Vii L e m I l L



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə31/220
tarix05.02.2018
ölçüsü5,13 Mb.
#25096
1   ...   27   28   29   30   31   32   33   34   ...   220

65 

 

şərəfinə  Moskvada  224  topdan  20  yaylım  atəşi  açıldı.  Ali  Baş  Komandanın 



əmrində  416-cı  diviziyanın  döyüşçülərinin  qəhrəmanlığı  xüsusi  qeyd  olunurdu. 

Diviziyanın  1054-cü  topçu  alayı  Qırmızı  Bayraq,  1374-cü  atıcı  alayı  Boqdan 

Xmelnitski, 1368-ci atıcı alayı III dərəcəli Suvorov, 444-cü top divizionu və 345-ci 

sanitar batalyonu Aleksandr Nevski ordenlərinə layiq görüldü. 1945-ci ilin yanvar-

mart  aylarındakı  döyüşlər  ərzində  416-cı  diviziyanın  1388  döyüşçüsü  orden  və 

medallarla təltif olunmuşdu.

159

 

Budapeşt  rayonu  istiqamətində  hərəkət  edən  223-cü  diviziya  Yuqoslaviya-



Macarıstan sərhədini keçərək, 4-cü qvardiya ordusunun tərkibində Budapeşt şəhəri 

uğrunda döyüşlərə başladı. Diviziyanın döyüşçüləri iki ay yarım ərzində Budapeşt 

yaxınlığında  almanların  50-dən  çox  ağır  hücumunu  dəf  etmişdi.  75-ci  atıcı 

Belqrad-Budapeşt korpusunun tərkibində iştirak edən 223-cü diviziya aprelin 13-də 

Avstriyanın  paytaxtı  Vyananı  azad  etdi.  Vyana  istiqamətində  hazırlanan  hücum 

əməliyyatlarından bir  ay əvvəl 223-cü diviziya  Avstriyanın 44  yaşayış  məntəqəsi 

və 4 şəhərini alman işğalçılarından azad etmişdi. Bu döyüşlərdə diviziya düşmənin 

4500  əsgər  və  zabitini  məhv  etmiş,  çoxlu  texnika  və  döyüş  sursatını  qənimət 

götürmüşdü.  Ali  Baş  Komandanlığın  əmri  ilə  diviziyaya  təşəkkür  elan  edilmişdi. 

Vyana  yaxınlığında  uğurlu  əməliyyatlara  görə  223-cü  diviziya  SSRİ  Ali  Soveti 

Rəyasət heyətinin Fərmanı ilə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu. 223-cü 

diviziya Mərkəzi və Cənubi Avropanın altı ölkəsinin - Rumıniyanın, Bolqarıstanın, 

Yuqoslaviyanın,  Avstriyanın,  Çexoslovakiyanın  azad  olunmasında  fəal  iştirak 

etmişdi.  Ümumiyyətlə,  müharibə  illərində  diviziya  10  min  kv.km  ərazini,  400 

yaşayış məntəqəsini, o cümlədən 19 şəhəri düşməndən təmizləmişdi.

160


 

Alman  faşistləri  ilə  döyüşlərdə  223-cü  diviziyanın  döyüşçüləri  45  mindən 

çox  alman  faşistini  məhv  etmiş  və  43800  nəfər  əsgər  və  zabiti  əsir  almışdılar. 

Diviziyanın döyüşçüləri düşmənin 28 təyyarəsini, 113 tank və döyüş maşınını, 549 

səhra  topunu,  311  minaatan  qurğusunu,  1152  pulemyotunu,  25  mindən  çox 

avtomaşınını məhv etmişdi.

161

 Yüksək döyüş məharətinə və igidliyə görə 20 nəfər 



azərbaycanlı  döyüşçüyə,  o  cümlədən  A.Vəzirov,  M.Vəliyev,  A.Quliyev,

 

M.Abdullayev, B.Mirzəyev, M.Cəbiyev,  X.Məmmədova Sovet İttifaqı Qəhrəmanı 



adı verilmişdi.

162


 

1945-ci  ilin  yanvarında  sovet  ordusunun  Polşaya  hücumu  zamanı  Ziya 

Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü 

uğrunda  qeyri-bərabər  döyüşdə  göstərdiyi  igidliyə  görə  təltif  edildilər.  Ziya 

Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi.

163


 

Sovet  qoşunları  1945-ci  ilin  aprelində  Berlinin  alınması  və  faşistlərin  son 

iqamətgahının  darmadağın  edilməsi  əməliyyatına  başladı.  Aprelin  17-də  416-cı 

diviziyanın  iki  piyada  batalyonu  295-ci  diviziyanın  hissələri  ilə  birlikdə  Nou-

Hardenberqi  faşistlərdən  azad  etdi.  Aprelin  20-də  diviziya  Klossordorfu,  21-də 



66 

 

Ştrausberqi  tutaraq



 

Berlinə  yaxınlaşdı,  aprelin  26-da  şəhərin  cənub-şərqindən 

Sileziya  vağzalı və Reyxstaq istiqamətində hücuma keçdi. 73-cü atıcı alay amansız 

döyüşlərdə faşistlərin müqavimətini qıraraq, mayın 1-də gündüz saat 3-də Kayzer 

sarayını  tutdu  və  üzərinə  Qırmızı  bayraq  sancdı.  Berlindəki  küçə  döyüşlərində 

göstərdikləri  qəhrəmanlığa  görə  baş  leytenant  Vaqif  Osmanov,  Q.İsmayılov, 

azərbaycanlı  qızlar  R.Əhmədova,  S.Bayramova,  N.Yəhyayeva,  T.Tahirova, 

S.Ağayeva, S.Xəlilova, L.Nəzirova yüksək mükafatlara layiq görüldülər. Mayın 2-

də  səhər 416-cı  diviziyanın bir qrup döyüşçüsü  leytenant A.Məcidovun başçılığı 

altında Brandenburq qapıları üzərində qələbə bayrağı qaldırdı.

164

 

Azərbaycan  xalqının  fəxri  olan  Qırmızı  Bayraqlı,  II  dərəcəli  Suvorov 



ordenli Taqanroq diviziyası Böyük Vətən müharibəsi dövründə Qafqazdan Berlinə 

qədər şanlı döyüş  yolu  keçmiş, 23 minə  qədər hitlerçini  məhv etmiş, 5474 nəfəri 

əsir  almış,  düşmənin  21  tankını,  195  topunu,  habelə  minlərlə  silah  və  sursatını 

sıradan çıxarmışdı. Diviziyanın 8 döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq 

görülmüş, 11 döyüşçü Lenin ordeni ilə təltif edilmiş, ümumiyyətlə, 14369 əsgər və 

zabiti SSRİ orden və medallarına layiq görülmüşdü.

165

 

Berlin uğrunda döyüşdə azərbaycanlılar qızıl ordunun digər birləşmələrində 



də  fəal  iştirak  edirdilər.  Sovet  İttifaqı  Qəhrəmanı  Əvəz  Verdiyevin  komandanlıq 

etdiyi rota Potsdam vağzalı yaxınlığında faşistləri müdafiə istehkamlarından vurub 

çıxarmışdı. 

Aprelin  26-da  Berlin  uğrunda  iki  saatlıq  döyüşdə  8  tank  və  204  hitlerçi 

məhv  edərək,  düşmən  hücumunu  pozmuşdu.  Başından  ağır  yaralanmış  komandir 

Yusif  Sadıxov  son  nəfəsinədək  döyüş  meydanını  tərk  etmədi.  O,  Berlin  uğrunda 

döyüşlərdə  xüsusilə  fərqləndiyinə  görə  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq 

görülmüşdü.

166

 

Hitlerçiləri  Berlində  sıx  halqaya  alan  I  Belorus  və  I  Ukrayna  cəbhələrinin 



qoşunları  alman  faşizminin  darmadağın  edilməsini  başa  çatdırdı.  Aprelin  30-da 

sovet  qoşunları  hitlerçilərin  son  müqavimətini  qırıb  Reyxstaqı  ələ  keçirdi  və 

üzərinə Qələbə bayrağı sancdı. 

1945-ci il mayın 8-də faşist Almaniyası Berlində qeyd-şərtsiz təslim aktına 

qol  çəkdi.  1945-ci  il  mayın  9-u  tarixə  sovet  xalqının  Qələbə  bayramı  kimi  daxil 

oldu. 


1945-ci  il  iyunun  24-də  Moskvada,  Qızıl  meydanda  Azərbaycan 

döyüşçüləri  nümayəndələrinin  də  iştirak  etdiyi  sovet  ordusunun  Qələbə  paradı 

keçirildi. 

Sovet  İttifaqı  1945-ci  il  avqustun  9-da  Yaponiyaya  müharibə  elan  etdi. 

Avqustun  10-da  Sovet  Hərbi  Qüvvələri  Mancuriya  və  Koreyada  yerləşən  yapon 

qoşunlarına  qarşı  döyüşlərə  başladı.  24  gün  davam  edən  döyüşlərdə  Azərbaycan 

xalqının  nümayəndələri  də  vuruşurdu.  223-cü  Azərbaycan  diviziyası  Uzaq  Şərqə 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə