Hülakü xanın hakimiyyəti (1258-1265)
Elxanilər dövlətinin əsasını qoymuş və onun ilk hökmdarı olmuş Hülakü xanın
hakimiyyəti dövründə:
Köçəri feodallara arxalanaraq vilayətlərin idarəçiliyini və hərbi-siyasi işləri
əmirlərə həvalə etdi
Qısa vaxtda güclü və mərkəzləşmiş dövlət yaratdı.
Azərbaycanın
şimal
hissəsində
şimal
sərhədlərinin
mühafizəsini
möhkəmləndirmək məqsədi ilə güclü monqol hərbi dəstələri məskunlaşdırıldı
Azərbaycan torpaqları uğrunda Hülakü və Qızıl Ordu arasında müharibələr
başlandı.
Qazan xanın hakimiyyəti (1295-1304)
Hülakü xanın ölümü hakimiyyət uğrunda gedən mübarizəni gücləndi. 1295-ci
ildə Qazan xan
Qarabağda özünü padşah elan etdi. Uzunsürən mübarizədən sonra
Elxani taxtına çıxan Qazan xan (1295—1304) bu münaqişəyə son qoydu. Beləliklə
Hülakülər dövlətində hakimiyyət uğrunda gedən mübarizə Qazan xanın hakimiyyətə
gəlməsi ilə nəticələndi. Qazan xan hakimiyyətə gəldikdən sonra dərhal aşağıdakı
tədbirləri həyata keçirməyə başladı:
Ölkədə baş verən qiyamların hamısını yatırdı.
İslam dinini dövl
ət dini elan edib özünə Mahmud təxəllüsünü götürdü.
Hülakü dövlətini iqtisadi
böhrandan xilas etmək üçün islahatlar keçirdi.
Əbu Səidin hakimiyyəti (1316-1335)
Qazan xanın ölümündən sonra Hülakülər dövlətində mərkəzi hakimiyyət bir müddətdən sonra zəiflədi.
Qazan xandan sonra Hülakülər dövlətinin taxt-tacına onun qardaşı Məhəmməd Olcayut daha sonra isə Olcayutun
oğlu Əbu Səid (1316-1335) gəldi. Azyaşlı Əbu Səid dövlətin idarəsində yaxından iştirak edə bilmədiyi üçün
Məhəmməd Olcayut vəsiyyət etmişdir ki, dövlətin idarəsi Sulduz qəbiləsindən olan baş əmir Çobana həvalə
olunsun. Odur ki, Əbu Səid hakimiyyətə gəldikdən sonra Hülakü dövlətini Əmir Çoban idarə etməyə başladı. Onun
hakimiyyətdəki ağalığı digər feodal quruplarının narazılığına və mərkəzi hakimiyyətə qarşı çıxışlara səbəb oldu.
Ölkədə feodal çəkişmələri gücləndi. Əmir Çobana qarşı qiyamlar başladı. Artıq gənc yaşına çatmış Əbu Səid
qiyamları yatırmaq üçün şəxsən döyüşlərə girirdi və qiyamçılarıınn qoşunlarını məğlubiyyətə uğratdı. Buna görə ona
«Bahadır» ləqəbi verildi.
Bundan sonra Əbu Səid Əmir Çobana qarşı mübarizəyə başladı. Əbu Səidin Əmir Çobana qarşı mübarizəyə
başlamasının səbəbi bunlar idi:
1.
Əmir Çoban və onun oğlanlarının dövlət idarəçiliyində yüksək mövqe tutması
2.
dövlətin idarəsini bütövlükdə Əmir Çoban və onun oğlanlarının əlinə alması
Əbu Səid Əmir Çobana qarşı çıxan feodalları öz ətrafında birləşdirərək 1328-ci ildə əmir Çobanı və onun
oğlanlarından ikisini edam etdirdi. Lakin feodal şəkişmələri daha da gücləndi və səngimək bilmədi.
Çobanilərin Hülakü səltənətini ələ keçirməsi
1335-ci ildə Əbu Səid arvadı tərəfindən zəhərlənərək öldürüldü. Əbu Səidin ölümü ilə Hülakü dövləti
getdikcə tənəzzülə uğradı. Qızıl Ordu qoşunlarına ölkənin içərilərinə soxulmağa şərait yaratdı. Dövlətin süqutu
daxili və xarici qarşıdurmalar nəticəsində sürətləndi. Hakimiyyətə sahiblənmək uğrunda müxtəlif quruplar arasında .
«Hülakü səltənəti uğrunda» mübarizə qızışdı.
Əbu Səid hələ sağlığında əmir Çobanı və onun oğlanlarından ikisini edam etdirsə də, onun ölümündən sonra
Çobanilər Hülakülər dövlətinin zəifləməsindən istifadə edərək hakimiyyət uğrunda mübarizəyə qoşulan
ən qüdrətli
feodal qrupa çevrildilər
. «Hülakü səltənəti uğrunda» Çobanilərlə yanaşı
Cəlairilər və
Şirvanşahlar da mübarizə
aparırdı. Bu mübarizədə nisbətən güclü olan çobanilər dövləti Hülakü şahzadələrinin adından idarə edirdilər. Lakin
Çobani əmirləri müstəqil, Hülakülərdən heç bir asılılığı olmayan dövlət qura bilmədilər. Hülakülər dövlətində
Hülakü xan
Qazan xanın İslam dinini
qəbul edib taxta çıxması
çobanilərin ağalığına və zülmünə qarşı üsyanlar baş verdi. Ağır həyat sürən əhalinin tez-tez keçirdiyi üsyanları
Çobanilər zorla yatırırdı.
Çobani zülmündən xilas olmağa çalıçan Azərbaycan əhalisi çıxış yolunu Qızıl Ordu xanı Canı bəyə müraciət
etməkdə gördü. 1357-ci ildə Canı bəy Təbrizə gələrək Çobanilərin hakimiyyətinə son qoydu. Hülakü dövləti süqut
etdi.
Azərbaycan uğrunda Hülakülərlə Qızıl Ordu arasında müharibələr
Hülakülər dövlətinin yarandığı ilk vaxtlarda,
Hülakü xanın hakimiyyəti dövründən başlayaraq Hülakülərlə
Cuci nəslindən olan Qızıl Orda xanları arasında Azərbaycan ərazisi uğrunda müharibələr gedirdi. Çünki, Hülakülər
dövlətinin Qızıl Ordu xanları ilə Azərbaycanda mənafeyi toqquşurdu. Hülakülərlə Qızıl Orda xanları arasında gedən
müharibələrin əsas səbəbi Qızıl Ordu xanlarının Monqol dövlətinin yaradıcısı Çingiz xanın vəsiyyətinə görə,
Azərbaycan torpaqlarının Cuci ulusunun payına düşməsini iddia etməsi idi. Odur ki, Hülakülərinin
Azərbaycanda hökmranlığının başlananması ilə Qızıl Ordu xanları tez-tez bu ərazilərə hücumlar edirdilər. Hülakü
xan və ondan sonra gələn davamçıları isə bu yürüşləri dəf etməyə çalışırdılar.
Hülakülər dövləti Qızıl Ordunun ən böyük və dağıdıcı hücumuna 1335-ci və 1357-ci ildə məruz qaldı. 1335-
ci ildə Özbək xanın başçılıq etdiyi Qızıl orduların yeni hücumlarına məruz qaldı.
Əbu Səid 60 min nəfərlik
qoşunla Arrana gələrək Qızıl Ordu xanı Özbək xanı məğlub edərək onu geri çəkilməyə məcbur etdi. Lakin Əbu
Səidin zəhərlənərək öldürülməsindən istifadə edən Özbək xan yenidən hücuma keçərək Kür çayına kimi irəlilədi.
Yeni taxta çıxan Arpa xan (1335-1336) Qızıl orduluları ölkədən qova bildi. 1335-ci ildə Özbək xanın qoşunugeri
çəkildilər, burada Şirvanda bütün silahlarını və əmlaklarını atdılar, təcili qaçmağa başladılar... Dərbəndə kimi
qaçdılar, oradan isə öz ölkələrinə getdilər» (Həmdullah Qəzvini).
Qızıl Ordu hökmdarı Canı bəyin Azərbaycana hücumu. Hülakü dövlətinin süqutu
1357-ci ildə Qızıl Ordu xanı Canı bəyin Azərbaycana yürüşü baş verdi. Canı
bəyin yürüşü nəticəsində:
•
Təbrizə əhalisinin köməyi ilə Canı bəy hakimiyyəti ələ aldı
•
Hülakülər dövləti süquta uğradı
•
Azərbaycanda Qızıl Ordunun hakimiyyəti quruldu
•
Azərbaycanda çobanilərin ağalığına son qoyuldu.
•
Çobanilərin Hülakülər dövlətinin mühafizəsi uğrunda apardığı mübarizəyə
son qoyuldu.
Canı bəy öz ölkəsindəki gərgin vəziyyətlə əlaqədar olaraq oğlu Bərdi bəyi
Təbrizdə səltənətə qoyub, Qızıl Ordaya qayıtdı. Lakin Bərdi bəy atası Canı bəyin qəfil
ölümü ilə əlaqədar olaraq Təbrizdən getməli oldu. Beləliklə, Canı bəyin qəfil ölümü
Qızıl orduluların Azərbaycanı tərk etməsilə nəticələndi. Bu fürsətdən istifadə edən
Cəlairilər dövləti Azərbaycana hücum edərək ölkəni özünə tabe etdi.
XIII – XIV əsrlərdə Azərbaycan uğrunda müharibə aparan dövlətlər
Qızıl Ordu dövləti
Hülakü dövləti
Canı bəy