VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə10/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   6   7   8   9   10   11   12   13   ...   173

 
17 
 
 
QLOBAL MALИYYƏ-ИQTИSADИ MÜHИTИN TRANSFORMASИYASI 
VƏ MИLLИ DÖVLƏTLƏRИN MƏNAFELƏRИ 
 
1.1.
 
Qlobal maliyyə-iqtisadi mühitin əsas xarakteristikası və  
inkişaf təmayülləri 
 
 
D
ü
nyada getdikc
ə
 artan qar
şı
l
ı
ql
ı
 as
ı
l
ı
l
ı
q, d
ü
nya iqtisadiyyat
ı
n
ı
n birl
əş
m
ə
si 
v
ə
 regionla
ş
mas
ı
 XX 
ə
srin son m
ə
rh
ə
l
ə
sinin f
ə
rql
ə
ndirici x
ü
susiyy
ə
tl
ə
rind
ə
ndir.  
HeydəƏLIYEV 
 
Y
aşadığımız  dünya  son  illər  ciddi  transformasiya  proseslərinə  səhnə  olmuşdur.  Bu 
transformasiyalar  beynəlxalq  münasibətlərdə,  milli  münasibətlərdə,  ictimai  qruplar  arası 
münasibətlərdə,  insanların  gündəlik  həyat  tərzində  ciddi  nəticələr  doğurur,  yeni  proseslər  yaradır  və 
bəzən  də  insanların  dünyagörüşlərində  də  dəyişikliklərə  yol  açır.  İstər  iqtisadi,  istərsə  də  siyasi  və 
mədəni  sahələrdə  baş  verən  və  çoxsaylı  qeyri-müəyyənliklərlə  müşaiyət  edilən  bu  dəyişikliklər 
mahiyyətcə  qloballaşma  prosesləri  kimi  səciyyələnir.  Bu  mənada  qloballaşma  anlayışı  yaşadığımız 
dünyada beynəlxalq iqtisadi, siyasi və mədəni münasibətlərin genişlənməsi, dərinləşməsi və sürətlənməsi 
ilə  əlaqədar  olan  bütün  təmayülləri  və  hadisələri  əhatəli  şəkildə  əks  etdirir.  Bu  proseslər  və  hadisələr 
dünyanı həm genişləndirir, həm də kiçildir. Bu genişlənmə - kiçilmə prosesi artıq çox sürətlidir və təsiri 
də sürətlə hiss edilir. Burada iki məsələyə diqqət vermək lazımdır: 
a)
 
Rabitə  və  bilik  texnologiyalarının  təkanverici  gücü  ilə  ictimai  münasibətlər  və  hadisələr  bir 
sahə kimi durmadan genişlənir, dünyanın hər hansı bir yerində baş verən hadisə digər guşələrində də 
hiss edilir.  
b)
 
Bu  hissedilmə  yalnız  məlumat  almaq  çərçivəsində  qalmır,  həm  də  “müsbət  və  mənfi  ciddi 
təsirlər” yaradır, yeni proseslərə yol açır.  
Beləliklə,  qloballaşma  beynəlxalq  ictimai  münasibətlərin  zaman  və  məkan  çərçivəsində 
genişlənmə,  dərinləşmə,  kiçilmə  və  sürətlənmə  hadisələrinə  meydan  vermiş,  özünün  müsbət  və  mənfi 
təsirləri ilə həm aktyorlar, həm təsisatlar, həm də dünyagörüşü baxımından daim yeniliklər tələb edir.  
İnformasiya texnologiyasında baş verən inqilab cəmiyyətin maddi əsasını köklü sürətdə yenidən 
quraraq, bəşəriyyətin sosial mənzərəsini keyfiyyətcə yeni səviyyəyə yüksəltdi.  
Hələ  1960-cı  ildə  Amerikan  iqtisadçısı  Uolt  Rostou  cəmiyyətin  iqtisadi  inkişaf  mərhələlərini 
aşağıdakı kimi müəyyən etmişdi:  
1) ənənəvi cəmiyyət;  
2) yüksəliş üçün şəraitin yaradılması;  
3) yüksəliş (sıçrayış);  
4) kamilliyə doğru irəliləyişi;  
5) yüksək kütləvi istehlak əsri.  
Fransız sosioloqu Raymon Aron bəşəriyyətin getdikcə yeni vahid sənaye cəmiyyətinə çevrildiyini 
əsaslandırmışdır. Vahid sənaye cəmiyyətinin digər müəllifi fransız alimi Ellull hesab edirdi ki, bu yeni 
cəmiyyət iqtisadi qanunları yalnız modifikasiya etmir, həmçinin onların mahiyyətini dəyişdirir: mülkiy-
yətin aparıcı rolu aradan qaldırılır, iqtisadi hakimiyyət iri korporasiyaların əlinə keçir, dövlətin köməyi 
ilə varlılıq və dilənçilik qütbləri ləğv edilir. Yeni sənaye cəmiyyət nəzəriyyəsi amerikan iqtisadçısı Con 
Qelpreyt  tərəfindən  hələ  1967-ci  ildə  əsaslandırılmışdır.  Onun  fikrinə  görə,  müasir  dünyanın  iqtisadi 
sistemi iki müxtəlif təbiətli bölmənin vəhdətidir: "planlaşdırılan sistem" və "bazar sistemi". Birinci böl-
məyə  o  yalnız  qiymətlər,  texnologiya  və  s.  üzərində  deyil,  eyni  zamanda  dövlət  və  cəmiyyət  üzərində 
nəzarəti həyata keçirən nəhəng korporasiyalar dünyasını, ikinci bölməyə isə kiçik biznesi aid edirdi. O, 
belə  bir  nəticəyə  gəlmişdir  ki,  azad  rəqabətə  nisbətən  oliqopoliyaların  hökmranlıq  etdiyi  bazarlarda 
tənzimləmə və planlaşdırma aparmaq daha asandır. İqtisadiyyatın iki sistemə bölünməsinin əsasında, 
onun fikrinə görə, istehsalın təşkilati-texniki amilləri dayanır. O, qeyd edirdi: «Bir şəxsin tam nəzarəti 
altında  olan  müəssisə  və  təşkil  olunmadan  mövcudluğu  mümkün  olan  müəssisə  arasında  dərin 


