102
olur və bu bronxların drenaj funksiyası pozulduqda kaverna daxilində maye toplanır,
rentgenoloji müayinə zamanı kavernanın daxilində horizantal səviyyə görünür.
Bir sıra hallarda kavernanın aparıcı bronxlarında spesifik endo və peribronxit, limfanqit
əmələ gəlir və ağciyər kökünə tərəf yönəlmiş “cığırın” əmələ gəlməsinə səbəb olur. Spesifik
endobronxit zamanı xəstələrdə güclü öskürək olur. Xəstə bərk öskürərkən kaverna daxilindəki
bəlğəm bifurkasiyaya sarı axır və öskürəkdən sonra xəstə dərin nəfəs aldığı zaman həmin bəlğəm
sağlam bronxlarla ağciyərin sağlam toxumalarına yayıla bilir və beləliklə də vərəmin sputogen,
yəni bəlğəmlə yayılması müşahidə olunur (sputum-bəlğəm deməkdir).
Kavernanın daxili piogen qatında olduqca böyük miqdarda vərəm mikobakteriyaları vardır.
Onların sayı 10
10
-10
12
-yə bərabərdir. Bu çoxsaylı bakterial populyasiya qeyri-stabil vəziyyətdə
olub daima çoxalır və kaverna divarında, tərkibində nekroz olan iltihabi prosesi ardıcıl inkişaf
etdirir. Beləliklə, vaxtaşırı meydana gələn bronxogen disseminasiya nəticəsində ağciyərlərin
fibroz-kavernoz vərəmi zamanı proses təkçə kavernanın yerləşdiyi zonada deyil, daha geniş
sahələri əhatə edir. Növbəti kəskinləşmələr zamanı kaverna ətrafındakı ağciyər toxumasında
yaranan yeni ocaqlar bir-birinə qovuşa bilir və bunların da dağılması nəticəsində yeni
destruksiyalar yaranır, müalicə düzgün aparılmadıqda, yaxud da müalicənin effekti zəif olduqda
polikavernoz prosesin yaranmasına səbəb olur. Bununla bərabər pnevmoskleroz, emfizema
inkişaf edir və belə xəstələrdə bronxoektaziya yaranır. Belə metatuberkuloz xarakterli
dəyişikliklər xəstənin vəziyyətini daha da ağırlaşdırır və xəstəliyin gedişi dönməz şəkil alır.
Ağciyərlərin fibroz-kavernoz vərəmi zamanı bəzən ağciyərdən kənar prosesin inkişafına
imkan yaranır. Adətən belə xəstələrdə maddələr mübadiləsinin pozulması meydana gəlir,
vitaminlərin defisiti yaranır, mədə-bağırsaq sistemində, ürək-damar sistemində ciddi
dəyişikliklər müşahidə olunur.
Vərəmin bütün xroniki formalarında olduğu kimi ağciyərlərin fibroz-kavernoz vərəmi
zamanı da ən ciddi ağırlaşmalardan biri parenximatoz orqanların amiloidozudur.
Amiloidoz əsas etibarilə qaraciyərdə, böyrəklərdə, bağırsaqlarda, daxili sekresiya
vəzilərində və digər orqanlarda inkişaf edir.
Bu xəstələrdə qaraciyər koması, böyrək çatışmazlığı və uremiya, böyrəküstü vəzinin qabıq
maddəsinin distrofiyası nəticəsində Addison xəstəliyi inkişaf edə bilər.
Maddələr mübadiləsinin pozulması nəticəsində dayaq-oynaq aparatının pozğunluqları ola
bilər.
Göstərilən çoxsaylı funksional və morfoloji dəyişikliklər nəticəsində ağciyərlərin fibroz-
kavernoz vərəminin kliniki təzahürləri olduqca rəngarəngdir və bunları bir sistem halına salmaq
üçün A.Q.Xomenko ağciyərlərin fibroz-kavernoz vərəmini 4 kliniki qrupa ayırır:
1. Məhdud
və
nisbətən
stabil
fibroz-kavernoz
proses.
Bu
qrupdan
olan
xəstələrdə proses məhdud formada və stabil gedişə malikdir. Tək-tək hallarda xəstəliyin
kəskinləşməsi müşahidə olunur və belə xəstələrdə vərəm mikobakteriyaları ya aşkar olunmur, ya
da
kəskinləşən
dövrdə
aşkar
oluna bilər.
2.
Tədricən şiddətlənən fibroz-kavernoz vərəm.
3.
Sürətlə şiddətlənən fibroz-kavernoz vərəm.
4. Müxtəlif
ağırlaşmalarla
müşahidə
olunan
fibroz-kavernoz
vərəm.
Əksər hallarda bu variant şiddətli gedişi ilə xarakterizə olunur.
Ağciyər vərəminin bütün formalarından inkişaf edə bilsə də fibroz-kavernoz vərəm ən çox
kavernoz və səpələnmiş ağciyər vərəmindən əmələ gəlir. Birinci variant kavernoz vərəmin
103
fibroz-kavernoz vərəmə keçməsindən ibarətdir. Bu, ən çox cərrahi müdaxiləyə etiraz edən
xəstələrdə müşahidə olunur. Amma onlar uzun müddət kimyəvi terapiya alırlar və bunun
sayəsində bu xəstələrdə prosesin stabilləşməsi baş verir. Uzun müddətli kimyəvi terapiya
kavernanın divarında iltihabi reaksiyaların sönməsinə gətirib çıxarır. Bunun nəticəsində
kavernanın daxili divarında kazeoz təbəqənin bir qədər təmizlənməsi baş verir və bakterial
populyasiyanın sayı azala bilir. Bu səbəbdən və ilk növbədə uzunmüddətli müalicə nəticəsində
prosesin kəskinləşməsi baş vermir və yaxud da kəskinləşmə arasındakı dövr bir neçə aydan bir
neçə ilə qədər uzana bilir. Belə xəstələr özlərini xeyli yaxşı hiss edirlər, hətta fikir yaranır ki,
onlar sağalıblar. Bu xəstələrdə uzun müddət vərəm mikobakteriyaları da tapılmır və olursa da
çox az sayda aşkar olunur. Xəstələrin bir qismində mikroskopiya zamanı vərəm
mikobakteriyaları aşkar olunsa da, bakterioloji müayinə zamanı, yəni bəlğəmin əkilməsi yolu ilə
vərəm mikobakteriyaları aşkar olunmur. Bu paradoksal hal onunla izah olunur ki, uzunmüddətli
kimyəvi terapiya nəticəsində vərəm mikobakteriyalarının həyat fəaliyyətində dəyişikliklər baş
verir. Onların kultural xüsusiyyətləri dəyişir. Belə stabillik bütün rejimə və qaydalara riayət edən
xəstələrdə baş verə bilir. Stabilləşmiş fibroz-kavernoz vərəmi olan xəstələr əgər rejimi
pozarlarsa, vərəm prosesinin şiddətlənməsi və kəskinləşməsi baş verə bilər. Belə hal kimyəvi
preparatları xaotik halda istifadə edən xəstələrdə də baş verə bilər. Prosesin yenidən
kəskinləşməsi və vəziyyətin ağırlaşması uzun müddət kimyəvi dərmanları qəbul edən xəstələrdə
dərmanlara davamlılığın yaranması, yaxud da dərmanların ağır fəsadlarının törəməsi nəticəsində
də müalicənin effektsizliyinə gətirib çıxara bilir və bu xəstələrdə proses stabil formadan
kəskinləşən formaya keçə bilir. Belə hallarda xəstənin bütün qaydalara riayət etməsi və həkimin
bütün cəhdləri müsbət nəticə verməyə bilər və prosesin stabilliyi pozula bilər. Uzunmüddətli
effektli kimyəvi terapiyanın da bir həddi və imkanları dərəcəsi vardır. Doğrudan da uzun müddət
qəbul olunan kimyəvi preparatlar əvvəl-axır bu dərmanlara dözümsüzlüyə, fəsadların
yaranmasına və nəhayət dərmanlara qarşı davamlılığın inkişaf etməsinə gətirib çıxarır. Belə
olduğu halda, vərəm prosesi başqa bir inkişaf yolu tapır və şiddətlənmə tipli bir proses meydana
gəlir.
İkinci və üçüncü varianta - fibroz-kavernoz vərəmin şiddətlənməsinə xəstəliyin
başlanğıcında da təsadüf oluna bilər. Xəstəliyin şiddətlənməsinin əvvəlcə hər-hansı bir stabil
dövrdən sonra başlanması mütləq şərt deyil. Destruktiv prosesin başlanğıcından hətta müalicə
aparılmasına baxmayaraq, xəstəlik tədricən və sürətlə şiddətlənə bilər. İkinci və üçüncü variantın
baş vermə səbəblərindən biri xəstələrin müalicə rejiminə düzgün əməl etməmələridirsə, əsas
səbəblər kimi xəstələrdə vərəm əleyhinə dərmanlara davamlılığın inkişafı, dərmanlara
dözümsüzlük, yaranan fəsadlar və vərəm mikobakteriyalarının yüksək virulentliyi
göstərilməlidir.
Ağciyər vərəminin şiddətlənən bütün digər kliniki formalarında olduğu kimi ağciyərlərin
fibroz-kavernoz vərəmində də şiddətlənmənin əsas səbəbini immunoloji reaktivliyin zəifləməsi,
orqanizmin müdafiə qabiliyyətinin lazımi səviyyədə olmaması ilə izah etmək lazımdır. Fibroz-
kavernoz vərəmin şiddətlənməsi təkcə yeni vərəm ocaqlarının və yeni kavernaların yaranması ilə
xarakterik deyil. Ağciyər qanaxması nəticəsində aspirasion sətəlcəm, yaxud da kazeoz sətəlcəm
ilə o, daha da ağırlaşır. Bəzən kaverna divarının plevra boşluğuna açılması nəticəsində patoloji
spontan pnevmotoraksın, sonra isə irinli plevritin yaranması müşahidə oluna bilər. Beləliklə, belə
xəstələr prosesin kəskinləşməsi yaxud da şiddətlənməsindən xilas ola bilmir, aparılan kompleks
müalicələrin nəticəsindən və onun aparılmasından asılı olmayaraq proses getdikcə şiddətlənə
bilir, nəhəng kavernalar yarana bilir. Xəstəliyin stabilləşməsinə mane olan dərmanlara qarşı
Dostları ilə paylaş: |