Vii siNİf azərbaycan tariXİ


Ağqoyunlu tayfalarının mənşəyi və yaşadığı ərazilər



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə37/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

 

 

Ağqoyunlu tayfalarının mənşəyi və yaşadığı ərazilər  

Xalqımızın təşəkkülündə mühüm rol oynamış oğuz türklərindən olan ağqoyunlular əvvəllər Qafqaz dağları 



ilə  Araz  çayı  arasındakı  Azərbaycan  torpaqlarında  yaşayırdılar.  Erkən  orta  əsrlərdə  Azərbaycanın  cənubunda  da 

məskunlaşan  ağqoyunlular  Dəclə  və  Fərat  çaylarına  qədər  olan  ərazilərə,  eləcə  də  Şərqi  Anadoluya  qədər 

yayılmışdı.  Sonralar  onlar  Diyarbəkirdə  cəmləşmişdilər.  Müxtəlif  tədqiqatçılar  tayfanın  adını  onların  bayrağında 

təsvir olunan ağ qoç ilə bağlayırlar. Ağqoyunlulara məxsus qoç formasında tapılan məzar daşları bunu sübut edir. 

Ağqoyunluların  siyasi  birliyinin  başçısı  Bayandur  tayfasindan  olan  Pəhləvan  bəy  olmuşdur.  Mərkəzi  Diyarbəkr 

olan Ağqoyunlu bəyliyinin əsasını isə Qara Yuluq Osman bəy (1394-1434) qoymuşdu. 



 

Ağqoyunlu Osmanlı münasibətlərinin gərginləşməsi. Trabzon məsələsi 

1453-cü  ildə  Uzun  Həsənin  (1453-1478)  Ağqoyunlu  bəyliyinin  başına  keçməsi  ilə  Ağqoyunlular  daha  da 

gücləndilər.  Uzun  Həsən  vahid  və  qüdrətli  Azərbaycan  dövləti  yaratmaq  siyasəti  yeridirdi.  O,  gələcək  planlarını 

həyata  keçirmək  üçün  ilk  addım  olaraq  Azərbaycanda  hakimiyyətə  gəlməsindən  xeyli  əvvəl  Trabzon  imperiyası 

(1204-1461) ilə yaxınlaşıb dostluq və qohumluq əlaqələri yaratmış, .imperatorun qızı Feodora – Dəspinə xatın ilə 

evlənmişdi. Bunun nəticəsində geniş ticarət əlaqələri quran Ağqoyunlular  Trabzon vasitəsilə Qara dənizə əlverişli 

çıxış yolu da əldə etmişdilər.  

Bu  dövrdə  Qara  dənizdə  hegemonluq  etmək  istəyən  Osmanlı 

dövləti Ağqoyunlularm müttəfiqi olan Trabzonun işğalını planlaşdırdı. 

Osmanlı  sultanı  II  Mehmet    (1451-1481)  Ağqoyunlu  Uzun  Həsənlə 

mübarizəyə Trabzon üzərinə yürüşlə başladı. Sülh yolunu əsas tutan 

Uzun  Həsən  anasını    müdrik  və  uzaqgörən  qadın  olan  Sara  Xatunu 

danışıqlar  üçün  II  Mehmetin  hərbi  düşərgəsinə  yola  saldı.  O  zaman 

Sara  Xatun  bütün  Şərqdə  və  Avropa  ölkələrində  tanınan  yeganə 

diplomat qadın idi.  



 

 

 II Mehmetlə Sara Xatunun görüşü 

 

 



 

 

Ağqoyunlu 



dövlətinin 

bayrağı 

 

 



Qarabağdan 

tapılmış qoç formalı 

abidə 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Ağqoyunluların Diyarbəkirdə inşa 

etdikləri qala 


Qaynaqların  məlumatına  gərə,  II  Mehmet  Sara  Xatuni  hörmətlə  qarşılamış,  diplomatik  danışıqlar  zamanı 

onlar bir-birinə “ana”,”oğul” – deyə müraciət etmişdilər.  

Uzun Həsən Sara xatunu sultan II Mehmetin düşərgəsinə göndərərkən  onun qarşısına iki çətin vəzifə qoydu: 

1.

 

II Mehmeti mümkün qədər Trabzonu fəth etmək fikrindən döndərmək. 

2.

 

Osmanli sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmaq. 

Uzun Həsənin Osmanlı ilə sülh bağlamağa can atmasının səbəbi  Ağqoyunluların hələ kifayət qədər cüclü 



olmaması idi. 

Sara  Xatun  birinci  məsələnin  öhdəsindən  bacarıqla  gəldi.  Lakin  o,  ikinci  məsələ  olan  -  Trabzonun  işğalı 

planından Sultan II Mehmeti daşındıra bilmədi. I Mehmet Trabzon üzərinə yeridi. 1461-ci ildə Trabzon Osmanlılar 

tərəfindən tutuldu. Beləliklə, Osmanlılar tərəfindən Trabzonun fəth edilməsi nəticəsində: 

 

Ağqoyunlu dövləti müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu itirdi. 



 

Qara dənizdə Ağqpyunluların mühüm ticarət mərkəzi süqut etdi 

 

Ağqoyunlu - Osmanlı münasibətləri yenidən kəskinləşdi. 



itirdiyini görən Sara xatun öz gəlininin – Dəspinə xatunun Trabzon taxtına  varislik huququnu irəli  sürərək 

Trabzon xəzinəsini sultanla bölüşdürdü. Bundan sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı. 

 

Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə diplomatik əlaqələri 

Azərbaycan  tarixində  orta  əsrlərdə  Avropa  ilə  ilk  dəfə  ən  geniş  diplomatik  əlaqələr  yaradan  Ağqoyunlu 

dövləti olmuşdur. 

Avropa  dövlətləri  ilə  münasibətləri  davam  etdirən  Uzun  Həsən  Venesiya  respublikası,  Böyük  Moskva 



knyazlığı, Kipr krallığı, Rodos dövləti və başqa dövlətlərlə diplomatik əlaqələr yaratmışdı. 

Uzun Həsənin  Avropa ölkələri ilə geniş əlaqələr yaratmaqda əsas məqsədi aşağıdakılar idi: 



1.

 

Azərbaycanın beynəlxalq ticarət əlaqələrini və  ipək ticarətini sahmana salmaq. 

2.

 

Ağqoyunlu dövlətinin ordusunu müasir odlu  silahla təchiz etmək. 

3.

 

Osmanlıya qarşı birgə mübarizə aparmaq üçün müttəfiqlər tapmaq. 

Ağqoyunlu  sarayına  Avropadan  gələn  elçilərin  ardı-arası  kəsilmirdi.  Avropa  dövlətlərinin  əsas  məqsədi  isə 



qüdrətli Osmanlı imperiyasına qarşı Ağqoyunlulardan istifadə etmək idi. 

Ağqoyunlu dövlətinin daha  geniş  əlaqələr saxladığı  Avropa  ölkəsi  Venesiya respublikası  idi.    1472-ci  ildə 

Təbrizdə Venesiya hökuməti ilə Osmanlılara qarşı hərbi ittifaq bağlandı.  

 

 



 

 

 



 

 

Rodos dövləti 



 

Moskva knyazlığı 

 

 

Kipr Krallığı 



 

 

Uzun Həsənin diplomatik əlaqələr apardığı dövlətlər 



 

Venesiya 

 

Uzun Həsənin İtaliyalı rəssam 

tərəfindən çəkilmiş  portreti 

Uzun  Həsən  ...  4  noyabr  1474-cü  ildə  öz  qulamları  vasitəsilə  məni 

İosafat  Barbaro  (I.Barbaro  —  1471  —  1473-cü  illərdə  Uzun  Həsənin 

sarayında Venesiya səfiri olmuşdur) ilə birlikdə öz yanına çağırtdırdı. Onun 

olduğu otağa daxil olub onu öz məmurları ilə birlikdə gördük. Mən ölkənin 

adətinə  uyğun  olaraq,  onun  qarşısında  təzim  etdim,  səfərimin  məqsədini 

(məqsəd  Venesiya  və  Ağqoyunlu  dövlətinin  Türkiyəyə  qarşı  birgə 

mübarizəsini təmin etmək idi) izah etdim... Sonra o mənə öz məmurlarının 

yaxınlığında  olan  xalının  üstündə  oturmağı  əmr  etdi.  Bunun  ardınca  bizə 

oranın  adətincə  hazırlanmış  çoxlu  dadlı  yeməli  şeylər  verdilər...  Sonra  biz 

əlahəzrətlə xudahafizləşib öz mənzilimizə qayıtdıq. 

Zahiri  görünüşünə  görə  ona  (Uzun  Həsənə)  təxminən  70  yaş  vermək 

olar. O, zarafat etməyi xoşlayır, çox ünsiyyətcildir... 

Hündür boyludur, arıqtəhər və qırmızı sifətlidir... 

Uzun  Həsənin  hakimiyyəti  altında  olan  ölkə  çox  böyükdür.  Təbriz 

paytaxt və Uzun Həsənin iqamətgahıdır... 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə