ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə91/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   87   88   89   90   91   92   93   94   ...   106

 
196 
Şübhəsiz, XX əsrin bu böyük hadisəsi – həm dünya, həm də məntəqə 
səviyyəsində əzəmətli islami hadisə olan bu inqilab vəhhabi səudiləri və 
onların  himayədarlarını  qəflət  yuxusundan  oyatdı.  Onlar  başa  düşdülər 
ki,  öz  keçmiş  siyasətlərini  davam  etdirəcəkləri  təqdirdə  gözlənilmədən 
qüdrətləri sarsılacaq və  cəmiyyət həll olunmaz böhranlı vəziyyətə düçar 
olacaqdır. Bəlkə də bunun ən yaxşı nümunəsi “İxvanul-müslimin”ə meyl 
edən  və  vəhhabi  Səudi  xanədanının  səltənəti  ilə  müxalifət  edən  bir 
qrupun  hərəkatı  idi  ki,  Cəhiman  əl-Ətibi  və  Məhəmməd  ibn  Əbdüllah 
Qəhtaninin  başçılığı  ilə,  1979-cu  miladi  ilində  baş  vermişdi.
1
  
“Vəhhabiyyət Ərəbistan yarımadasında” məqaləsinin müəllifi bu barədə 
yazır:  “Bu  qiyamın  tarixi,  əqidəvi  və  kəlam  baxımından  malik  olduğu 
əhəmiyyət  və  dəyərinə  nəzər  yetirməklə,  qeyd  etmək  lazımdır  ki,  belə 
hərəkatların  baş  verməsinin  özü  də  70-ci  on  illikdə  Ərəbistana  hakim 
olan riyakarlıq,  dinsizlik,  fəsad və  zülmə  ən  yaxşı  dəlildir.  Bu  şəraitdən 
yaranan  təzyiqlər  o  qədər  üzücü  və  təhrikedici  idi  ki,  Ətibi  və  onun 
havadarlarını  məcbur  etmişdi  ki,  bütün  dini  və  qeyri-dini  sərhədləri 
sındırsın, öz hərəkatının qanuni olmasını izah etmək üçün Məhdəviyyət 
pirinsipinə üz gətirsinlər.”
2
  
Həqiqətdə  Ətibinin  qiyamı  səudilərə  göstərdi  ki,  onların  sonsuz 
fəsadları,  rüsvayçılıqları  və  dinsizlikləri  cəmiyyəti  onların  əleyhinə 
qiyama səsləyir. Buna görə də İran təcrübələri və onun ardınca baş verən 
hadisələr  Ərəbistanda  da  baş  verib  onlara  öyrətdi  ki,  “Cəmiyyətin 
mümkün olan ən az razılığını cəlb etmədən, eləcə də inkişaf amilləri və 
inqilabi  fikirlərin  nüfuzu  zəminələrini  aradan  qaldırmadan  sabit  qala 
bilməzlər. Buna görə də ictimai, iqtiqsadi və mədəni zəminlərdə münasib 
şərait yaratmaq və bununla da öz siyasi həyatlarını davam etdirmək üçün 
çalışdılar.”
3
  
Bir müddət anlaşılmaz vəziyyətdə qaldıqdan, onların istəklərinin əksinə 
olaraq  baş  verən  və  sonralar  da  baş  verməkdə  olan  hadisələrlə  əlaqədar 
                                                 
1
  Hərəkatın  rəhbərliyini  Cəhiman  əl-Ətibi  və  Məhəmməd  ibn  Əbdüllah  Qəhtani 
öhdələrinə  almışdılar.  1979-cu  ilin  noyabrın  20-də  200-300  nəfərlik  silahlı  bir  dəstə 
(onların  əksəriyyətini  yəmənli,  misirli  və  küveytli  dini  tələbələr  təşkil  edirdi) 
Qəhtaninin  rəhbərliyi  ilə  Məscidül-həramı  ələ  keçirtdilər  və  22  gün  müqavimət 
göstərdikdən  sonra  məğlub  oldular.  E`lan  etdilmişdi  ki,bu  hadisələrdə  dövlət 
qüvvələrindən  127  nəfər  ölmüş,  461  nəfər  yaralanmış,  qiyamçılardan  isə  117  nəfər 
öldürülmüş  və  qalanları  da  əsir  tutulmuşdu.  1980-cı  ilin  yanvar  ayında  tutulanlardan 
başda  Əl-Ətibi  olmaqla  63  nəfər  gizli  şəkildə  aparılan  sür`ətli  mühakimədən  sonra 
dəstələrə  bölündü.  Hər  dəstəni  bir  şəhərə  göndərdilər  və  1980-cı  il  yanvarın  9-da 
şəhərlərin  meydanlarında  hamısının  boynu  vuruldu.  (“Böyük  İslam  Enskilopediyası”, 
2-ci cild, səh.38 
2
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətul-Ərəb” 
3
 Həmin mənbə 


 
197 
nigarançılıq  hissi  keçirdikdən  sonra  nəhayət  bu  nəticəyə  çatdılar  ki,  öz 
dini  siyasətlərində  yenidən  nəzər  verməlidirlər;  bununla  da  cəmiyyətdə 
baş  verə  biləcək  böyük  dəyişiklikləri  və  ondan  qaynaqlanan  qüvvələri 
nəzarət  altına  alsınlar  (bu  qüvvələr  onların  qüdrət  və  hakimiyyətlərini 
təhdid  edirdi).  Əlbəttə,  bu  mühasibələr  vəhhabi  səudilərin  qüdrət  və 
bacarıqlarından çox-çox üstün idi. Buna görə də Səudi məqamlarının öz 
xarici  himayəçiləri  olan  müşavirlərinin  (amerikalılar  və  qərblilər) 
tövsiyələrindən  kömək  almadan  bu  nəticəyə  çatmaları  çox  zəif  bir 
ehtimaldır. Diqqət yetirmək lazımdır ki, bu tövsiyələr məhz İranda şahın 
süqutundan  sonra  irəli  çəkildi  və  bu  da  göstərirdi  ki,  şahın  süqutundan 
sonra qarşılaşdığı məğlubiyyətdən sonra (başqa sözlə, bu hadisə qəfildən 
baş vermişdi) öz mənafelərini Səudiyyə rejiminin qalıb davam etməsində 
görənlər belə tövsiyələr etmişdilər. 
Bir  daha  vəhhabilərin  hakim  ideologiyasında  dəyişiklik  və  islahat 
edilməsi  lazım  idi  ki,  bununla  da  yeni  şəraitlə  uyğunlaşa  bilsinlər. 
Məscid  Camei  bu  barədə  belə  yazır:  “Təqribən  demək  olar  ki,  səudiləri 
yenidən  nəzər  verməyə  məcbur  edən  amillərin  ən  mühümü  təhsil  almış 
yeni  nəslin  yayılıb  inkişaf  etməsi  və  orta  səviyyəli  bir  təbəqənin 
yaranması  idi.  Onlar  aşkarda  nə  öz  hakimlərini  bəyənirdilər,  nə  də 
onların bədəvi ərəblərə məxsus olan adətlərinə təqlid edirdilər. Eləcə də 
onların  dini  əqidələrini  də  qəbul  etmir,  üstəlik  mövcud  dini  əqidələri 
məsxərəyə qoyurdular. 
Deməli,  vəhhabilər  öz  daxili  siyasətlərində  və  zəif  əqidə 
ideologiyasında  yeni  nəzərlər  verməli,  islahatlar  aparmalı  idilər.  Bunun 
səbəbi də ictimai və siyasi zərurətlərdən əlavə, yeni həyatın tələbinə görə 
ruhi,  psixoloji  və  əxlaqi  hazırlıqlar  idi  ki,  onun  üçün  də  20-30  il  əvvəl 
baş  verən  iqtisadi  və  siyasi  dəyişikliklər  zəmin  yaratmışdı.  Vəhhabiləri 
bu  dəyişikliyə  vadar  edən  mühüm  amillər  yeni  ziyalı  nəslin  artması  və 
orta  səviyyəli  bir  təbəqənin  yaranması  idi  ki,  bu  çox  sürətlə  inkişaf 
etmişdi. Buna görə də onlar hər növ tarixi, mədəni, hətta sinfi şəxsiyyətə 
belə, malik deyildilər. “Onların İslamdan uzaq olmaqla yerli mədəniyyət 
arasında  olan  müştərək  cəhətləri,  qərbə  qarşı  gülünc  surətdə 
vurğunluqları,  qərb  məhsullarına,  əxlaq  və  qanunlarına  həddindən  artıq 
aşiq  olmaları  idi.”  Əlbəttə,  vəhhabilərin  klassik  rəhbərlərinin  əsas 
müşküllərindən  biri  bu  idi  ki,  yeni  nəslin,  təhsil  almış  qruplarından  bir 
dəstəsi  islama,  əsl  dinə  və  dəyərlərə  qayıtmaqdan  başqa  bir  şey 
düşünmürdülər.  Bunlar  həmin  şəxslərdirlər  ki,  hal-hazırda  da  islam 
ölkələrinin  və  Səudiyyə  Ərəbistanının  çox  yerlərində  də  böyük  bir 
inqilabi kütlə hesab olunurlar. 
Özünü  vəhhabiyyətin  himayəçisi  və  qoruqçusu  hesab  edən  klassik 
vəhhabi rəhbərləri cəmiyyəti  yeni nəslin, təhsil almış təbəqənin istəkləri 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə