Verilənlərin aqreqatlaşması - onların müxtəlif səviyyələrdə ümumiləşdirilməsi imkanı deməkdir. İnformasiya sistemlərində təqdim edilən informasiyanın detallaşdırılma dərəcəsi istifadəçinin səviyyəsindən asılı olur, məsələn: istifadəçi-analitik, istifadəçi-operator, istifadəçi-idarəedici, istifadəçi-rəhbər.
Verilənlərin statikliyi verilənlərin və onlar arasındakı əlaqələrin yüksək səviyyədə dəyişməzliyini və onların vaxtla bağlılığını nəzərdə tutur. Verilənlərin statikliyi onların emalında xüsusiləşdirilmiş yükləmə, saxlama, indeksləşdirmə və seçmə metodlarından istifadə etməyə imkan verir.
Verilənlərin vaxtla bağlılığı sorğuda göstərilmiş vaxta və tarixə görə seçim aparmaq məqsədini güdür. Verilənlərin emalı və istifadəçiyə təqdim edilməsi prosesində vaxta görə nizamlanması informasiyanın saxlanması və seçilməsi mexanizminə müəyyən tələblər qoyur. Məsələn, sorğunun emalı vaxtını azaltmaq üçün verilənlərin hansı ardıcıllıqla tələb olunmasına uyğun qayda ilə nizamlanması məsləhətdir.
Dostları ilə paylaş: |