VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə154/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   150   151   152   153   154   155   156   157   ...   173

 
297 
doğurur.  Bu  cəhət  həmin  ölkələrdə  demək  olar  ki,  mübahisəsiz  qəbul  edilir. 
Digər  tərəfdən  isə,  həmin  ölkələrin  tədiyə  balansı  kəsirlərinin  ödənilməsi, 
iqtisadi  islahatların  keçirilməsi,  gənc  valyutaların  sabitləşdirilməsi,  gömrük 
tariflərinin  tədricən  azaldılması  məqsədilə  BVF-dan  və  Dünya  Bankından 
ciddi yardım aldıqları da göz qabağındadır.  
İqtisadiyyat  üzrə  2001-ci  ildə  Nobel  mükafatı  laureatı  C.  Stiqlis  haqlı 
olaraq  qeyd  edir  ki,  qloballaşma  məsələlərində  Qərb  ölkələri  ikiüzlü  siyasət 
yeridirlər. Onlar kasıb ölkələri ticarət maneələrini ləğv etməyə təhrik etdikləri 
halda özləri həmin maneələri saxlayırlar, inkişaf etməkdə olan ölkələrdən kənd 
təsərrüfatı məhsullarının ixracına mane olurlar. Qərb qloballaşma proqramını 
kasıb ölkələrə elə «sırıyırlar» ki, həmin ölkələr hesabına özlərinə ən çox fayda 
əldə  etsinlər.  Qərbin  bankları  Latın  Amerikası  və  Asiyada  kapital  bazarı 
üzərində  nəzarətin  zəifləməsindən  də  böyük  fayda  əldə  etdilər.  C.  Stiqlis  belə 
bir  nəticəyə  gəlir  ki,  qloballaşmanın  xeyri  onu  müdafiə  edənlərin 
gözlədiklərindən çox az olmuşdur, bu prosesin  özü isə xalqlar  üçün çox baha 
başa  gəlir.  O,  hesab  edir  ki,  qloballaşmanın  əksər  aspektləri  hər  yerdə 
alqışlanır. Onun yalnız dar mənada iqtisadi aspekti, habelə «oyun» qaydalarını 
müəyyən  edən  kapital  bazarının  liberallaşması  kimi  tədbirləri  qanuniləşdirən 
və  zorla  qəbul  etdirən  beynəlxalq  iqtisadi  təşkilatların  fəaliyyəti  mübahisə 
doğurur.  
Lakin  C.  Stiqlisin  qloballaşmanın  iqtisadi  aspektindən  başqa  digər 
aspektlərinin alqışlanması haqqında fikri mübahisəlidir. Çünki məlum olduğu 
kimi  qloballaşma  bəzən  yüz  illər  boyu  sınaqdan  çıxmış  ənənəvi  milli  mənəvi 
dəyərlərin aşınması üçün də ciddi təhlükə törədir.  
İqtisadi 
qloballaşmanın 
neqativ 
nəticələrini 
və 
onun 
istiqamətləndirilməsində buraxılan səhvləri C. Stiqlis bu prosesləri tənzimləyən 
beynəlxalq  təşkilatların,  ilk  növbədə  Beynəlxalq  Valyuta  Fondu  (BVF)  və 
Dünya  Bankının  (DB)  fəaliyyətini  təhlil  etməklə  inandırıcı  şəkildə  nümayiş 
etdirir.  O,  hesab  edir  ki,  BVF  və  DB  son  iki  onilliyin  əsas  iqtisadi 
problemlərinin həll edilməsində mərkəzi mövqedə olmuşlar. BVF 1944-cü ildə 
yaradılarkən  onun  qlobal  sabitliyi  təmin  edəcəyi  nəzərdə  tutulurdu.  Onun 
yaradılmasının  nəzəri  əsaslarını  hazırlayan  və  1944-cü  il  konfransında  əsas 
iştirakçılardan biri olan ingilis iqtisadçısı C. M. Keynisin fikrinə görə iqtisadi 
böhranlar məcmu tələbin çatışmazlığının nəticəsidir. Bu çatışmazlığı isə dövlət 
öz  siyasəti  ilə  təşviq  edə  bilər.  Kredit-pul  siyasəti  səmərəli  olmadıqda  dövlət 
xərcləri artırmaqla yaxud da vergiləri azaltmaqda fiskal siyasətdən də istifadə 
edə bilər. Keynisin modeli sonralar tənqid edilsə də getdikcə daha aydın dərk 
edildi  ki,  nə  üçün  bazar  qüvvələri  iqtisadiyyatı  tam  məşğulluq  səviyyəsinə 
qaytara bilmir və onun gəldiyi əsas nəticələr qüvvədə qalır. BVF-na yeni qlobal 
depressiyaların qarşısının alınması tapşırılmışdır. Hesab edilirdi ki, Fond bunu 
qlobal  məcmu  tələbin  dəstəklənməsinə  töhfə  verə  bilməyən  və  iqtisadi 
azalmaya  yol  verən  ölkələrə  təzyiq  göstərilməsini  təşkil  etməklə  həyata 
keçiləcəkdir.  Zəruri  hallarda  o  həmçinin  çətinliyə  düşmüş  ölkələrə  kredit 
şəklində nəqdiyyə vəsaiti verməlidir.  
BVF-nun  ilkin  konsepsiyası  belə  idi  ki,  bazar  mexanizmi  çox  vaxt 


 
298 
işləmir, bu isə kütləvi işsizliyə səbəb ola bilər; Fond iqtisadiyyatı bərpa etmək 
üçün  bütün  ölkələri  vəsaitlə  təmin  edə  bilməz.  Ona  görə  də  qlobal  iqtisadi 
sabitliyin təmin edilməsi üçün qlobal səviyyədə kollektiv əməkdaşlıq zəruridir. 
BVF  bütün  dünyanın  vergi  ödəyicilərinin  pulu  hesabına  yaradılmışdır.  Lakin 
Fond onu maliyyələşdirən vətəndaşlar qarşısında hesabat vermir. Onun idarə 
olunmasında inkişaf etmiş ölkələr əsas rol oynayır, ABŞ isə əslində təkbaşına 
veto  hüququna  malikdir.  BVF  yaradıldıqdan  sonra  fəaliyyət  prinsipi  ciddi 
dəyişikliyə  məruz  qalmışdır.  Etiraf  edilmişdir  ki,  bazar  mexanizmi  çox  vaxt 
qeyri-kafi fəaliyyət göstərir və onun ideologiyasında bazarın üstünlüyü birinci 
plana  keçdi.  Hal-hazırda  Fond,  bir  qayda  olaraq  o  zaman  kredit  verir  ki, 
ölkələr  büdcə  kəsirinin  azaldılması,  vergilərin  və  ya  faiz  dərəcələrinin 
artırılması  siyasətinin  həyata  keçirilməsinə,  yəni  iqtisadiyyatın  daraldırılması 
xəttinə razılıq verirlər.  
BVF  və  DB-nın  fəaliyyətində  azad  bazar  ideologiyasını  mədh  edən  R. 
Reyqan və M. Tetçerin hakimiyyətdə olduqları 80-ci illərdə ciddi dəyişiklik baş 
verdi.  Bu  təşkilatlar  həmin  ideologiyaya  müqavimət  göstərən,  lakin  kredit  və 
qrantlara böyük ehtiyacı olan kasıb ölkələrə məcburi qəbul etdirmək vasitəsinə 
çevrilərək,  yeni  missioner  institutu  rolunu  oynayırlar.  Kasıb  dövlətlərin 
əksəriyyəti  təkliflərin  səmərəliliyinə  şübhə  etsələr  də,  onları  qəbul  etməyə 
məcbur  olurdular.  Maraqlıdır  ki,  bu  dövrdən  etibarən,  BVF  və  DB-nın 
fəaliyyəti  əlaqələndirildi.  Dünya  Bankının  fəaliyyəti  getdikcə  layihə  kreditləri 
çərçivəsindən  çıxdı  və  struktur  uyğunlaşma  üçün  geniş  miqyaslı  kreditlər 
verməyə başladı. Lakin həmin kreditləri yalnız BVF-nın razılığı olduqda verir.  
C.Stiqlis  BVF-in  fəaliyyətini  təhlil  edərək  belə  nəticəyə  gəlir  ki,  həmin 
təşkilatın strategiyası Vaşinqton konsensusu adlanan üç prinsipə əsaslanır: sərt 
fiskal  qənaət,  liberallaşdırma  (dövlətin  iqtisadiyyatdan  çıxması)  və 
özəlləşdirmə.  Onun  fikrinə  görə  belə  yanaşma  nəticəsində  BVF-in  fəaliyyəti 
iflasa  uğramış  və  xalqlara  çoxlu  iztirablar  gətirmişdir.  Çünki  BVF-in  öz 
fəaliyyətində  əsas  götürdüyü  «bazar  fundamentalizmi»  nəzəri  konsepsiyası 
müasir  iqtisad  elminin  nailliyyətləri  baxımından  çoxdan  köhnəlmişdir.  Lakin 
Fond  öz  fəalliyyətində  bu  konsepsiyaya  hər  hansı  bir  dəyişiklik  etməyə 
tələsmir.  Kitabda  BVF-in  fəaliyyətində,  (alimin  fikrinə  görə)  iki  mühüm 
uğursuzluq ətraflı nəzərdən keçirilir: 1997-98-ci illərdə baş vermiş Şərqi Asiya 
böhranı  və  Rusiyada  islahatlar.  Professor  hesab  edir  ki,  Şərqi  Asiya 
böhranının  yaranması  və  dərinləşməsinin  əsas  səbəbi  dünya  maliyyə 
möhtəkirlərinin  fəaliyyəti  üçün  geniş  meydan  açan  kapital  bazarının 
liberallaşdırılması olmuşdur. O, eyni zamanda keçid iqtisadiyyatı ölkələrində, 
ilk  növbədə  Rusiyada  BVF-in  sxemi  əsasında  həyata  keçirilən  islahatları  da 
kəskin  tənqid  atəşinə  tutur.  C.Stiqlis  Fondu  uzağı  görməyən  siyasətinə  görə 
tənqid  edir  və  hesab  edir  ki,  belə  münasibət  istər  həmin  ölkələrin  daxilində, 
istərəsə  də  kasıb  dövlətlərlə  varlı  dövlətlər  arasında  dərin  qütbləşməyə, 
dünyanın bir çox regionlarında sosial və siyasi qeyri-sabitliyə yol açmışdır. C. 
Stiqlis öz fəaliyyətində çalışır ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr 
arasında  qarşılıqlı  faydalı  iqtisadi  münasibətlər  təmin  edilsin,  möhtəkir 
beynəlxalq maliyyə kapitalının dağıdıcı fəaliyyəti cilovlansın, iş yerləri açılsın, 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə