Azərbaycan torpaqlarının Cəlairilər dövlətinin hakimiyyəti altına düşməsi
Cəlairilər Hülakü xanın yürüşü dövründə Azərbaycana köçən monqol qəbiləsi idi. Cəlairilər tez bir vaxtda
qüvvətlənməyə başladılar. Hakimiyyətə sahiblənmək istəyi onların mübarizəsini daha da gücləndirirdi. Cəlairilər
Hülakü səltənətinə yiyələnmək uğrunda mübarizədə Çobanilərə məğlub olaraq Bağdada çəkildi və Şeyx Həsən
Cəlairinin (1340-1354) başçılığı ilə
1340-cı ildə
Bağdadda Cəlairilər dövlətini yaratdı.
1357-ci ildə Qızıl Ordu hökmdarı Canı bəy
Hülakülər dövlətinə son qoyub Azərbaycanda
hakimiyyəti ələ aldıqdan sonra idarəçiliyi oğlu
Bərdi bəyə tapşırdı. Bərdi bəy atasının ölüm
xəbərini eşidəndən sonra ölkəni tərk etməli oldu. Bu
zaman Cəlairilər dövlətində Şeyx Həsən Cəlairidən
sonra hakimiyyətə gəlmiş Şeyx Üveys (1354—
1374) bu fürsətdən istifadə edərək Azərbaycanı
dövlətinin tərkibinə qatmağa çalışdı. Bu məqsədlə
Şeyx Üveys 1358-1359-cu ildə Azərbaycana
hücum etdi. Şeyx Üveysin Azərbaycana yürüşü
nəticəsində:
Təbrizi tutdu və Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı.
Şirvan ərazisini
tutaraq Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə saldı.
Beləliklə Şeyx Üveysin hakimiyyəti dövründə:
Şeyx Üveys hakimiyyəti dövründə:
Azərbaycana Cəlairilər dövlətinin tərkibinə qatıldı.
Şirvanşahlar dövləti Cəlairilərdən asılı vəziyyətə düşdü.
Paytaxt Bağdaddan Tərbizə köçürüldü.
Mərkəzi idarə sistemini möhkəmləndirdi.
Şeyx Üveysin ölümündən sonra hakimiyyəti idarə etmək Cəlairilər üçün çətinləşdi.
Feodal pərakəndəliyi və
hakimiyyətə qarşı çıxışlar ölkəni zəiflətməyə başladı.
Şeyx Üveysdən sonra hakimiyyətə Sultan Hüseyn (1374-1382) gəldi. Sultan Hüseynin dövründə:
Ölkədə feodal fərakəndəliyi gücləndi.
Mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı.
Sultan Əhmədin (1382-1410) hakimiyyəti
dövründə:
Cəlairilər dövlətində feodal ara müharibələri
davam etdi
Ölkənin ictimai və siyasi həyatında elə də əhəmiyyətli
dəyişiklik baş vermədi
II Şənbi-Qazan döyüşündə Qara Yusifə məğlub oldu
1410-cu ildə Cəlairilər dövləti, Qaraqoyunlu dövləti tərəfindən süquta uğradıldı
Belə bir vaxtda hakimiyyəti Sultan Əhməd (1382—1410) ələ keçirdi və taxt-tacına sahib oldu. Sultan
Əhməd vəziyyəti düzəltməyə çalışsa da, feodallar arasındakı mübarizə və ölkəyə olan işğalçı yürüşlər ona bu
istəyini reallaşdırmağa imkan vermədi. Beləliklə, Sultan Əhmədin hakimiyyəti dövründə:
Cəlairilər dövlətində feodal ara müharibələri davam etdi.
Ölkənin ictimai və siyasi həyatında elə də əhəmiyyətli dəyişiklik baş vermədi.
II Şənbi-Qazan döyüşündə Qara Yusifə məğlub oldu.
1410-cu ildə Cəlairilər dövləti, Qaraqoyunlu dövləti tərəfindən süquta uğradıldı.
Cəlairilər sülaləsi
Şeyx Həsən (1340-1354)
1340-cı ildə Bağdadda Cəlairilər dövlətini yaratdı
Şeyx Üveys (1354-1374)
Təbrizi tutaraq Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı
Sultan Hüseyn (1374-1382)
Ölkədə feodal fərakəndəliyi gücləndi
Sultan Əhməd (1382-1410)
Ölkədə feodal ara müharibələri davam etdi
Toxtamış xan və Əmir Teymurun Azərbaycana yürüşləri. Əlincə qalasının müdafiəsi
XIV əsrin 80-cı illərində Azərbaycan Əmir Teymurun və Qızıl Ordu hökmdarı
Toxtamış xanın dağıdıcı yürüşlərinə məruz qaldı və onların mübarizə meydanına çevrildi.
1385-ci ildə Əmir Teymur qoşunu ilə Azərbaycana yürüş etsə də, burada çox qala
bilməyib geri qayıtdı. Əmir Teymur 1385-ci ildə Azərbaycana yürüş etdi. Lakin Mərkəzi
Asiyada baş vermiş hadisələrlə əlaqədar olaraq yürüşü yarımçıq qoyaraq geri qayıtdı. Bu
zaman Azərbaycan Cəlarilər dövlətinin tərkibində idi. Sultan Əhməd Əmir Teymurun yürüşü
zamanı ona qarşı müqavimət göstərə bilməyərək Bağdada qaçdı və ölkəni başsız qoydu.
Əmir Teymurun geri çəkilməsindən və Sultan Əhmədin Bağdada qaçmasından fürsət kimi
istifadə edən Qızıl Ordu xanı Toxtamış xan Azərbaycana yürüşə başladı. 1385-ci ildə
Toxtamış xanın Azərbaycana hücumu nəticəsində Təbriz və digər əraziləri zəbt edib çoxlu
qənimət ələ keçirərək öz ölkəsinə qayıtdı.
Azərbaycan 1386-cı ilin baharında Əmir Teymurun birinci - “üçillik yürüşü”nə
məruz qaldı. Bu yürüş zamanı Təbriz şəhəri tutuldu. Cəlairi əmirlərinin əsas hissəsi
Bağdada, bir qismi isə Əlincə qalasına qaçdı. Əmir Teymurun Azərbaycana “üçillik
yürüşü” nəticəsində, Əlincə qalası istisna olmaqla Naxçıvanadək bütün Azərbaycan
torpaqları onun tərəfindən tutuldu. 1386-cı ildə Teymur Qarabağda olan vaxt Şirvanşah I
İbrahim qiymətli hədiyyələrlə onun hüzuruna gedərək müqavimət göstərmədən ona itaət
etdiyini bildirdi və onunla ittifaq bağladı.
Teymur Azərbaycan tutduqdan sonra onun
idarəsini oğlu
Miranşaha tapşıraraq paytaxt Səmərqəndə geri döndü. Əmir Teymurun
Azərbaycanı asanlıqla işğal etməsinin səbəbi – ölkədə ona qarşı müqavimət göstərə biləcək
vahid dövlətin olmaması idi.
1392-ci ildə Əmir Teymur
ikinci dəfə Azərbaycana yürüş edərək Təbrizə daxil oldu.
Bu zaman Cəlairi əmirləri Əlincə qalasına sığınmışdılar və Teymura tabe olmamışdılar.
Teymur Əlincəyə güclü qoşun göndərsə də qalanı tuta bilmədi. Teymur ikinci yürüşü zamanı
Gürcüstanı zəbt etdi və Şəki hakimi Seyid Əlini itaətə gətirdi. Beləliklə, Əmir Teymurun
Azərbaycana ikinci yürüşü nəticəsində də, Əlincə qalası istisna olmaqla bütün
Azərbaycanı Teymurilər zəbt etdi. Əmir Teymurun Əlincə qalasını uzun müddət tuta
bilməməsinin səbəbi qalanın strateji mövqedə yerləşməsi və yaxşı müdafiə olunması idi.
Odur ki, Əlincə qalası Cənubi Qafqazın, o cümlədən Azərbaycanın yerli feodallarının
Teymurilərə qarşı mübarizənin əsas dayağına çevrildi. Əlincə qalası 14 il mühasirədə
qalandan sonra zəiflədi və 1400-cü ildə süqut etdi. Qalanın süqutunun səbəbi müdafiəçilər
arasında birliyin olmaması idi. Azərbaycanda sonuncu istehkamı da fəth edən Teymur bir
müddət sonra geri qayıtdı.
Əmir Teymur 1405-ci ildə vəfat etdi. Bu zaman Azərbaycanın Şirvana qədər olan
əraziləri Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu. Əmir Teymurun ölüm
xəbəri Azərbaycanı ələ keçirmək uğrunda mübarizənin yenidən başlanmasına səbəb oldu.
Hakimiyyəti yenidən ələ almaq istəyən Cəlairilər və onların müttəfiqi olan Qaraqoyunlular
Təbrizə doğru irəlilədilər. Teymurilərin hakimiyyətini zəiflədən bu yürüşlər daha bir yeni
dövlətin yaranmasına imkanlar açdı.
Əmir Teymur
dəfələrlə Əlincə
qalasına dəfələrlə
yürüş etsədə, heç bir
qələbə qazana
bilməmişdir.
Əlincə qalasının
müdafiəsinə Sultan
Əhmədin oğlu Sultan
Tahir və Əmir Altun
başçılıq edirdi.
Qalanın belə ciddi
müdafiə olunmasının
səbəbi Cəlairilər
dövlətinin
xəzinəsinin burada
saxlanılması idi.
Dövrün tarixçisi İbn
Ərəbşahın yazdığına
görə Teymur
Azərbaycanda
olmadığı vaxtda
Sultan Tahir ilə Əmir
Altun arasında ciddi
münaqişə baş verdi.
Tahir ərzaq gətirmək
üçün getmiş Altunu
qalaya buraxmadı.
Ona görə də Əlincə
müdafiəçiləri
Tahirdən üz
döndərdilər. Belə
olduqda Tahir
acizliyini dərk
edərək xəzinəsini
götürüb yaxın
adamları ilə Bağdada
qaçdı və Əlincə
müdafiəsiz qaldı.
Teymur 1400-cü ildə
başsız qalmış Əlincə
qalasına gələrək
müqavimətsiz qalanı
tutur, onu seyr edir
və möhtəşəmliyinə
heyran qalır.
Əmir Teymur Toxtamış xanın Qızıl Ordu dövlətində hakimiyyətə
gəlməsinə kömək etməklə onu öz vassalına çevirmişdi. Lakin
Toxtamışın Teymurun himayəsi altında olan torpaqlara və
Azərbaycana hücum etməsi
onlar arasında müharibəyə səbəb
olmuşdu.
Əmir Teymur 1395-ci ildə Toxtamış xanı məğlubiyyətə
uğratdı. Bundan sonra Qızıl Ordu dövləti zəiflədi və bir daha
Teymurilərin hakimiyyəti altında olan ərazilərə yürüşləri kəsildi.
Toxtamış xan
Əmir Teymur