Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə21/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   17   18   19   20   21   22   23   24   ...   137

43 
 
qalır. Bioloji sağalma da mümkündür. Bu zaman tam sağalma baş verir, yaxud kiçik petrifikat 
ocaqlar  və  mənfi  tuberkulin  sınağı  müşahidə  olunur.  Kompleks  şəkildə  aparılan  müalicə  bir  il 
ərzində stasionar və sanatoriya şəraitində sağalma ilə nəticələnir. Əgər ilkin kompleksdən sonra 
fibroz-kavernoz  dəyişikliklər,  yaxud  iri  kazeoz  ocaqlar  (kazeoma)  qalırsa,  bu  effektsiz 
antibakterial  müalicənin  nəticəsi  olaraq  qiymətləndirilir  və  ağciyərin  həmin  nahiyəsinin 
rezeksiyası məsləhət bilinir. 
DÖŞ QƏFƏSİDAXİLİ LİMFA DÜYÜNLƏRİNİN VƏRƏMİ 
Müasir dövrdə uşaqlar və yeniyetmələr arasında birincili vərəmin kliniki formaları arasında 
döş  qəfəsidaxili  limfa  düyünlərinin  vərəmi  -  ağciyər  kökünün  və  divar  aralığının  limfa 
düyünlərinin  spesifik  zədələnməsi  birinci  yeri  tutur.  Döş  qəfəsidaxili  limfa  düyünlərinin 
zədələnməsi  əsas  etibarilə  birincili  vərəmə  aiddir.  Belə  ki,  bronxial  limfatik  düyünlərdə 
postbirinci prosesin reaktivasiyasına nadir hallarda təsadüf olunur. 
Əvvəllər  belə  hesab  olunurdu  ki,  döş  qəfəsidaxili  limfa  düyünlərinin  vərəmi  ağciyərlərdə 
birincili  vərəm  dəyişikliklərinin  nəticəsidir.  Döş  qəfəsidaxili  limfa  düyünlərinin  vərəmi  nadir 
hallarda  ilkin  vərəm  kompleksindən  sonra  yaranır.  Bu  xəstəlik  əsas  etibarilə  uşaqlarda  əmələ 
gəlir  və  təkcə  limfa  düyünləri  zədələnir.  Belə  hallarda  ağciyərdə  dəyişikliklər  ya  olmur,  ya  da 
zəif  inkişaf  edir,  bu  da  rentgenoloji  müayinədə  müəyyən  edilmir.  Döş  qəfəsidaxili  limfa 
düyünlərinin birincili zədələnməsi sonra bronxlara və ağciyərlərə yayılır. 
Əvvəllər birincili vərəmin patogenezində əsas  yer ağciyər ocağına verilirdi. Bronxoadenitə 
ağciyər  ocağı  formalaşdıqdan  sonra  yaranan  ikinci  komponent  kimi  baxırdılar.  Belə  hesab 
edirdilər ki, bəzi hallarda ağciyər ocağının tez involyusiyası nəticəsində prosesin döş qəfəsidaxili 
limfa  düyünlərində  qalması  ilkin  kompleksin  aşkar  olunmasına  deyil,  bronxoadenitin  aşkar 
olunmasına  gətirib  çıxarır.  Bunun  əleyhinə  olan  nəzəriyyədə  isə  deyilir  ki,  birincili  zədələnmə 
mənbəyi limfa düyünləridir. Yəni iltihabi proses birbaşa limfa düyünlərindən ağciyərlərə keçir, 
yaxud  da  onların  bronxlara  və  yaxud  damarlara  açılması  nəticəsində  ağciyərlər  ikincili  olaraq 
prosesə qoşulurlar. 
Hal-hazırda  döş  qəfəsidaxili  limfa  düyünlərinin  birincili  zədələnməsi  konsepsiyası  geniş 
yayılmışdır.  Yoluxmadan  sonra  vərəm  mikobakteriyaları  bir  müddət  orqanizmdə  sirkulyasiya 
edir.  Bununla  yanaşı,  vərəm  mikobakteriyalarının  güclü  limfotropluğu  meydana  çıxır.  Limfa 
sisteminin  müxtəlif  şöbələrində  onlar  toplanır  və  orada  aktiv  spesifik  dəyişikliklərin  əmələ 
gəlməsi  baş  verir.  Bu  nəzəriyyə  bir  çox  alimlərin  mülahizələrində  və  işlərində  öz  təsdiqini 
tapmışdır. 
Vərəm  bronxoadenitinin  morfologiyası,  zədələnmənin  xarakterindən  və  yayılma 
dərəcəsindən  asılıdır.  Patoloji-anatomik  görüntülərə  görə  döş  qəfəsidaxili  limfa  düyünlərinin 
vərəmi aşağıdakı kimi bölünür: infiltrativ, tumoroz və kiçik forma. 
İnfiltrativ  formada  perinodulyar  iltihab  üstünlük  təşkil  edir,  vərəm  ocağı  limfa  düyünündə 
azlıq  təşkil  edir.  Şişvari  vərəm  bronxoadenitində  proses  böyümüş  limfa  düyünlərinin 
kapsulundan  kənara  çıxmır,  ancaq  bununla  belə,  bronxoadenitləri  infiltrativ  və  tumoroz 
formalara bölmək şərtidir, bu formalar bir-birinə keçə bilir. 
Döş qəfəsidaxili limfa düyünlərinin kiçik formalı vərəmi onların kiçik ölçülərdə böyüməsi 
ilə  xarakterizə  olunur.  Bu  formanın  rentgendiaqnostikası  infiltrasiya  fazasında,  ancaq  dolayı 
əlamətlərlə (kökəyaxın zonada kiçik bir sahədə ağciyər şəklinin dolğunluğu və aralıq kölgəsinin 
ikili  konturu,  kökün  kölgəsinin  strukturunun  zəifləməsi)  aşkar  olunur.  Kliniki  əlamətlər  sönük 
olur. Diaqnozun təsdiqi üçün kompüter tomoqrafiya olunmalıdır. 


44 
 
Döş  qəfəsidaxili  limfa  düyünlərinin  zədələnməsi  izolyasiya  olunmuş  spesifık  proses  deyil. 
Vərəm bronxoadeniti zamanı vərəmlə zədələnmiş limfa düyünlərinin ətrafındakı divar aralığının 
bütün  orqanlarında  patoloji  dəyişikliklər  əmələ  gəlir.  Spesifık  prosesə  tez-tez  iri  bronxlar, 
damarlar,  aralığın  birləşdirici  toxuması,  sinir  qanqliləri  və  kötükləri,  plevra,  mediastenal  və 
payarası  plevra  qoşulurlar.  Vərəm  zamanı  geniş  patomorfolojı  transformasiya  diapazonunda 
prosesə bir və ya bir neçə müxtəlif qrup limfa düyünləri qoşula bilər. Ağır və qeyri-qənaətbəxş 
gedişi  zamanı  prosesin  ikitərəfli  yayılmaları  müşahidə  olunur  ki,  bu  da  limfatik  yollann 
anastomozlar  şəbəkəsi  ilə  əlaqədar  baş  verir.  Limfa  düyünlərində  aktiv  spesifik  proses  uzun 
müddət qalır, sağalma  yavaş-yavaş gedir. Zaman keçdikcə kapsulun hialinozu yaranır, kalsium 
duzlarının  çökməsi  başlayır.  Yaranan  petrifikatların  ölçüləri  kazeozun  inkişaf  dərəcəsindən 
asılıdır.  Patoloji  dəyişikliklərə  məruz  qalmış  döş  qəfəsi  limfa  düyünlərinin  aşkar  olunması 
çətinlikləri onunla bağlıdır ki, onlar döş qəfəsi boşluğunun dərinliyində yerləşir. Döyünən ürəklə
iri  damarlarla  və  divar  aralığı  orqanları  ile  örtülürlər.  Dəyişilmiş  limfa  düyünlərinin  aşkar 
olunması  və  onlarm  dinamikada  qiymətləndirilməsinə  ayrı-ayrı  qrupların  topik  oriyentasiyası, 
yəni  topoqrafik  anatomik  yerləşmələri  kömək  edir.  Döş  qəfəsi  limfa  düyünləri  traxeyaya  və 
bronxa  münasibətdə  V.A.  Sukennikova  görə 
aşağıdakı 
qruplara 
bölünür: 
paratraxeal, 
traxeobronxial,  sağ  və  sol  bronxopulmonal  və 
bifurkasion. 
Bu 
sxemdən 
başqa, 
limfa 
düyünlərinin 
lokalizasiyasına  görə  döş  qəfəsi  boşluğunda  yerləşən 
başqa  lokalizasiyaları  da  göstərmək  olar.  Limfa 
düyünlərinin  tək  traxeobronxial  ağaca  görə  deyil, 
onların iri damarlara görə də anatomik qrupları, aorta 
və  arterial  axar  limfa  düyünləri  mövcuddur.  Öndə 
yerləşən  bronxopulmonal  limfa  düyünləri  ön  hilyar 
(hilus  sözündəndir),  arxa  bronxopulmonal  limfa 
düyünləri  isə  interlobar  limfa  düyünləri  adlanır. 
interlobar  limfa  düyünləri  interlobar  plevritin 
yaranmasında  mühüm  rol  oynayır.  Bundan  başqa, 
limfa  axarları  boyunca  limfa  düyünləri  yerləşir.  Döş  qəfəsi  boşluğu  limfa  düyünləri  2  qrupa 
bölünür:  parietal  və  visseral.  Parietal  limfa  düyünləri  öz  növbəsində  qabırğa  arasında  və 
fəqərənin  yan  və  ön  səthində  arxa  və  daxili  döş  arteriyası  istiqamətində  yerləşən  döş  limfa 
düyünlərinə  bölünürlər.  Diafraqmal  limfa  düyünləri  2  qrupdan  ibarətdir:  Preperikardial  və 
lateroperikardial  ön  mediastenal  və  arxa  mediastenal  visseral  limfa  düyünləri.  Bunlara  aorta  və 
yemək  borusu  arasında  yerləşən  yemək  borusu  yanı  bronx  və  ağciyər  arteriyalarının  bölünmə 
bucaqlarında  yerləşən  interpulmonal  sağ  və  sol  laterotraxeal  və  bifurkasion  düyünlərdən  ibarət 
peritraxeobronxial sağ və sol ağciyər köklərinin ön, arxa və aşağı limfa düyünləri aiddir. Ancaq 
klinik  praktikada  V.A.Sukennikovun  sxemi  istifadə  olunur.  Yuxarıda  dediyimiz  əlavə 
lokalizasiyalar  haqqında  danışdığımız  limfa  düyünləri  qrupu,  aorta  qövsü  və  ağciyər  arteriyası 
boyunca olan limfa düyünləri Sukennikova görə traxeobronxial qrupa aiddir. 
Hal-hazırda  uşaqların  vərəmlə  xəstələnmə  strukturunda  döş  qəfəsidaxili  limfa  düyünlərinin 
vərəmi  75-80%  təşkil  edir  və  xüsusilə  diaqnostika  prosesinin  təkmilləşməsi  ilə  bağlı  get-gedə 
artır. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə