Vii L e m I l L



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə28/220
tarix05.02.2018
ölçüsü5,13 Mb.
#25096
1   ...   24   25   26   27   28   29   30   31   ...   220

59 

 

H.Məmmədov, müxtəlif əsir düşərgələrindən qaçıb müqavimət hərəkatına qoşulan 



A.Kastryulin,  Ə.Baxışov  və  başqaları  döyüşlərdə  xüsusilə  fərqlənmişdilər. 

Ə.Əlimərdanov Çexoslovakiyanın beş orden və medalı ilə təltif edilmişdi.

129

 

Çexoslovakiya ərazisində fəaliyyət göstərən "Fakel", "Qrom", "Yan Qus" və 



başqa  partizan  dəstələrində  çoxlu  azərbaycanlı  döyüşçü  vardı.  M.İ.Şukayevin 

partizan  birləşməsindəki  azərbaycanlılardan  ibarət  Uritski  adına  partizan  dəstəsi 

Çexoslovakiya ərazisində fəaliyyət göstərdiyi müddətdə faşistlərlə 25 dəfə döyüşə 

girmiş,  7  dəfə  düşmən  qarnizonuna  hücum  edib,  hitlerçilərdən  246  nəfərini 

öldürmüş, 49 nəfərini əsir almış, 41 parovoz, 85 avtomobil, 21 təyyarə məhv etmiş 

və xeyli qənimət ələ keçirmişdi.

130

 

Hələ  müharibənin  əvvəllərindən  faşist  komandanlığı  hərbi  əsirlərdən  öz 



məqsədi  üçün  istifadə  etməyə  çalışırdı.  Moskva  ətrafında  məğlubiyyətdən  sonra 

alman-faşist hökuməti əsirlərdən köməkçi hərbi  hissələr təşkil etməyə başlamışdı. 

1941-ci  il  dekabrın  22-də  Hitler  əsirlərdən  xüsusi  hərbi  hissələr  yaradılması 

haqqında əmr verdi.

131

 

Başqa  milli  hissələrlə  yanaşı,  azərbaycanlılar  da  daxil  olmaqla,  Qafqaz 



müsəlmanlarından ibarət legion yaradıldı. 

Bu  məqsədlə  vətənlərindən  xaricdə,  mühacirətdə  yaşamağa  məcbur  olan 

Azərbaycanın  nüfuzlu  şəxsləri,  o  cümlədən  Məmməd  Əmin  Rəsulzadə  Berlinə 

dəvət  edilmişdi.  Azərbaycanlı  siyasi  mühacirlərin  əsas  məqsədi  Almaniya  qalib 

gələrsə,  onun  Azərbaycanı  müstəqil  dövlət  kimi  tanımasına,  habelə  hərbi  əsirlər 

arasından azərbaycanlıların tapılıb ölümdən xilas edilməsinə (faşistlər onları bəzən 

yəhudi hesab edərək öldürürdülər) nail olmaq idi. Alman rəhbərliyi ilə danışıqlarda 

siyasi mühacirlər öz əsas məqsədlərinə nail ola bilmədilər. Doğrudur, 1942-ci ilin 

axırlarında  Berlində  başqa  xalqlarla  bərabər,  azərbaycanlıların  xaricdəki 

nümayəndələrinin  də  yığıncağı  keçirildi.  1943-cü  ilin  baharında  Berlində  Milli 

Azərbaycan  Komitəsi  təşkil  edildi.  Lakin  Hitler  hökuməti  əməkdaşlıq  üçün 

gələcəkdə  Azərbaycanın  müstəqilliyinin  tanınmasını  əsas  şərt  kimi  irəli  sürən  bu 

komitəni  tanımadı.  M.Ə.Rəsulzadə  ölkəni  tərk  etməyə  məcbur  oldu.

132


  Lakin 

azərbaycanlı  əsirlərin  bir  hissəsi  ölümdən  xilas  olundu  və  əsirlərdən  ibarət  hərbi 

hissədə birləşdirildi. 

Qafqaz  müsəlmanlarının  hərbi  hissəsində  azərbaycanlılardan  ibarət  "Boz 

qurd", "Aslan", "Vətən", "Dönməz" və s. bölmələr vardı.

133


 

Onlarca  alman  hərbi  qərargahı  arasında  "Əlaqə  heyəti"nə  Fətəlibəyli-

Düdənginski (əvvəllər sovet  ordusunun  mayoru olub), Fuad  Əmircan,  Abbas bəy 

Ataməlibəyov  daxil  idilər.

134

  Başqa  milli  hissələr  kimi,  bu  hissələr  də  pis 



silahlandırılır,  onlara  kifayət  qədər  hərbi  təlim  keçirilmirdi.  Alman  hərbçiləri  bu 

hissələrin  döyüşçülərini  həqarətlə  "ikinci  növ"  əsgər  adlandırırdı.

135

  Qafqaz 



xalqlarından  təşkil  edilmiş  milli  legionlardan  Qafqaz  döyüşlərində  istifadə 


60 

 

olunmuşdu.



136 

Azərbaycanlılar  hərbi  əsir  düşərgələrində  və  bir  çox  hallarda  öz 

iradəsi əksinə  cəlb olunduqları hərbi  hissələrdə  gizli antifaşist təşkilatları  yaradır, 

mübarizəni  davam  etdirirdilər.  Hələ  Almaniyanın  "Ştrans"  düşərgəsində 

saxlanılarkən  Mehdi  Hüseynzadə,  Rza  Ağazadə,  Cavad  Həkimli,  Mirdamət 

Seyidov, Mikayıl Qulubəyov, Firudin Hüseynov, Cəmil İsmayılov və başqalarının 

rəhbərliyi altında antifaşist təşkilatı yaradılmışdı.

137


 

1943-cü  ildən  başlayaraq  faşist  komandanlığı  sovet  hərbi  əsirlərindən  və 

onlardan  təşkil  olunmuş  hərbi  hissələrdən  Avropanın  müxtəlif  ölkələrində 

partizanlara  qarşı  mübarizədə  istifadə  etməyə  çalışdı.  Bu  məqsədlə  1943-cü  ilin 

ortalarında onların bir hissəsi Şimal-Şərqi İtaliya ilə Triyestin sərhədinə gətirildi.

138


 

Hərbi  əsirlər,  hərbi  hissələrdəki  gizli  antifaşist  təşkilatların  üzvləri  qaçaraq 

Yuqoslaviya partizanlarına qoşulurdu. 

1943-cü  ilin  axırlarında  Tolmino  kəndi  yaxınlığında  30  nəfər  azərbaycanlı 

Qədir  İsgəndərov  və  Mixail  Arşanovun  rəhbərliyi  altında  faşist  gözətçilərini 

sakitcə aradan götürmüş və qaçıb partizanlara qoşulmuşdular. Bir neçə gün sonra 

Cabbar  Əliyev,  Qulamhüseyn  Əliyev  və  Novruz  Məmmədovun  rəhbərliyi  altında 

başqa bir dəstə qaçaraq partizanlarla birləşmişdi.

139

 

Azərbaycanlı partizanlar əvvəl Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci 



diviziyası  tərkibində  olan  İvan  Qradnik  adına  3-cü  zərbə  briqadasında 

döyüşürdülər. Sonralar isə xüsusi sovet partizan bölüyü yaradılmış, Cavad Həkimli 

onun komandiri, Miryaqub Ağalarov isə  komissarı təyin olunmuşdu. 1944-cü ilin 

yazında  sovet  partizanları  İtaliya  və  Slaven  partizanları  ilə  birlikdə  Otlitsa, 

Sepovan,  Çernı  Verx,  Serkino  və  Qodoviç  kəndlərinin  faşistlərdən 

təmizlənməsində  fəal  iştirak  etmişdilər.  1944-cü  ilin  əvvəlində  Yuqoslaviya  Xalq 

Azadlıq  Ordusunun  9-cu  korpusu  qərargahında  xüsusi  kəşfiyyatçılar  qrupu 

yaradıldı. Onun tərkibinə slovak partizanları ilə yanaşı, azərbaycanlı partizanlardan 

Mirdamət  Seyidov,  Tağı  Əliyev,  Ənvər  Məmmədov  da  daxil  edildilər.  Kəşfiyyat 

qrupuna  Mehdi  Hüseynzadə  başçılıq  edirdi.  Bu  kəşfiyyat  qrupu,  xüsusilə  onun 

komandiri  M.Hüseynzadə  -  "Mixaylo"  özünün  əfsanəvi  qəhrəmanlıqları  ilə 

Yuqoslaviyanın Adriatik dənizi sahillərində yaşayan bütün əhalinin dərin rəğbətini 

qazanmışdı. 

1944-cü ilin yazında partizanlar, xüsusilə də yaralılar tibbi ləvazimat, silah 

və ərzağın çatışmazlığı üzündən çətin vəziyyətə düşdükləri bir zamanda Mehdi çox 

cəsarətli bir əməliyyat keçirməyi təklif edir. Bir neçə partizan alman əsgər və zabiti 

formasını geyərək Triyest şəhərinin ticarət bankına daxil olur və Mehdi gözətçinin 

telefon  xəttini  kəsərək,  5  milyon  italyan  lirəsinin  bankdan  çıxarılıb  partizanlara 

verilməsinə imkan yaradır.

140


 

Mehdi  Hüseynzadə  tez-tez  alman  zabiti  hərbi  formasında  hərəkət  edirdi. 

Bəzən də onu kəndli, rəssam və mətbəə işçisi paltarında görürdülər. 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə