Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə27/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

76

ci haz, yaxud güzgüləyicinin köməyi və tamlaşdırıcı işığa ehtiyacı müəy yən ləş­

di rə biləsiniz.

Əks işıq (kontrajur)

Əks  işıq  iki  funksiyanı  görür:  incə  və 

parlaq  işıq  xətti  ilə  insanın  başını  və 

çiyinlərini  sezdirərək,  dərin  kadrın 

alınmasına  şərait  yaradır.  Əks  işıq  saç  dü­

zü münün,  yaxud  geyim  biçiminin  bil di ril­

mə sinə  çox  kömək  edir,  onları  fonda 

əriməyə qoymur. Obyektivə əks işığın cüzi 

hissəsi düşdüyü üçün, həmin işığı buraxan 

cihazın  parlaqlığı  rəsmləyici  işığın 

parlaqlığına  ya  bərabər,  ya  da  ondan  çox  olur.  Əks  işıq  qay nağı  obyektin 

arxasında, həm də xeyli yük səkdə yerləşdirilir. Bu qaynağı çəkilən ada mın başı 

üzərindən son dərəcə hün dür də quraşdıranda, həmin adamın saçları və bur nu 

çox işıltılı alınır. Bir az aşağıda yerləşdirəndə isə işıq bibaşa obyektivə dü şə rək 

bərq vuracaq. Bu işıq hətta kameranın ötürücü borusunu zədələyə bilər.

Əks işığın düzgün qurulması studiyadankənar işıqçıdan ötrü heç də asan iş 

deyil. İşıq cihazlarının əksəriyyəti döşəmə dayaqlarına bərkidildiyindən, çəkiliş 

obyektinin arxasında qoyulan əks işıq qaynağı kadra düşə bilər. Əgər bu çox 

mane olursa, döşəmə dayağını kadrdan çıxarmaq üçün ya cihazın, ya obyektin, 

ya da kameranın yerini dəyişdirmək lazım gəlir. Çox istifadə olunan iki başqa 

yol da var. Əks işığı dayaq üzərində bərkitmək çəkiliş ob yektinin başı arxa sın­

da asmaq mümkündür. Beləcə, onu kameranın görüm sa həsindən çıxarmaq olur 

(asdığınız cihazın möhkəm bərkidildiyinə əmin olmağı unutmayın). İkinci yol, 

adətən, “sıçrayan” işıqdan əks işıq key fiy yə tin də istifadə edilməsidir. İşıq ciha­

zını  otağın  tavanına  və  ya  obyektin  arxasındakı  divara  elə  yönəldin  ki,  işıq 

həmin  tavanın  və  ya  divarın  səthindən  obyektin  kürəyinə  sıçrasın.  Əgər  arxa 

divar güzgüləyici səth əvəzinə istifadə edilirsə, bu divarın kadra düşüb­düşmə­

məsinə diqqət yetirin. Əks halda, yəni divar kadra düş sə, onun parlaqlığı gö­

rün tüyə mane olacaq.

Çətinliklə qurulduğundan, studiyadankənar çəkilişlərdə tək­tək hallarda əks 

işıqdan yararlanırlar. Texniki dillə desək, obyektin fondan aralanması və dərin 

kadr yaradılması məsələlərinə bir­biri ilə bağlı olmayan məsələlər kimi baxmaq 

olar.  Düzgün  qurulmuş  əks  işıq  eyni  zamanda  hər  iki  məsələni  həll  etməyə 

imkan verir.

Şəkil 57. Kontrajurş



77

Motivləşdirilən və ya motivləşdirilməyən işıq

Ayrı­ayrılıqda  və  ya  bir  yerdə  götürsək,  rəsmləyici  və  əks  işıqlar  motiv­

ləşdirilməyən (məsələn, xəbərlər verilişinin aparıldığı studiyadakı kimi), ya da 

motivləşdirilmiş ola bilər. Motivləşdirilmiş işıq anlayışı studiyadankənar çəki­

liş yerlərini identifikasiya edən qaynaqlara; məsələn, pəncərədən düşən parlaq 

günəş işığına, küçə fonarınə, domna sobasından, qaynaq aparatından və yaxud 

nüvə reaktorundan gələn işığa aid edilir. Seyrçilər bu qaynaqların varlığını dərk 

edərək  (əlbəttə,  quruluşçu  operator  panoram  çəkilişin  və  ya  ünvan  planının 

köməyi ilə, bütövlükdə, çəkiliş yerini görməyə imkan verirsə), ya rəsmləyici, 

ya da əks işıq rolunda onların hakim mövqeyini qəbul edirlər.

Misal  üçün,  adi  masaüstü  lampanın  köməyi  ilə  işığın  motivləşdirilməsi 

prob lemini bu cür həll etmək olar: əgər lampanın üstündən işıq sızdıran abajur 

asılıbsa  və  ya  işıq  yaxınlıqdakı  çəkiliş  obyektinə  düşürsə,  kontrast  dia pa zo­

nunun bəlli hədləri pozulduğundan, ciddi vizual əngəl yarana bilər. Çəkiliş səh­

nəsi lampa işığını da nəzərdə tutursa, adətən, 15 vatlıq lampa taxılır (və rəng 

tem peraturu  dəqiqləşdirilir)  və  çəkiliş  səhnəsindən  kənarda  yerləşdirilmiş  yö­

nəl dici cihazlar tətbiq edilir. 

Arxa planda kölgələr

Kameranın  vəziyyəti,  öz  növbəsində,  işıq  cihazlarının  necə  yerləşəcəyinə 

təsir göstərir. Ona görə də prodüser çəkiliş nöqtəsini seçərkən, çəkiliş obyekti 

ilə fon arasında mümkün qədər uzaq məsafə saxlamağa çalışmalıdır. Bu məsafə 

nə  qədər  çox  olarsa,  obyektdən  arxa  divara  kölgə  düşməsi  ehtimalı  o  qədər 

azalır. Belə kölgələr seyrçi qavrayışında qeyri­təbii təsir bağışlayır və seyrçinin 

diqqətini çəkilişin məqsədindən çox, çəkiliş faktının özünə cəlb edir. Onu da 

yaddan çıxarmayın ki, çəkiliş aparılan kabinet və ya digər studiyadankənar yer­

lərin  sayı  nə  qədər  azdırsa,  görüntnün  keyfiyyətinə  təsir  göstərən  şeyləri  nə­

zarətdə saxlamaq bir o qədər çətindir.

Əgər  görüntünü  hər  bitkinləşdirmə  cəhdi  hər  hansı  törəmə  mənfi  effektlə 

bağlayırsa, yəqin ki, ən yaxşı yol – bütün diqqəti çəkiliş obyektinin sifətində 

cəmləşdirməkdir. Yerdə qalan detalları azacıq fokussuz da saxlamaq olar. Aşağı 

işıqlanma səviyyəsi buna şərait yaradır. Belə çəkiliş zamanı obyektivin dia fraq­

masını tam açmaq lazım gəlmir. Bu isə öz növbəsində dərin kəskinliyi azal dır.

Zaman və ovqatı bidirmək üçün fon işığından istifadə

Fon işığı bütövlükdə işıqqurmanın ən mühüm dəyişən tərkib hissələrindən 

biridir.  Onun  köməyi  ilə  çəkilən  səhnənin  zamanını  və  ovqatını  seyrçiyə  ye­

tirmək və seyrçi qavrayışına təsir göstərmək mümkündür. Fon işığını əks işıqla 

eyniləşdirməyin; əks işıq çəkiliş obyektini, fon  işığı isə arxa planı işıqlandırır.



78

Hamıya  məlumdur  ki,  işıq  baxımından  gündüz  və  gecə  bir­birindən  çox 

fərq lənir:  gündüz  –  işıq,  gecə  –  qaranlıq.  Əgər  telekamera  da  işıq  siqnalını 

insan gözü qədər effektli şəkildə işlədə bilsəydi, gecə işığı aldanışını yaratmaq 

nis bətən asan olardı – işığı söndürərdin, vəssalam. Təəssüf ki, işığı söndürəndə 

kameradan  yararlı  görüntü  almaq  olmur.  Peşə  fəaliyyətinə  təzə­təzə  başlayan 

bir çox quruluşçu operator arasında  ən geniş yayılan səhv işıqla gündüz çağını, 

qaranlıqla gecəni eyniləşdirmək, bir­birinə bərabər tutmaqdır.



Gecə illüziyası – aldanışı fon işığını nəzarətdə saxlamaq yolu ilə yaradılır.  

Hadisənin binanın içərisində baş verdiyi hallarda belə, gecə səhnəsinin qaranlıq 

arxa  planı  olmalıdır.  Gündüz  səhnələrinin  arxa  planı  isə  parlaq  işıq lan dırıl­

malıdır. İstər gündüz, istərsə də gecə səhnələri çəkiləndə arxa planın işıqlanma 

dərəcəsi əsas işığın minimal səviyyəsində olmalıdır. Ancaq gecə işığında daha 

çox kölgəli sahələr olur.

Oxşar yolla fon işığı  effektli şəkildə ovqat yarada bilər. Gündüz çağına xas 

olan işıqlı arxa plan daha həyatsevər ovqat yaradır. Digər tərəfdən isə qaranlıq fon 

kadrın kontrastını artıraraq ona nəsə vahiməli və ya sirli ruh gətirir. Hər iki halda 

ön planın işığı dəyişməz qala bilər. Ekrandan gördüklərimizin şən ko mediya və 

yaxud qanqaraldan dram olub­olmamasını fon işığının səciyyəsi üzə çıxarır.

§21. İşıqlanma problemləri

Planlaşdırma

Studiyadankənar işığın səriştəli və sürəkli təşkilinə alışmaq üçün müntəzəm 

praktika  tələb  olunur.  Praktika  zamanı  qarşıya  qoyulan  vəzifələrin  miqyasını, 

əsas nəzəri prinsiplərin tətbiq dərəcəsini, tapılması asanlıqla mümkün olan ava­

danlıq və materialların imkanlarını müəyyənləşdirmək, eləcə də çəkiliş yerin­

dəki işığın təbiət və keyfiyyətini diqqətlə dəyərləndirmək lazım gəlir. İstər əla 

şəraitli sinif otağı olsun, istərsə kafeteriya, yaxud benzindoldurma məntəqəsi – 

hər yerdə studiyadankənar çəkilişi planlaşdırmaq imkanı var. Hər bir mümkün 

natura üçün çəkiliş vəzifəsi müəyyənləşdirilir və bundan sonra quruluşçu ope­

rator həmin çəkiliş vəzifəsi ilə bağlı imkan və problemləri identifikasiya edir. 

Kamera və çəkiliş obyektlərini yerbəyer etmək sxemini, eləcə də təxmini işıq 

partiturasını və gərəkli material və avadanlığın geniş siyahısını hazırlamaq la­

zımdır. Avadanlığı praktikada istifadə etməzdən öncə, yaxşıca hazır lama lısı nız 

ki, ondan daha səmərəli faydalanasınız.

Avadanlıq verilərkən tutduğunuz planın səliqəli olub­olmadığını yoxlayın.  

Bütün zəruri dəyişikliklərin ətraflı yazılı qeydinin aparılması sizə yeni texniki 

üsullar tapmaqda kömək edəcək. Öz işinə belə əsaslı münasibət sayəsində te­

lequruluşçu,  optimal  avadanlıq  tapılmayanda  belə,  lazımi  videomonitordakı  

ye kun  görüntü  ilə  müqayisə  edən  teleoperator  istehsalat  problemlərini  müəy­

yənləşdirib həll etməyə, onları maraqlı yaradıcı imkanlara çevirməyə alışır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə