ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə93/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   89   90   91   92   93   94   95   96   ...   106

 
200 
qələbəsindən  sonra  həmin  məntəqələrdə  müəyyən  qədər  iğtişaşlar  gözə 
dəyirdi. 
Belə  bir  sual  yaranır  ki,  görəsən,  vəhhabi  səudilər  daxili  siyasətlərdə 
vəziyyəti  öz  xeyrinə  dəyişməkdə  gördükləri  tədbirlərdə  müvəffəq 
oldularmı?  Cavabında  demək  lazımdır  ki,  onlar  bu  barədə  müəyyən 
qədər  müvəffəqiyyət  qazandılar  və  bunun  dəlillərindən  birini  ərəblərin, 
xüsusilə  Ərəbistan  ərəblərinin ruhiyyələrində,  digərini  isə  onların  özünə 
məxsus  olan  ictimai  və  mədəni  rabitələrində,  yeni  dəyişikliklərlə 
mübarizə  aparmaqda  bu  rabitələrin  qadir  olmamasında  axtarmaq 
lazımdır.  Ruhiyyə  baxımından  ərəblər,  xüsusilə  onların  çöl  ərəbləri 
bəzək əşyalarına çox meyl  göstərirdilər. Buna görə də onların istehlakçı 
ehtiyaclarını təmin etmək onları müti etmək üçün bir amil idi. 
Şübhəsiz, qəbilə və tayfa rəbitələri ərəblər arasında xüsusi əhəmiyyətə 
malikdir. Buna görə də Ərəbistanda və ümumiyyətlə, Ərəb  yaşayan orta 
şərqdə  ictimai  qurumlar  qəbilə  rabitələri  əsasındadır.  Bu  rabitələrin  də 
güclü olması mümkündür. Lakin qan-qəbilə təəssüblərinə kəskin vəfadar 
olduqlarına  görə  baş  verən  yeni  dəyişikliklər  müqabilində  məğlub 
olmaqdan  əlavə,  əsilliklərini  və  cəmiyyətin  dəyərlərini  qorumağa  da 
kömək  etməyə  qadir  olmayacaqdı.  Ərəbistan  cəmiyyətində  də 
mədəniyyət  özünün  geniş  mənasında  islamdan  deyil,  qəbilə-icma 
quruluşundan  təsirlənən  bir  mədəniyyət  mənasınadır.  Belə  bir 
cəmiyyətdə  əhəmiyyət  kəsb  edən  şey  qəbilə  mədəniyyətləri  və 
əlaqələridir;  bu  ikisi  də  öz  növbəsində  artıq  deyil,  yalnız  qəbilə 
aralarında 
mövcud 
olan 
əlaqələrin  qorunub  saxlanmasına  və 
güclənməsinə  kömək  edir.  Buna  görə  də  qəbiləvi  iftixarları  və 
heysiyyətləri  ilə  əlaqədar  olan  yeni  dəyişikliklərlə  qarşılaşarkən  ciddi 
müqavimət göstərirlər. Bu, əsl qayda olduğundan bu çərçivədən xaricdə 
olan  hər  bir  dəyişiklik  müqabilində  geriyə  çəkilirlər.  Daha  aydın  desək, 
bir  səudiyyə  ərəbi  üçün  mühüm  məsələ  budur  ki,  qəbilə  əlaqələrini 
qoruyub  saxlasın.  Onun  üçün  öz  qəbiləsindən  olanların  hansı  şəraitdə 
yaşayıb  inkişaf  etmələri,  necə  təlim  alıb  tərbiyələnmələri  çox  da 
əhəmiyyət  kəsb  etmir.  İstər  onların  tərbiyəsi  islami  olsun,  istərsə  də 
qeyri-islami,  istər  dindar  bir  şəxs,  vətənə,  istiqlaliyyətə  və  öz 
cəmiyyətinə  bağlı  adam  olsun,  istərsə  də  olmasın.  Səudiyyələrin 
müvəffəqiyyət  qazanması  da  həmin  məsələ  ilə  bağlıdır.  Onlar  öz  milli 
həyat  quruluşlarını  qısa  müddət  ərzində  dəyişdirdilər.  Halbuki,  nəzərə 
çarpacaq  ciddi  bir  müqavimətlə  qarşılaşmadılar  və  çox  hallarda  da 
camaat onların gördüyü tədbirləri alqışla qarşıladılar. 
Cənab  Məscid  Camei  ərəb  ölkələrinə  hakim  olan  qəbiləvi  həyat  tərzi, 
ictimai  əlaqələr  və  onların  bu  cərəyanlardan  təsirlənməsi  barədə  belə 
yazır:  “...Ərəb  ölkələrində  qorxulu  diktaturanın,  xüsusilə  qəbiləvi 


 
201 
əlaqələrin  inkişaf  etməsi,  daha  uzaq  keçmişə  malik  idi.  Qəbilə 
əlaqələrinin hər şeydən üstün tutulması, bütün sair dəyərlərin onun şüası 
altında qalması, eləcə də bir qəbilənin bütün ölkəyə hakim kəsilməsi bu 
əlaqələrin  daha  güclənməsinə  səbəb  olmuşdur.  Qəbilə  həyatı  əsasında 
qurulan  bu  ölkələr  qüdrəti  ələ  aldıqları  üçün  həqiqətdə  ölüm-dirim 
mübarizəsinə  qalxırdılar;  ya  qüdrəti  tam  şəkildə  ələ  keçirməli,  ya  da 
süstləşib  qüdrətdən  əl  çəkməli  idirlər  ki,  bu  hal  da  qəbilənin  bütün 
fərdlərini intiqamçılıq və qanlı mübarizə ərəfəsinə gətirib çıxarırdı. 
Bu  hadisənin  ardınca  iki  nəticə  gəlir:  Birincisi,  bu  işlər  qəbiləyə 
mənsub  olan  kin-küdurətə  və  zorakılığa  gətirib  çıxarır.  İkincisi,  qəbilə 
daxilindəki  bağlılıqları  daha  da  möhkəmləndirir...  Bu  cərəyan  da  kor-
korana şəkildə artmağa başlayır. Təbiidir ki, belə şəraitdə hakim quruluş 
hər gün daha sərt mübarizə aparır. Ərəb ölkələrinin çoxunda azadlıq və 
demokratiya  üçün  şəraitin  günbəgün  gərginləşib  daha  da  qeyri-münasib 
olması, həmçinin diktatorların daha  artıq zorakılıqla hakim kəsilməsinin 
səbəbi  də  əsas  etibarı  ilə  bundan  ibarətdir.  İraq,  İordaniya,  Bəhreyn, 
Suriya və Ərəbistan bunun ən yaxşı nümunələridir. 
Həqiqətdə  İranda  İslam  inqilabının  qələbəsindən  sonra  səudilər 
vəhhabiyyətin  bir  qədər  dəyişdirilməsi  və  öz  daxili  siyasətlərində 
yenidən baxış fikrinə düşdülər ki, bunun vasitəsi ilə vəhhabiyyət onların 
həm qısa müddətli, həm də uzun müddətli hədəf və proqramlarını təmin 
etməyə  bir  vasitə  olsun,  qüdrət  və  hökumətlərini  sabit  saxlaya  bilsinlər. 
Buna  əsasən,  yenicə  zühur  etmiş  vəhhabiyyət  –  Feysəlin  vəhhabiyyəti 
istehlakçı  mədəniyyət  və  səudilərin  orta  səviyyəli  təbəqələrinin 
təqlidçiliyindən ibarətdir. Bundan da təhlükəlisi budur ki, saray müftiləri, 
başqa  sözlə  desək,  vəhhabi  mədəniyyətinin  keşikçiləri  birbaşa  camaatın 
klassik əxlaqi və etiqadi əsaslarını dağıdan yeni mədəniyyətin genişlənib 
nüfuz  etməsinə  kömək  edir,  fəsad  ünsürləri  müqabilində  sükut  yolunu 
seçir,  bu  işlərə  laqeyd  yanaşırdılar.  Səudilərin  böyük  riyakarlığı 
bununladır  ki,  özləri  proqram  irəli  sürməklə  əməli  olaraq  camaatın  dini 
və  əxlaqi  əsaslarının  dağılmasına  kömək  edir,  digər  tərəfdən  isə  iddia 
edib deyirlər ki, islami dəyərlərin qoruqçusudurlar...  
Səudiyyə  hakimləri  İslamın  modernləşdirilməsi  cərəyanında  qərb 
ölkələrində 
təhsil 
almış 
ziyalıların 
himayəsindən 
lazımınca 
bəhrələnirdilər.  Onların  inancına  görə  İslam  dini  hakim  tağut 
dəyərlərində  həll  olunmalı,  zəmanənin  rəginə  boyanmalı,  mövcud 
hadisələrdən təsirlənməlidir.”
1
  
“Ərəbistan  yarımadasında  vəhhabiyyət”  məqaləsinin  müəllifi 
vəhhabiyyətin  80-cı  illərdəki  xüsusiyyətlərini  belə  qeyd  edir:  “80-cı 
                                                 
1
 “Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.42 -48  


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə