247
Aminoqlikozidlər və kapreomisinin təsiri nəticəsində küllü miqdarda kalium itirildiyi zaman
kalium qoruyan diuretiklər (spironolakton, triampur və ya amilorid) yardımçı terapiya kimi
istifadə edilə bilər. Kalium preparatlarının və kalium qoruyan diuretiklərin eyni vaxtda təyini
zamanı hiperkaliemiya riski olduğu üçün ehtiyatlı olmaq lazımdır.
Hipomaqnemiya tez-tez hipokaliemiyaya və hipokalsiemiyaya səbəb olur. Hipokaliemiya
(eləcə də, hipokalsiemiya) adətən yalnız eyni zamanda hipomaqnemiyanın müalicəsi ilə
korreksiya olunur. Maqneziumun qan zərdabında səviyyəsi ümumi maqnezium səviyyəsini
həmişə əks etdirmədiyi üçün maqnezium səviyyəsi normal olduğu halda belə hipokaliemiya
zamanı maqnezimun təyini tələb olunur.
Kaliumun defisiti
Normada qan zərdabında kaliumun səviyyəsi – 3,5- 5,0 mekv/l təşkil edir.
Kalium çatışmazlığının əsas əlamətləri spesifik deyil. Mülayim defisit zamanı zəiflik,
mialgiya müşahidə olunur, ağır hallarda tənəffüs zəifliyi və iflic mümkündür. EKQ-da T
dişçiyinin səviyyəsi azalır, U dişciyi hündürləşir, ST seqmenti aşağı olur və QT intervalı uzanır,
mədəcik ekstrasistolaları mümkündür.
Kalium defisitinin aradan götürülməsi üçün peroral qəbul və pəhriz təyin olunur:
• kalium xlorid məhlul və adi tabletlər formasında təyin
edilə bilər
• gündəlik dozanı 2-3 dəfəyə qəbul etmək olar
• pəhrizə banan, portağal, pomidor, qreypfrut şirəsi, dərisi ilə qızardılmış kartof, meyvə
qurusu kompotu, noxud sıyıqları və şorbaları, kəsmik əlavə etmək olar.
Venadaxili:
• yeridilən kaliumun həcmi saatda 20 mekv-dən artıq olmamalıdır. 1 q KCl 13,3 mekv-ə
bərabərdir
• adətən 1 litr 0,9%li NaCl-da 40 mekv, maksimal 60 mekv/l, KCl tərkibli məhluludan
istifadə olunur.
40 mekv KCl tərkibli 1 litr məhlul hazırlamaq üçün 7,5 ml 4% KCl məhlulunu 1litr 0,9%-li
NaCl məhlulunda həll etmək lazımdır.
60 mekv KCl tərkibli 1 litr məhlul hazırlamaq üçün 12,25 ml 4% KCl məhlulunu 1llitr
0,9%-li NaCl məhlulunda həll etmək lazımdır.
Cədvəl 6. Kalium səviyyəsinə nəzarət tezliyi və onun bərpası sxemi
Qan zərdabında
kaliumun
səviyyəsi (mekv/l)
KCl yeridilən miqdarı
(mekv və ya q-la)
Nəzarətin tezliyi
(qusma və ishal zamanı
— daha tez-tez)
3, 7
və daha çox
Hər ay
3, 4 - 3, 6
20 - 40 mekv (1,5-3,0 q)
Hər ay
3, 0 - 3, 3
60 mekv (4,5 q)
İki həftədən bir
2, 7 - 2, 9
80 mekv (6,0 q)
Hər həftə
2, 4 - 2, 6
80 - 120 mekv (6,0- 9,0 q)
Hər 1 - 6 gün
2, 0 - 2, 3
60 mekv (4,5 q) v/d
və 80 mekv (6,0 q) peroral
hər 6 - 24 saat
2,0 - dan az
60 mekv (4,5 q) v/d və 100 Venadaxili
intensiv
248
mekv (7,5 q) per oral.
Qanda kaliumun səviyyəsi
2,4 mekv/l-dən artıq olana
qədər infuziyaları davam
etdirmək.
infuziya zamanı hər 6
saatdan bir.
Elektrolitlərin dozası adətən milliekvivalentlərdə (mekv) göstərilir. 40 mekv kalium
təxminən aşağıdakılarda var:
3,9
q kalium asetat
4,0 q kalium bikarbonat
3,0
q kalium xlorid
4,3q kalium sistrat
9,4q
kalium qlukonat
5,4q birəsaslı kalium fosfatda
3,5q ikiəsaslı kalium fosfatda
Kalium asetat, bikarbonat, xlorid, sitrat və qlukonat per oral təyin edilə bilər. İnfuzion
əvəzedici terapiya üçün kalium xloriddən, asetatdan və fosfatdan istifadə olunur. 10 ml 10%
kalium xloriddə 1 q və ya 13,3 mekv kalium olur.
Maqnezium defisiti
Normada maqneziumun qan zərdabında səviyyəsi – 1,5- 2,5 mekv/l təşkil edir.
Per oral qəbulu üçün maqnezium qlukonat və ya oksid istifadə olunur.
Müxtəlif dərman vasitələrində maqnezium elektrolitinin müxtəlif miqdarı olur. Gündəlik
dozanın hesablanması üçün 400 mq tabletdə 240 mq elementar maqneziumun olduğu güman
edilir. İstifadə edilən preparatda elementar maqneziumun dozası daha az olarsa, tövsiyə olunan
dozanı əldə etmək üçün tabletlərin sayını artırmaq olar. Gündəlik doza 2000 mq olduqda onun
vena və ya əzələdaxili yeridilməsi daha rahat ola bilər.
Venadaxili istifadə:
maksimal konsentrasiya: 5 q (25%-lik 20 ml MgS0
4
məhlulu) və ya 40 mekv Mg 1l 0,9%
NaCl və ya 5% qlükoza məhlulunda
dəqiqədə 150 mq-dan (yuxarıda qeyd edilmiş məhluldan 30 ml) artıq daxil etmək
yolverilməzdir
vəziyyət təcili deyilsə: əzələdaxili 100 ml 0,9% NaCl və ya 5% qlükoza məhlulunda 2 q
(8 ml 25% MgSO
4
məhlulunda) və ya 16 mekv Mg 1-2 saat ərzində, 250 ml-lə 4 q (16 ml 25%
MgSO
4
məhlulunda) və ya 32 mekv Mg 250 ml 0,9% NaCl məhlulunda və ya 5% qlükoza
məhlulunda 2-3
saat ərzində
Əzələdaxili:
1 q (25% – 4 ml) MgSO
4
həl etmədən hər 6 saatdan bir əzələdaxilinə
maqneziumun v/d yeridilməsi ilə müqayisədə üstünlüyü yoxdur
v/d və ya per oral vermə mümkün olmadıqda istifadə olunur.
Cədvəl 7. Maqneziumun səviyyəsinə nəzarət tezliyi və bərpa edilməsi sxemi
Qan zərdabında
maqneziumun
səviyyəsi, mekv/l
Bərpa üçün tələb olunan
miqdar (mq-la, tam
gündəlik doza)
Nəzarət tezliyi
1,5 və ya çox
Tələb
olunmur
Hər ay