Vii L e m I l L



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə33/220
tarix05.02.2018
ölçüsü5,13 Mb.
#25096
1   ...   29   30   31   32   33   34   35   36   ...   220

69 

 

Sovet  qoşunlarının  İranda  keçirdiyi  sonrakı  hərbi  əməliyyatlarda 



Azərbaycan SSR-dən xüsusi bir qrup iştirak etmişdi.

7

 



Cənubi Azərbaycanda sovet təsirini yaymaq məqsədilə 1941-ci il sentyabrın 

21-də İran dövlətinin Azərbaycan ərazisində Azərbaycan SSR-dən səfərbər edilmiş 

partiya,  sovet,  hüquqmühafizə,  təsərrüfat  və  mədəniyyət  işçilərindən  ibarət  qrup 

Azərbaycan Kommunist Partiyası MK-nın üçüncü katibi, Təbrizdəki 47-ci ordunun 

Hərbi  Şurasının  üzvü  Ə.M.Əliyevin  rəhbərliyi  ilə  fəaliyyətə  başladı.

8

  Bu  qrupa 



Süleyman Rəhimov, Mirzə İbrahimov, Mustafa Quliyev və b. daxil idi.

9

 



1941-ci  ilin  sonuna  qədər  Bakıdan  -  Respublika  fondundan  yardım  olaraq 

Cənubi Azərbaycana 2548 ton qənd, 1371 ton un, 1814 ton buğda, 1494053 metr 

parça və ümumi dəyəri iki milyon manatlıq digər mallar göndərildi.

10

 



Cənubi  Azərbaycanda  fəaliyyət  göstərmiş  alman  firmalarının  əmlakı 

müsadirə edilib, SSRİ-yə göndərildi." 

Mətbuat,  redaksiya  qrupu  1941-ci  il  oktyabrın  11-dən  ərəb  əlifbası  ilə 

Azərbaycan  dilində  "Vətən  yolunda"  qəzetinin  nəşrinə  başladı.

12

  Urmiyədə 



Azərbaycan  dilində  "Qızıl  əsgər"  (redaktoru  Zülfəli  İbrahimov)  və  Rəştdə  fars 

dilində  "Sərbaz-e  sorx"  ("Qızıl  əsgər")  (redaktoru  Xasay  Vəzirov)  ordu  qəzetləri 

buraxılırdı.

13

 



Azərbaycandan  gəlmiş  həkimlər  əhaliyə  tibbi  yardım  göstərir,  sanitariya-

gigiyena  sahəsində  izahat  işləri  aparır,  malyariyaya  qarşı  geniş  tədbirlər  həyata 

keçirirdilər.

14

 



Sovet-İran  mədəni  əlaqələrinin  inkişafında  Azərbaycan  Respublikasının 

mədəniyyət  xadimləri  mühüm  rol  oynayırdılar.  İrana  qastrol  səfərinə  gəlmiş  ilk 

sovet  incəsənət  kollektivlərindən  biri  -  M.F.Axundov  adına  Azərbaycan  Dövlət 

Opera  və  Balet  Teatrı  Ü.Hacıbəyovun  "Koroğlu",  "Leyli  və  Məcnun",  "Əsli  və 

Kərəm",  M.Maqomayevin  "Şah  İsmayıl"  operalarını,  Ü.Hacıbəyovun  "Arşın  mal 

alan" 


musiqili 

komediyasını 

tamaşaçılara 

göstərmişdilər. 

Qastrolların 

müvəffəqiyyətlə  keçməsində  rejissor  İsmayıl  Hidayətzadənin,  dirijor  Niyazinin, 

balet  ansamblının  rəhbəri  Qəmər  Almaszadənin,    artistlərdən  Bülbülün,    Əlövsət 

Sadıqovun,  Həqiqət Rzayevanın böyük əməyi olmuşdu.

15

 1941-ci il oktyabrın 26-



da SSRİ xalq artisti Şövkət Məmmədova təbrizlilər qarşısında geniş konsertlə çıxış 

etmiş, 1942-ci il fevralın 20-dən aprelin 9-dək Rəşid Behbudovun İran qastrolları 

uğurla keçmişdi.

16

 Bakı kinostudiyasının istehsalı olan "Kəndlilər", "Bakılılar", "T-



9"  sualtı  qayığı"  bədii,  "Ordenli  Azərbaycan",  "Əbədi  Odlar  ölkəsi"  sənədli  və 

"Zoya",  "O,  Vətəni  müdafiə  edirdi",  "217  №-li  adam"  dublyaj  filmləri 

tamaşaçıların böyük rəğbətini qazanmışdı.

17

 



Cənubi  azərbaycanlılar  sovet  xalqlarının  faşizm  əleyhinə  mübarizəsinə 

ehtiramla yanaşır, SSRİ Müdafiə Fonduna, xüsusilə azərbaycanlılardan ibarət 416-

cı  Taqanroq  diviziyasına  pul  vəsaiti  toplanmasını  təşkil  edir,  müttəfiq  ölkə 



70 

 

yüklərinin  İrandan  Sovet  İttifaqına  pulsuz  daşınmasına  təşəbbüs  göstərirdilər. 



"İstgah-e  İran  trans"  nəqliyyat  təşkilatının  fəhlələri  birgünlük  əmək  haqlarını, 

Miyanədə  "İran-Sovet  trans"ın  fəhlələri  gündəlik  mədaxillərindən  bir  hissəsini, 

Təbrizdəki  "Pəşminə",  "Azərbaycan",  "Mümtaz",  "Qəzvini",  "Xosrovi" 

fabriklərinin  işçiləri,  İran  Culfası  əhalisi  416-cı  diviziyanın  fonduna  xeyli  vəsait 

keçirmişdilər.

18

 



Təbrizin  "Gülüstan"  bağında  məşhur  yerli  musiqiçilər  (müğənni 

Əbülhəsənxan  İqbal  Azər,  skripkaçı  Yeganə,  santur  çalan  Böyük  İbadi)  konsert 

proqramı  ilə  çıxış  edərək,  pul  və  qiymətli  əşya  toplamış,  sovet  ordusuna  yardım 

göstərmişdilər.

19

 

Sovet  təbliğatçılarının  siyasi  fəaliyyəti  nəinki  İran  hökumətini,  eləcə  də 



qonşu  dövlətləri,  o  cümlədən  onların  müttəfiqlərini  -  İngiltərə  və  ABŞ-ı  narahat 

edir, üçtərəfli Sovet-İran-İngiltərə danışıqlarına mane olurdu. 

SSRİ o vaxt çox əhəmiyyətli tranzit xidməti göstərən İranla və müttəfiqləri 

ilə  münasibəti  pozmamaq  üçün  İrandakı  siyasi  fəaliyyətini  bir  qədər  zəiflətməyə 

məcbur oldu. 

1942-ci  il  yanvarın  29-da  Tehranda  SSRİ-Böyük  Britaniya-İran  arasında 

ittifaq müqaviləsi bağlandı. Həmin ilin martında Azərbaycandan İrana göndərilmiş 

siyasi  işçilərin  əksəriyyəti  geri  çağırıldı.  1942-ci  ilin  ortalarında  burada  Bakı 

missiyasından  cəmi  84  nəfər  qalmışdı.

20

  Aprel  ayında  "Vətən  yolunda"  qəzetinin 



nəşri  dayandırıldı.

21

  1943-cü  il  noyabrın  28-dən  dekabrın  1-dək  ABŞ,  SSRİ  və 



Böyük  Britaniya  dövlət  başçılarının  Tehran  konfransında  qəbul  edilmiş  "İran 

haqqında  Bəyannamə"də  bütün  tərəflər  bu  dövlətin  ərazi  bütövlüyünün  qorunub 

saxlanmasına tərəfdar olduqlarını bildirdilər.

22

 



1944-cü ilin əvvəllərində beynəlxalq aləmdə və İranda yaranmış vəziyyətlə 

əlaqədar Sovet İttifaqı yenidən Cənubi Azərbaycan məsələsinə diqqəti artırdı. 

SSRİ XKS 1944-cü il martın 6-da "Cənubi Azərbaycan əhalisinə iqtisadi və 

mədəni  yardımın  gücləndirilməsi  tədbirləri  haqqında"  məsələ  müzakirə  edərək, 

əhəmiyyətli  qərar  qəbul  etdi.  Qərarda  siyasi  işçilərin  tərkibində,  diplomatik 

orqanlarda  çalışan  konsul,  vitse-konsul  və  konsulluğun  katibi  vəzifələrində, 

Tehrandakı  Sovet  səfirliyi  və  ticarət  nümayəndəliyində  çalışan  azərbaycanlıların 

sayını artırmaq, həftədə üç dəfədən az çıxmamaqla"Azərbaycan dilində ordu qəzeti 

nəşr  etmək",  Təbrizdə  pulsuz  "Azərbaycan  dilində  təhsil  verən  onillik  məktəb", 

"məktəbdə  kitabxana  -  oxu  zalı",  Cənubi  Azərbaycan  yazıçı  və  şairlərinin 

əsərlərinin  nəşri  və  əhali  arasında  yayılması  məqsədilə  avadanlıqla  yaxşı  təchiz 

olunmuş "Təbriz" mətbəəsi açmaq,  may-iyun aylarında  Azərbaycan Dövlət Dram 

Teatrının Cənubi Azərbaycan şəhərlərinə qastrolunu təşkil etmək, "Təbrizdə corab-

trikotaj fabriki", "Təbriz rayonunda nümunəvi aqrotexniki stansiya" yaratmaq kimi 

əhəmiyyətli məsələlər öz əksini tapmışdı.

23

 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə