21
1. 2. Qloballa
şma
şəraitind
ə yeni maddi m
ühitin v
ə informasiya m
əkan
ın
ın transformasiyas
ı
Tarixi inkişafın gedişi prosesində insan özü üçün istehsal alət və vəsaitləri daxil olmaqla cəmiyyət
həyatının maddi əsasını təşkil edən maddi mühit yaratmış və onu inkişaf etdirir. XX əsrin ikinci
yarısında elmi-texniki və texnoloji inqilabların sürətlənməsi nəticəsində cəmiyyətin maddi həyatında
yeni keyfiyyət dəyişiklikləri baş verdi. Elm bilavasitə məhsuldar qüvvəyə çevrildi, ön plana isə
informasiya texnologiyaları çıxdı. Həyatın, demək olar ki, bütün sahələrində sıçrayış baş verdi. Abad
mənzillərlə zəngin olan nəhəng şəhərlər intensiv olaraq artır. Standart məişət texnikasının
(soyuducular, kondisionerlər, tozsoran, paltar və qabyuyan maşınlar, mikrodalğalı sobalar) kütləvi
istehsalı təmin edilmişdir. İnformasiya texnikası məişətə (televizorlar, kompyuterlər, sürətçıxaran
aparatlar, printerlər, videomaqnitofonlar) geniş miqyasda daxil olmuşdur. Yeni rabitə vasitələri (faks,
mobil telefon, elektron poçtu) sürətlə inkişaf edir. Nəqliyyat köklü sürətdə dəyişmişdir: bir sutkadan da
az müddət ərzində sərnişin laynerləri insanları yer kürəsinin istənilən nöqtəsinə çatdırır. Nüvə
texnologiyası geniş miqyasda tətbiq edilir. Süni peyklər vasitəsilə əldə edilən məlumatlar gündəlik
həyatda istifadə edilir. Günümüzün bir çox reallıqları yaxın keçmişdə fantaziya kimi görünürdü.
ETT nəticəsində postsənaye və ya informasiya cəmiyyəti adlanan yeni cəmiyyət yaranmışdır.
XX əsrin sonunda "sosializm lagerinin" süqutundan sonra - bazar iqtisadiyyatı, siyasi
demokratiya, ideya plüralizmi, "açıq cəmiyyət" və "açıq iqtisadi inkişaf" modeli ümumbəşəri xarakter
alaraq cəmiyyətin irəliyə doğru hərəkətinin aparıcı istiqamətinə çevrildi.
Qloballaşmanın əsasında istehsal sferasında baş verən dəyişikliklərdir. Mürəkkəb texnologiyanın
tətbiqi, ixtisaslaşma və əməyin kooperasiyası sahəsində getdikcə özünü daha çox göstərən dəyişikliklər
xüsusi əhəmiyyətə malikdir. İstehsal prosesində baş verən tərəqqi nəqliyyat, rabitə, ticarət və təhsil
sahəsində tərəqqi ilə müşaiyət olunur.
Elektron texnologiyaya əsaslanan müasir telekommunikasiya sistemində tətbiq edilən
informasiya texnologiyası tamamilə yeni hadisədir.
Maddi sahədə baş verən həmin dəyişikliklər isə insanların həyatında, tələbatında, davranışında
və psixologiyasında yeni təmayüllərlə müşaiyət olunur.
Ölkə daxilində iqtisadi hökmranlığı ələ keçirən kapital hələ orta əsrlərdən dünya miqyasında
hökmranlıq etməyə can atmağa başlamışdır. Bu prosesin başlanğıcı Avro - Atlantik ölkələrin ticarət
kapitalının hökmranlığını təmin edən merkantilizm dövrünə təsadüf edir. Sənaye inqilabı baş verənə
qədər aparıcı Qərb dövlətlərinin rəsmi siyasətinin əsasını təşkil edən merkantilizm ideyalarının
son nəti-
cəsi dünyanın zəngin xammal mənbələrini Qərbin ticarət kapitalının yığım məntiqinə tabe etməkdən
ibarət olmuşdur. Sürətlə zənginləşən avropalı tacirlər öz dövlətlərinin bilavasitə hərbi dəstəyi ilə yeni-
yeni bazarlara və kapital mənbələrinə can atırdılar. Qızıla, yeni-yeni torpaqlara və xarici mallara olan
hərislik yeni ticarət yollarının açılmasına, müstəmləkəçilik sisteminin yaranmasına və o dövrün dünya
bazarının hüdudlarının yeni regionlar hesabına genişlənməsinə səbəb oldu.
Sənaye inqilabının qələbəsi, azad rəqabət və bazar mexanizminin tam şəkildə işləməyə başlaması
və fabrik-zavod istehsalının kütləviləşməsi dünya bazarına qoşulan yeni regionlarla təsərrüfat
əlaqələrini daha da genişləndirdi. XIX əsrin sonlarında dünya bazarı formalaşdı. Tədricən malların
hərəkəti ilə yanaşı istehsal amillərinin (kapital, işçi qüvvəsi sahibkarlıq qabiliyyəti, texnologiya) də
beynəlxalq hərəkəti sürətlənərək, dünya təsərrüfatı sistemini formalaşdırdı. Lakin Asiya (Yaponiyadan
başqa), Afrika və Latın Amerikası ölkələri sənaye inqilabından kənarda qalaraq, beynəlxalq əmək
bölgüsü sistemində kənd təsərrüfatı və dağ-mədən sənayesinin məhsulları ilə iştirak etməli oldular.
Yuxarıda göstərildiyi kimi, dünya təsərrüfatı sisteminin inkişafında yeni mərhələ XX əsrin 80-90-
cı illərində başlamışdır.
İnkişaf etmiş və yaxud zəngin Şimal ölkələri üçün bu dövr postsənayeləşmə erasına keçid, bir çox
geri qalmış ölkələr üçün (Yeni sənaye ölkələri və Çin) iqtisadi geriliyin aradan qaldırılması və
postsosialist ölkələri üçün bazar iqtisadiyyatına dönüş, bütün dövlətlər üçün isə - daxili və xarici həyatın
liberallaşması və onun qloballaşması dövrü kimi xarakterizə edilir.
Tamamilə təbiidir ki, yeni yaranan iqtisadi və maliyyə mühitində istehsal amillərinin tərkib
hissələrinin beynəlxalq miqyasda hərəkəti eyni şəkildə cərəyan etmir və bir-birindən fərqlənir. Məsələn,
dünya bazarında kapitalın çevikliyi ilə işçi qüvvəsinin çevikli eyni deyildir. Belə ki, ümumi ekvivalentdə
- pulda təzahür edən kapitalın hərəkəti dövlətlər arasında əslində maneəsiz baş verir. Onun hərəkətinin
yeganə meyarı-yüksək mənfəət əldə etməkdir. Lakin işçi qüvvəsinin hərəkətverici meyarları mürəkkəb
və müxtəlifdir. Yüksək əmək haqqı bu meyarlardan yalnız biridir. Onun əsas meyarı isə əlverişli təbii,
sosial və mənəvi mühitin olmasıdır. Ona görə də hətta milli təsərrüfatlar daxilində də işçi qüvvəsi