116
sisteminin nüfuzunu qorumaq,
ona xalqın inamının itməməsinin qarşısını almaq
məqsədilə siyasi kampaniya kimi planlaşdırılmışdı. Buna baxmayaraq,
bəraətvermə prosesi əslində humanist bir proses idi.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası, Azərbaycan SSRİ Ali
Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası cəzaya məruz qalanların
əksəriyyətinə bəraət verdi. Minlərlə azərbaycanlının üzərindən "xalq düşməni"
damğası götürüldü. Onların ailələrinin, övladlarının məruz qaldığı təqiblərə son
qoyuldu, hüquqları bərpa edildi. 1956-cı ilin ortalarından yüzlərlə dövlət, ədəbiyyat
və incəsənət xadiminə, o cümlədən S.M.Əfəndiyev, Q.Musabəyov, D.Bünyadzadə,
R.Axundov, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir
Çəmənzəminliyə və başqalarına bəraət verildi. Azərbaycan xalqının tarixi, dili,
folkloru və etnoqrafiyası baxımından çox qiymətli monumental dastanı "Kitabi-
Dədə Qorqud" və "həbs olunmuş" yazılı abidələr, əsərlər azad edildi, bəraət almış
şair və yazıçıların əsərləri yenidən çap olundu.
Bununla belə, minlərlə siyasi mübarizə, günahsız qurbana, habelə 20-30-cu
illərdə apardığı istiqlal mübarizəsi üstə təqib olunaraq xaricə getməyə məcbur
olmuş mühacirlərə bəraət verilmədi. Tarixi keçmişimizdən, türk xalqları
birliyindən bəhs edən bir çox əsərlər üzərindən qadağalar götürülmədi. Hüseyn
Cavidin "Topal Teymur", "Peyğəmbər" pyesləri yenə də qəsdən "unuduldu".
Azərbaycan tarixinin obyektiv şəkildə öyrənilməsinə cəhdlər mərkəz tərəfindən
qısqanclıqla qarşılanırdı. Hətta Sov.İKP MK yanında Marksizm-Leninizm
İnstitutunun təsdiq etdiyi "Azərbaycan KP tarixinin oçerkləri" əvəzinə
"Azərbaycan Kommunist Partiyası tarixi"nin (iki cilddə) yazılması haqqında bu
institutun AKP MK yanındakı filialı alimlərinin təşəbbüsünü Sov.İKP MK katibi
M.A.Suslov "millətçilik" təzahürü kimi qiymətləndirmişdi, Bakıya böyük bir
komissiya göndərilmişdi.
1959-cu ilin oktyabrında AKP MK xüsusi qərarla "partiya tarixi
ədəbiyyatında buraxılan səhvlərin" aradan qaldırılmasını tələb etmişdi.
Respublikanın ictimai-siyasi həyatında mövcud siyasi sistemin əsas
prinsiplərinə - təkpartiyalılığa, Kommunist partiyasının bütün siyasi təşkilatlar,
dövlət üzərində amirliyinə toxunmadan ictimai təşkilatların, xalq hakimiyyəti
orqanlarının fəaliyyətini nisbətən canlandırmaq üçün şərait yaradıldı. Bəzi operativ
məsələlərdə idarəçilik mərkəzdən yerlərə keçirildi. Yerli sovetlər iriləşdirildi. Kənd
sovetlərinin sayı azaldıldı. 1955-ci il seçkilərində deputatların sayı artırılıb, kənd
və qəsəbə sovetlərində 9-dan 15-ə, rayon sovetlərində 25-dən 35-ə çatdırıldı.
Deputatların ümumi sayı 3 min nəfər çoxaldı. Sovetlərin daimi komissiyaları 6
minə çatdırıldı. Onların işinə 33 min nəfərdən çox deputat - fəal cəlb edildi.
38
Lakin yenə də partiyanın sovetlər üzərində qəyyumluğu saxlandığı, istər ali, istərsə
də yerli sovetlərə seçkilər əvvəlki prinsiplərlə keçirildiyi, deputat korpusunun
117
əsasən mövcud siyasi sistemə, liderlərə arxa ola biləcək müti, icraçı, səriştəsiz
adamlardan formalaşdığı üçün bütün pillələrdən olan hakimiyyət orqanlarının
fəaliyyəti əvvəlki kimi formal xarakter daşıyırdı. Elə bu səbəbdən Sov.İKP MK-nın
"Zəhmətkeş deputatları sovetləri fəaliyyətini yaxşılaşdırmaq və onların kütlələrlə
əlaqəsini möhkəmləndirmək haqqında" 1957-ci il 22 yanvar qərarı
39
ilə əlaqədar
yerli sovetlərin təsərrüfat və mədəni quruculuq məsələlərinin həllində iştirakı,
seçicilərlə əlaqələri fəallaşdı.
Azərbaycan SSR Ali Sovetinin səlahiyyət dairəsi nisbətən genişləndi. 1956-
cı ildə Ali Sovetin sənaye, kənd təsərrüfatı, mədəni-maarif, səhiyyə və ictimai
təminat, tikinti və abadlıq komissiyaları yaradıldı. Məhkəmə quruculuğu
məsələləri, mülki və cinayət məcəllələrinin qəbulu respublikaların öz ixtiyarına
verildi. Rayon, şəhər, kənd və qəsəbə zəhmətkeş deputatları Sovetləri haqqında
yeni əsasnamələr qəbul edildi, onların hüquqları artdı.
40
50-ci illərin ortalarında partiya sıralarında 110 minədək üzv birləşmişdi.
41
Həmkarlar ittifaqı, komsomol təşkilatları, onların seçkili orqanları yenə partiyanın
ciddi nəzarəti altında fəaliyyət göstərirdi. Həmkarlar ittifaqlarına bəzi yeni
hüquqlar verilmişdi. Onlar 1958-ci ildən fəhlə və qulluqçuların əmək və məişət
şəraitini yaxşılaşdırmaq tədbirlərində, təsərrüfat planlarının hazırlanması işində
iştirak etmək, idarə rəhbərini dəyişdirmək məsələsini qaldırmaq, əmək
mübahisələrinin həllində qəti qərar vermək, əmək mühafizəsi və sığorta işlərini,
1960-cı ildən isə həm də sanatoriya və istirahət evlərini idarə etmək hüququ aldılar.
Lakin 600 minə qədər (1960-cı il) fəhlə və qulluqçunun üzv olduğu bu təşkilat
xalqın mənafeyinin həqiqi müdafiəçisinə çevrilə bilmədi. Sıralarında 333 min
(1960-cı il) oğlan və qızı birləşdirən komsomol təşkilatları da partiyanın diktəsi
altında işləyirdi.
42
Respublikada qadınlar şurası, könüllü xalq drujinaları, məhəllə, valideyn
komitələri, yoldaşlıq məhkəmələri kimi ictimai təşkilatlar fəaliyyət göstərirdilər.
1957-ci il martın 27-də Azərbaycan qadınlarının II qurultayı keçirilmişdi. Qurultay
ictimai-siyasi və təsərrüfat həyatında qadınların rolunu daha da canlandırmaq üçün
tədbirlər müəyyən etmişdi.
43
50-ci illərin ortalarında siyasi ab-havanın nisbətən yumşalması ilə əlaqədar
müttəfiq respublikalarda, o cümlədən Azərbaycan SSR-də milli dirçəliş meyilləri
mərkəzdə kök salmış şovinizmi çox narahat etmiş, onlara qarşı ciddi müqavimət
göstərilmişdi. 1956-cı ilin oktyabr-noyabr aylarında Macarıstanda baş vermiş
antisovet qiyamı da buna təsir göstərmişdi. N.S.Xruşşov hakimiyyətdə
möhkəmləndikdən, xüsusən Sov.İKP MK-nın 1957-ci il İyun plenumunda siyasi
rəqiblərini məğlub edib partiyadan və rəhbər vəzifələrdən uzaqlaşdırdıqdan, orduda
və Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyi təzələdikdən sonra partiya və