və islahat tədbirlərini irəli sürməklə
əvvəlcə xarici işlər naziri daha sonra isə baş nazir vəzifəsinə çata bildi və
bununla da onun üçün hakimiyyətə gəlməkdən ötrü zəmin yarandı.
Feysəl iqtidara çatdıqdan sonra öz ixtiyar və səlahiyyətlərini artırdı.
Baş nazir, xarici işlər naziri və ordunun ali komandanlığı vəzifələrini
şəxsən öz öhdəsinə götürdü. Qardaşı Xalidi özünün müavini, daha sonra
canişini seçdi.
Seyyid Davud Ağayi bu barədə belə yazır: “Səudiyyə Ərəbistanının
hökuməti Feysəlin dövründə çox fəal xarici siyasətə malik idi. Feysəlin
diplomatiyasının
mehvəri
1960-cı
illərdə
Nasirin
milli-azadlıq
hərəkatları ilə ziddiyyət təşkil edirdi. Feysəlin dövründə ərəblərlə İsrail
arasında iki böyük müharibə (1967 və 1973-cü illərdə) baş verdi. İki
Yəmən məsələsi, İraqın vəziyyəti, Suriya, Əmmanda Zəhar hərəkatı,
1973-cü ildə neft blokadası və sair kimi hadisələr Feysəlin hakimiyyət
illərinə təsadüf edirdi.
1
Feysəl 1962-ci ildə Məkkədə bir konfrans təşkil etdi. Onun əsas
məqsədi iştirak edənlərin əsası Səudiyyə ölkəsi tərəfindən qoyulan və
beynəlxalq meyarlarla da uyğun olan prinsiplərə dəvət edilməsi idi. Buna
əsasən artıq sair islam rəhbərləri də bu fikirlərdən istifadə edərək
Səudiyyə islamını özlərinə örnək götürə bilərdilər. Bu da Nasirin
millətçilik hərəkatının qarşısını alırdı. Çünki o, iddia edirdi ki, vəhhabi
məzhəbi yolu ilə Camal Əbdün-Nasirin Ərəbistanda irəli çəkilən ifratçı
millətçilik nəzəriyyələrini rədd etmək olar.
Feysəl pan-islamizm nəzəriyyəsini irəli çəkməklə Nasirin millətçiliyi
ilə mübarizəyə başladı və bu zaman vəhhabi islamının İslam ölkələrində
irəliləyişi üçün istifadə etdi. O, öz fikirlərini yaymaq və nüfzunu
artırmaq üçün 1965-1966-cı illərdə doqquz Afrika və Asiya ölkəsinə:
İordaniya, Sudan, Tunis, Kenya, Mali, Mərakeş, İran, Türkiyə və
Pakistana) səfər etdi və onları Nasirin cəbhəsi ilə mübarizəyə çağırdı.
Həmçinin, pan-islamizm nəzəriyyəsini gücləndirmək üçün bir-birinə
kömək olmalarına çalışdı. Bu işdə İordaniya və Liviya sultanları onu
1
“Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.125
Dostları ilə paylaş: |