NİYƏ YAŞAYIRIQ?
Tanrı, sənə üz tutmağa üzümüz yох,
Qırağından tanınmağa bеzimiz yох,
Sözlər içrə sеçiləcək sözümüz yох,
Daha niyə yaşayırıq bu dünyada?!
Arхamızca gələnlərə izimiz yох,
Pеşman оlub döydüyümüz dizimiz yох,
Gələcəyi görmək üçün gözümüz yох,
Daha niyə yaşayırıq bu dünyada?
Qarabağda üzə gülən yazımız yох,
Хоş оvqatda çalınacaq sazımız yох,
Фəda üçün tоrpağımız, tоzumuz yох,
Daha niyə yaşayırıq bu dünyada?!
SƏNƏ DÖNƏRƏM
Ruhumun
dоğması, qəlbim əzizi,
Qоynunda qalıbdır ömrümün yazı.
Məni arzulasa tоzlu yоlların,
Bоynuma dоlansa həsrət qоlların,
Mənsiz qəribsəsə güllü bağların,
Kövrəlib ağlasa mənli çağların,
Хatirəmi ansa isti dоdağın,
Yоl üstə saçını yоlsa qоvağın,
Özüm оlmayanda хəyalım gəlsə,
Оnu qarşılayıb bağrına bassan,
Ruhumu
günəştək göyündən assan
Əsrlər ötsə də yеnə gələrəm.
Dünya
dağılsa da sənə dönərəm.
YORULMUŞAM
Yorulmuşam ya Rəbbim,
Daha qalmayıb səbrim.
Dostun xəyanətindən
Dərdə dəyanətimdən,
Layiq oldu-olmadı,
Böyüyə itaətimdən,
Bir kor bəxtə, kor eşqə
Müti ibadətimdən
İçimdəki ağrını gizlədən,
Üzümdəki yalançı səadətimdən,
Sadəlövh qəlbimin
Yersiz mərhəmətindən,
Yorulmuşam dünyanın
Nahaq hərəkətindən,
Ac millətin ağız dolusu
Danışılan bərəkətindən,
Bitməyən, tükənməyən
Yurd həsrətindən.
Yorulmuşam, bezmişəm,
Hər şeydən, hər şeydən,
Təkcə doya bilmədiyim,
Bezmədiyim bir ad var
Doymuram Azərbaycan adlı
Doğma məmləkətimdən.
YAŞAT MƏNİ
Təbriz həsrətilə doğulmuşdum,
Bu həsrətin odunda sümüyəcən yanmışdım.
Qarabağ həsrəti ilə yaşamalı,
Dünya boyda bu dərdi daşımalı oldum.
Bu həsrətlər bitənəcən,
Vüsal quşu ötənəcən,
Yaşat məni tanrım.
Təbrizin üzün görüm
Həsrətdən ağappaq ağarmış,
Yol olmuş saçın hörüm.
Basım odlu bağrıma,
Bu vüsalın sevinci
Məlhəm olsun ağrıma.
Qarabağa qaranəfəs
Dilimdə doğma səs
Əlimdə çiçək gedim.
Yurd həsrətindən, qəmindən
Qaçaq gedim.
Bütöv, azad vətənə
Ömrümü qurban verim.
Vətən güllərindən qəbrimin üstə sərim.
O gün gələnəcən
Yaşat məni Tanrım,
Yaşat məni.
VƏTƏNİN QOYNUNDA BİR
OĞUL YATIR
Vətənin dərdini basıb bağrına,
Vətənin qoynunda bir oğul yatır,
Könül, yana-yana belə çağırma,
Ayılda bilməzsən çox ağır yatır.
Azad bülbül idi vətən bağında,
Bəydi Qarabağın toy otağında,
Ömrünün ən gözəl, cavan cağında,
Düşübdür torpağa nə fağır yatır.
Səsinin yanğısı qəlbləri dələr,
Dərdli Qarabağı ah ilə bələr,
Gözləmə yolunu, umma ki, gələr,
Gəl çəkmə sınağa, nə çağır, yatır.
Əlli yaş nədir ki, insan çatmasın,
Heyif olar bu sevinci dadmasın,
Öldü ki, vətəni, eli atmasın,
Vətənlə qol-boyun nər oğul yatır.
Əlli də olacaq, səksən də, yüz də,
Həsrəti qalacaq baxışda, gözdə,
Bizi kökləyəcək muğamat üstdə,
Cismi torpağında qan-bağır yatır.
Elləri ovunur şirin səsində,
Muğamla ağladır elin yasında,
Ağdamın gül bağı Gülablısında,
Səxavət adında bir nağıl yatır.
ADSIZ ŞER
Buludun gözü tökülüb
Vaxt,bivaxt ağlamaqdan.
Yolların dizi bükülüb,
Ötəni, keçəni saxlamaqdan.
Dağların sinəsi dağlı
Yad tapdağı götürməkdən
Yurdların evi dağılır
İçəri dərd ötürməkdən.
ADSIZ ŞER
Səni yurd çağırır oba çağırır
Çadır şəhərinin qərib sakini
Göylər də üstünə töhmət yağdırır
Topla ürəyində nifrəti, kini.
Nifrətin gülləyə, bombaya dönsün
Çatlasın başında qarı düşmənin.
Həsrətlər qovuşsun el-oba gülsün
Bu dəfə sevincdən boğsun yaş məni.
ÇADIR ŞƏHƏRİNİ SEL APARIBDIR
Bu gecəki yağış ömrümə yağdı,
Gözümün yağışı içimə axdı,
Bu xəbər qəlbimdə əbədi dağdı,
Çadır şəhərini sel aparıbdır.
Kim yatdı bu gecə isticə, rahat,
Kimi ağrıtmadı bu dözülməz dərd,
Allahım, bu xalqın imdadına çat,
Çadır şəhərini sel aparıbdır.
Xəyalım çaşdırdı dağı, aranı,
Peşiman eylədim halım soranı,
Vətənin köksündən qara yaranı,
Çadır şəhərini sel aparıbdır.
Bu dərd şəhərinə bir dərd də gəldi,
Dözmədi naləyə göylər töküldü.
Yağan yağış deyil, qəm adlı seldi,
Çadır şəhərini qəm aparıbdır.
Fələk qan üstündən yenə qan etdi,
Kədər qanad açdı dərd bayram etdi,
Bəndə dözümünə göy üsyan etdi,
Çadır şəhərini sel aparıbdır.
Nifrət bayraq kimi qoy qaldırılsın,
Çadırlar elimdən yığışdırılsın,
Bu dərd şəhərinin ömrü qırılsın,
Deyək dərdimizi sel aparıbdır.
Dostları ilə paylaş: |