Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə24/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   20   21   22   23   24   25   26   27   ...   137

49 
 
Boyun, qoltuqaltı, qasıq limfa düyünləri limfaqranulomatozda, adətən, böyük ölçülərdə olur, 
hərəkətlidir, ağrısızdır, çox nadir hallarda yumşalırlar və dəri ilə birləşmirlər. A.A.Kiselin bədii 
ifadəsi ilə desək, “limfaqranulomatoz zamanı limfa düyünləri kisədə kartof kimi əllənir”. 
Vərəm  zamanı  limfa  düyünləri  ağrılı,  dərialtı  birləşdirici  toxuma  ilə  birləşmiş  olur,  bəzən 
yumşalaraq kəsmikvari kütlə düyün axarı yaradaraq, uzun müddət sağalmayan xarici irin axarları 
əmələ gətirir. 
Limfaqranulomatozlu  xəstələrdə mediastenal  limfa düyünlərinin geniş  zədələnməsi  zamanı 
yuxarı vidaci  venanın sıxılması sindromu  nəticəsində ağır təngnəfəslik, sianoz, üzün şişkinliyi, 
boyun  dərisi  venalarının  genişlənməsi,  atoniya  və  disfagiya  əmələ  gəlir.  Bu  əlamətlər  vərəm 
bronxoadeniti zamanı, adətən müşahidə olunmur, yaxud da ona olduqca nadir hallarda, xususilə 
də erkən yaşlı uşaqlarda rast gəlinir. Bundan başqa, limfaqranulomatozda adətən ön mediastenal 
və paratraxeal, nadir hallarda bronxopulmonal limfa düyünləri böyüyür. Proses, adətən ikitərəfli 
olur  və  vərəm  bronxoadenitindən  fərqli  olaraq  limfaqranulomatozda  limfa  düyün-ləri  ətrafında 
perifokal  iltihabi  proses  olmur  və  konturları  aydm,  düzgün,  qabarmış,  yaxud  da  dalğavari  olur. 
Əgər  böyümüş  limfa  düyünləri  müxtəlif  dərinliklərdə  divar  aralığında  yerləşirsə,  onların 
politsiklik sərhədləri, cizgiləri müəyyənləşdirilir. 
Sitostatik  və  kortikosteroid  hormonlarla  müalicə  zamanı  limfa  düyünlərinin  kiçilməsi 
müşahidə olunur ki, bu da vərəmli xəstələrdə ola bilməz. 
Limfaqranulomatozun  diaqnozu  sitoloji  müayinələr  zamanı  punktatın,  yaxud  da  boyun  və 
mediastenal  limfa  düyünlərinin  biopsiyası  zamanı  aşkar  oluna  bilər.  Bu  zaman  limfositlər, 
plazmositlər,  eozinofillər,  bazofil-lər,  neytrofillər  və  Berezovski-Şteraberq  nəhəngnəhəng 
hüceyrələrindən ibarət olan hüceyrə polimorfizmi aşkar olunur. 
Vərəm  limfadenitini  divar  aralığının  limfasarkoması  və  retikulosarkoması  ilə  də 
differensiasiya etmək lazım gəlir. Bu sistem şiş prosesləri bəzən nəzərə çarpmadan başlaya bilər 
və təsadüfən aşkar oluna bilərlər. Lakin əksər hallarda bu xəstəliklər bir sira kliniki əlamətlərlə 
üzə  çıxır.  Əgər  xəstəlik  plevritlə  ağırlaşırsa,  onda  gedişi  kəskin,  yaxud  da  yarımkəskin  olur. 
Bədən  hərarətinin  qalxması,  ümümi  zəiflik,  tərləmə  və  digər  in-toksikasiya  simptomları 
müşahidə olunur. 
Divar  aralığının  limfasarkoması  və  retikulosarkoması  olan  xəstələrdə  bronxoadenitli 
xəstələrdən fərqli olaraq, tutmaşəkilli quru, çox əziyyətli öskürək, təngnəfəslik və döş qəfəsində 
bərk  ağrılar  müşahidə  olunur.  Onlarda  orqanizmin  halsızlığı  daha  tez  baş  verir  və 
limfaqranulomatozda  olduğu  kimi,  kompression  sindrom  meydana  çıxır.  Limfa  və 
retikulosarkoma,  adətən,  passiv  tuberkulin  allergiyası  ilə  muşahidə  olunur.  Anemiya, 
limfopeniya  və  güclü  sürətlənmiş  EÇS  ilə  aşkar  olunur.  Proses  proqressiv  şəkildə  inkişaf  edir. 
Bütün limfa düyünləri qrupları prosesə cəlb olunur. Periferik limfa düyünləri çox bərk, ağrısız və 
iri ağac kimi möhkəm konqlomeratlar əmələ gətirirlər. 
Limfa  və  retikulosarkomanm  rentgenoloji  şəkli  limfaqranulomatoza  bənzəyir  və  vərəm 
bronxoadenitindən  onları  fərqləndirən  limfa  düyünlərinin  çox  böyüməsi,  iri  həcmi,  səthinin 
qeyri-hamar  olması  və  həm  də  şişin  çox  sürətlə  inkişaf  etməsidir.  Şüa  və  sitostatik  terapiya 
nəticəsində  limfa  düyünlərinin  ölçüləri  tez  və  nəzərəçarpacaq  dərəcədə  kiçilir  və  bu  da 
differensial diaqnostik əhəmiyyətə malikdir. Limfasarkoma zamanı periferik və döş qəfəsidaxili 
limfa  düyünlərinin  sitohistoloji  müayinəsi  iri  nüvəli,  protoplazmanın  nazik  həlqəsi  ilə  əhatə 
olunmuş,  göy  rəngə  boyanan  çoxsaylı  (90-98%-ə  qədər)  limfoid  elementlər  aşkar  edilir. 
Xəstəliyin  sürətlə  inkişafı  zamanı  limfoblast  tipli  hüceyrə  elementləri  ilə  polimorf,  çoxnüvəli, 
kobud  strukturlu  xromatinə  malik  olan  hüceyrələr  aşkar  olunur.  Retikulosarkoma  zamanı 


50 
 
hüceyrələr  müxtəlif  ölçüdə  və  formada  olur,  nüvələri  isə  “şirəli”  xromatinin  quruluşunun 
qaytanvari olması ilə seçilir. 
Limfa düyünlərinin vərəmi sarkoidozun (Benye-Beka-Şauman xəstəliyi) birinci mərhələsinə 
bənzəyir. 
Sarkoidoza son illərdə bir qədər tez-tez rast gəlinir və 20-40 yaşları arasında olan qadınlarda 
daha  çox  təsadüf  olunur.  Bəzi  hallarda  о,  kəskin  intoksikasiya  əlamətləri  ilə:  yüksək  hərarət, 
düyünlü eritema, döş qəfəsində və oynaqlarda ağrılar, zəiflik, EÇS-in sürətlənməsi ilə başlayır. 
Lakin əksər hallarda sarkoidoz tədricən inkişaf edir. Bu xəstələrdə subfebril temperatur, ümumi 
zəiflik, quru öskürək, təngnəfəslik olur. Xəstəliyin gizli, simptomsuz gedişi də mümkündür. Belə 
hallarda xəstəlik rentgen flüoroqrafiya müayinələri zamanı aşkar olunur. 
Döş  qəfəsidaxili  limfa  düyünlərinin  vərəmi  bəzi  əlamətlərinə  görə  sarkoidozdan  fərqlənir. 
Sarkoidoz  zamanı  eyni  vaxtda  uveit  və  yaxud  iridosiklit  müşahidə  olunur.  Əl  və  ayaq 
sümüklərində bəzən kiçik kistoz boşluqlar aşkar olunur. Bundan başqa, selik vəziləri, qaraciyər, 
dalaq  zədələnə  bilər,  ətraflarm,  bədənin  və  üzün  dərisində  səpkilər  mümkündür.  He-
moqrammada,  xüsusilə  dın  başlanğıc  mərhələdə  xəstəliyin  kəskin  fazasında  leykolimfopeniya, 
monositoz, bəzən eozinofiliya, EÇS-in bir qədər sürətlənməsi müşahidə olunur. Qan zərdabında 
qlobulinlərin miqdarının artması, qanda və sidikdə kalsiumun artması müşahidə olunur. Əsas dif-
ferensial  diaqnostik  əlamətlər  xəstələrin  tam  əksəriyyətində  sarkoidoz  zamanı  tuberkulin 
anergiyasının  və  əksər  hallarda  Kveyma-Nikerson  spesifik  antigenə  qarşı  müsbət  reaksiyanın 
olmasıdır.  Sarkoidozun  bu  mərhələsində  rentgenoloji  şəkil  çox  xarakterikdir.  Bu  zaman 
bronxopulmonal,  traxeobronxial,  paratraxeal  və  bifurkasion  limfa  düyünləri  nəzərəçarpacaq 
dərəcədə  böyümüş  olur.  Adenopatiya  bir  qayda  olaraq  iki  tərəflidir,  simmetrikdir  və  perifokal 
iltihabi prosesə malik deyil. Bir sıra hallarda payarası bərkimiş plevra zolağı görünür. Döş qəfəsi 
limfa  düyünlərinin  rentgen  şəkli  bəzən  pişik  pəncəsinə  bənzəyir  (“pişik  pəncəsi”  simptomu). 
Əksər  hallarda,  eyni  zamanda,  periferik  limfa  düyünləri,  xüsusilə  boyun  limfa  düyünləri  də 
böyümüş  olur.  Adətən  bərk,  çoxsaylı,  ağrısız,  perifokal  iltihabi  prosesin  olmaması  və 
irinləməyən  limfa  düyünlərinə  təsadüf  olunur.  Traxeobronxoskopiya  zamanı  traxeyanın  və  pay 
bronxlarının genişlənməsi,  gərilməsi,  şişkinlik,  onların  divarlarının  şişkinliyi, selikli qişanın  isə 
qalınlaşması, şişkinliyi, damar şəkilləri görünür. Bəzən selikli qişa üzərində tək-tək düyüncüklər, 
kiçik  iltihabi  lövhəciklər  və  qranulyasiya  aşkar  olunur,  irin  axarı  müşahidə  olunmur. 
Sarkoidozun  bu  mər-hələsində  prosesin  dinamikası  özünəməxsusdur.  Xəstələrin  əksəriyyətində 
bir  neçə  ay  ərzində  spontan  sağalma  baş  verə  bilər.  Belə  xoşxassəli  nəticə  kortikosteroid 
hormonların qəbul olunması ilə də baş verir. Bununla belə, spesifik antibakterial müalicə heç bir 
effekt vermir. Periferik və döş qəfəsi limfa düyünlərinin epiteloid nəhəngnəhəng hüceyrələrinin 
aşkar olunması və kazeoz nekrozun, yəni kəsmikvari nekrozun olmaması ilə müəyyənləşdirilir. 
Həmin bu hüceyrə elementləri biopsiya nəticəsində bronxların selikli qişasının, yaxud da dərinin 
histoloji  müayinələrində  də  aşkar  olunur.  Bu  əlamətlər  sarkoidozu  döş  qəfəsi  limfa  düyünləri 
vərəmindən fərqləndirir. 
Xroniki limfaleykozun kliniki rentgenoloji əlamətləri də vərəm limfadenitinə çox bənzəyir. 
Bu  xəstəlik,  yəni  xroniki  limfaleykoz,  adətən,  tədricən  inkişaf  edir.  Tədricən  inkişaf  edən 
intoksikasiya  əlamətləri  ilə  bərabər,  periferik,  bəzi  hallarda  döş  qəfəsi  daxili  və  qarın 
boşluğundakı limfa düyünləri hədsiz dərəcədə böyüyə də bilir. Periferik limfa düyünləri ağrısız, 
elastik,  xəmir  konsistensiyalı,  hərəkətli,  irinləməyən  və  parçalanmayan  olur.  Xəstələrdə 
qaraciyərin  və  dalağın  ölçüləri  böyümüş  olur.  Qanda  leykositlərin  sayı  30-250x10
9
/litrə  qədər 
çatır,  95  %-ə  qədər  limfasitoz,  trombositopeniya,  anemiyanın  artması  müşahidə  olunur. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə