XIII-XIV əsrlərdə Azərbaycan memarlığı
Elxanilər dövrü orta əsr Azərbaycan memarlığı və şəhərsalma sənətinin inkişafında ən məhsuldar mərhələ
olmuşdur. XIII-XIV əsrdə Azərbaycanda iki yeni şəhər - Sultaniyyə və Xəzər dənizi yaxınlığında Qazan xan
tərəfindən Mahmudabad şəhəri salındı. Bu şəhərlərin salınmasında yerli memarlar yaxından iştirak etdilər.
XIII-XIV əsrlərdə Azərbaycanda memalıq daha da inkişaf etdi. Abşeron, Naxçıvan, Şirvan, Təbriz,
Abşeron memarları qiymətli sənət nümunələri yaratdılar.
XIII-XIV əsrlərdə Abşeron ərazisində aşağıdakı memarlıq abidələri - qalalar inşa edilmişdir:
•
Nardaran qalası.
•
Ramana qalası
•
Mərdəkanda dairəvi qala.
•
Mərdəkanda dördkünc qala.
XIII-XIV əsrlərdə Azərbaycanda Şərq memarlığına məxsus kubşəkilli, səkkizbucaqlı, qülləvari tikilmiş
türbələr meydana gəldi. Həmin türbələr aşağıdakılardı:
•
Sultaniyyədə Olcayut Xudabəndə türbəsi.
•
Bərdə türbəsi.
•
Qarabağlar türbəsi - Beştağ .
•
Naçıvanda Gülüstan türbəsi.
XIV əsrin əvvəllərində Təbrizdə inşa edilən
Əlişah məscidi ölçülərinə görə, o zamankı müsəlman aləminin
ən möhtəşəm məscidi idi. Divarlarının qalınlığı 3 metr olan bu abidə təbrizlilərin dar günündə etibarlı sığınacaq yeri
olduğu üçün “Ərk qalası” adını almışdı.
XIII-XIV əsrlərdə Azərbaycanda yeni salınan şəhərlər
QALALAR
Nardaran qalası.Ramana qalası. Mərdəkanda dördkünc qala.
TÜRBƏLƏR
Olcayut Xudabəndə türbəsi. Bərdə türbəsi. Qarabağlar türbəsi – Beştağ. Gülüstan türbəsi.
Sultaniyyə
Mahmudabad
Təbrizin simvoluna çevrilən Əlişah məscidi (Ərk qalası) Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin
vəziri olmuş zəngin tacir Tacəddin Əlişahın göstərişi ilə tikilmişdir. Səttarxan, Bağırxan və digər Təbriz
mücahidlərinin sığınacaqlarından biri olmuşdur. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası
ordusunun hücumundan xəsarət almışdır. Son zamanlar abidənin məhv olmaq təhlükəsi yaranmışdır.
Dünya muzeylərini bəzəyən sənət nümunələrimiz
XIII—XIV əsrlərdə Azərbaycanda incəsənət də inkişaf edirdi. Azərbaycan xalçaları dünya bazarlarında şöhrət
qazanmışdı. Xalçaçılıq sənəti ilə yanaşı, bədii miniatür sənəti də tərəqqi edirdi. Xalçaların ilmələrinə bəzək vuran
miniatür rəsmlər kitablara xüsusi gözəllik verirdi. Şərqin ən məşhur miniatür mərkəzlərindən biri Təbriz şəhəri idi.
Təbriz xalçaçılıq məktəbi bu dövrdə
Təbriz miniatür məktəbinin bədii xüsusiyyətlərini mənimsəyərək daha
yüksək səviyyəyə qalxdı. Təbriz xəttatlarının ərsəyə gətirdikləri əlyazma kitablar bu gün də dünya muzeylərində, o
cümlədən İstanbul şəhərindəki kitabxanalarda saxlanılır.
Təbriz metalişləmə sənəti sahəsində daha üstün mövqe tuturdu. Bunu aşağıdakı faktlar da sübut edir:
•
1319-cu ildə Yusif ibn Əhmədin hazırlaığı bədii kasa. Hal-hazırda London şəhərinin Viktoriya və
Albert muzeyində saxlanılır:
•
1399-cu ildə Əbdüləziz ibn Şərafəddin tərəfindən,
Əmir Teymurun sifarişi ilə düzəldilən
tiyan.
Hazırda Sank-Peterburq şəhərində saxlanılır.
XRONOLOGİYA
1220-1222
Cəba və Sabutayın rəhbərliyi ilə monqolların Azərbaycana kəşfiyyat xarakterli I yürüşü
1221
Monqolların Təbrizə və Gəncəyə uğursuz hücum etməsi
1222
Monqolların Şirvana hücumu
1225
Xarəzimşah Cəlaləddinin Azərbaycanı, o cümlədən Şirvanı tutması
1225-1231
Azərbaycanda Xarəzimşah Cəlaləddin dövlətinin mövcud olması
1225
Xarəzimşah Cəlaləddin tərəfindən Atabəylər dövlətinin varlığına son qoyulması
1231
Gəncədə Bəndər üsyanı.
1231
Azərbaycanda Xarəzmşah Cəlaləddinin hakimiyyətinin başa çatması
1231-1239
Cormağun noyonun başçılığı ilə monqolların Azərbaycana II yürüşü
1235
Gəncənin monqollar tərəfindən işğal olunması
1239
Monqolların Şirvanı və Dərbəndi ələ keçirməsi. Dərbənd şəhərinin tutulması ilə bütün
Azərbaycanın monqollar tərəfindən istilası və monqolların II yürüşü başa çatdı
1239-1256
Azərbaycanın Ali monqol xaqanlığının tərkibinə qatılması.
***
1256
Monqolların Azərbaycana III yürüşü. Monqolların III yürüşü nəticəsində Azərbaycanın Hülakülər
dövlətinin tərkibinə qatıldı
1256-1357
Beşinci Monqol Ulusu adlanan Hülakülər (Elxanilər) dövlətinin mövcud olması
1258
Bağdadın Hülakülər tərəfindən tutulması və Abbasilər xilafətinin süqut etməsi
1258-1265
Hülakü xanın hakimiyyəti
1259
Nəsirəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasının tikilməsi
XIII əsrin 60-cı illəri
Azərbaycan uğrunda Hülakülərlə Qızıl Ordu xanları arasında müharibələrin başlanması
1295
Qazan xanın Qarabağda padşah elan olunması
1295-1304
Qazan xanın hakimiyyəti.
1303
Qazan xanın fərmanıyla kəndlilərin bir yerdən başqa yerə getməsinin qadağan olunması.
XIV əsrin əvvəlləri
Təbrizdə Əlişah məscidinin (“Ərk qalası”nın) inşa edilməsi
1304-1316
Məhəmməd Olcayut xanın hakimiyyəti.
1316-1335
Əbu Səidin hakimiyyəti