251
müşahidə olunur. Xüsusən əvvəllər vərəmdən müalicə alan şəxslərdə əsasən qastrit qeyd edilir.
Qastrit simptomlarına daxildir: epiqastral nahiyədə yanaşıma və diskomfort hissi, ağızda
turşuluq. Simptomlar səhərlər və qida qəbulundan əvvəl kəskinləşir. Mədə xorası əlamətlərinə
yeməkdən sonrakı kəskin ağrılar, qanlı qusma və/və ya melena daxildir. Uzunmüddətli müalicə
zamanı antibiotiklərin mədə mikroflorasına olan təsirinə görə yağların sovrulması və laktozanın
qəbul edilməməsi əlamətləri əmələ gəlir. Hərdən kifayət qədər güclü olan MB spazmları selikli
qişa altında klofamin kristallarının toplanmasından baş verə bilər.
MB simptomatikası ən çox PASK (xəstələrin 1/4-də ürək bulanma, 1/2- ishal), etionamid
(protionamid), klofazimin, izoniazid, etambutol və pirazinamid qəbulu zamanı olur. Ağır ürək
bulanma və qusma halları hepatit əlamətləri də ola bilər. İshalın infeksion səbəblərinə şübhə
edildikdə
С. difficile və həmin ərazi üçün spesifik patogen mikroorqanizmlərə görə müayinələr
tələb olunur. Qastritin digər səbəbkarları
Н. pylori, siqaret və alkoholdan sui istifadə, bəzi
dərmanların qəbulu (qeyri-steroid iltihab əleyhinə dərmanlar, aspirin, kortikosteroidlər) da ola
bilər. MB pozuntularının erkən simptomlarını minimuma endirmək olar. Dispepsiyanın
profilaktikası üçün etionamidin (və ya protionamidin) qəbulunu 250-500 mq kiçik dozalardan
başlayırlar və bir-iki həftə ərzində tam dozaya qədər artırırlar. Simptomlar qidanın tez-tez və
dərmanların gecə vaxtı qəbul edilməsi ilə yüngülləşdirilə bilər. VƏDV qəbulu əvvəl aşkarlanmış
qastriti
olan hər xəstədə, H
2
-blokatorları ilə müalicə başlamaq lazımdır.
Qastritin artıq ilkin simptomları müşahidə edildikdə fəal müalicə olunmalıdır. Müalicə
kursunun başlanmasından bir neçə həftə öncə simptomların yüngülləşməsinin təmin edilməsi
vacibdir. Qusma əleyhinə və antasid vasitələrindən ehtiyac olanda istifadə etmək lazımdır.
Antasidləri vərəm əleyhinə dərman vasitələrinin qəbulundan üç saat əvvəl və ya sonra istifadə
etmək lazımdır çünki onlar ftorxinolonların sovrulmasını pozur. Xəstənin vəziyyəti bir çox halda
H
2
-blokatorları və ya proton pompasının inhibitorları ilə müalicəsi nəticəsində əsaslı yaxşılaşır.
Aradan qalxmayan mədə-bağırsaq simptomları olduqda onların digər səbəbləri barədə də
düşünmək lazımdır. H
2
-blokatorları ilə müalicə fonunda dispepsiya əlamətlərinin qalması
hallarında
helicobacter pylory-yə görə müayinə və adi tənəffüs (ureaza) sınağını aparmaq
lazımdır. Müsbət nəticələr zamanı helikobakteriyə qarşı üç komponentli müalicənin aparılması
məqsədəuyğundur
.
Qusma və ishal elektrolitlərin küllü miqdarda itirilməsinə gətirdiyinə görə bədənin
dehidratasiyası və elektrolitlərin səviyyəsini öyrənmək və tələb olunduqda itkiləri bərpa etmək
lazımdır. Yalnız ağır YT-lər zamanı vərəm əleyhinə dərmanlarla müalicə rejimini dəyişdirmək
olar. Etionamidin və ya PASK-ın müvəqqəti dayandırılması (və ya dozanın azaldılması)
simptomların aradan qaldırılmasının effektli yolu ola bilər. Kəskin qastrit və/və ya mədə
xorasına şübhələr olduqda xəstəni təcili hospitalizasiya etmək və endoskopik müayinə aparmaq
lazımdır. Ağır qusma hepatitin ilk təzahürü ola bilər, buna görə belə halda qaraciyər sınaqlarını
aparmaq lazımdır.
Uzunmüddətli ishal PASK-ın birbaşa təsirindən ola bilər, bundan başqa istənilən antibiotik
spastik ağrılar, ishal və köp ilə müşahidə olunan bağırsaq florasının pozulmasına səbəb ola bilər.
İshala gətirən VƏDV-ın müalicədən çıxarılması mümkün olmadığı halda loperamid (imodium)
təyin etmək tövsiyə olunur: böyüklər 4 mq bir dəfə, sonra hər nəcis ifrazından sonra 2 mq gündə
16 mq-a qədər. Müalicə növlərinin geniş yayılmışlarından biri də tərkibində bağırsaqda olan
bakteriyaların canlı kulturası olan (məsələn, laktobakterilər, asidobakterilər və digər oxşar
mikroorqanizmlər) dərmanların istifadəsidir . Bu preparatların effektivliyi məhduddur.