 
18 
konseptual fərq vardır». Bu fərq milyonlarla kiçik müəssisələri planlı sistemə daxil olmayan minlərlə 
nəhəngdən ayıran divardır. [258, s. 93] 
Cəmiyyətin  inkişafında  keyfiyyətcə  yeni  mərhələni  amerikan  sosioloqu  D.Bell  postsənaye 
cəmiyyəti  adlandırmışdır.  Onun  fikrinə  görə  postsənaye  cəmiyyəti  aşağıdakı  beş  əsas  əlamətlə 
xarakterizə edilir:  
1) iqtisadiyyatın əmtəə istehsalından xidmət istehsalına keçməsi;  
2) məşğul olan əhali arasında peşəkar mütəxəssislər və texniklərin üstünlük təşkil etməsi; 
3) nəzəri biliklərin aparıcı rol oynaması;  
4) texniki-iqtisadi mühitin texnologiya üzərində nəzarətə istiqamətlənməsi;  
5) elmin kamillik mərhələsinə çatması;  
6)qərar  qəbul  etmə  prosesinin  yeni  "intellektual  texnologiya"  ilə  təmin  edilməsi.  "Sənayeləşmə" 
böhranından çıxışı o, "postsənaye təmayüllərinin" inkişafında görür.  
Amerikalı sosioloq A. Toffler "Üçüncü dalğa" adlı kitabında (1980) postsənaye cəmiyyətini super 
sənayeləşmə nəzəriyyəsi ilə əsaslandırır. O nəzəri cəhətdən əsaslandırmışdır ki, tarixi inkişaf prosesində 
ardıcıl  olaraq  özünü  göstərən  "dəyişik  dalğaları"  son  nəticədə  "yeni  sivilizasiyanın"  yaranması  ilə 
nəticələnir. Onun fikrinə görə, on min il əvvəl "sivilizasiyanın aqrar dalğası" baş vermişdir. XVII əsrin 
sonundan  isə  Avropada  sənaye  inqilabı  qələbə  çalmış  və  "planet  miqyaslı  dəyişikliklərə"  yol  açaraq 
industrial sivilizasiya cəmiyyətinin bərqərar olması ilə nəticələnmişdir. XX əsrin 60-cı illərindən sonra 
"üçüncü dalğa" yaxınlaşmağa başlamışdır.  
Müasir  ictimai  fikirdə  özünəməxsus  yer  tutan  "Vahid  sivilizasiya"  nəzəriyyəsinin  yaradıcıları 
hesab  edirlər  ki,  dünyanın  bütün  dövlətləri  vahid  siyasi,  sosial  və  iqtisadi  quruluşa  -  liberal 
demokratiyaya  doğru  irəliləyirlər.  Onların  fikrinə  görə,  belə  bir  quruluşa  artıq  Qərbdə  nail 
olunmuşdur.  Dünyanın  bütün  digər  dövlətləri  də  liberallaşma  yolu  ilə  gedərək  belə  bir  quruluşa  nail 
olduqda, dünya vahid cəmiyyətə çevriləcəkdir.  
Tarixin  inkişaf  mərhələlərinin  nəzərdən  keçirilməsi  bəşəriyyətin  gələcək  təkamül  proseslərinin 
müəyyən istiqamətləri haqqında da fikir yürütməyə imkan verir.  
Cəmiyyətin  inkişafının  təhlili  göstərir  ki,  XX  əsrin  ortalarında  inkişaf  etmiş  ölkələrdə 
formalaşmağa  başlamış  olan  postsənaye  cəmiyyəti  XXI  əsrin  əsas  aparıcı  təmayülünü  təşkil  edərək, 
getdikcə  daha geniş  əhatə  dairəsinə malik  olur.  Sənaye  cəmiyyətindən  postsənaye  cəmiyyətinə  keçmə 
təmayülü bütün dünya dövlətlərinin də artıq irəliyə doğru hərəkətinin əsas istiqamətini təşkil edir.  
Mürəkkəb və ziddiyyətli qloballaşma (ingiliscə - qlobal - ümümdünya) proseslərinin dərinləşməsi 
bəşəriyyətin  ictimai  və  iqtisadi  inkişafında  yeni  mərhələ  yaratmış  və  meqacəmiyyət  adlanan 
ümumbəşəri cəmiyyətin formalaşmasına yol açmışdır.  
Sosialist  sistemi  adlanan  süni  iqtisadi  sistem  süqut  etdikdən  sonra,  demək  olar  ki,  vahid 
qaydalarla inkişaf edən qlobal postbazar iqtisadiyyatı sistemi yarandı.  
Qloballaşma haqqında son dövrlərdə söylənən fikir və mülahizələri şərti olaraq iki qrupa bölmək 
olar: birinci qrup fikirlərin müəllifləri mürəkkəb və ziddiyyətli qloballaşma prosesinin, hər şeydən əvvəl 
iqtisadi sahədə mahiyyətini obyektiv şəkildə açmağa çalışır, müasir dünyada real olaraq baş verən və 
insan cəmiyyətinin maddi həyatını kökündən dəyişdirən hadisələri şərh etməyə çalışırlar. Onlar belə bir 
mürəkkəb  şəraitdə  milli  dövlətləri  qloballaşma  prosesinə  necə  uyğunlaşmaq  haqqında  düşünməyə 
çağırırlar.  İkinci  qrup  müəlliflər  isə  dünyada  yaranmış  yeni  "hökmranlıq  ideologiyası"  mövqeyindən 
çıxış edirlər və milli dövlətlərə bu baxımdan hərəkət tərzi üçün müqavimət göstərməyə çağırırlar. [259, 
s. 3; 186;187] 
Qloballaşma iqtisadi baxımdan çox vaxt "qlobal postbazar iqtisadiyyatı" və yaxud idarə olunan 
"ümumdünya  bazarı"  [271,  s.  9]  kimi  xarakterizə  edilir.  Tamamilə  aydındır  ki,  "bazar"  və  "bazar 
iqtisadiyyatı" kapital yığımı və təbəqələşmə anlayışları ilə vəhdət təşkil edirlər.  
Proseslərin  mahiyyətini  düzgün  dərk  etmək  üçün  «qlobal  iqtisadiyyatı»  «dünya 
iqtisadiyyatından» fərqləndirmək lazımdır. F. Brodel və U. Uollerşteyn «dünya iqtisadiyyatı» dedikdə 
dünya  miqyasında  kapital  yığımını  başa  düşürlər.  Bu  proses  isə  Qərbdə  XVİ  əsrdən  başlanmışdır. 
Manuel Kastels hesab edir ki, qlobal iqtisadiyyat - bütün planet miqyasında real zamanda vahid sistem 
kimi  işləməyə  qadir  olan  iqtisadiyyatdır.  Kapitalist  istehsal  üsulu  zaman  və  məkanın  sərhədlərini 
aşmağa  çalışaraq,  durmadan  inkişaf  etmişdir.  Dünya  iqtisadiyyatı  ancaq  XX  əsrin  sonunda 
informasiya  və  kommunikasiya  texnologiyasına  əsaslanan  yeni  infrastruktur  əsasında  əsl  qlobal 
iqtisadiyyata çevrildi.  
Qloballaşma iqtisadi sistemin bütün əsas proses və ünsürlərində özünü göstərir. Tarixdə ilk dəfə 
olaraq kapitalın idarə olunması real vaxt rejimində qlobal maliyyə bazarlarında fasiləsiz olaraq həyata 
keçirilir  [187,  s.  105].  Yeni  texnologiya  kapitalı  qısa  müddət  ərzində  bir  iqtisadiyyatdan  digər 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə