Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə24/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

67

Çox  vaxt  lampa  ilə  obyekt  arasındakı  məsafənin  dəqiqləşdirilməsi  fo kus­

laşdırılmayan şüa buraxan cihazın işıq gücünü azaltmaq üçün ən səmərəli yol­

dur. Ancaq tez­tez elə olur ki, bu məsafənin dəyişməsi mənfi törəmə effekti ya­

radır: işıqlanma bucağı və onunla bərabər estetik parametrlər də dəyişir. 

Şəkil 50. Tərs kvadrat qaydası



İşığı  seyrəldən  və  güzgüləndirən  cihazlar.  Studiyadankənar  çəkilişlərdə 

işıq miqdarını və keyfiyyətini dəyişmək üçün çox vaxt seyrəldicilərdən istifadə 

olunur. Peşəkar işıq cihazları onlara belə seyrəldiciləri quraşdırmaqdan ötrü xü­

susi yiv və ya çərçivələrlə təchiz edilir. Bunlar olmayanda paltarqurudan san­

caq lar da işə tam yarayır.

İşığın  faktik  gücünü  azaltmaq  və  rəng  temperaturunu  nəzərəçarpacaq  də­

rəcədə  alümin  pəncərə  toru  tutmaq  mümkündür.  Lazım  gəldikdə,  bu  toru  bir 

ne çə qat da bağlamaq olar. Satışdakı kütləvi istehsallı seyrəldicilər işığı daha 

incə və daha dəqiq müəyyənləşdirməyə imkan verir.

Bundan başqa müxtəlif güzgüləndiricilər var. Onlar çox sadə iş prinsipi ilə 

iş ləyir  və  asanlıqla  ev  şəraitində  də  hazırlana bilər.  Fabrik  istehsalı  olan  mo­

dellər əldəqayırma cihazlardan möhkəm olsa da, hər halda, onları evdə də dü­

zəltmək mümkündür: 3×4 futdan (1m×1,2 m) az olmamaqla, iri karton par çası 

və ya penoplast tapmaq lazımdır. Fabrik istehsalı olan güzgüləndiricilərin fərqi 

ondadır ki, bu modellər nə karton kimi əzilir, nə də penoplast kimi sınır. Hər 

halda  tutaq  ki,  bu  cihazı  evdə  hazırlayırsınız.  Karton,  ya  da  penoplast  par­

çasının bir tərəfinə qırışdırmamaq, həm də mümkün olduqca hamar olmaq şər­

tilə alümin folqa yapışdırın. Bu tərəf sərt işığı güzgüləndirəcək. O biri tərəfə isə 

kələ­kötür, ya da səthi əzilmiş folqanı yapışdırın. Həmin tərəfdə qayıdan işığı 

seyrəltmək  və  kölgə  konturlarını  yumşaltmaq  mümkün  olacaq.  Hər  iki  halda 

əks etdirilən işığın rəng temperaturu heç dəyişməyəcək.

Ağ rəngli penoplastın özündən də yaxşı güzgüləndirici alınır, o, əks et dir diyi 

işığı yumşaldır və adamların sifətindəki dərin kölgələri işıqlandırır. Ancaq hər 

gün istifadə edəndə ağ penoplast tezcə çirklənir, həm də sıxan kimi zə də lənir.




68

İşığı güzgülətmək və ya seyrəltmək üçün ağ döşəkağından da istifadə etmək 

olar. Ancaq bundan ötrü çox yüngül, həm də yığılıb­açılan çərçivə düzəltmək 

gərəkdir. Ayrı­ayrı kadrları çəkmək üçün döşəkağında deşik də açmaq olar.



Günlüklər  və  ipək  ələklər.  Hazırlıqlı  studiyadankənar  prodüserin  ehti ya­

tın da günlük (buna “blenda” da deyilir) və ipək ələklər olur.

Günlüklər – işıqkeçirməz tənəkələr – metal lövhələrdir. Müxtəlifölçülü be lə 

tənəkələrin tutacağı da olur. Günlüyü çəkiliş meydançasının bir hissəsinə köl gə 

salmaq üçün, döşəmə dayaqlarına və başqa avadanlığa bərkidəndə, bu tutqaclar 

köməyə çatır. Gərəksiz işıqdan qaçmaq, yaxud çəkiliş obyektini bir başa günəş 

şüasından qorumaq üçün çox vaxt günlükdən istifadə edilir.

İpək ələklər – ölçüsünə görə çox yekə seyrəldicilərdir. Ancaq havada çəkiliş 

zamanı işığın gücünü və rəng temperaturunu tənzim etmək üçün onlardan isti­

fadə edilir. İpək ələklər çəkiliş səhnəsinin üstündə talvar, yaxud tent kimi qu­

rulur və yuxarıdan düşən işığın qabağını kəsir. Gətirib quraşdırmaq və yerinə 

salmaq çox mürəkkəb olduğundan, onlardan yalnız ən bahalı çəkilişlərdə isti fa­

də edirlər. İşıq ələyi, ən yaxşı halda, bərabər işıqlanma yaratdığı tutqun hava 

şə raitini təmin etdiyi üçün, parlaq günəşli havada çəkilişi asanlaşdırır. Ən pis 

halda isə, çəkiliş səhnəsini kinokomediya səhnəsinə çevirir.

§16. Digər avadanlıqlar

Studiyadankənar  quruluşçuya  gərəkli  hər  hansı  avadanlıq  siyahısında  iki 

əvəz edilməz əşyaya həmişə rast gəlmək olur – yapışqanlı lentə və alümin fol qa­

ya. Yapışqanlı lentdən, hər yerdə istifadə etmək mümkündür: məsələn, heç cür 

çəkiliş  nöqtəsinə,  yaxud  işıq  sahəsinə  düzgün  çıxmağı  bacarmayanların  çək­

məsini  onunla  yerə  yapışdırmaq  olar.  Alümin  güzgüləyici,  eləcə  də  har dan sa 

sızan işığın qarşısını almaq üçün günlük kimi isifadə olunur. Yapışqanlı lent və 

folqa  götürmədən  çəkilişə  yollanmağa  cəsarət  edən  quruluşçu  rejissor,  ya xud 

operator əvvəlcədən gözünün altına almalıdır ki, həmin çəkiliş çox uzun çə kəcək.

Bir  vaxtlar  teleistehsalda  indi  populyarlığını  itirmiş  tutqun  aerozol  geniş 

tətbiq  edilirdi.  O,  xromlu  və  şüşə  səthlərinin  əksetdirmə  qabiliyyətini  azalt­

dığından vasitə sayılırdı. Həmin verilişlərin baş tutması üçün o vaxtlar hər cür 

güzəştə gedilirdi. Bu günün təcrübəli quruluşçusu obyektivdəki yersiz say rış­

malardan  qaçmaq  üçün  çəkiliş  və  işıq  bucağını  dəyişdirərək,  özündən  sonra  

xo şa gəlməz aerozol qoxusunu “yadigar” qoymur.

Nəhayət, studiyadankənar işıq üçün üçmilli­ikimilli şəbəkə qoşucuları, ya­

xud uzlaşdırıcılar mühüm rol oynayır. Peşəkar işıq cihazlarının elektrik ka bel­

lərinin hamısı bizə tanış olan üçdişli çəngəllərlə təchiz edilir. Ancaq keç mişdə 

tikilmiş bir çox binada indiyədək ikimilli çəngəllər üçün rozetkalar qalıb.

Texniki təhlükəsizlik tələblərinə görə, bütün elektrik avadanlığı etibarlı şə­

kildə  yerlə  birləşdirilməlidir  (yerə  ötürməsi  olmalıdır).  Üçmilli  çəngəllərdə 



69

üçüncü silindrvari milin vəzifəsi də məhz budur. Etibarlı yerəötürməsiz elektrik 

avadanlığı sıradan çıxa, avadanlığa toxunan adamı isə elektrik vura bilər. Heç 

bir halda üçmilli çəngəli ikimilli rozetkaya qoşmaqdan ötrü yerəötürmə milini 

çı xarıb atmaq olmaz.

Təcrübəli  stu diya­

dan kənar  quruluşçunun 

üstündə  həmişə  bu  cür 

üçmilli,  iki milli  qo şu­

cu lar  olur. Aparatınızın 

elektrik  kabelinin  üç­

mil li çəngəlinə belə qo­

şucuları  quraşdırandan 

son  ra, həmin qoşucunun naqilini və ya sıxaclarını elek trik rozetkasının üz qa­

pağının ortasındakı kiçik vintə birləşdirməyi unut mayın. Əgər rozetka gərə yin­

cə quraşdırılıbsa, bu naqil və ya sıxac avadan lığı nı zın etibarlı yerə ötür mə si ni 

tə min edəcək.

§17. İşıq aparatları ilə işlərkən təhlükəsizlik tədbirləri

İşıq aparatları ilə işlərkən texniki təhlükəsizliklə bağlı bir neçə əməli məs lə­

hətlə  tanış  olun.  Studiyadankənar  işıqdan  faydalanarkən  mütləq  texniki  təh lü­

kəsizlik qaydalarına əməl etmək lazımdır. Bundan ötrü ən yaxşısı odur ki, işığa 

nəzarət  məsuliyyətini  çəkiliş  qrupu  üzvlərindən  birinə  həvalə  edəsiniz. Təh lü­

kəsizlik qaydalarına əməl edilib­edilməməsini məhz o izləməlidir. Studi ya dan­

kənar şəraitdə işıq aparatlarından istifadə edərkən bunları yaddan çıxar ma yın.

1.  Elektrik  şəbəkəsini  yükləməyin.  Elektrik  cihazlarınızın  işlətdiyi  gücü 

həmişə  hesablayın  və  elektrik  şəbəkəsini  hesablandığı  güclə  müqayisə  edin. 

İmkanından artıq yüklənmiş şəbəkə, ən yaxşı halda, qoruyucuların yanması və 

ya xətkəsicilərin işə düşməsi ilə nəticələnir. Ən pis halda isə xətlər yana bilər.

2.  Bütün  kabellərin  etibarlı  şəkildə  torpağa  birləşdirildiyindən  əmin  olun. 

Hə mişə üçmilli çəngəlləri torpağa birləşdirilmiş rozetkalara taxın. Qoşu cu lar dan 

istifadə  edərkən,  onun  məftilinin,  yaxud  torpağa  birləşdirmə  sıxacının  ro zet­

kanın qapağındakı orta vintə birləşdirilib­birləşdirilmədiyini mütləq yox la yın.

3. Halogenli volfram lampalarına əlinizlə toxunmayın. Lampanın kvars şü­

şə sində barmaqlarınızın yağ ləkəsi qalarsa, həmin lampa partlaya bilər. Zəruri 

hal larda, məsələn, yanıq lampanı dəyişərkən, onu boş əllə yox, yumşaq əsgi və 

ya süngərlə tutun.

4. Həmişə işıq aparatlarının etibarlı quraşdırılıb­quraşdırılmamasından əmin 

olun. Döşəmə dayaqlarından istifadə edərkən, siyirmə teleskop millərinin yaxşı 

bərkidilib­bərkidilməməsini yoxlayın. İmkan varsa, döşəmə dayağını ya pışqan lı 

Şəkil 51. Qoşucular və elektrik rozetkası



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə