Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə18/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

türklər İslamın təbliğatçısına çevrildilər. Dastanın ozan qəhrəmanı Dədə Qorqud Məhəmməd peyğəmbərin müasiri 

idi.  Hətta  dastanda  qeyd olunur ki, oğuz igidlərindən Peyğəmbəri görənlər də  olmuşdu.  Dastan qəhrəmanlarından 

biri olan Dəli Domrul müqəddəs kitaba — «Qurani- Kərim»ə əl basıb and içir ki, düşmənə qarşı döyüşəcəkdir. 

 

«Kitabi-Dədə Qorqud» Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı 



abidəsidir.  Elm  aləminə  XIX  əsrdən  məlum  olan  «Kitabi-Dədə 

Qorqud»un iki əlyazma nüsxəsi (Drezden və Vatikan) tapılmışdır. Bu 

dastanlar  islamdan  öncə  Azərbaycanda  baş  vermiş  hadisələrlə 

səsləşir.  Dastandakı  hadisələrin  əksəriyyəti  Dəmirqapı  Dərbənd, 

Bərdə,  Gəncə,  Əlincə,  Göyçə  gölü  və  s.  yerlərdə  cərəyan  edir. 

«Kitabi-Dədə  Qorqud»u  yazıya  köçürən  şəxs  Dədə  Qorqudu  bu 

dastanların  yaradıcısı,  həm  də  iştirakçısı  kimi  təqdim  edir.  «Kitabi-

Dədə Qorqud» yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və 

s.  haqqında  tarixi-etnoqrafik  məlumatla  zəngindir.  Soykökümüzü, 

tariximizi,  dövlətçiliyimizi  və  Azərbaycan  türkcəsini  öyrənmək 

baxımından  zəngin  mənbə  olan  «Kitabi-Dədə  Qorqud»  yalnız 

Azərbaycanın deyil, bütün türk dünyasının ölməz kitabıdır.  

HEYDƏR ƏLİYEV 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


AZƏRBAYCAN XI ƏSRİN ORTALARI – XIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ 

 

Azərbaycan Səlcuqların hakimiyyəti dövründə 

 

Səlcuq dövlətinin yaranması 

Səlcuqlar  oğuz  türklərinin  qınıq  boyundan  idilər.  Bu  tayfa  öz  adını  Səlcuq 



bəyin  adından  götürmüşdü.    Qəznəvilərin  işğalları  dövründə  səlcuqlar  Xorasan 

vilayətinə  köçdülər.  Səlcuqun  nəvələri  Toğrul  bəy    Çağrı  bəy  qısa  zamanda 

səlcuqları  birləşdirdilər.  Səlcuqlar  1038-ci  ildə  Nişapur  şəhərini  paytaxt  seçərək 



Toğrul  bəyin  (1038-1063)  başçılığı  ilə  dövlət  yaratdılar.  Toğrul  bəy  1040-cı  ildə 

sultan  elan  olundu.  Çox  keçmədi  ki  səlcuqlar  Mərv  şəhərində  toplanan  qurultayda 



Qərb və Şərq istiqamətlərində yeni torpaqlar tutmağı planlaşdırdılar. İran, Cənubi 

Qafqaz və Bizansa qarşı hücuma keçmək qərarı alındı. 

 

Azərbaycan torpaqlarının Səlcuq dövlətinin tərkibinə qatılması 

 

XI  əsrin  ortalarında  Səlcuq  qoşunları  Azərbaycana  doğru  yürüşə 

başladılar.  Çox  keçmədən  səlcuq  qoşunu  Xəzərin  cənubundakı  torpaqları 

tutdular  və  Arrana  daxil  oldular.  Səlcuqların  yürüşü  zamanı  Azərbaycanda 

aşağıdakı dövlətlər  mövcud idi: 

 

Rəvvadilər dövləti – hakimiyətdə Vəhsudan (1020-1059) idi. 



 

Şəddadilər dövləti hakimiyətdə Əbüləsvar Şavur (1050-1067) idi. 

 

Şirvanşahlar dövləti - hakimiyətdə I Fəribürz (1063-1096) idi. 



1054-cü  ildə    Sultan  Toğrulun  hərbi  qüvvələri  Təbrizi  tutdu  və  Rəvvadi  hökmdarı  Vəhsudan    səlcuq 

sultanına  tabe  olduğunu  bildirdi.  XI  əsrin  ortalarında  Rəvvadilər  səlcuqlar  tərəfindən  asılı  vəziyyətə  düşdükdən 

sonra Şəddadilər dövləti də səlcuqlardan asılılığı qəbul etdi.  Bundan sonra Sultan Toğrul Gəncəyə hücum etdi. Bu 

zaman  hakimiyyətdə  olan  Şəddadi  hökmdarı  Əbuləsvar  Şavur  da  müqavimət  göstərmədən  səlcuqlara  tabe  oldu. 

Rəvvadi  hökmdarı  Vəhsudan  və  Şəddadi  hökmdarı  Əbülüsvar  Şavur  səlcuqlarla  razılığa  gələrək  Bizansa  qarşı  

ittifaq yaratdılar. Rəvvadi və Şəddadi hökmdarlarının səlcuqlarla birlikdə gəldiyi razılığa  görə  Bizans torpaqlarına 

və onun təhriki ilə tez-tez Azərbaycan torpaqlarına hücum edən erməni-gürcü feodallarına qarşı birgə mübarizə 

aparmaq üçün birgə mübarizə aparmaq qərara alındı.  

Səlcuqların  Azərbaycan  torpaqlarını  asanlıqla  ələ  keçirməsinin  əsas  səbəbi  Ərəb  xilafətinin  tənəzzülündən 



sonra ölkədə mövcud olan dövlətlərin siyasi dağınıqlıq dövrü keçirməsi idi. 

 

 

XI əsrin 50-ci llərində səlcuqlardsn asılı vəziyyətə düşən Azərbaycan dövlətləri 

 

 

 

 

 

Səlcuqların Şirvanşahlar dövlətini tabe etməsi 

 

Səlcuq  türkləri  Şirvana  da  yürüş  edərkən  burada  ciddi  müqavimətlə  qarşılaşdılar.  Şirvanşahlar  12  il 

müqavimət  göstərdi.  Lakin  1066-cı  ildə  səlcuqlar  çox  böyük  çətinliklə  Şirvanşahlar  dövlətinin  müqavimətini 

qırdılar.  Şirvanşahlar  dövləti  1066-cı  ildə  Səlcuqlar  tərəfindən  işğal  edildi.  Səlcuqlar  tərəfindən  Şirvanşahlar 

dövlətinin işğal edilməsi nəticəsində: 

 



Şirvanşahlar dövlətində hakimiyyətdə olan I Fəribürz səlcuqlara tabe oldu. 

 



I Fəribürz şah titulundan məhrum edildi. 

 



Şirvanşahlar səlcuqlardan asılı vəziyyətə düşdü. 

 



Bütün Azərbaycan torpaqlarının Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılması prosesi başa çatdı. 

 

QEYD:  Səlcuqlara  tabe  olmaları,  Rəvvadi  hökmdarı  Vəhsudan,  Şəddadi  hökmdarı  Əbülüsvar  Şavur    və 

Şirvanşah hökmdarı I Fəribürzun fəaliyyətində oxşarlıq təşkil edir.  

Rəvvadilər 

Şəddadilər 

 

Səlcuq bəy 

 

Sultan I Toğrul 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə