85
terapiyanın təsirilə infiltrativ vərəm tam sorulmadıqda və çapıqlaşmadıqda yarana bilir. Qalıq
ocaq ancaq kapsul ilə əhatə olunur. Ocaqlı vərəmdən, əsas etibarilə konqlomerat tuberkulomalar
yaranır. Tək-tək hallarda tuberkuloma səpələnmiş ağciyər vərəmi və ilkin vərəm kompleksindən
sonra yarana bilir. Bundan başqa, tuberkuloma kazeoz və qranulyasiyalarla dolmuş kavernadan
da yarana bilir. Fibroz kapsullı ocaqda, tuberkulomada kazeozdan başqa kalsium duzları və
ağciyər toxumasının qalıqları da aşkar olunur (bronx divarları, elastiki liflər). Kazeoz duru və
yaxud
quru ola bilir, bəzən də qat-qat olur.
Tuberkulomalar tək-tək (solitar), qrup şəklində (konqlomerat) və çoxsaylı ölçülərinə görə
kiçik (diametri 2 sm-ə qədər), orta (2-4 sm) və iri (4 sm-dən çox) ola bilirlər. Adətən ağciyərlərin
yuxarı paylarında yerləşir, kazeoz yekcins kütlədən ibarət olur (homogen tuberkuloma) və yaxud
laylı, qat-qat, kollagen liflərlə bir-birindən üzükvari ayrılan (laylı tuberkuloma) formada olur.
Tuberkulomada kazeoz kütlələr alveol boşluğunu, bronxları, damarları, alveolyar arakəsmələri,
bronxların və damarların divarlarını dağıtmadan, pozmadan doldurur.
Qat-qat və yaxud laylı tuberkulomalar vərəm ocağının vaxtaşırı təkrarlanan və çoxsaylı
kəskinləşməsi nəticəsində əmələ gəlir. Belə ki, proses hər dəfə kəskinləşdikcə kəskinləşmə
dövründə ətraf ağciyər toxuması prosesə qoşularaq nekroza uğrayır və kapsul ilə əhatə olunaraq
ətraf toxuma sağlam toxumadan ayrılır və beləliklə, hər dəfə proses kəskinləşdikcə yeni qat, yeni
lay əmələ gəlir.
Homogen tuberkuloma, adətən, patoloji prosesin aparıcı bronxunun obliterasiyası və onun
kəsmikvari nekrozla dolması nəticəsində əmələ gəlir. Konqlomerat tuberkuloma yan-yana duran
və yaxud da hissəvi qovuşmuş ayrı-ayrı kazeoz və yaxud fibroz-kazeoz ocaqların birliyindən
ibarətdir.
Patomorfoloji dəyişikliklərin xarakterinə görə M.M.Averbax (1969) tuberkulomaların üç
əsas növünü ayırd edir:
1.İnfiltrativ pnevmonik;
2.Kazeoma;
3. Dolmuş kaverna.
1.İnfiltrativ pnevmonik
Birinci növ tuberkuloma produktiv reaksiyaya meylli kiçik kazeoz sahəciklərə malik
dəyirmi, spesifik pnevmonik fokusdur. Bu növ tuberkuloma infiltratdan perifokal eksudativ
iltihabın olmaması ilə fərqlənir. Bu növ tuberkuloma ağciyərlərin infiltrativ vərəminin
involyusiyası nəticəsində yaranır. Morfoloji xüsusiyyətlərinə görə bu növ, produktiv kazeoz
toxuma reaksiyası kimi xarakterizə olunur.
2. Kazeoma
İkinci növ tuberkuloma, yəni kazeoma morfoloji quruluşuna görə müxtəlifdir. Kazeomalar
homogen, qat-qat (laylı), olurlar. Homogen və laylı tuberkulomalar öz növbəsində iki yerə
bölünür: solitar (yəni tək) və konqlomerat (çoxsaylı). Homogen tuberkuloma kisələşmiş
kazeozun olması ilə xarakterizə olunur və özü də kazeoz bir fokus formasında, yəni solitar
tuberkuloma və bir neçə fokus ümumi kapsul ilə əhatə olunmuş (konqlomerat tuberkuloma) ola
bilir. Əksər hallarda belə homogen kazeomalar infiltrativ və yaxud kavernoz vərəmin
involyusiyası nəticəsində əmələ gəlir. Qat-qat və yaxud laylı tuberkuloma sərbəst inkişaf edən
tuberkulomadır, yəni xəstəliyin başlanğıcından tuberkulomanın yaranması başlayır, ona görə də
solitar laylı kazeoma həqiqi tuberkuloma, birincili tuberkuloma adlanır. Bu səbəbdən də bu
tuberkuloma vərəmin hər hansı bir kliniki formasının involyusiyası, yaxud da evolyusiyası
nəticəsində deyil, vərəmin başlanğıcında kliniki forma kimi yaranır.
86
3. Dolmuş kaverna
Dolmuş kaverna, adından bəlli olduğu kimi kavernanın aparıcı bronxunun keçiriciliyinin
pozulması nəticəsində kazeozla dolaraq kisələşmiş fokusun əmələ gəlməsinə səbəb olur. Dolmuş
kavernaların, yəni üçüncü növ tuberkulomanın rentgenoloji şəkli və forması tuberkulomaya
bənzəsə də, bunu nə dərəcədə tuberkulomalara aid etməyin mümkün olması, sözsüz ki,
mubahisəlidir.
Müxtəlif növlü həqiqi tuberkulomalar infiltrativ, yaxud da kazeoz pnevmonik sahəciklərdən
ibarətdir ve onların tərkibində elastik, kollagen və arqirofil liflərin, ağciyər stromasının, bronx və
qan damarlarının qalıqları olur. Bununla belə, dolmuş kavernada duru və yaxud bərkimiş kazeoz
nekrotik kütlə və leykositlər olur. Bu törəmənin əmələ gəlməsinə kavernanın aparıcı bronxunun
selikli qişasının iltihabi infiltrasiyası və yaxud çapıqlı dəyişiklikləri nəticəsində obliterasiyası
səbəb olur. Ona görə də buna psevdotuberkuloma deyilsə, daha düzgün olar.
Tuberkulomaların müxtəlif variantları öz morfogenezlərinə görə fərqlənirlər. Məsələn,
solitar homogen kazeoma kəsmikvari pnevmonik sahəciyin inkapsulyasiyası nəticəsində əmələ
gəlir. Qat-qat və yaxud laylı kazeoma pnevmonik fokusun tədricən şiddətlənməsi, yəni vaxtaşırı
kəskinləşmələrlə inkişafı nəticəsində əmələ gəlir. Konqlomerat kazeoma isə bir neçə kiçik
ocaqların qovuşması və inkapsulyasiyası nəticəsində əmələ gəlir. Ayrı-ayrı hallarda tuberkuloma
iri bronxun təcrid olunaraq zədələnməsi və ya vərəm bronxoektazı əsasında yarana bilər.
Müasir ədəbiyyatda vərəm mənşəli dəyirmi fokusların 30-a yaxın adı mövcüddur. Bəzi
klinisistlər tuberkulomanı yavaş təsirli bombaya bənzədirlər (time bombe, zeitbombe) və güman
olunur ki, tez-gec bu dağılmalıdır və əriyərək ağciyərin fibroz-kavernoz vərəminin yaranmasına
və vərəm mikobakteriyalarının orqanizmə yayılmasına səbəb ola bilər. Bu əlverişsiz vəziyyət,
adətən, orqanizmin immunobioloji qüvvələrinin zəifləməsi nəticəsində və о cümlədən, bir sıra
faktorların təsiri nəticəsində əmələ gələ bilər. Məsələn, diabet xəstəliyi. Burada müəyyən rolu
tuberkulomanın aktivliyi və ölçülərinin böyük olması oynayır.
Aktiv fazada tuberkuloma daxilindəki kazeoz epitelioid və tək-tək nəhəng hüceyrələrdən
ibarət spesifik qranulyasiya layı ilə və fibroz kapsulı əmələ gətirən kollagen liflər layı ilə əhatə
olunmuşdur. Qeyri-aktiv fazada kazeoz fokus birlaylı fibroz kapsula malikdir.
Tuberkulomalarda damarlar olmur, bu səbəbdən vərəm əleyhinə olan preparatların kazeoza
daxil olması çox çətinləşir və preparatlar ancaq diffuziya köməyi ilə keçirlər. Tuberkulomalarda
daima vərəm mikobakteriyaları olur və durulmuş kazeoz zonasında onlar daha aktiv çoxalırlar.
Qeyri-aktiv stabil tuberkulomalarda daha çox L-formalı mikobakteriyaları aşkar olunur. Vərəm
mikobakteriyalarının tuberkulomalarda olması onların kəskinləşmə ehtimalını artırır.
Solitar homogen tuberkuloma oval və yaxud dəyirmi kazeoz fokusdur. Tərkibində bəzən
köhnə kalsinasiyalı, kirəcləşmiş ocaqlar var. Beləliklə, tuberkulomanın kapsulı ikilaylı olur:
Piroqov-Lanqhans nəhəng hüceyrələrdən və epitelial hüceyrə səthindən ibarət daxili lay,
birləşdirici toxumadan ibarət daha geniş-xarici lay. Solitar laylı tuberkuloma ümumi mərkəzli
çevrələr kimi bir-birindən ayrılan kollagen liflərdən, kazeoz dəyişiklikli toxuma laylarından
ibarətdir. Laylı tuberkulomanın kapsulı, adətən, nazik olur, bir laylıdır, kollagen və argirofil
liflərdən ibarətdir. Konqlomerat tuberkuloma dairəvi və yaxud qeyri-hamar, polisiklik formada
olur. Mikroskopik müayinə zamanı belə tuberkulomanın daxilindəə bir neçə homogen ocaqlar
aşkar olunur (konqlomerat homogen tuberkuloma) və yaxud onlar qat-qat, laylı (konqlomerat
laylı tuberkuloma) quruluşlu, ümumi kapsul ilə əhatə olunmuş şəkildə olur. Psevdotuberkuloma
və yaxud yalançı tuberkuloma kavernanın aparıcı bronxunun obliterasiyası və yaxud tam
bağlanması nəticəsində olur. Dəyirmi homogen fokusdur, kapsulı kaverna üçün xarakterik olan 3