VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə15/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   44
C fakepathLav vsait

2.2.6. Çoxölçülü model

Verilənlərin təsvirinə çoxölçülü yanaşma relasiya yanaşması ilə eyni vaxtda yaranmışdır, lakin real işləyən çoxölçülü VBİS-lər çox azdır. 90-cı illərin ortalarından başlayaraq bu sistemlərə maraq xeyli artdı. Bu 1993-cü ildə relasiya modelinin əsasını qoyan E.Koddun dərc etdirdiyi proqram məqaləsindən sonra baş verdi. Həmin məqalədə OLAP (Online Analytical Processing - Operativ Analitik Emal) sinif sistemlərinə 12 təlabat formalaşdırılmışdır və onlardan əsasları çoxölçülü verilənlərin konseptual təsviri və emalına aiddir. Çoxölçülü sistemlər təhlil aparmaq və qərar qəbul etmək üçün informasiyanın operativ emalına imkan verir.

İnformasiya sistemlərinin konsepsiyasının inkişafında iki istiqaməti ayırmaq olar:


  1. operativ emal sistemləri;

  2. analitik emal sistemləri (qərarların qəbulunu dəstəkləyən sistemlər).

Relasiya VBİS-ləri informasiyanın operativ emalı tipli informasiya sistemləri üçün nəzərdə tutulmuşdu və bu sahədə çox səmərəli idilər. Analatik emal sistemlərində isə VBİS-lər kifayət qədər səmərəli və çevik deyillər. Bu baxımdan daha səmərəli çoxölçülü VBİS-lər hesab olunur.

Çoxölçülü VBİS dar çərçivədə ixtisaslaşdırılmış sistem olub, informasiyanın interaktiv analitik emalı üçün nəzərdə tutulur. Bu cür VBİS-lərə xas olan əsas anlayışlar bunlardır: verilənlərin aqreqatlaşması, statikliyi və proqnozlaşdırılması.


Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə